Məhkəmə qərarları › İş №2-1(102)-80/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-80/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-80/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(103)-1402/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Ələsgərov X1 Respublikasında aldığı 2013-cü il istehsalı olan “ChevroletCruze” markalı avtonəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Qırmızı körpü gömrük postundan keçirməklə ölkə ərazisinə gətirmişdir. Gömrük orqanı tərəfindən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildiyinə görə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları kimi - 240 manat, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlard a və iş yerindən kənarda həyata keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin qeydə alınması üçün vəsiqə verilməsinə görə ikiqat məbləğdə gömrük yığımları kimi - 60 manat, idxal gömrük rüsumu olaraq - 1623.16 manat, aksiz olaraq - 272.80 manat, ƏDV kimi - 2231.27 manat, elektron gömrük xidmət haqqı olaraq - 30 manat, elektron gömrük xidmət haqqı üzrə ƏDV - 5.40 manat - ümumilikdə 4462.63 manat ödəniş hesablanmışdır.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun təqdim etdiyi sənəddə avtomobilin dəyərinin 2080 ABŞ dolları olmasına baxmayaraq, gömrük xidməti tərəfindən əsassız olaraq 4470 manat şdəniş alındığını bildirmiş və artıq ödənilmiş 2.933 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 13 iyun tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Dövlət Gömrük Komitəsindən onun xeyrinə 2933 AZN vəsaitin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərrac vasitəsi ilə 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş və Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoice dəyəri 2080 ABŞ dolları olmağına baxmayaraq ondan 4470 AZN rüsum alınmışdır. Yuxarıda göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Ondan artıq alınmış vəsaitin geri alınmasına dair etmiş olduğu müraciət xx xxxx 2019-cu il tarixdə cavablandırılaraq artıq ödənilmiş vəsaitin ödənilməsindən imtina edilmişdir. Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəlləsinin 270.1-ci madəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilə r. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, Bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Göründüyü kimi cavabdeh tərəfindən artıq vəsait alınmış, lakin alınmış artıq vəsaitin geri qaytarılmaması onun qanunvericiliklə qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. Hesab edir ki, öhdəliyi məbləğdən 2933 AZN vəsait ona geri qaytarılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)-2775/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə həyata keçirilmişdir.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)-2775/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(102)-830/2020 nömrəli qərarı ilə (hakimlər İ.Huseynov (sədrlik edən və məruzəçi), S.Huseynova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 04 dekabr tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1402/2020 nömrəli qərarı ilə (hakimlər V.Agayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Huseyn) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)-2775/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, avtonəqliyyat vasitəsinin invoice dəyəri 2080 ABŞ dolları olmağına baxmayaraq, iddiaçıdan 4470 manat (2629,42 ABŞ dolları) rüsum alınmışdır. Yuxarıda göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Göründüyü kimi iş materiallarında olan və məhkəmə tərəfindən qəbul edilən **********4377 nömrəli bəyannamədə sözügüdən avtonəqliyyat vasitəsinin invoice dəyəri 2080 ABŞ dolları qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə vuruq vəziyyətdə statistik dəyər kimi 6000 ABŞ dolları qiymət qoyulmuşdur. İş materiallarında olan və məhkəmənin gəldiyi nəticədən də göründüyü kimi həmin avtonəqliyyat vasitəsinə iddiaçı tərəfindən 4462,63 manat rüsüm, yəni avtonəqliyyat vasitəsinin dəyərindən (başa gəlmə) 130% artıq gömrük rüsumu ödənilmişdir. İş materiallarında olan həmin nəqliyyat vasitəsinin foto şəkillərindən görünür ki, nəqliyyat vasitəsi əzik vəziyyətdə alınmış və ölkəyə daxil olmuşdur. Həmçinin avtonəqliyyat vasitəsinin real bazar dəyəri təmirli vəziyyətdə 14.000-14.800 manat (8235,30-8705,89 USD) təşkil edir. Cavabdehin və məhkəmənin gəldiyi nəticədən görünür ki, sözügüdən nəqliyyat vasitəsi iddiaçıya 16.170 manat (9511,77 USD) baş a gəlib. Məhkəmənin və cavabdehin bu nəticəsi məntiqdən və iddaçının aldığı real dəyərdən tam fərgli bir mövgedir. İşin halları bir daha iddia tələbinin əsaslı olduğunu və hesablanmış statistik dəyər üzrə 6000 ABŞ dollarından hesablanan gömrük ödənişinin əsassız olaraq alınmasını tam təsdiq edir. Hər iki məhkəmə instansiyasının qərarlarından göründüyü kimi məhkəmələr qəbul etmişlər ki, sözügedən avtonəqliyyat vasitəsi 2080 ABŞ dollarına əldə edilmişdir. Bundan əlavə hər iki instansiya məhkəmələrinə ünvanlanmış vəsatətlər əsassız olaraq rədd edilmiş və bu barədə iddiaçıya məlumat verilməyərək işinin ədalətli araşdırmaq hüququnun pozulması ilə müşayət edilən qərarlar qəbul edilmişdir. Mübahisənin inzibati icraat olduğunu nəzərə alaraq cavabdehdən iş üçün zəruri hesab edilən sənədlər tələb ed ilməmiş, cavabdehdən hansı səbəbdən statistik dəyər 6000 ABŞ dolları olduğunu və həmin dəyərin hüquqi əsasını təşkil edən normativ aktlara və ya sair hüquqi sənədlərə istinad edilməmişdir. Ali Məhkəmənin bu iş üzrə xx.xx.2020-ci il tarixli qərarında işin mahiyyətinin araşdırılması göstərişi verilməsinə baxmayaraq, məcburi göstərişlər araşdırılmamış, iş materillarında olan vəsatətlərə, iş materiallarında olan foto şəkillərə və digər əhəmiyyət kəsb edən sənədlərə hüquqi qiymət verilməmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

15. Kassasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, iddiaçı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına aldığını iddia etməsi ilə özünün gəldiyi şəxsi mülahizələr əsasında hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi zamanı ondan 130 faiz artıq rüsum alınmışdır. İddiaçı gömrük bəyannaməsinin doldurulması zamanı hansı qrafaların gömrük orqanları tərəfindən doldurulduğunu nəzərə almamışdır. Belə ki, statistik dəyərin gömrük orqanları tərəfindən hansı səbəbdən 6000 ABŞ dolları müəyyən edildiyi sual edilsə də, nəzərə alınmalıdır ki, malın istər invoys, istər gömrük, istərsə də statistik dəyəri bəyannaməçi tərəfindən müəyyən edilir və təsdiq edilməsi məqsədilə gömrük orqanına təqdim edilir. Nəticə olaraq görünür ki, bu gün məhkəmə orqanlarında aparılan mübahisə bəyannaməçinin (iddiaçının) təqdim etdiyi bəyannamə əsasında rəsmiləşdirilməsi gömrük orqanları tərəfindən aparılmış və sərbəst dövriyyəyə buraxılmış nəqliyyat vasitəsi barəsindədir.

16. İddiaçının gömrük orqanlarına təqdim etdiyi və iş materiallarında mövcud olan “****** ****4377” sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamənin “Malların təsviri” adlanan 31-ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü”, 33-cü qrafasında “Malın təsnifat kodu”, 45-ci qrafasında “Gömrük dəyəri”, 50-ci qrafasında (vəkalət verən) İddiaçı özü sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etməsinə baxmayaraq, hazırki iş üzrə artıq ödənilmiş gömrük ödənişlərini gömrük orqanından tələb etməsi gömrük qanunvericiliyin tələblərinə ziddir. Çünki Gömrük Məcəlləsinin 153.4-cü maddəsinə görə gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömr ük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil və iddiaçı özünün təqdim etdiyi və gömrük orqanının sadəcə təsdiq edərək malların buraxılışını təmin etdiyi bəyannamədə düzəlişlərin edilməsi Gömrük Məcəlləsinin 153.2.3cü maddəsinə əsasən mümkün deyil.

17. Eyni zamanda Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatl arla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.

18. İddiaçıdan mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları - 240 manat, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə ikiqat məbləğdə gömrük yığımları - 60 manat, idxal gömrük rüsumu - 1623.16 manat, aksiz - 272.80 manat, ƏDV - 2231.27 manat, elektron gömrük xidmət haqqı - 30 manat, elektron gömrük xidmət haqqı üzrə ƏDV - 5.40 manat, ümumilikdə - 446 2.63 manat alınmışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin vəkili Abuzərov Heydər Saleh oğlu kassasiya şikayətinə etirazda göstərilənlərə uyğun izahat verərək qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə

4. Gömrük qanunvericiliyi 4.1. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 9.0.3. Gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfin dən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Maddə

146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keç irilir. Maddə

157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 22. “Gömrük tarifi haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Maddə

7. Gömrük dəyərinin müəyyən edilməsi Maddə

11. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə

11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə

12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edili r: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 23. “Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamə

3. Komitənin vəzifələri 3.1.9. qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük dəyərinin düzgün müəyyən olunmasına nəzarət sistemini təşkil etmək;

4. Komitənin hüquqları 4.1.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq hüququ vardır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən, digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bil dirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərç ivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-l(102)-830/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında işin mahiyyətinin araşdırılması göstərişi verilməsinə baxmayaraq apelyasiya instansiyasının qərarında məcburi göstərişlər araşdırılmamış, iş materillarinda olan vəsatətlərə, iş materiallarında olan foto şəkillərə və digər əhəmiyyət kəsb edən sənədlərə hüqu qi qiymət verilməyərək əsassız qərar qəbul edilmişdir.

30. Kollegiya şikayətin həmin dəlilini əsaslı hesab edir. Belə ki, bu iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası 2020-ci il 17 mart tarixli qərarında göstərmişdir ki, “İşə baxmış məhkəmə tərəfindən İPM-nin 12, 58.7 və 87.8-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: - İddiaçı tərəfindən təsdiq edilmiş 2018-ci il 29 dekabr tarixli **********4377 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş, gömrük dəyəri 4462,63 AZN ilə bəyan edilmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənərək mallar sərbəst dövriyyəyə buraxılmışdır; - gömrük bəyannaməsində göstərilən məlumatları n düzgünlüyünü həmin bəyannaməsində iddiaçı sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, iddiaçı tərtib etdiyi gömrük bəyannaməsini və həmin bəyannaməyə özünün daxil etdiyi məlumatları mübahisələndirmir. İddiaçı ondan tutulan gömrük rüsumunun məbləğini mübahisələndirir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Gömrük Məcəlləsinin və “Gömrük tarifi” haqqında Qanunun müddəalarına istinad etsə də - həmin müddəalar isə ümumi xarakterli olmaqla, əsasən gömrük hüquq münasibətlərinin subyektlərinin hüquq və vəzifələrinə aiddirlər – cavabdehin iddiaçı barəsində həyata keç irdiyi məhz həmin (mübahisələndirilən) məzmunda faktiki xarakterli hərəkətlərinin hüquqi əsaslarını göstərməmiş, cavabdehin hərəkətlərinin (həmçinin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsinin) həmin hərəkətləri (faktiki xarakterli fəaliyyəti) bilavasitə tənzimləyən normalara uyğunluğunu, buradan, iddiaçının nə üçün məhz mübahisələndirilən məbləğdə rüsum ödəməli olduğunu əsaslandırmamışdır. İddiaçının tələb və şikayətinin əsas dəlili də məhz bu sualla bağlı olmuşdur.”

31. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin göstərişinin yerinə yetirilməsi ilə bağlı yalnız cavabdehdən ödənişlərə dair yeni sübutlar tələb etmiş, cavabdeh orqan orqan tərəfindən **********4377 nömrəli ödəniş tapşırığı almaqla kifayətlənmiş, maddi hüquq normaları ilə bağlı zəruri təhlil aparmamış, Bakı Apelya siya Məhkəməsinin ləğv olunmuş xx.xx.2019-cu il tarixli qərarında tətbiq edilmiş maddi hüquq normalarını sadalayaraq yeni qərar şıxartmış, Ali Məhkəmənin hüquqi mövqeyinin apelyasiya instansiyaları üçün məcburiliyi barədə İPM-nin 96.11-ci maddəsinin tələblərini pozmuşdur.

32. Halbuku, baxılan işin həllində, mübahisəli vəziyyətdə cavabdehin rəhbər tutmalı olduğu Gömrük Məcəlləsinin 146, “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinin (işin müəyyən olunacaq hallarından asılı olaraq 23-cü fəslinin) dispozisiya şərtləri əsasında işin halları araşdırılmalı idi.

33. Göründüyü kimi gömrük orqanı avtomobilin qiymətini “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinin müəyyən etdiyi əsaslarla və qaydada müəyyən edə bilərdi.

34. Cavabdeh avtomobilin qiymətinə dair bəyannamənin iddiaçı tərəfindən t ərtib edildiyini, bəyannamənin 50-ci qrafasında bəyannaməni təsdiqlədiyini bildirir. Apelyasiya instansiyası məhkəməsi də bu fakta əsaslanaraq iddianı rədd edir və işin digər hallarını araşdırmır.

35. Lakin cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi, iş materiallarının 15-ci səhifəsində olan bəyannamədən görünür ki, həmin bəyannamə iddiaçı tərəfindən təsdiqlənməmişdir. Cavabdehin təqdim etdiyi bəyannamənin “Vəkalət verən” adlanan 50ci qrafasında iddiaçının ad, soyad və atasının adının qarşısında “İmza” bölməsi boşdur. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı idi.

36. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılma sı prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

37. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

38. İşə təkrar baxacaq məhkəmə tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 17 mart tarixli qərarının göstərişlərinə əməl olunmalı, iş materiallarında olan bəyannamənin hüquqi qüvvəsi (həqiqətən də iddiaçı tərəfində doldurulduğunu və ya onun istəyinə uyğun tərtib olunduğunu) müəyyən edilməli, gömrük rəsmiləşdirilməsi zamanı avtomobilin qiyməti ilə bağlı tərəflər arasında fikir ayrılığı olmuşsa, inzibati orqan tərəfindən qiymətin müəyyən olunması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun hərəkət edilib-edilməməsi, iddiaçı tərəfindən nə qədər ödəniş edildiyi müəyyən edilməli, bu barədə sübutlar işə əlavə olunmalıdır.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(103)-1402/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar