Məhkəmə qərarları › İş №2-1(102)-8/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-8/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-8/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və X4) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və X4) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2021 nömrəli, 24.05.2021-ci il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 08.09.2017-ci il tarixli, 243 saylı sərəncamı ilə X4 Ünvan1 binanın arxa hissəsində yerləşən torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.07.2017-ci il tarixl i, 18/038/2014 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cəmil oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 (Ünvan2 binanın sakinləri) məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08.09.2017-ci il tarixli, 243 saylı sərəncamının ləğv edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Ünvan2 binanın yaxınlığında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1714 saylı 02 iyul 2014-cü il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq Xətai RİH-in 13.08.2014-cü il tarixli 239 saylı sərəncamı ilə X4na ofis binasının tikintisinə icazə verilmişdir. İddiaçılar daha əvvəl həmin binanın sakinləri kimi Xətai RİH-ə qarşı 13.08.2014-cü il tarixli 239 saylı sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Son olaraq Ali Məhkəmənin 12.04.2017-ci il tarixli qərarı ilə yekunlaşmış həmin məhkəmə çəkişmələrinin nəticəsində sözügedən sərəncam ləğv edilmişdir. Həmin qərarla məhkəmə kollegiyası ara məsafələrinin hər hansı torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmasını və ara məsafəsinin binanın xarici divarının hündürlüyünə əsasən hesablandığını nəzərə alaraq hesab etmişdir ki, ara məsafəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məm mədov küçəsindəki 33 saylı yaşayış binasına münasibətdə həmin binanın 15,4 metr hündürlüyünün 0,6 hissəsinin, tikintisinə icazə verilmiş sahibkarlıq obyektinə münasibətdə isə həmin obyektin 16,2 metr hündürlüyünün 0,25 hissəsini təşkil etməlidir. Ofis və yaşayış binalarının hündürlüklərinin müvafiq olaraq 16,2 metr və 15.4 metr, ara məsafəsinin isə müvafiq olaraq 4,05 metr və 9,24 metr olacağı təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, ümumilikdə ara məsafəsi 13,29 metr (4,05 metr + 9,24 metr) təşkil edir ki, binalar arasında faktiki məsafənin isə 12 – 12,35 m təşkil etdiyini nəzərə alsaq, ara məsafələrinin üst-üstə düşməsi müəyyən edilir. Halbuki, qanunun tələbinə görə ara məsafələri bir-birini üzərinə düşə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, ara məsafəsinin gözlə nilməməsi yeni tikinti zamanı yaşayış binasının sakinlərinin hüquqlarının pozulmasını, tikintinin onların normal həyat şəraitinə mənfi təsir göstərəcəyini, normal hava axınının hərəkətinə və günəş şüalarının düşməsinə və s. maneələr yaratdığını və tikintiyə icazə verilərkən tikinti norma və qaydalarının gözlənilmədiyini təsdiq edir. Cavabdeh Xətai RİH tərəfindən 08.09.2017-ci il tarixli 243 saylı sərəncamla X7 rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın arxasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verərkən həmin ərazidə artıq yarımçıq tikintinin mövcudluğu, onun məhz Elşən Orucov tərəfindən inşa edildiyini və məhkəmə qərarları ilə tikinti ilə onların yaşadığı binanın arasındakı ara məsafəsinin pozulmasına görə 239 saylı sərəncamın ləğv edildiyi barədə məlumatı olmuş, buna baxma yaraq, təkrarən 08.09.2017-ci il tarixli 243 saylı sərəncamı ilə Elşən Orucova həmin ərazidə tikintiyə icazə vermişdir. Xətai RİH-in 08.09.2017-ci il tarixli 243 saylı sərəncamının ikinci hissəsindən də görünür ki, Xətai RİH başçısının 239 saylı 13.08.2014-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olunmuşdur. Ara məsafəsi həll olunmayınca heç bir tikinti işləri aparıla bilməz. X5 tərəfindən ara məsafəsi pozulmaqla aparılan tikintini sökmək əvəzinə, həmin tikintini davam etdirərək 4-cü mərtəbənin tikintisinə başlamış və bununla da, ləğv edilmiş sərəncamla təsdiq edilmiş əvvəlki layihə əsasında tikintini aparmış olur və bu hərəkətləri ilə onların (iddiaçıların) hüquqları kobudcasına pozulur. Beləliklə, hazırkı vəziyyətdə davam edən tikinti faktiki olaraq yeni sərəncam əsasında deyil, ləğ v edilmiş sərəncam əsasında aparılır.

4. Cavabdeh iddiaya münasibət bildirərək iddiaçı tələbinin mümkünsüz sayılması və ya rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, mübahisə predmeti olan Xətai RİH başçısının 243 saylı 08.09.2017-ci il tarixli Sərəncamına əsasən tikintisinə icazə verilmiş qeyri-yaşayış sahəsi ilə Xudu Məmmədov küçəsindəki 33 saylı binanın arasındakı məsafə faktiki 13,80 metr təşkil etdiyi üçün qanunvericiliyin tələblərinə uyğundur və iddiaçıların subyektiv hüquqlarını pozmur. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 nömrəli, 26.07.2018-ci il tarixli qərarı (hakim Rüstəm Kərimli) ilə iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs X4na qeyri-yaşayış binasının tikintisi üçün icazə verilməsi barədə yeni sərəncamda “Azərbaycan Resp ublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməsi” və “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq torpağın icarə müqaviləsinin bağlanması” müddəaları nəzərdə tutulduğu halda, onlara əməl olunmadan tikinti aparılması RİH-in sərəncamının deyil, tikintinin qanunsuzluğuna dəlalət edən haldır. Nəzərə alınmalıdır ki, 08.09.2017-ci il tarixli sərəncamda bu müddəaların göstərilməsi ona tikinti aparılmasına icazə verilmiş vətəndaşın üzərinə həm tikintinin ara məsafələri gözlənilməklə, həm də tikinti aparılan torpaq sahəsindən təyinatı üzrə istifadə ilə bağlı məsələlərin həlli qoyulmuşdur. Üçüncü şəxsin sərəncamının həmin müddəalarına əməl etməməsi 08.09.2017-ci il tarixli sərəncamın qanunsuz sayılmasına əsas vermir.

7. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Apellyasiya məhkəməsindəki icraat zamanı qəbul edilmiş 01 avuqst 2019-cu il tarixli qərardadla iddiaçılardan İddiaçı3 Cəmil oğlunun vəfat etdiyi və hüquq varisi məhkəmə prosesinə cəlb edilməsi barədə müraciət etmədiyi üçün ona münasibətdə iş üzrə qəbul edilmiş qərar ləğv edilmiş və icraata xitam verilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1524/2019 saylı, 01.08.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Vüsalə Baxışova, hakimlər – Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 saylı, 26.07.2018-ci il tarixli qərarı iddiaçılar İddiaçı1 və digərlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri isə müştərək qaydada iddiaçılara aid edilmişdir.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı4 həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.11.2019-cu il tarixli, 2-1(102)-3159/2019 nömrəli qərarına əsasən (sədrlik edən Xəqani Məmmədov, hakimlər İlqar Hüseynov və Rahib Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1524/2019 saylı, 01.08.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytar ılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08.09.2017-ci il tarixli, 243 nömrəli sərəncamının qəbul edilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraatın aparılıbaparılmadığını ümumiyyətlə araşdırmamış və müvafiq qaydada qiymətləndirməmişdir. Sərəncamın verildiyi 08.09.2017-ci il tarixində Bakı şəhəri Xətai RİH yalnız İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçıların bu barədə bildirməsinə baxmayaraq Bakı şəhəri Xətai RİH-in sərəncam verərkən belə səlahiyyətə malik olub-olmadığı ilə bağlı məsələyə qiymət verməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 24.05.2021-ci il tarixli, 21(103)-45/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Aida Hüseyn və Cahangir Yusifov) iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 nömrəli 26.07.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin 08.09.2017-ci il tarixli, 243 nömrəli qərarı ləğv edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli inzibati aktı qəbul edərkən maraqlı şəxs olan iddiaçılara məlumat verməmiş, inzibati icraatda onların iştirakını təmin etməmişdir. Həmçinin, cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinin imperativ tələbi pozularaq, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmadan tikintiyə icazə verilmişdir, belə bir sənəd iş materiallarında mövcud deyil, iddiaçı da onda bu əhəmiyyətdə sənədin olduğunu irəli sürmür. Bundan başqa, cavabdeh mübahisəli sərəncamı verərkən belə səlahiyyətə ümumiyyətlə malik olmamışdır. Mübahisəli tikili ilə 33 saylı binanın arasındakı faktiki məsafənin 13,6 metr olduğu diqqətə alındığında, bu hal, mübahisəli sərəncamın ara məsafəsini də pozması kimi qiymətləndirilməlidir.

16. Üçüncü şəxs X4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.05.2021-ci il tarixli, 2-1(103)-45/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

17. Kass asiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli inzibati akt iddiaçıların hər hansı hüququnu və ya qanunla qorunan maraqlarını pozmur. Üçüncü şəxs hesab edir ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

18. Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinin məzmunundan görünür ki, icraatda maraqlı şəxslərə - “yaxın qonşular” və “qonşular” aid edilir. “Yaxın qonşular” və “qonşular” isə həmin Məcəllənin 3.0.33 və 3.0.34-cü maddələrinə əsasən “tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri” və “tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan” şəx slər aid edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən iddiası təmin edilən 21 nəfərdən isə heç biri tikinti ərazisi ilə həmsərhəd olan torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri deyildir. İş materiallarında bu şəxslərin üçüncü şəxs Elşən Orucovun tikinti apardığı ərazi ilə həmsərhəd olan torpaq sahələrinə dair mülkiyyət və ya istifadə hüquqlarının olmasını təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Hətta iddiaçılardan 6 nəfəri ümumiyyətlə həmin ərazidə yaşayış yeri üzrə qeydiyyatda deyildir. Digər iddiaçılar isə yalnız qonşuluqdakı binada yerləşən yaşayış mənzillərində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

19. Bundan başqa, məhkəmə tərəfindən ekspert rəylərinə də əhəmiyyət verilməyib. Halbuki, 08.02.2021-ci il tarixli, 10/1159 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, qeyri-yaşayış binasının işçi layihəsində və eləcə də faktiki vəziyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci bəndinin tələblərinə əməl olunmuşdur.

20. Üçüncü şəxs sonradan kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, o, Xətai RİH-in 08.09.2017-ci il tarixli 243 nömrəli sərəncamı əsasında inşa edilmiş tikilinin iddiaçıların maraqlarına toxunub-toxunmadığı ilə bağlı halın araşdırılması üçün mütəxəssisələrə müraciət olunaraq Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasının insolyasiya layihəsi tərtib edilmişdir. Daha sonra isə həmin insolyasiya layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Eks pertiza Baş İdarəsinə təqdim olunaraq üçüncü şəxs tərəfindən 08.09.2017-ci il tarixli 243 saylı sərəncam əsasında inşa olunmuş tikilinin Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasında yerləşən mənzillərə insolyasiya hesabatı ilə bağlı qüvvədə olan inşaat norma və qaydaları baxımından müəyyən olunmuş normadan artıq məhdudiyyət yaradıb-yaratmadığı ilə bağlı hala aydınlıq gətirilməsi xahiş edilmişdir.

21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən aparılmış tədqiqatın nəticəsi olaraq verilmiş 37/34-02478 saylı, 30.12.2021-ci il tarixli məktubda bildirilmişdir ki, təqdim edilmiş layihədə Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasının mənzillərinin insolyasiya hesabatında qüvvədə olan inşaat nor ma və qaydalarında müəyyən edilmiş həddən artıq məhdudiyyət yaratmır.

22. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçılar ümumi (publik) maraqlı müdafiə etmək üçün iddia qaldırmaq hüququna malik deyildirlər. Publik maraqları müdafiə etmək tikinti sahəsində səlahiyyətli olan müvafiq dövlət orqanlarına məxsusdur. Məhz həmin orqanlar tikintiyə icazə verərkən bu maraqlı nəzərə almaq vəzifəsi daşıyırlar. Eləcə də, əgər tikintiyə icazə verilərkən qüvvədə olan qanunvericiliyin publik maraqları qorumağa yönəlmiş hər hansı normalarına riayət edilməmişsə, bunu yoxlayıb müvafiq tədbirlər görmək yenə də səlahiyyətli dövlət orqanlarına məxsus hüquqdur. Bu mənada, nəzərə almaq lazımdır ki, ara məsafələrinə riayət edilib-edilməməsi ilə bağlı məsələ publik maraqların müdafiəsinə yönəlmiş tələbdir. Pr ezumpsiya olaraq qəbul edilir ki, tikintiyə icazə verilərkən dövlət orqanı bu məsələni nəzərə alır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı9 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın qanuni olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bu halı sübut edə bilməmiş, iş materialları ilə sərəncamın əsassız və qanunsuz olması öz təsdiqini tapmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borc ludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Mülki Prosessual Məcəllə Maddə

101. Ekspert rəyi (-) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. (-) Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin ş ərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

30. Kassatorun dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə qiymət verərək iddia tələbini təmin etsə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması tələblərinə əməl etməmiş, bununla da hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

31. Belə ki, iddiaçılCavabdeh 08.09.2017-ci il tarixli, 243 nömrəli sərəncamını əlverişsiz inzibati akt hesab edərək mübahisələndirsə də, həmin aktın onların hüquqlarını pozmasını əsaslandıra bilməmişdir. Məhkəmə isə bu hala qiymət verməmişdir.

32. İş materiallarında olan 14.05.2019-cu il tarixli, 6352 nömrəli ekspert rəyində (İİ cild, iş v.260-261) qeyd edilmişdir ki, qeyri-yaşayış obyektinin faktiki hündürlüyü bir tərəfdən 15,5 metr, digər tərəfdən 16 metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvandakı qeyri-yaşayış binasının və yaşayış binasının ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69,4, 69.5.1, 69.5.3-cü bəndlərinin tələblərinə uyğun olaraq qeyri-yaşayış binasının divarının yerin üst səthinin kəsişmə nöqtəsindən 9,6 metr müəyyən olunur. Eyni zamanda, razılaşdırılmış layihə sənədlərinə qeyri-yaşayış obyekti 33 saylı binadan (divarının yerin üst səthinin kəsişmə nöqtəsindən) 13,77 metr aralıda yerləşdiyini, eləcə də, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ilə yaşayış binasının ara məsafəsi kəsişmədiyi üçün binalar arasında olan ara məsafələri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur.

33. Həmçinin, iş materiallarında olan 08.02.2021-ci il tarixli, 10/1159 nömrəli ekspert rəyinə (İİİ cild, iş v.41-46) əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış binasının işçi layihəsində və eləcə də, faktiki vəziyyətində Azərbaycan Respublikası Naz irlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci bəndinin tələblərinə əməl olunmuşdur. 33 saylı binanın tikintisi üçün ayrılmış torpaq sahəsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı təqdim edilmədiyindən, eləcə də tədqiq olunan qeyri-yaşayış binasının divarının yerin üst səthi ilə kəsişmə nöqtəsindən 33 saylı binanın xarici divarına qədər olan faktiki məsafə 13,6 metr təşkil etdiyindən, həmin binalar arasındakı ara məsafəsinin bir-birinin üzərinə düşməsi müəyyən edilməmişdir.

34. Göründüyü kimi, iddiaçılar ara məsafəsinin normadan az olmasına istinad etsə də, ekspert rəyi ilə belə halın mövcudluğu müəyyən edilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən tərəflər həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etsə də, ekspert rəyi ilə bağlı yuxarıda göstərilən hallara qiymət verməmişdir. Hazırkı qərarın 25-ci bəndində göstərilən normaların məzmunundan isə aydın olur ki, ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması qərarda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən prosessual normaların tələblərini pozmuşdur.

36. Bundan başqa, kassasiya şikayətinə əlavə kimi məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasının insolyasiya layihəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai r ayonu, Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasında hər blokda 2 və ya 3 mənzil yerləşir. Orta bloklarda yerləşən mənzillər şərq və qərbə cəhətlənmişdir. Binada yerləşən mənzillərin hər birinin minimum bir otağı gün ərzində 3 saatlıq insolyasiya olunur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08.09.2017-ci il tarixli, 243 saylı sərəncamı əsasında inşa edilmiş tikili mövcud vəziyətdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki 33 saylı yaşayış binasında yerləşən məzillərə insolyasiya ilə bağlı qüvvədə olan inşaat norma və qaydalarında müəyyən edilmiş həddən artıq məhdudiyyət yaratmır.

37. Üçüncü şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X2 Ekspertiza Baş İdarəsi tərəfindən aparılmış tədqiqatın nəticəsi olaraq verilmiş 30.1 2.2021-ci il tarixli, 37/34-02478 nömrəli məktubda da qeyd edilmişdir ki, qüvvədə olan СанПиН 2605-82 «Санитарные нормы и правила обеспечения инсоляцией жилых и общественных зданий и территорий жилой застройки» (yaşayış və ictimai binaların, yaşayış sahələrinin insolyasiyasının təmin edilməsi üçün sanitariya normaları və qaydaları) 4 və 5-ci bəndlərinin tələblərinə görə 1, 2 və 3 otaqlı mənzillərdə ən azı bir yaşayış otağında, 4 və 5 otaqlı mənzillərdə ən azı iki yaşayış otağında 2 saat insolyasiya davamiyyəti təmin olunmalıdır. Mənzillərin bütün otaqları insolyasiya olunan meridional tipli uzununa (şimaldan cənuba) binalarda, həmçinin yaşayış tikililərinin yenidənqurulması şəraitində və ya yeni tikintinin xüsusi mürəkkəb şəhərsalma şəraitində (qiymətli tarixi şəhər mühiti, ərazinin mühənd is hazırlığının baha başa gəlməsi, ümumşəhər və rayon mərkəzləri zonası) yerləşdirilərkən, insolyasiya vaxtının 0,5 saat azaldılmasına yol verilir. Təqdim olunan mərtəbə planlarında saat 8001030-da beş mərtəbəli yaşayış binasının şərq hissəsində, saat 1100-1200-da cənub hissəsində, saat 1400-1800-da qərb hissəsində yerləşən otaqlarına günəş şüalarının düşdüyü əks olunmuşdur. Qeyd olunanlara əsasən təqdim edilmiş layihədə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 saylı yaşayış binasının mənzillərinin insolyasiya hesabatında qüvvədə olan inşaat norma və qaydalarında müəyyən edilmiş həddən artıq məhdudiyyət yaranmır.

38. Göründüyü kimi, iddiaçıların tələbinin əsası kimi istinad etdiyi hallar üçüncü şəxsin təqdim etdiyi sübutlar və iş materiallarında olan insolyasiya hesabatı, FHN-i n mütəxəssis rəyi ekspert rəyləri ilə təkzib olunur. İddiaçılar mübahisələndirilən sərəncamın onların hüquqlarını pozmasını əsaslandıra biləmişdir. Məhkəmə kollegiyası bununla bağlı üçüncü şəxsin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

39. Hazırkı qərarın 24 və 26-cı bəndlərinin məzmununa görə isə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qan unlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

40. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

41. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

42. Başqa sözlə, iddiaçılar iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın sərəncamı nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasl andırmalıdır.

43. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçıları subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən qanunsuz inzibati akt qəbul edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamışdır.

44. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçılar ümumi (publik) maraqları müdafiə etmək üçün iddia qaldırmaq hüququna malik deyillər. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin dəlillərini bu hissədə də əsaslı hesab edir. Belə ki, publik maraqları müdafiə etmək tikinti sahəsində səlahiyyətli olan müvafiq dövlət orqanlarına mə xsusdur ki, məhz həmin orqanlar da tikintiyə icazə verərkən bu maraqları nəzərə almaq vəzifəsi daşıyır. Publik maraqları qorumağa yönəlmiş hər hansı normaya əməl edilmədiyi halda da, bunu yoxlayıb müvafiq tədbirlər görmək yenə də səlahiyyətli dövlət orqanlarına məxsus hüquqdur.

45. Göründüyü kimi, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.

46. Odur ki, üçüncü şəxsin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.05.2021-ci il tarixli, 2-1(103)45/2021 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

47. Qey d edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.05.2021-ci il tarixli, 21(103)-45/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar