Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-801/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-801/2024) (Açar sözlər: kassasiyanın mümkün sayılmaması, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respub likasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-1(108)23/2023 nömrəli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.H.Hüseynov) 18 aprel 2023-cü il tarixli, 2-1(122)-23/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilmə sinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir.
3. İddiaçı 08 may 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)-23/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
4. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Y.Vəkil (sədrlik edən və məruzəçi), V.G.Kuimova və S.M.Qarayev) 2023-cü il 5 iyul tarixli, 2-(108)-23/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(122)-23/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 21 noyabr 2023-cü il tarixdə iddiaçı ərizə verərək, kassasiya ş ikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmağını xahiş etmişdir.
6. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Y.Vəkil (sədrlik edən və məruzəçi), V.G.Kuimova və S.M.Qarayev) 2023-cü il 1 dekabr tarixli, 2-(108)23/2023 saylı qərardadı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(108)-23/2023 nömrəli qərarından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilmişdir.
7. İddiaçı 08 dekabr 2023-cü il tarixdə kassasiya şikayəti verərək, Naxşıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-(108)-23/2023 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.
8. Eyni zamanda, iddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə m əlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar ar adan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
12. İş materiallarından müəyyən olunur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-1(108)-23/2023 nömrəli qərarını xəbərnaməyə imza etməklə 13 iyul tarixdə qəbul etmiş, 21 noyabr 2023-cü il tarixdə vəkillə təmin olunma barədə ərizə vermiş, Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 1 dekabr tarixli qərardadı ilə kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilmiş, həmin qərardan kassasiya şikayətini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni isə 08 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir.
13. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən təxminən 4 ay keçdikdən sonra, yəni qanunla müəyyən olunmuş bir ay lıq müddət ötürülməklə verilmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab ed ilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
15. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, prosessual müddətin ötürülməsinə səbəb xəstəliyi, səhhətində müəyyən problemlər olması və ikinci qrup əlilliklə bağlı eşitmə qabiliyyətinin zəif olmasıdır.
16. İddiaçı prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı təsdiqedici sübut qismində əlillik vəsiqəsini, xx.xx.2024-cü il tarixli audiometriya müayinəsinin nəticələrini, xx.xx.2021-ci i l tarixli exokardioqrafiya, xx.xx.2021-ci il tarixli stasionar (ambulator) kartından çıxarışı, xx.xx.2022-ci il tarixli kt müayinəsinin nəticələrini təqdim etmişdir.
17. İddiaçının təqdim etdiyi sənədlərə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz. İddiaçının təqdim etdiyi sənədlərə nəzər saldıqda görünür ki, həmin sənədlər məhkəmə qərarının qəbul olunduğu 2023-cü il 5 iyul tarixindən 1-2 il əvvələ və ya kassasiya şikayətinin verilməsindən sonrakı tarixə aid olmuşdur.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməm əli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin olunmasın. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 5 iyul 2023-cü il tarixli, 2-1(108)23/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.