Məhkəmə qərarları › İş №2-1(102)-80/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-80/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-80/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddia əsassızdır ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı2 və onun vəkili Vəkil X4 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X17 və X18 olmaqla) “qeydiyyat vəsiqəsinin X15 aid hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1417/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, X17 (bundan sonra üçüncü şəxs) 1997-ci il 16 oktyabr tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 634 kv.m ərazidə yerləşən fərdi yaşayış evinin X8 aid ola n 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmiş, daha sonra o, 2010-cu il 13 iyul tarixli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/3 hissəsini üçüncü şəxs X16 bağışlamışdır. Fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X10 (1/3 hissədə), İddiaçı2 (1/3 hissədə) və İddiaçı1 (1/3 hissədə) adlarına 2010-cu il 12 avqust tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı2 və İddiaçı1 (bundan sonra iddiaçılar) ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin düzəldilməsini xahiş etmişlər. Cavabde h xx xxx 2017-ci il tarixli, **********54 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Bakı şəhəri 41 saylı X21 təsdiq edilmiş 4Ə-571 reyestr nömrəli, 2010-cu il 13 iyul tarixli bağışlama müqaviləsinə əsasən, qeyd olunan fərdi yaşayış evinin 1/3 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. xxxxtərəfindən qeydiyyat zamanı yol verilmiş texniki səhvlərin düzəldilməsi ilə bağlı müraciət ediləcəyi təqdirdə həmin müraciət üzrə qaldırılan məsələyə təkrar baxıla bilər. Bundan sonra, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 1997-ci il 13 noyabr tarixli yeni qeydiyyat vəsiqəsinin, 2010-cu il 13 iyul tarixli 41 saylı X21 təsdiq edilmiş bağışlama müqaviləsinin X11 “1/3 hissə payı” hissəsində və ** ******** qeydiyyat nömrəli, 2010-cu il 12 avqust tarixli reyestrdən çıxarışın X10 “1/3 hissə payı” hissəsində etibarsız hesab edilməsi və X10 payı “143,9 kv.m torpaq sahəsi, yaşayış sahəsi isə 32,3 və 12,7 kv.m, 2 otaq” kimi, onların payının isə “ikisinə birlikdə 500,0 kv.m torpaq sahəsi və üzərində dövlət qeydiyyatına alınmış evin yerdə qalan hissəsi” kimi göstərilməsi və onların paylarının naturada X10 payından ayrılaraq, paylarına uyğun X10 adı göstərilmədən, ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1997-ci il 13 noyabr tarixli, MH seriya lı 130220 saylı qeydiyyat vəsiqəsinin X15 aid hissədə ləğv olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, 1985-ci il 28 avqust tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə X12 paylı mülkiyyətində olmuşdur. Bakı şəhəri 3 saylı X25 tərəfindən verilmiş 1997-ci il 20 sentyabr tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X13 sözügedən evin yaşayış sahəsi 32,3 kv.m və 12,7 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsinə münasibətdə X12 vərəsəsi tanınmışdır. Qeyd olunan şəhadətnamə əsasında X6 miras əmlak üzərində mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri 9 saylı X21 1997-ci il 16 oktyabr tarixində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X13 evin özünə aid yaşayış sahəsi 32,3 kv.m v ə 12,7 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsini X2. Bununla bağlı olaraq evin digər mülkiyyətçiləri olan iddiaçılar notariat qaydasında təsdiq edilmiş ərizələr yazaraq, tərkibinə 2 otağın, mətbəxin, saxlancın daxil olduğu A tikilisinin, habelə həmin tikiliyə bitişik olan qaraj və anbarın satılmasına etiraz etmədiklərini bildirmişlər. 1997-ci il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi əsasında yaşayış evinə dair 1997-ci il 13 noyabr tarixində yeni qeydiyyat vəsiqəsi tərtib olunmuş, lakin həmin qeydiyyat vəsiqəsində alğı-satqı müqaviləsindən fərqli olaraq X11 payı 1/3 hissə şəklində qeyd olunmuşdur. Halbuki, 1997-ci il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi ilə evin 1/3 hissəsi deyil, yalnız yaşayış sahəsi 32,3 kv.m və 12,7 kv.m olan 2 otağı satılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(82)602/2018 saylı qərardadı ilə X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 may tarixli 2-1(82)-602/2018 nömrəli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1997-ci il 13 noyabr tarixli, MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsi X15 aid hissədə ləğv olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə əldə edilmiş hüququ deyil, ilkin qeydiyyat vəsiqəsində qeyd edilən məlumatları əsas götürərək hüquqların dövlət qeydiyyatı zamanı səhvə yol vermişdir. Üçüncü şəxs və icraata cəlb olunmamış X18 həmin qərardan a pelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 oktyabr tarixli 2-1(103)-2516/2018 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-2516/2018 nömrəli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və V.M.Ağayev) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin 1/3 hissəsi qanuni əsaslarla X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu zaman cavabdeh dövlət qeydiyyatı apararkən heç bir texniki səhvə yol verməmişdir. Apelyasiya instans iyası məhkəməsinin qərarından İddiaçı2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-541/2019 nömrəli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və G.A.Quliyev)Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-2516/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1417/2019 nömrəli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.Ə.Baxışova və C.A.Yusifov) üçüncü şəxslərin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2018-ci il 24 may tarixli 2-1(82)- 602/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğundur və birinci instansiya məhkəməsinin qərarında isə xx.xx.1997-ci il tarixli MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə uyğun tərtib edilmədiyindən həmin qeydiyyat vəsiqəsinin X17 hissəsində ləğv edilməsi əsassızdır. Apelyasiya instansiya məhkəməsinin qərarından İddiaçı2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfind ən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar evin faktiki istifadə vəziyyətinə etiraz etmirlər, onların etiraz etdikləri məsələ X10 çıxarışdakı 1/3 hissə ifadəsindən istifadə edərək torpaq sahəsinin də 1/3 hissəsinə iddia etməsidir. Məhkəmə qeyd etmişdir ki, X15 verilmiş MH seriyalı 130220 nömrəli qeydiyyat vəsiqəsində Bakuvi küçəsində yerləşən 28 nömrəli evin mülkiyyətçilərin payları hər birinə münasibətdə 1/3 hissə kimi göstərilmişdir və yalnız yaşayış evinə aiddir, evin yerləşdiyi torpaq sahəsini əhatə etmir. Sözügedən torpaq sahəsinin tərəflər arasında naturada ayrılması və bölgüsü aparılmamış, X10 adına olan MA seriyalı ******* nömrəli reyestrdən çıxarışda torpaq sahəsi dövlət mülkiyyə tində olduğundan mülkiyyətçi deyil, istifadədə qeyd edilmişdir. Məsələ ilə bağlı ƏMDK tərəfindən İddiaçı2 müraciətinin araşdırılması haqqında xx.xx.2017-ci il tarixli aktda və DƏDRX-nin xx.xx.2017-ci il tarixli **********21 saylı məktubunda iddiaçıya izah olunmuşdur ki, evə verilmiş hazırki çıxarışda 1/3 hissə ilə bağlı düzəlişin edilməsi və X10 payının kv.m göstərilməsi nəticə etibarı ilə torpaq sahəsinin naturada ayrılmasını zəruri edir. Məsələnin qeyd olunan qaydada həlli yalnız mülkiyyətçilər tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş ərizələr, onların razılaşması əsasında notarial qaydasında təsdiq edilmiş saziş və ya razılaşma əldə edilmədiyi təqdirdə məhkəmə qərarı əsasında mümkündür. Daha sonra şikayət müəllifi qeyd edir ki, iddiaçı məhkəmə mübahisəsi başlanmazd an əvvəl DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət edərək mülkiyyət hüquqlarına dair çıxarışda qeyd edilmiş yanlışlığın düzəldilməsini xahiş etmişdir. Mütəxəssis tərəfindən evə baxış keçilərkən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X17 və X18 mübahisə yaradaraq işə mane olmuş və bu səbəbdən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh orqan alqı-satqı müqaviləsi üzrə əldə edilmiş hüququ deyil, ilkin qeydiyyat vəsiqəsində qeyd edilən məlumatları əsas götürərək hüquqların dövlət qeydiyyatı zamanı texniki səhvlərə yol vermişdir. Belə ki, Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən evin 2 yaşayış və 2 köməkçi sahələrdən ibarət 32,3 kv.m və 12,7 kv.m olan hissəsi X13 tərəfindən X5, bununla bağlı olaraq evin dig ər mülkiyyətçiləri İddiaçı2 və İddiaçı1 notariat qaydasında təsdiq edilmiş ərizələr yazaraq, tərkibində 2 otağın, mətbəxin, saxlancın daxil olduğu A tikilisinin, habelə həmin tikiliyə bitişik olan qaraj və anbarın satılmasına etiraz etmədiklərini bildirmişlər. Həmin alqı-satqı müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə verilmiş MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsində isə X11 ümumi mülkiyyətdə pay hissəsi 1/3 kimi qeydiyyatdan keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının digər iştirakçıları (digər iddiaçı, cavabdeh və üçüncü şəxslər) məhkəmə kollegiy asının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında istifadədə olan 0.0644 ha torpaq sahəsində yerləşən, hər biri 2 otaqlı olan A, B və V tikililərindən ibarət fərdi yaşayış evi ilkin olaraq xx.xx.1950-ci il tarixində X19 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 1 saylı X25 tərəfindən verilmiş xx.xx.1985-ci il tari xli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev üzərində xx.xx.1985-ci il tarixində İddiaçı2, İddiaçı1 Qriqroryevna və X9 mülkiyyət hüquqları bərabər payda qeydiyyata alınaraq, müvafiq qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Bakı şəhər 3 saylı X25 təfəfindən verilmiş xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X13 sözügedən evin 1/3 hissəsi, yəni yaşayış sahəsi 32,3 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsinə münasibətdə X12 vərəsəsi tanınmışdır. Qeyd olunan şəhadətnamə əsasında X6 miras əmlak üzərində mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən evin yaşayış sahəsi 32,3 kv.m., köməkçi sahəsi 12.7 kv.m olan hissəsi X13 tərəfindən X1. B ununla bağlı olaraq evin digər mülkiyyətçiləri İddiaçı2 və İddiaçı1 notariat qaydasında təsdiq edilmiş ərizələr yazaraq, tərkibinə 2 otağın, mətbəxin, saxlancın daxil olduğu A tikilisinin, habelə həmin tikiliyə bitişik olan qaraj və anbarın satılmasına etiraz etmətiklərini bildirmişlər. xx.xx.1997-ci tarixli alqı-satqı müqaviləsi əsasında yaşayış evinə dair xx.xx.1997-ci tarixdə yeni qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Həmin qeydiyyat vəsiqəsində X11, İddiaçı2 və İddiaçı1 payları 1/3 hissə şəklində qeyd olunmuşdur. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan 1/3 hissəni qardaşı X16 bağışlamışdır. Hazırda sözügedən yaşayış evi xx.xx.2010-cu il və xx.xx.2015ci il tarixlərində mülkiyyətçilərə verilmiş **** ******29-10301 reyestr nömrəli çıxarış əsasında, bundan əvvəl tərtib olunmuş qeydiyyat vəsiqələri və digər hüquqmüəyyənedici sənədlərə uyğun olaraq İddiaçı2, İddiaçı1 və X10 ümumi paylı mülkiyyətindədir. Daşınmaz əmlaka dair tərtib olinmuş **********29-10301 reyestr nömrəli çıxarışın “Hüquq sahibləri” qrafasında mülkiyyətçilərtin payları hər birinə münasibətdə 1/3 hissə kimi göstərilmişdir. İddiaçılar Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə uyğun tərtib edilmədiyinə görə, hazırki iddia ilə həmin qeydiyyat vəsiqəsinin X15 aid hissədə ləğv e dilməsini xahiş etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və y a bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxu d mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsa sən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəs iyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış halları ilə ünvan 4 ünvanında istifadədə olan 0,0644 ha torpaq sahəsində yerləşən, hər biri 2 otaqlı olan A, B və V tikilələrdən ibarət fərdi yaşayış evi ilkin olaraq xx.xx.1950-ci il tarixində X20 adına qeydiyyata alındığı; qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev üzərində xx.xx.1985-il tarixlərdə İddiaçı2, İddiaçı1 və X12 mülkiyyət hüquqlarının bərabər payda qeydiyyata alınaraq, müvafiq qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirildiyi; xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X13 sözügedən evin 1/3 hissəsi, yəni yaşayış sahəsi 32,3 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsinə münasibətdə X12 vərəsəsi tanındığı; xx.xx.1997-ci il tarixli MH seriyalı 105154 saylı qeydiyyat vəsiqəsinə əsasən, evin 1/3 hissəsi X7, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi İddiaçı1 adlarına paylı mülkiyyət kimi qeydə alındığı; xx xxxxxxx 1997-ci il tarixdə 047601 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ümumi sahəsi 643,4 kv.m olan evin 2 yaşayış və 2 köməkçi sahəsi olan müvafiq olaraq 32,3 kv.m, 12,7 kv.m X13 tərəfindən X3; evin digər mülkiyyətçilərinin - İddiaçı2 və İddiaçı1 notarial qaydada təsdiq edimiş ərizələrində müqavilədə göstərilən hissədə satılmasına etiraz etmədiklərini; həmin müqaviləyə əsasən xx.xx.1997-ci ildə yeni qeydiyyat vəsiqəsi tərtib edilərək, X11, İddiaçı2 və İddiaçı1 hər birinin payları 1/3 hissələrində qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaraşaq qeyd edir ki, ümumi mülkiyyətdə olan evin hər birinin payı 1/3 hissəsində müəyyənləşdirilərək, hər birinin həmin hissələrdə paylı mülkiyyət kimi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xxxx ona ayrılan payını digər mülkiyyətçilərinin razılığı ilə satmışdır. Həmçinin qeyd etmək lazımdır ki, alqı-satqı müqaviləsində evin 2 yaşayış və 2 köməkçi sahəsi müvafiq olaraq 32,3 kv.m, 12,7 kv.m satılması göstərilsə də, alqı-satqı müqavələnin 2-ci bəndindən görünür ki, X13 ümumi mülkiyyətdə olan evin özünə məxsus payını satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqav ilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. (maddə 219) Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar evin faktiki istifadə vəziyyətinə etiraz etmirlər, onların etiraz etdikləri məsələ X10 çıxarışdakı “1/3 hissə" ifadəsindən istifadə edərək, torpaq sahəsinin də 1/3 hissəsinə iddia etməsidir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxs X15 verilmiş MH seriyalı 130220 nömrəli qeydiyyat vəsiqəsində Bakuvi küçəsində yerləşən 28 nömrəli evin mülkiyyətçilərin payları hər birinə münasibətdə 1/3 h issə kimi göstərilmişdir və yalnız yaşayış evinə aiddir, evin yerləşdiyi torpaq sahəsini əhatə etmir. Sözügedən torpaq sahəsinin tərəflər arasında naturada ayrılması və bölgüsüaparılmamış, X10 adına olan MA seriyalı ******* nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olduğundan mülkiyyətdə deyil, istifadədə olduğu qeyd edilmişdir. Məsələ ilə bağlı ƏMDK tərəfindən İddiaçı2 müraciətinin araşdırılması haqqında xx.xx.2017-ci il tarixli aktda və DƏDRX-nin xx.xx.2017-ci il tarixli **********21 saylı məktubunda ona izah olunmuşdur ki, evə verilmiş hazırki çıxarışda 1/3 hissəsi ilə bağlı düzəlişin edilməsi və X10 payının kv.m göstərilməsi nəticə etibarı ilə torpaq sahəsinin naturada ayrılmasını zəruri edir. Məsələnin qeyd olunan qaydada həlli yalnız mülkiyyətçilər tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş ərizələr, onların razılaşması əsasında notarial qaydasında təsdiq edilmiş saziş və ya razılaşma əldə edilmədiyi tədqirdə məhkəmə qərarı əsasında mümkündür. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1417/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar