Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-800/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)2682/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus PV seriyalı, 014598 nömrəli xx.xx.1988-ci il tarixli diploma əsasən o, 1982-ci ildə Azərbaycan SSR X1 “zootexnika” ixtisasına da xil olmuş, həmin ixtisas üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 18 may 1988-ci il tarixli Qərarı ilə ona “zoomühəndis” ixtisası verilmişdir.
3. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmiş, xx.xx.1980-cı ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olmuş; - xx.xx.1982-ci ildə “Soyuzzoloto” Tökmə Sexinə 4-cü dərəcəli qəlibçi işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən Selxozinistuta qəbul edildiyinə görə işdən azad olunmuş; - xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmiş; - xx.xx.1991-ci il tarixi ndən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4cü dərəcəli qaynaqçı işləmişdir. 4. “Qızıl Qum” Kooperativinin xx.xx.2005-ci il tarixli, 068 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə 4-cü dərəcəli qaz qaynaqçısı işləmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahı (********) üzrə güzəştli şərtlərlə pensiya düşür.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 9 fevral 2021-ci il tarixli, **********9 nömrəli məktub ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx. 1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Qızıl-qum” kooperativində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə onun işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə məcburi sosial sığorta haqları ödənilməyən dövr sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan müddətinin onun iş stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Buna görə də onun ümumi iş stajının 25 ildən (4 il 1 gün), güzəştli iş stajının 12 il 6 aydan az (4 il 1 gün) təşkil etdiyi, bundan başqa f ərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 45600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6133,70 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pen siyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə pensiyaya çıxmaqla əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbi təmin edilməmişdir. Onun əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək stajı, hərbidə olduğu müddəti və institutda təhsil aldığı müddəti nəzərə alaraq 25 il 1 ay 20 gün ümumi stajı vardır. Belə ki, 17 il 10 ay 30 gün əmək stajıdır, 5 il 4 ay 1 gün təhsil aldığı müddətdir, 1 il 10 ay 1 gün hərbi xidmət etdiyi müddətdir. İddiaçı qeyd edir ki, 25 il 1 ay 20 g ün ümumi stajından 14 il 10 ay 29 gün zərərli staj olaraq, yəni xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixədək Lerik rayonu “Qızıl Qum” Kooperativində İV dərəcəli qaz qaynaqçısı işləmişdir. Bu faktı təsdiq edən arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahıda 23200000-11620 kodla həmin vəzifə qeyd olunmuşdur.
9. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Bundan əlavə, cavabdeh yazılı etirazda qeyd edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, qeyd ed ilən tarixdə isə artıq 9.1-ci maddənin yeni mətni qüvvədə (60 yaş və pensiya kapitalı) olmuşdur. Yəni həmin qanuna edilmiş dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 6133,70 manatdır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı bəzi qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının tə qdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasının xx.xx.1991-ci (7-ci qrafa) ildə işlədiyi müəssisənin üzərinə vurulmuş möhürün üstündəki yazılar həm kiril həm də latın əlifbası ilə yazılmışdır. Lakin, Latın qrafikalı Azərbaycan Respublikası əlifbasının bərpa edilməsi barədə Qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 dekabr 1991-ci il tarixində imzalanmışdır. Həmin əmək kitabçasında xx.xx.2005-ci (8-ci qrafa) il tarixli qeydinin üstündə də vurulmuş möhürdə həm latın qrafikası, həm də kiril qrafikası istifadə edilmişdir.
10. İddiaçının məhkəməyə təqdim etdiyi “Qızıl Qum” Kooperativinin xx.xx.2021-ci il tarixli, 01 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, kooperativ 2015-ci il tarixdən fəaliyyətini dayandırmış, bu səbəbdən arxiv sənədlərinin əldə edilməsi mümkün olmamış, barəsində sorğu edilən iddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4-cü dərəcəli qaz qaynaqçısı işləmişdir və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilən 2 saylı siyahıya uyğun olaraq iddiaçının işlədiyi sahə 23200000 kodu üzrə güzəştli sahə hesab olunur.
11. Məhkəmə sorğusuna cavab olaraq 6 saylı ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********743900 nömrəli məktubunda göstərilmişdir ki, arxiv məlumatlarına əsasən “Qızıl Qum” Kooperativinin xx.xx.1994-cü il tarixli, 326 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi və kooperativin sədrinin X2 olması barədə məlumat mövcuddur.
12. Bakı İnzibati Məhkəməsinin 18 apre l 2022-ci il tarixli, 2-1(112)-758/2022 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan ödənişlərin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü (1 il 10 ay, 19 gün) və təhsil dövrü (5 il 8 ay 27 gün) də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 06 ay 16 gün) ümumi iş stajı mövcud olmuşdur. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixədək Lerik rayon “Qızıl Qum” kooperativində 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində işləmiş və bu onun əmək kitabçasında da öz əksini tapmışdır. O cümlədən iddiaçının göstərilən dövr ərzində qeyd olunan peşə üzrə işləməsi əmək kitabçası ilə yanaşı, kooperativ tərəfindən verilən arayışla da təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ. Ümumi peşələr bölməsində “qaz qaynaqçıları” (kod 23200000-11620) nəzərdə tutulmuşdur. İddiaçıya güzəş tli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 57 yaşı 5 may 2019-cu il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra tamam olsa da, hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi də qanunauyğun olmamışdır.
14. Cavabdeh həmin qərarda n apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2682/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-758/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz m əhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, ə mək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlə r Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 - XXXİİİ. Ümumi peşələr... 23200000—11620 - qaz qaynaqçıları... 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifl əri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Belə ki, iddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün o, 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi staja, o cümlədən 12 il 6 aydan az olma yan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.
32. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 1 yanvar 2006-cı ilə qədər onun 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ fəslin (Ümumi peşələr) “23200000—11620” kodunda “qaz qaynaqçıları” güzəştli pensiya hüququna malik göstəricilər kimi təsbit olunmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının işlədiyi həmin p eşə Siyahıda qeyd edilmişdir və iş stajı 12 il 6 aydan çoxdur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndir məsi ilə də razılaşır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2682/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.