Məhkəmə qərarları › İş №2-1(102)-80/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-80/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-80/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, plan-ölçü sənədinin tərtib edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi, plan-ölçü sənədinin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 2-1(103)-733/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlığının 30 nəfər üzvünə kollektiv bağçılıq məqsədilə Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Memar lıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə həmin qərar əsasında ayrılmış ərazinin ayrıc aktı tərtib olunaraq, ayrıc aktları kitabında 05/438 sayla qeydiyyata alınmışdır.

3. N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə bağçılıq yoldaşlıq təsərrüfatına ayrılmış ərazidən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin həmkarlar komitəsinin və bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli, 32 nömrəli birgə qərarı ilə İddiaçı 3 nömrəli bağ sahəsinin verilməsinə dair 3 nömrəli order verilmişdir.

4. N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 54 nömrəli protokolundan çıxarışa əsasən, İddiaçı bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul edilmiş və ona sahəsi 700 kv.m olan 57 nömrəli bağ sahəsi təhkim edilmiş, bu barədə üzvlük kitabçasında qeydlər aparılmışdır.

5. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, plan-ölçü sənədinin tərtib edilməsi barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Be lə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağın nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd olunmuşdur. Bundan əlavə, bağların bölgü sxemi təqdim edilmədiyindən, göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində yerləşən 57 nömrəli, ölçüsü 0,07 ha olan bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı v ə ölçüsü”nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlığının üzvlərinə, o cümlədən iddiaçıya Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində bağ sahəsi ayrılmışdır. İddiaçıya 3 nömrəli orderlə həmin ərazidə 0,07 ha ölçüdə 57 nömrəli bağ sahəsi verilmişdir. Bağ sahələrinin yerləşmə sxemi, ümumi olaraq torpaq sahəsinin ayrılması barədə ayrıc aktı da vardır. İddiaçı həmin bağ sahəsinin onun adına qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin həmin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, “Dəniz Neftçiləri” bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Həmçinin təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd olunmuşdur. Bundan əlavə, bağların bölgü sxemi tərtib edilmədiyindən, bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, lazımi hüquqmüəyyənedici sənəd – order və protokoldan çıxarış inzibati orqana təqdim edilmişdir. Həmçinin bağçılığın üzvlərinin müvafiq siyahısında onun adı var və həmin siyahı İdarənin arxivindədir. Protokoldan çıxarışda, üzvlük kitabçasında və orderdə bağ nömrəsinin fərqli göstərilməsinə gəldikdə isə, bu hal onun iradəsindən asılı hal deyil.

9. Cavabdeh imtin a məktubundakı dəlillərə istinad edərək, iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 26 iyul 2022-ci il tarixli, 21(112)-5118/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının N.Nərimanov adına Neft-Qaz Çıxartma İdarəsinin bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində yerləşən 57 nömrəli 0,07 ha ölçüsü olan bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının iclas protokollarından çıxarış və üzvlük kitabçası, habelə həmin qurum tərəfindən verilmiş order Qaradağ rayonu, Səngəçal qəsəbəsində bağçılığa ayrılmış ərazidə 57 nömrəli bağ sahələrinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən sənədlərdir. Bu qənaət, həmin order və üzvlük biletində bağ sahəsinin nömrələri fərqli (yəni, birində “3”, digərində “57”) göstərilsə də, iddiaçının iddia etdiyi 57 nömrəli bağ sahəsinə digər şəxsin iddialı olmaması, onun adının həmin üzvlük biletinə əlavə olunan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında əksini tapması ilə yaranır. İddiaçının adının inzibati orqanın arxiv sənədlərində saxlanılan siyahıda olmamasına gəldikdə isə, bu hal iddiaçının özünün iradəsindən asılı olmamışdır və məhkəmə icraatında iddiaçının təqdim etdiyi onun adı göstərilən siyahının qeyrimötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Odur ki, iddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi torpaq sahəsinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfin iddiaya qarşı etirazında göstərilən digər dəlillə bağlı isə məhkəmə vurğulayır ki, bağların bölgü sxeminin təqdim edilməsi iddiaçının üzərinə öhdəlik kimi qoyula bilməz. Çünki, bu, həm iddiaçının iradəsindən asılı deyil, həm onun təqdim edilməsi qanunla nəzərdə tutulmamışdır, həm də cavabdeh inzibati orqan bağ sah ələri ilə bağlı bütün sənədlərin arxiv daşıyıcısıdır. Belə olan halda, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində 57 nömrəli bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, ona bu barədə reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməlidır. Torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. ape llyasiya instansiyası məhkəməsində icraat

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

14. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mübahisəli torpağın yerləşdiyi sahələr SOCAR-ın istifadəsində olmaqla, “Azərbaycan Respublikası CənubQərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, Yunion Teksas Qobustan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.19 98-ci il, 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir. Qeyd edilən səbəblərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilə bilər.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Kamran Əkbərov) 30 may 2023-cü il tarixli, 2-1(103)-733/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmir. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş və cavabdeh orqan "xxxx"nı təqdim etdiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mübahisəli torpağın yerləşdiyi sahələr SOCAR-ın istifadəsində olmaqla, Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və pay has ilatın bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, Yunion Teksas Qobustan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının xx.xx.1998-ci il, 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir. Qeyd edilən səbəblərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Odur ki, iddia tələbinin təmin olunması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs qismində c əlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavab məktubuna istinad etməklə qərar qəbul etmişdir. Şirkətin məktubunda “həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir” ifadəsi ilə apellyasiya instansiyası məhkəməsi kifayətlənərək torpaq sahəsinin həqiqətən də sənaye təyinatlı olmasını sübut edən hər hansı sənədlərin məhkəməyə təqdim edilməsini tələb etməmişdir. Torpaq sahəsinə yerli baxışın və müvafiq ekspertizanın keçirilməsi barədə iddiaçının məhkəmə iclasında şifahi vəsatət verməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Bu da, onu göstərir ki, qərar obyektiv araşdırma aparılmadan qəbul edilmişdir. Həmçinin ətraf ərazidə illərdir yaşayışın olması və həmin yaşayış sahələrinin dövlət qeydiyyatına alınması bir daha qərarın obyektivliyini şübhə altına alır. B elə ki, iş materiallarına əlavə edilmiş Qaradağ rayonu, Səngəçal qəsəbəsində “Dəniz Neftçisi” b/y-nın, 51 nömrəli bağ evinə X1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 1 52.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahib lərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınma z əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrin dən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə mü əyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati prakti kaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər v ə dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şika yətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, k assasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ər izə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyə n olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlığı nəzdində ona ayrılmış, Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub-şərqində yerləşən 57 nömrəli 0,07 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə nail olmaqdan ibarətdir.

32. İddiaçı tələbinin əsası kimi Bakı şəhər XDS İK- nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə bağçılıq yoldaşlıq təsərrüfatına ayrılmış ərazidən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin həmkarlar komitəsinin və bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli, 32 nömrəli birgə qərarı ilə ona bağ sahəsinin verilməsinə dair 3 nömrəli orderə, həmçinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 54 nömrəli protokolundan çıxarışa və üzvlük kitabçasına istinad etmişdir.

33. Cavabdehin imtinasının dəlillərinə görə, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” nömrə kimi qeyd olunmuşdur. Bundan əlavə, bağların bölgü sxemi təqdim edilmədiyindən, göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.

34. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayətində əlavə olaraq, yeni araşdırma zamanı qeyd olunan ərazinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyinin və həmin ərazinin Qobustan Əməliyyat Şirkətinin (ARDNŞ) ərazisi olduğunun müəyyən edildiyi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi yeni qərarla iddianı rədd etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iş üzrə üçüncü şəxs qismində cəlb edilmi ş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna istinad etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, mübahisəli torpağın yerləşdiyi sahələr SOCAR-ın istifadəsində olmaqla, “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və pay hasilatın bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, Yunion Teksas Qobustan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1998-ci il, 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir. Qeyd edilən səbəb lərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilə bilər.

36. Lakin apellyasiya instansiyası məhkəməsi həmin məktubda qeyd edilənlərlə bağlı hər hansı araşdırma aparmamış, SOCAR-ın istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsi və bunun üzərindən Azərbaycan Respublikasının xx.xx.1998-ci il, 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin (torpaqayırma sənədləri, yerquruluşu planı və s.) əslini və ya təsdiq edilmiş surətini əldə etməmiş, həmin torpaq sahəsinin real və faktiki olaraq istifadəyə verilib-verilmədiyini, mübahisəli torpaq sahəsinin məhz istifadəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, eləcə də mübahisəli torpaq sahəsinin naturada yerini, bağçılıq məqsədləri üçün ayrılm ış ərazilərin hüdudları daxilində yerləşibyerləşmədiyini, həmin ərazidə və qonşuluqda bağ sahələrinin mövcudluğunu, mübahisəli torpaq sahəsinin başqa torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini, qonşuluqdakı torpaq sahələrinin təyinatını, həmin ərazidə yerləşən bağ sahələrinə dair çıxarışların verilib-verilməməsini müəyyənləşdirməmişdir.

37. Nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlığının 30 nəfər üzvünə kollektiv bağçılıq məqsədilə Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. xx.xx.2005-ci il tarixdə isə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin qərar əsasında ayrılmış ə razinin ayrıc aktı tərtib olunmuş və ayrıc aktları kitabında 05/438 sayla qeydiyyata alınmışdır.

38. İddiaçı sözügedən bağ sahəsinin ona Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə bağçılıq yoldaşlıq təsərrüfatına ayrılmış ərazidən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin həmkarlar komitəsinin və bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli, 32 nömrəli birgə qərarı ilə verildiyinə dair N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 3 nömrəli orderi, həmçinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 54 nömrəli protokolundan çıxarışı və üzvlük kitabçasını təqdim etmiş, protokoldan çıxa rışda, üzvlük kitabçasında və orderdə bağ nömrəsinin fərqli göstərilməsinin onun iradəsindən asılı olmadığını bildirmişdir. İddiaçı, eyni zamanda, üzvlük kitabçasına əlavə olunmuş onun adının əks olunduğu bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısını təqdim etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən orderdə və protokoldan çıxarışda, üzvlük kitabçasında göstərilən bağ sahələrinin, yəni 3 nömrəli və 57 nömrəli bağ sahələrinin eyni bağ sahələri olub-olmadığını da araşdırmamışdır.

40. Bundan başqa, cavabdeh imtinasının əsası kimi həm də 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığını qeyd etmiş və məhkəməyə Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 10/ 369 nömrəli, xx.xx.1990-cı il tarixli 4/145 nömrəli, xx.xx.1990-cı il tarixli 7/437 nömrəli və xx.xx.1991-cı il tarixli 10/518 nömrəli qərarları ilə Səngəçal massivindən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin işçilərinə paylanmış bağ sahələrinin siyahısını təqdim etmişdir. İddiaçı isə ona sözügedən bağ sahəsinin Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli qərarı ilə ayrılmış ərazidən verildiyinə istinad edərək, üzvlük kitabçasına əlavə olunmuş və onun adının qeyd olunduğu bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısını təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin halı da yoxlamamış və ona müvafiq qiymət verməmişdir.

41. Nəzərə alınmalıdır ki, bu qərarın 22-ci bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra haki miyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

42. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımd ır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəal ara yol verilməməlidir.

44. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “Nümayəndə şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

45. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə a raşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 21(103)-733/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar