Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-800/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-800/2022) (Açar sözlər: işə qeyri-qanuni tərkibdə baxılması; qərarın nəticəvi hissəsi aydın əks etdirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, X14, X28, İsmayıllı rayon Qalacıq Bələdiyyəsi, X24, X4, X7) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(107)-18/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AA0884335; FİN: xxxxxxx) xx.xx.1971-ci il tarixdə İsmayılli rayonu, İstisu kəndində anadan olub, İsmayılli rayonu, İstisu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır.
2. JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı Qərarına əsasən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X29 və onu ailə üzvlərinin (X8, X12, X25, X26) mülkiyyətinə verilmişdir.
3. İsmayıllı Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X12 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir.
4. İsmayıllı Rayon Dövlət Arxivinin 04 avqust 2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, 50 nömrəli arxiv fondunda saxlanılan Qalacıq kənd İƏD-nin 1986-1995-ci illərin İstisu kəndi üzrə Təsərrüfa tbaşına kitablarında İddiaçı mərhum atası X5 ailə başçısı olmaqla adına 0.28 ha torpaq sahəsi qeydə alınmışdır.
5. JN-043F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı Qərarına əsasən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.16 ha həyətyanı torpaq sahəsi X9 və onu ailə üzvlərinin (X13, X15, X16, X24, X10, X11) mülkiyyətinə verilmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN-044F KOD 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən onun adına rəsmiləşdirilməsi xahiş etmişdir.
7. Cavabdeh 3 may 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
8. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona verilmiş JN-044F KOD 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və 4 avqust 2016-cı il tarixli, 275 nömrəli İsmayıllı rayon Dövlət Arxivinin arayışına uyğun olaraq onun İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.28 ha torpağına mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə m üraciət edərək JN-044F kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst- üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Dövlət Arxivindən verilmiş 4 avqust 2016-cı il tarixli, 275 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum atası X1 İsmayıllı rayonunun İstisu kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçıya verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə veril məsinə dair şəhadətnamə”də onlara ayrılmış torpaq sahəsi texniki səhv olaraq 0.08 ha kimi göstərilmişdir. Halbuki uzun illər onlar faktiki olaraq 0.28 ha torpaq sahəsinə sahiblik etmişlər. Bundan əlavə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddiaçının adı səhvən “Habil” kimi yazılmışdır. İddiaçı həmin şəhadətnamədə qeyd edilən “Habil” adının ona aid olması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 19 yanvar 2018-ci il tarixli, 2(037)-46/2018 saylı qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən “X12” ilə “İddiaçı”nun eyni şəxs olması faktı müəyyən edilmişdir.
11. Cavabdeh iddia tələbinə dair imtina məktubuna uyğun yazıl ı etiraz təqdim etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, JN044F kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, iddiaçı və ailə üzvlərinin 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olmuş, lakin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Ləğvi tələb olunan JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.16 ha göstərilsə də, 3-cü şəxslərin həmin ölçüdə torpaq sahəsinin qanuni istifadələrində olmasına dair ilkin sənədlər olmamış, əksinə, məhkəmə tərəfindən toplanmış sənədlərdə onların qanuni istifadəsində olan torpaq sahəsinin 0.12 ha olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmisdir ki, 0.28 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. İddiaçının qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olduğu halda, iddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlanması, həmçinin həmin t orpaq sahəsinin 0.0198 ha hissəsinə İsmayıllı rayon AİK-in 21 aprel 1998-ci il tarixli, 46 nömrəli qərarına istinadən üçüncü şəxslərin adına JN-043F nömrəli şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının qanuni istifadəsinə keçmiş 0.28 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun tələbləri baxımından sonuncunun mülkiyyətinə verilmişdir.
14. Üçüncü şəxslər X24, X4, X7 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2-1(107)-142/2021 nömrəli qərarı ilə (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Mahir Əsədli və İmanverdi Şükürov) Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 21(116)-18/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Üçüncü şəxslər X24, X4, X7 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 2-1(102)-972/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi İlqar Hüseynov, hakimlər Kəmaləddin Bədəlov və Səyyad Kərimov) üçüncü şəxslərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilmə sinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamış, qərar qalan hissədə üçüncü şəxslər X30, X4 və X2 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə hesab etmişdir ki, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən üçüncü şəxslər X30, X4 və X3 məxsus torpaq sahəsinə münasibətdə mübahisənin düzgün həlli üçün əhə miyyət kəsb edən bütün faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. d. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(107)-18/2022 nömrəli qərarı ilə (sədrlik edən Ələddin Məcidov, hakimlər Mahir Əsədli və Ayaz Mahmudov) Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 21(116)-18/2020 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilmiş, iddiaçı və ailə üzvlərin in həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə iddianın rədd edilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda iddia olunan 0.28 ha torpaq sahəsinin koordinatları göstərilməyib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “İsmayıllı rayonu İstisu kəndində yerləşən İddiaçı istifadəsində olan 0.2549 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi” və sxemdə göstərilən koordinatlar isə - həmin İdarənin 2019-cu il 5 noyabr tarixli müşayiət məktubunun məzmunundan da göründüyü kimi - JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə 0.08 ha sahədən əlavə iddiaçının və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətinə görə tərtib olunmuşdur.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsində baxılan həm əvvəlki, həm də hazırkı iş üzrə məhkəmə tərkibində eyni hakim iştirak edib. Əvvəlki yəni 2-1(107)-142/2021 nömrəli iş üzrə hakim iddianın təmin edilməsinə imza atır, hazırkı yəni 2-1(107)-18/2022 nömrəli iş üzrə isə iddianın təmin edilmə məsini təsdiqləyir. Prosessual hüquq normalarının pozulmasına görə apellyasiya məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(107)-18/2022 nömrəli qərarı əsassız və qanunsuzdur. Belə ki, iddia olunan 0.28 ha torpaq sahəsinin koordinatlarının göstərilməməsi və ya onun müəyyən edilməməsi iddia tələblərinin rədd edilməsi üçün əsas ola bilməz. Mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün isə məhkəmə tərəfindən tərəflərin və ya məhkəmənin təşəbbüsü ilə tikinti-texniki ekspertizası və məhkəmə əmtəşünaslıq ekspertizaları keçirilməli idi. Nəticədə kassator hesab edir ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 58.7-ci və Mülki Prosessual Məcəlləsinin 418.4.1-ci maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Məhkəmələr və hakimlər haqqında Qanun Maddə
16. Hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması Birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir.
26. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-) 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Mülki Prosessual Məcəllə: Maddə 220.1. qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. (-) Maddə 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları (-) 418.4.1. işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa; (-) 418.5. Bu Məcəllənin 418.4.1—418.4.3-cü və 418.4.6–418.4.10-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. KASSASİYANİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya məhkəməsinin eyni hakiminin hər iki apellyasiya baxışı zamanı iştirakı ilə bağlı kassasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, apellyasiya in stansiya məhkəməsinin hazırkı işlə bağlı həm 19 mart 2021-ci il tarixli həmdə ki, 12 yanvar 2022-ci il tarixli qərarlarında apellyasiya baxışı zamanı, işə baxan məhkəmə tərkibində hakim Mahir Əsədli iştirak etmişdir. Eyni tarixli məhkəmə protokollarının və qərarlarının giriş hissələrində də işə həmin hakimdən ibarət tərkibdə baxıldığı öz əksini tapmışdır.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 16-cı maddəsinə əsasən birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Həmçinin Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinə də əsasən məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmasını prosessual hüquq normalarının k obud şəkildə pozulması hesab edilir.
33. Bununla yanaşı, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 220.1, 220.5-ci maddələrinin də tələbləri pozulmuşdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün əsaslandırılmış mövqeyini qərarın nəticəvi hissəsində aydın əks etdirə bilməmişdir.
35. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən hazırkı qərarın 26-cı bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(107)-18/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.