Məhkəmə qərarları › İş №2-1(102)-80/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-80/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-80/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( qanuni qüvvəyə minmiş məhkəmə qərarının inzibati orqan tərəfindən icra edilməməsinə görə cərimə tətbiq edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Surax anı rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödəilməsi» tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2918/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1973- xx.xx.1974-cü və xx.xx.1996-xx.xx.2006-cı illərdə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmaqla, 2004-2005-ci illərin əmək haqqısı əsasında 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güz əştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1929/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

4. Daha sonra isə cavabdeh ərizə ilə müraciət edərək, verdiyi kassasiya şikayətinin geri götürüldüyünü bildirmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-1(102)-187/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1929/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən başlanılmış kassasiya icraatına xitam verilmişdir.

5. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyindən, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə qərar icra edilməsi üçün cavabdehə göndərilmiş, həmçinin qərarın ic raya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 28 mart 2018-ci il tarixli 18/042287 №li məktubda qərarın icra olunması barədə məlumat verilmişdir.

7. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı icra edilmədiyi üçün cavabdeh barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarının icra olunmasını, qərarı qərəzli olaraq icra etməyən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(82)-2945/2017 nömrəli (hakim F.Mədətli) qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına baxmayaraq cavabdehin öz ilkin mövqeyində qalmaqda davam etməsi və məhkəmə qərarının icra edilməsindən yayınması aşkardır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandığı, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların aşkar edildiyi üçün pensiya ödənişinin dayandırıldığı barədə dəlillər irəli sürsə də, həmin dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təyin olunmuş pensiyanın ödənişinin dayandırılması üçün əsas ola bilməz. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarların icra olunmamasına görə 50000 manatadək cərimə tətbiq olunmasını müəyyən etmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10№li Qərarının 25-ci bəndində izah edilir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakteri ndən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin h ər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4cü maddələrinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər.Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra edilməlidir.

12. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və qərardadla təyin e dilmiş cərimənin ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Bəktaşi sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) 2-1(103)-2918/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, məhkəmə cərimə tətbiq edərkən məhkəmə qərarının icra edilməməsini əsas gətirmişdir. Halbuki, işin hallarından da görünür ki, məhkəmə qərarı icra edilmiş, pensiyaçıya ödənişlər həyata keçirilmişdir. Sonradan pensiyanın ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılmışdır. Lakin məhkəmənin qəbul etdiyi bu qərardadın mahiyyətindən belə başa düşülür ki, məhkəmə qərarı icra edilməmişdir. Bundan başqa, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaran madığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

83. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktların icra edilməsi (...) 83.3. Borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər: 83.3.1. inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hes abına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi; 83.3.2. cərimə; 83.3.3. bilavasitə məcburetmə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 116.1 Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublik ası Qanununun müvafiq müddəaları tətbiq olunur. 119.1 Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. 119.2 İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1 Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2 bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir 120.3 Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 20.“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10№li Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Hazırkı işin hallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarının qüvvəyə minməsinə, 09 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə məhkəmə tərəfindən qərarın icra edilmədiyi təqdirdə cavabdehin barəsində cərimə təyin edilməsinə dair müvafiq qərardadın qəbul ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı icra edilmədiyinə görə inzibati orqan barəsində cərimə tətbiq edilmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı m addəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.

26. Qeyd edilməlidir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən, İPMin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

27. Həmin Qərarın 27-ci bəndində izah edilir ki, İPM-in 120.3 və 120.4-cü maddələrinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normalara əsasən, təkra r cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdi rilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

28. Göründüyü kimi, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarların icra olunmamasını 50.000 manatadək cərimə ilə sanksiyalaşdırır.

29. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə cərimə tətbiq edərkən məhkəmə qərarının icra edilməməsini əsas gətirmişdir. Halbuki, işin hallarından da görü nür ki, məhkəmə qərarı icra edilmiş, pensiyaçıya ödənişlər həyata keçirilmişdir. Sonradan pensiyanın ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılmışdır. Lakin məhkəmənin qəbul etdiyi bu qərardadın mahiyyətindən belə başa düşülür ki, məhkəmə qərarı icra edilməmişdir.

30. Cavabdehin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında pensiya ödənişi aparılmasının sonradan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən dayandırılması qanunsuz olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi kimi qiymətlədirilməlidir. Odur ki, cavabdehin həmin normaya istinad etməklə irəli sürdüyü dəlil əsassızdır.

31. Beləliklə mə hkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cavabdehə cərimə tətbiq etməkdə haqlı olmuş, cərimənin məbləği müəyyən edilərkən işin halları, tərəflərin bütün diqqətəlayiq maraqları, icranın baş tutmamasının səbəbləri və mütənasiblik prinsipinin tələbləri nəzərə alınmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2918/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar