Məhkəmə qərarları › İş №2-1(102)-800/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-800/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-800/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” tələbinə dair i ş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-62/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, e2-1(122)-274/2023 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) iddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət G ömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır.

3. Məhkəmə qeyd etmişdir ki, belə xarakterli iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər, həm də zaman komponentinə malik olmalıdır. Məhkəmə hesab edir ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019- cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməsinə dair hazırkı tələbi əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir.

4. Mübahisələndirmə növündə iddiaların qald ırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

5. Məhkəmə qeyd edir ki, əmrin etibarsız hesab edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır.

6. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-62/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər S.Novruzov /sədrlik edən və məruzəçi/, Ə.Allahverdiyev və V.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şik ayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilkin İPMin 45-46-ci maddələrinin tələblərinə uyğun təqdim edilərək cavabdehlər olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan baş gömrük idarəsinə qarşı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmiş,ərizə ilə cavabdeh olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi olmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan baş gömrük idarəsi üçüncü şəxs kimi zəruri cəlb edilməsi xahiş edilmişdir.(Ərizələr elektron kabinetdə mövcuddur). Hakim təqdim edilmiş ərizələrə münasibət bildirməmişdir.

11. Hakimin sübutları saxtalaşdırması məhkəmə qərardadında hesab edir ki, mü bahisəsiz haldır. Qərardadın təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, xx.xx.2023cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” kimi nəzərə alınmışdır. Bildirir ki, ddiaçının belə bir xahişi olmamış, əksinə Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üçüncü şəxs kimi cəlb edilməsi barədə ərizə xx.xx.2023-cü il tarixdə elektron kabinetdə mövcud olmuşdur. Apellyasiya şikayətində göstərilmiş bu dəlillərə məhkəmə kollegiyası formal olaraq MPM-in 273-cü maddəsinə əsaslanaraq qiymət vermişdir. Bununla da məhkəmə kollegiyası İPM-in 92.0.6 bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda tələbini pozmuşdur. 12. 14 oktyabr 2023-cü il tarixli elektron kabinet vasitəsilə təqdim edilmiş sənəddən göründüyü kimi cavabdehin Əmrin verilməsinə əsas olaraq 2018-ci ilin yekunlarına dair audit yoxlanmasının nəticəsinə dair xx.xx.2018-xx.xx.2018-ci il tarixədək Sədərək Gömrük İdarəsində aparılmış auditin nəticələrinə dair akt götürülmüşdür. Aktla tanışlıq zamanı məlum olmuşdur ki, keçmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında Əsasnaməyə uyğun fəaliyyəti tənzimlənən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi Azərbaycan Respublikası Konstitusiyası, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu və Gömrük Məcəlləsinin tələblərini pozmaqla yaradılmışdır.

13. Bununla əlaqəli olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati X1 MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ciil tarixli 1010\070 saylı nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında Əsasnaməni Azərbaycan Respublikasının Konstitusiyasına və qanununa zidd olduğu ücün həmin akt qəbul edildiyi gündən etibarsı z sayılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsi ndən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqları nın və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu i nzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Bununla ya naşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. İşin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli, 1010/055Ş nömrəli əmrin əsasən gömrük orqanlarından xaric edilmişdir.

24. Hazırkı işdə iddiaçının hüquqi marağı "keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGKdə xidmətə bərpa olunması ilə bağlıdır.

25. Qeyd edilməlidir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

26. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən qeyd edilmişdir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli, 1010/055Ş nömrəli əmri ilə vəzifədən azad olunduqdan sonra, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 3 ildən artıq müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 12 aprel 2019-cu il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

27. Göründüyü kimi məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır.

28. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə mal ik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

30. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, yəni qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verildiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəm əsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-62/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar