Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-8/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın əvvəlki dövrlər üzrə ödənilməsi, pensiya hüququnun reallaşdırılması üçün xx.xx.2017-ci il tarixdən sonra edilmiş müraciət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəki l iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 2-1(103)-290/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı müraciətinə verilmiş xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, xx xxxxxx 2017-ci il tarixli müraciəti ilə əlaqədar ol araq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş x xxxxxx 2017-ci il tarixli MN- nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx xxxxxx 2017-ci il tarixində təminat xərcliyinin (439,00) manat 80 faizi -351,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddədərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6015,88 manat məbləğində fərq xx xxxxxx 2017-ci il tarixində müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat 2.İddiaçı məhkəməyə müraciət edərək ona 1994-cü ildən 2014-cü ilə, yəni keçmiş Sovet Ordusunda xidmət keçdiyinə görə hesablanmamış qalıq pulların birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona əlilliyə görə pensiya 1994-cü ildən təyin olunmuşdur. Müxtəlif instansiyalara müraciətindən sonra pensiyası yenidən hesablansa da, ona yalnız son üç ilin qalıq pulunu ödəmişlər. Son üç il üçün ödəmənin aparılması qanunsuz olmuşdur. 4.Cavabdeh iddiaya qarşı təqdim etdiyi etir azında göstərmişdir ki, iddiaçı əvvəllər ümumi əsaslarla əlilliyə görə pensiya almış, daha sonra isə onun müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş x xxxxxx 2017-ci il tarixli MN- nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx xxxxxx 2017-ci il tarixində təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli 2-1(81)-4139/2019 nömrəli qərarı ilə (hakim - E.Ə.Əliyev) iddia qismən təmin edilmiş, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının xx.xx.2006cı i l tarixdən xx.xx.2014-cü il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
6. İddiaçı qərarı iddianın təmin edilməmiş hissəsində mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 21(103)-290/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli 2-1(81)-4139/201 9 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdən xx.xx.2017- ci il tarixə kimi qüvvədə olmuş 32.1-ci maddəsinin müddəalarına görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.
9. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kasasiya şikayətinin dəlilləri
10. Cavabdehin kasasiya şika yətinin dəlillərinə görə, iddiaçı xx.xx.2017-ci il tarixində cavabdehə hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin olunması ilə bağlı müraciət etmişdir. Həmin tarixədək İddiaçı ümumi əsaslarla əlilliyə görə pensiya almışdır. Müraciətindən sonra iddiaçıya xx.xx.2017-ci il tarixli, MN- nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” 2-ci qrup əlilliyə görə xx.xx.2017ci il tarixində təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.
11. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə,bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 -cı maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin vəkili kasasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkilsiz təmsil olunduğundan işə onun izahatı dinlənilm ədən baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkə məsinin İnzibati Kollegiyasının 2020-ci il 08 oktyabr tarixli qərardadı: “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”. KASASİYANİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır.
22. Mübahisənin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı pensiya təyini üçün xx.xx.2017-ci il tarixdən sonra, yəni xx xxxxxx 2017-ci il tarixdə cavabdehə müraciət etmiş, ona xx xxxxxx 2017-ci il tarixdən İİ qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilmiş və əvvəlki 3 il üçün ödənilmişdir.
23. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
24. Lakin daha sonra məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbayc an Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 08 oktyabr tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddin dən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Bundan başqa, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
26. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ Cavab dehin kasasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 2-1(103)290/20 saylı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.