Məhkəmə qərarları › İş №2-1(102)-801/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-801/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-801/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-801/19 Bakı şəhəri 06 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin vəkili XXXnin iştirakları ilə, cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2700/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinə(bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 yanvar 2003-cü il tarixdən 30 dekabr 2005-ci il tarixədək “Svet” firmasında fəhlə vəzifəsində işlədiyi müddətin əmək stajına daxil edilməklə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul olunmasını xahiş et mişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1971-ci ildən 30 dekabr 2005-ci il tarixədək işlədiyi əmək stajı Binəqədi rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(001)-2907/2018 saylı qətnaməsində və “Svet” firması tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Yaşa görə pensiyasının təyin edilməsiüçün cavabdehə müraciət etmiş, lakin sonuncu iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini əsas gətirirək, təqdim etdiyi arxiv arayışına əsasən həmin illəri sığorta stajına daxil etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(81)3228/2018 saylı qərarı (hakim Elçin Məmmədov) ilə iddia təmin e dilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 25 ildən çox sosial sığorta stajına malik olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və iş yerində verilmiş arayışa əsasən öz təsdiqini tapdığından, ona 63 yaş 6 ayının tamam olduğu 15 yanvar 2018-ci tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2700/2018 saylı qərarı ilə (sədrlik edən hakim Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsiAzərbaycan Respublikası Konstitusiyasının 25, 38, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1, 31.2, 37.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də cədvəllərdə qeyd olunmamadığı halda, sadəcə arayışa əsaslanaraq iddia tələbinin təmin edilməsi qanuni deyildir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddələrinə, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştira k edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxx 1954-cü il tarixdə anadan olmuşdur. “Svet” firması tərəfindən verilmiş 50 saylı, 03 aprel 2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı 03 yanvar 2003-cü il tarixdən 30 dekabr 2005-ci il tarixədək “Svet” firmasında fəhlə işləmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2907/2018 saylı, 12 mart 2018ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının 1971-ci ilin iyun ayından 1972-ci ilin sentyabr ayınadək Qılışlı kəndində “Telman” adına kolxozda, 1972-ci ilin sentyabr ayından 1973-cü ilin noyabr ayınadək baytar məntəqəsində sanitar, 19 oktyabr 1976-cı il tarixdən 1977-ci ilin iyun ayınadək “Telman” adına kolxozda manqa başçısı, 26 avqust1982-ci il tarixdən 12 iyun 1989-cu il tarixədək “Telman” adına sovxozda yemçilik üzrə direktor müavini, 12 iyun 1989-cu il tarixdən 20 avqust 1990-cı i l tarixədək “Telman” adına sovxozun direktoru, 15 sentyabr 1990-cı il tarixdən 07 fevral 1998-ci il tarixədək “Soyuqbulaq” kolxozunun idarə heyətinin sədri və 02 sentyabr 1997-ci il tarixdən 2002-ci ilin dekabr ayınadək “Mayis” Fermer təsərrüfatının rəhbəri işləməsi faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 08 iyun 2018-ci il tarixli 09-1516 saylı məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndində qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməsi, bu səbəbdən iş stajını təsdiq edən sənədi (əmək kitabçası) şöbəyə təqdim edilmədiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. DSMF-nin Bakı şəhər üzrə X2 İdarəsinin cavabdeh ünvanladığı 15 may 2018-ci il tarixli 88/03014-5137 saylı məktubunda iş qovluğundakı sənədlərə əsasən “Svet” firmasının (VÖEN **********) 01 yanvar 2003-cü ildən 01 yanvar 2006-cı ilədək hesablanıb ödənilmiş sosial sığorta haqqlarının dinamikası barədə məlumat verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının zəruri sosial sığorta stajı təsdiqini tapdığından, onun pensiyanın təmin edilməsi barədə tələbi əsaslı olmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək bildirmişdir ki, iş stajı əmək kitabçasında qeyd olunmadığından, iddiaçının pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddiaçının əmək pensiyası hüququnun yaranması tarixi apellyasiya məhkəməsi tərəfindən 15 yanvar 2018-ci ilə aid edilmişdir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmə k pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 63 yaşına çatmış kişilərin yaşa görə pensiya hüququnun yaranması nın zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, 01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinə qədər kişilərin pensiya hüququnun yaranması üçün onların 63 il 6 ay yaş həddinə çatmasıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya yaşı çatdığı müddətə 25 il ümumi iş stajı - iddiaçının 1971-ci ilin iyun ayından 2002-ci ilin dekabr ayınadək Qılışlı kəndində “Telman” adına kolxozda, “Soyuqbulaq” kolxozunda və “Mayis” Fermer təsərrüfatında işləməsi faktı məhkəm ə qətnaməsi; - 03 yanvar 2003-cü il tarixdən 30 dekabr 2005-ci il tarixədək “Svet” firmasında işləməsi iddiaçının təqdim etdiyi ******* saylı əmək kitabçasının surəti və “Svet” firması tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İstinad edilən Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3 ) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü; digər fəaliyyət dövrü; müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər. İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və aşağıdakıları nəzərdə tutmuşdur: - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yar atmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə həmçinin müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 2003-2005-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqınd a sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bu normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Həmin müəssisənin mövcudluğu mübahisə edilməmişdir ki, çünki DSMF-nin Bakı şəhər üzrə X2 İdarəsi tərəfindən “Svet” firması tərəfindən ödənilmiş sosial sığorta haqqlarının dinamikası barədə məlumat verilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən müəyyən edilmiş iş stajı ilə apellyasiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. İddiaçının 1971-ci ilin iyun ayından 2002-ci ilin dekabr ayınadək Qılışlı kəndində “Telman” adına kolxozd a, “Soyuqbulaq” kolxozunda və “Mayis” Fermer təsərrüfatında işləməsi faktının məhkəmə qərarı əsasında müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” (bundan sonra mətndə - Qaydalar) 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci mad dəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək işlədiyi müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 69-cu maddəsinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını süb ut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda (...) və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasənrespublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosi al Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir; - 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Habelə, yuxarıda istinad edilən Qaydaların 3.2.2-ci maddəsinin mənasına görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəddir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahidlər ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Lakin apellyasya məhkəməsi iddiaçının məhkəmə qərarı əsasında iş stajını müəyyən edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Ən azından, məhkəmənin əsaslandığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi barədə hər hansı qeyd mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasya şikayətində bildirilmiş dəlilin hüquqi əsası düzgün olmasa da, lakin faktiki əsası, yəni iddiaçının tələb olunan güzəştli iş stajının olmaması barədə dəlili qismən əsaslıdır və iş üzrə əlavə araşdırma nın aparılmasını zəruri etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi üçün iddiaçının pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləli klə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin XXX verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2700/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar