Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-802/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər şöbəsinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 10.02.2008-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməklə yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-709/2018 saylı, 3 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X-cü tarixdə anadan olmuşdur. İddiaçının 26.08.1970-01.02.2013-cü il tarixə işlədiyi dövr 43 il ümumi əmək stajı vardır. 24.08.1975-29.08. 1995-ci il tarixə kimi “Qafqazenerjiquraşdırıcı” Trestində “elektrikqaz qaynaqçısı”, 30.08.1995-09.01.2007-ci ilə kimi “Mingəçevir Quraşdırma İdarəsi”ndə “elektrik-qaz qaynaqçısı”, 11.01.2007-12.02.2008-ci ilə kimi “xxxx” ASC-də “elektrik-qaz qaynaqçısı”, 13.02.2008-29.05.2009-cu ilə kimi “xxxx” MMC-də “elektrik-qaz qaynaqçısı” və 01.06.2009-01.02.2013-cü ilə kimi “xxxx” ASC-də “elektrik-qaz qaynaqçısı” peşəsində işləmişdir. Cavabdeh tərəfindən iddiaçıya 10.02.2010-cu il tarixdən, yəni iddiaçının 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan iddiaçı ona 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ünvanladığı 14.05.2018-ci il tarixli məktubda “Əmək pensiyaları haqq ında” Qanunun 9.8, 1.0.2, 27-ci maddələrinə istinad edərək bildirmişdir ki, iddiaçıya cavabdehin 17.09.2010-cu il tarixli qərarı ilə 57 yaşı tamam olan 10.02.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya hüququnun yarandığı və pensiya təyin olduğu tarixdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda və 01.01.2006-cı ildən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda da elektrik qaynaqçılarının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşından nəzərdə tutulub. İddiaçı cavabdehə qarşı 29 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə y aşa görə əmək pensiya hüququnun yarandığı 10.02.2008-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməklə yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 10.02.2010-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğundan 10.02.2008-ci il tarixdən, 55 yaşında pensiya təyin olunmalı idi. Lakin cavabdeh təşkilat işlədiyi peşənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Siyahısında nəzərə alınmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, 60, 149cu, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 5, 9.8, 31.1, 32-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 17-cu maddələrinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hаkim X4, 2-1(84)-1212/2018 saylı iş) 26 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 10.02.2008-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsiöhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq əmək stajına, o cümlədən 12 il 6 ayından çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə dəyişiklik edilməsi barədə 13 iyun 1997-ci il tarixli Qanun qüvvəyə minənə qədər iddiaçının əmək stajı 25 ildən çox və bu müddətin 12 il 6 ayından çox hissəsi güzəştli olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ 55 yaşdan, yəni 10.02.2008-ci il tarixdən yaranmış olur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1 - məruzəçi, X2 və X3, 2-1(107)-709/2018 saylı iş) 3 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 13 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 7 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya cavabdehin 17.09.2010-cu il tarixli q ərarı ilə 57 yaşı tamam olan 10.02.2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. İddiaçının 57 yaşı tamam olan tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan kişilərin 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya qüvvədə olan qanunvericiliyə uyğun və düzgün əmək pensiyası təyin olunmuşdur. İddiaçıya 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin olunması tamamilə əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli 29-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Qanunun tətbiqi barədə izahatda kişilərin 2 nömrəli siyahıya uyğun 1 avqust 2000-ci ildən 57 yaşda pensiya hüquqlarının yarandığı bildirilir. İddiaçının 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiya hüququ 57 yaşda yaranır. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulmamışdır. əsaslandırma hiss əsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qis mən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx xxxxxx X-cü ildə doğulmuşdur. Ona 57 yaşdan, 10 fevral 2010-cu ildən güzəştli şərtlə yaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun pensiya hüququ 55 yaşdan (10 fevral 2008-ci ildən) yarandığından təyin edilmiş pensiya həmin vaxtdan və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən hesablanmalıdır. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlə pensiya hüququ 57 yaşdan düzgün təyin edilmişdir və pensiya əmək haqqına uyğun hesablana bilməz. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 31.1 və 37.7-ci maddələrinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Bu zaman, keçmiş müdd ət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və a ğır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 1997-ci il avqustun 1-dək 25 ildən artıq ümumi iş stajına malik olmuş, bunun 12,5 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan – 2008 -ci il 10 fevral tarixdən təyin edilməli olduğuna dair məhkəmələrin gəldiyi nəticə düzgündür. Kassasiya şikayəti həmin hissəyə münasibətdə əsassızdır. Məhkəmə kollegiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının 85 faizi həcmində əmək pensiyası təyin edilməsinə dair məhkəmələrin gəldiyi nəticəni aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilik lə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına (bunun 12,5 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmaqla) 1997-ci il avqustun 1-dək malik olduğundan o, 1997-ci il avqustun 1-dək qüvvədə olmuş qanunla müəyyən edilən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnu qazanmışdır. İddiaçının 55 yaşı 2008-ci il fevralın 10-da tamam olduğundan ona güzəştli şərtlərlə pensiya həmin tarixdən təyin olunmalı və pensiyanın məbləği həmin tarixdə qüvvədə olan qanuna uyğun olaraq hesablanma lıdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinin hazırkı işə tətbiqi üçün əsaslar olmamışdır. Kassasiya şikayəti həmin hissəyə münasibətdə əsaslıdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının 85 faizi həcmində əmək pensiyası təyin edilməsinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 dekabr tarixli 2-1(107)-709/2018 nömrəli qərarı qismən - “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsinə dair hissədə ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar iddiaçıya əmək pensiyası hüququnun yarandığı 2008-ci il 10 fevral tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-802/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-802/2019
09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver