Məhkəmə qərarları › İş №2-1(102)-801/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-801/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-801/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (8.06.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-24/2022 nömrəli 27 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya 15 dekabr 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 7 sentyabr 2020-ci il tarixli qərarla pensiya ödənişi dayandırılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunverici likdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən iddiaçının 15 may 1977-ci ildən 8 may 1992-ci ilədək “Tikinti Avtonəqliyyat törəmə müəssisəsində və 1 yanvar 1993-cü ildən 1 yanvar 1997-ci ilədək isə “Tikinti Avtonəqliyyat törəmə müəssisəsində elektrik qaynaqçısı işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanuna müvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 7 sentyabr 2020-ci il tarixli qərar qə bul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 6 dekabr 1972-ci ildə sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1975-1977-ci illərdə keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 15 may 1977-ci ildən 8 may 1992-ci ilədək “Tikinti Avtonəqliyyat törəmə müəssisəsində və 1 yanvar 1993-cü ildən 1 yanvar 1997ci iləd ək “Tikinti Avtonəqliyyat” icarə törəmə müəssisəsində əl ilə elektrik və qaz qaynaqçısı işləmişdir. İddiaçı Laçın rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonunda məskunlaşmışdır. İsmayıllı rayonunda da 1993-cü ildən 1997-ci ilədək “Tikinti Avtonəqliyyat” icarə törəmə müəssisəsində qaynaqçı fəaliyyətini davam etdirmiş, hər ay əmək haqqı almışdır. Sonrakı illərdə müəssisənin fəaliyyəti olmadığından iddiaçının adı müəssisə ləğv edilənədək, yəni 2005-ci ilədək adı formal olaraq qalmışdır.

6. Həmçinin iddiaçının 1972-ci ildən 1997-ci ilədək və 2000-ci ildən 2005-ci ilədək əmək fəaliyyəti məhkəmə qaydasında hüquqi təsdiqini tapmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019-cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3-cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işləri üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügedən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işləri nin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırkı 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri 25 sentyabr 2020ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhvil-təslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur.

8. İş materiallarında olan cavabdeh orqanın 7 sentyabr 2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla iddiaçıya 5 dekabr 2013-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmaması səbəbilə 1 sentyabr 2020-c i il tarixdən dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-269/2021 nömrəli qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-269/2021 saylı (hakim: İ.Cabbarov) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pens iyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli qərarın qəbul olunmasına əsas olan hallarla, yəni qərarın maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Məhkəmə həmçinin qeyd edir ki, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çətinlik yaratmayacaq. Belə ki, hazırkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərə findən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(107)-24/2022 nömrəli (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, hakimlər: R.Rəfiyev və G.Cavadova) qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)269/2021 saylı 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələblərinin rə dd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinin təhlilinə görə, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 6 iyun 2014-cü il tarixli qərarın həmin şöbənin 9 sentyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 9 iyun 2014-cü il tarixli qərarı həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə İsmayıllı rayon şöbəsinin 9 sentyabr 2020-ci il tarixli qərarı qanunidir, formal-hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

19. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Ş ikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə m übahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi; və 2) iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi.

24. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 18 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və cavabdehin 9 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası 1 sentyabr 2020-ci ildən dayandırılmışdır.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmrinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.

26. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 8 fevral 2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə görə, Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin ə mək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən, pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndində isə qeyd edilir ki, 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın.

27. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır.

28. Mübahisələndirilən inzibati aktı qəbul edən cavabdehin həmin aktı qəbul etmək səlahiyyəti olmadığından, pensiyanın dayandırılması ilə bağlı qəbul edilən qərar artıq formal-hüquqi baxımdan qanunsuz olmuşdur. Buna görə də qərarın maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına ehtiyac qalmır.

29. İddia tələbinin ikinci hissəsinə gəldikdə, həmin məzmunda öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmrə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş Əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən, sözügedən səlahiyyətlər artıq üçüncü şəxs tərəfindən həyata keçirilir. Başqa sözlə, cavabdeh iddiaçının qarşısında iddia olunan məzmunda öhdəlik daşımır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin üzərinə onun səlahiyyətinə aid olmayan vəzifənin icrası öhdəliyini qoymuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiy ası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(107)-24/2022 nömrəli qərarı qismən - cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin və iddia həmin hissədə mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar