Məhkəmə qərarları › İş №2-1(102)-80/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-80/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-80/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh iddiaya cavab verməli inzibati orqan deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “pensiyanın düzgün hesablanması və xaricdə müalicənin təşkil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-1642/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pensiyanın düzgün hesablanması və xaricdə müalicənin təşkil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(112)-1154/2021 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi mümkün sayılmamış dır.

3. Məhkəmə qeyd etmişdir ki, hazırkı cavabdeh inzibati orqan iddiaçının qaldırdığı hər iki məsələ üzrə səlahiyyətsiz orqandır. Əmək pensiyasının təyin edilməsi ilə bağlı səlahiyyətli qurum DSMF (onun müvafiq yerli qurumu), müalicənin təşkil edilməsi ilə bağlı isə səlahiyyətli qurum (xarici ölkələrdə deyil, öz tabeliyində olan müəssisələrdə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir.

4. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 21(103)-1642/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Səadət Bəktaşi və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(112)-1154/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçıya 07.10.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkil təyin olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-1642/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual normaların tələbləri pozulmuş, z əruri araşdırma aparılmamış, iddiaçıya iddia ərizəsinin məzmunu ilə bağlı yardım edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanı hazırkı iddia tələbi üzrə səlahiyyətli orqan hesab etməsə də, cavabdeh özü bu halı məhkəməyə bildirməmişdir. Həmçinin, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəlki müraciətləri cavabdeh tərəfindən cavablandırılmışdır. Məhkəmə isə göstərilən halları nəzərə almamış, İnzibati Prosessual Məcəllənin 10, 12, 68, 80, 87-ci maddələrinin tələblərini pozaraq qanunsuz qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın ol mayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

11. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idd ia mümkün sayılır.

12. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

14. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudlu ğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

16. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosi al sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən (bundan sonra – müvafiq sahə) publik hüquqi şəxsdir.

17. Həmin Nizamnamənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakılar Fondun fəaliyyət istiqamətlərinə aiddir: əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək.

18. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə görə Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

19. Həmin Nizamnamənin 3.1.6-cı bəndinə görə əlilliyi olan şəxsin müayinə və müalicə məqsədilə səhiyyə və ya reabilitasiya müəssisəsinə göndərilməsi barədə qərar qəbul etmək Agentliyin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələrinə aiddir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Hazırkı qərarın 15-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlü k şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh hazırkı iddiaya c avab verməli inzibati orqan deyil.

25. Belə ki, iddiaçı iddiasında aşağıdakı iki tələbi irəli sürür: - iddiaçının əmək pensiyasının yenidən hesablanması; - iddiaçının xaricdə müalicəsinin təşkil edilməsi.

26. Həmin məsələlərdən birincisi, yəni əmək pensiyasının təyin edilməsi ilə bağlı səlahiyyətli qurum DSMF-dir (onun müvafiq yerli qurumu). İkinci məsələ ilə bağlı inzibati icraatı isə qismən (xarici ölkələrdə deyil, öz tabeliyində olan müəssisələrdə) Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.

27. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır.

28. Belə olan halda ha zırkı qərarın 11 və 15-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından iddia hazırkı cavabdehə qarşı mümkün deyil.

29. Kassasiya şikayətində məhkəmənin iddiaçıya yardım etmədiyi qeyd edilsə də, iş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya ünvanlandığı 21.10.2020-ci il tarixli məktubunda yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsini iddiaçıya tövsiyə etmişdir (1-ci cild, iş v. 245). Buna baxmayaraq, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmiş, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hər hansı ərizə verməmişdir.

30. Cavabdehin yeganə ərizəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ikinci cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi olmuşdur. H əmin ərizəyə də məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, ərizə təmin edilməmişdir.

31. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)1642/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 21(103)-1642/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar