Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-8/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 21(103)-2384/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2015-cı il tarixindən, 52 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərində məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındak ı dövr ərzində onun həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyi müəyyən edilmiş və bu səbəbdən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır.
2. Cavabdehin iddiaçıya ünvanladığı “Pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqəd ar nəzərinizə çatdırırıq ki, vaxtilə sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) fəhlələr yarımbölməsində ******* a—12240 kodu üzrə xəlitə dolduranlar peşəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən "xxxx" ASC-nin arxiv sənədlərində sizə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyiniz müəyyən edilmişdir. İşlədiyiniz "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi yuxarıda qeyd olunan şüşə və çini-saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13505,37 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 3 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 52 yaşı tamam olan gündən (xx.xx.2015-ci il tarixdən) təyin edilmiş, lakin xx.xx.2020-ci ildən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş mə bləğin ödənilməsi və pensiya ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 7 yanvar 1963-cü ildə Qusar rayonun Aşağı Ləgər kəndində anadan olmuş və hazırda 59 yaşındadır. Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlamış, müxtəlif yerlərdə işləmişdir. Ordu sıralarında 2 il həqiqi hərbi xidmətdə olduqdan sonra, xx.xx.1984-cü ildən xx.xx.1996cı ilədək (rəsmi işdən azad olunduğu tarix - xx.xx.2007-ci il) "xxxx" İstehsalat Birliyində 4 saylı şüşə sexində şüşənin tərkibinin hazırlanması (potaş, daş kömür, qum və s. materiallardan) ilə məşğul olan “xəlitə hazırlayan” peşəsində işləmişdir. İş şəraiti isə həmin vaxtlarda “xüsusilə ağır və zərərli iş şəraiti” hesab olunurdu və ona görə də hər gün ona 2 litr süd verilirdi. Həmin işdə işləyənlərə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 10 il əmək stajı lazım idi. İddiaçının isə həmin sexdə “xüsusilə ağır və zərərli iş şəraiti”ndə olan iş stajı xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək 11 (on bir) il 01 ay 04 gün olmuşdur. xx.xx.1996-cı ildən hal-hazıradək "xxxx" QSC-də vaqon “müayinəçisi”, “təmirçisi” və “vaqon baxıcısı” peşələrində “zərərli və ağır iş şəraiti”ndə işləyir. Halhazıradək (xx.xx.2021-ci ilədək) 2 il həqiqi hərbi xidmətdə olması da nəzərə alınmaqla, ümumi əmək stajı 39 il 09 ay 01 gündür. Bunun 36 il 04 ay 24 günü güzəştli şərtlərlə iş stajıdır ki, bundan da 11 il 01 ay 04 gün müddəti “xüsusilə zərərli və ağır əmək şəraitində işlər”, 25 il 03 ay 24 gün müddəti isə “əmək şəraiti zərərli və ağır olan işlər” kateqoriyasına aiddir. xx.xx. 2006-cı ilədək (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) ümumi stajı 21 il 00 ay 24 gün, bundan da “xüsusilə zərərli və ağır iş şəraitində” olan əmək stajı 11 il 01 ay 04 gün olmuşdur, lakin həmin vaxtlar onun 50 yaşı tamam olmadığından pensiyaya çıxmaq mümkün olmamışdır. xx.xx.2015-ci il tarixdə (52 yaşı tamam olanda) DSMFnin Nizami rayon şöbəsinə müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Təyin olunmuş həmin pensiya məbləği 2020-ci ilin oktyabr ayınadək ödənilmişdir. 2020-ci ilin oktyabr ayından sonra təyin olunmuş pensiyanın ödənilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Bunun səbəbini öyrənmək məqsədilə etdiyi müraciətə hazırda cavabdeh olan təşkilat - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********8 saylı, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubla qeyd olunmuşdur ki, guya ona qanunsuz olaraq güzəştli şərtlərlə təyin olunmuş pensiyanın ödənilməsi dayandırılmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilənlər iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunanları təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-950/2022 nömrəli qərarı (hakim X5) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olan gündən (xx.xx.2015-ci ildən) təyin edilmiş, lakin xx.xx.2020-ci ildən dayandırılmış pensiya ödənişinin bərpa olunması, ödənilməmiş məbləğin ödənilməsi və pensiya ödənişinin davam etdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - iddiaçının işlədiyi “xəlitə hazırlayan” peşəsinin “xəlitə dolduran” peşəsi ilə eynilik təşkil etməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda öz əksini tapdığından, həmin dövr onun ümumi və güzəştli iş stajına əlavə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XV. Şüşə və çini-saxsı istehsalatı” bölməsində “xəlitə dolduranlar” (kod 1150101a—12240) nəzərdə tutulmuşdur. Beləliklə iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı olduğundan, onun 52 yaşının tamamlandığı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçının güzəştli pensiya hüququnun yaranmaması barədə cavabdehin dəlili əsassızdır. - Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, c avabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. - “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı işti rakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə araşdırması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2384/2022 nömrəli qərarı (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını “Pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli məktubda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilmiş etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14.“Əmək pensiyaları haqqında” Qanun Maddə
37. Əmək pensiyasının və əmək pens iyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “İnzibati icraat haqqında” Qanun Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri nə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fizik i və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılma sı, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında ver ilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya mə hkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyasının ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bun unla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə dayandırılmış ödənişin bərpasına nail olmaqdan ibarətdir.
25. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilk in qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı məsələ yalnız bu qərarın 25-ci bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat çərçivəsində həll olunmalıdır. Yəni qeyd olunan icraat zamanı əmək pensiyasının dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin, xüsusilə də bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların müəyyən olunduğu təqdirdə, inzibati icraat üzrə yekun qərar qəbul edilənə kimi inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması barədə aral ıq qərar qəbul edilə bilər. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq aralıq qərar (aralıq inzibati akt) qəbul edildikdən sonra pensiyanın ödənişi faktiki olaraq dayandırıla bilər. Əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılması ilə bağlı bu qərarın 14-cü bəndində istinad olunan norma məhz bu anlamda təfsir olunmalıdır. Belə ki, pensiyanın ödənişinin faktik olaraq dayandırılması pensiyanın təyin olunması barədə cavabdehin müvafiq qərarının hüquqi qüvvəsini istisna etmir və həmin qərarın etibarlılığı ilə bağlı məsələ yalnız bu qərarın 25-ci bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat nəticəsində həll edilə bilər.
27. Nəzərə almaq lazımdır ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə gör ünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair inzibati akt (iddiaçıya xx.xx.2015-cı il tarixindən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
29. Bundan başqa, şəxsin müraciət üzrə qərar qəbul edərkən, cavabdeh əmək kitabçasında və arxiv arayışında onun peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməli, həm də həmin peşə və ya vəzifə üzrə şəx sin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi “xəlitə hazırlayan” peşəsi ilə “xəlitə dolduran” peşəsi funksional məzmun baxımından eyni peşələrdir. Həmçinin həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “XV. Şüşə və çini-saxsı istehsalatı” bölməsində nəzərdə tutulması, şüşə və şüşə məmulatının istehsalı və istehlakı ilə bağlı digər fəaliyyət sahələrində də həmin peşə üzrə fəaliyyətin həyata keçirilməsini istisna etmir. Bu mənada hazırkı mübahisəyə münasibətdə iddiaçının "xxxx" İstehsalat Birliyində 4 saylı şüşə sexində şüşənin tərkibinin hazırlanması (potaş, daş kömür, qum və s. materiallardan) ilə məşğul olan “xəlitə hazırlayan” peşəsində işlədiyi nəzərə alınmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlər ə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 21(103)-2384/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.