Məhkəmə qərarları › İş №2-1(102)-802/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-802/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-802/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (DSMF-nin 14 saylı regional ərazi filialı) qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın dayandırılması barədə qərarın ləğvi; səlahiyyətli olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN kod: 5LSNFS9) cav abdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(107)-25/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı rayon Məhkəməsinin 2(037)-591/2015 nömrəli, 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının 1 yanvar 1971-ci il tarixdən 30 iyun 1971-ci il tarixədək Kəlbəcər rayon Təmir-Tikinti İdarəsində fəhlə, 1 iyul 1971-ci il tarixdən 15 iyun 1974-cü il tarixədək bənna, 17 avqust 1994-cü il tarixdən 25 dekabr 1998-ci il tarixədək Kəlbəcər rayonu 6 nömrəli Körpü-Tikinti İdarəsində və 16 yanvar 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək isə Kəlbəcər rayonu 61 nömrəli Yol Tikinti İdarəsində usta işləməsi faktı təsdiq olunmuşdur.

2. İddiaçı Fondun İsmayıllı rayon şöbəsi (hazırkı 14 saylı regional ərazi filialı) tərəfindən 24 avqust 2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmuşdur.

3. Cavabdeh orqanın 07 sentyabr 2020-ci il tarixli qəra rının təsdiq edilmiş surətinə əsasən iddiaçıya 13 yanvar 2012-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddiaçının 1994-1998-ci illər və 1999-2005-ci illərə dair iş stajının yoxlanmasının mümkün olmaması səbəbilə dayandırılmış, əvəzində 13 yanvar 2019-cu il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. Cavabdehin 29 sentyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiya işində olan sənədlər araşdırılmış və iddiaçının 17 avqust 1994-cü il tarixdən 25 dekabr 1998-ci il tarixədək Kəlbəcər rayonu 6 nömrəli Körpü-Tikinti İdarəsində və 16 yanvar 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək isə Kəlbəcər rayonu 61 nömrəli Yol Tikinti İdarəsində usta işləməsi faktı İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(037)-591/2015 nömrəli qətnaməsi ilə təsdiq olunsa da, araşdırma qrupunda qeyd olunan iş illərinin şübhə doğurduğu və qarşılıqlı yoxlanılma aparılmasının mümkün olmaması səbəbindən həmin müddətlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsasl andırılmışdır ki, iddiaçı 1 iyul 1971-ci il tarixdən 15 iyun 1974-cü il tarixədək Kəlbəcər rayonu Təmir-Tikinti İdarəsində bənna, 17 avqust 1994-cü il tarixdən 25 dekabr 1998-ci il tarixədək Kəlbəcər rayonu 6 nömrəli Körpü-Tikinti İdarəsində və 16 yanvar 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək isə Kəlbəcər rayonu 61 nömrəli YolTikinti İdarəsində usta işləmişdir. İddiaçının qeyd olunan idarələrdə işləməsi faktı İsmayıllı Rayon Məhkəməsinin 7 avqust 2015-ci il tarixli, 2(037)-591/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 7 sentyabr 2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi dayandırılmış və 13 yanvar 2019-cu il tarixdən ümumi əsaslar la yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Cavabdehin etirazı imtina məktubu ilə eyni məzmunludur.

9. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-308/2021 nömrəli qərarı (hakim İ.Cabbarov) ilə iddia təmin edilmiş, cavabdehin 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin d ayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulmuşdur.

10. Məhkəmə “İnzibati İcraat haqqında” Qanunun 67.1-67.3 maddələrinə və İPMnin 70.1, 70.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən qərar səlahiyyətli olmayan orqan tərəfindən qəbul edildiyindən qanunsuzdur və ləğv edilməlidir. Həmçinin, qərarın səlahiyyətli olmayan orqan tərəfindən qəbul edilməsi onun maddihüquqi baxımından qanunilliyinin yoxlanılması istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(107)-25/2022 nömrəli 2 fevral 2022-ci il tarixli qərarı (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və V.Məlikov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Cavabdeh hesab edir ki, məhkəmə qərarının “qərara aldı” hissəsində 14 saylı regional ərazi filialının üzərinə “güzəştli şərtər lə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi” öhdəliyi qoyulur. Halbuki Fondunun 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın səlahiyyətlərinə aid edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 5 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. Lakin, məhkəmə tərəfindən b u tələbə əhəmiyyət verilməmişdir.

17. Məhkəmə prosesində cavabdehin əvəz olunmasına dair vəsatət təqdim edilməsinə baxmayaraq, həmin vəsatət təmin olunmamış, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə qərarından da göründüyü kimi 14 saylı regional ərazi filialının üzərinə qoyulmuş öhdəlik Filialın səlahiyyətləri xaricindədir və icrası qanunvericiliyin tələblərinə ziddir, həmçinin qeyri-mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamə Bənd 3.1.Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Filialın vəzifələri aşağıdakılardır:.... Bənd 3.1.8 Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında 30 aprel 2019-cu il tarixli **** ******7 nömrəli Əmr Bənd 1. 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən (bundan sonra – İdarə) aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Bənd 2. 2019-cu il 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 il müddətində adıçəkilən İdar əyə təhvil verilməsi başa çatdırılsın. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi. 2

5. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 24 avqust 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası dayandırılmışdır.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.

27. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödən ilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanununun 9-cu və 20-ci ma ddələrində qeyd edilir ki, pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın.

28. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır.

29. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən qərar (pensiyanın dayandırılması ilə bağlı) inzibati aktdır. İnzibati aktlar isə əsasən bu ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Ünsürlərdən biri olan səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.

30. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati aktı qəbul edən cavabdehin həmin aktı qəbul etmək səlahiyyəti olmadığından, pensiyanın dayandır ılması ilə bağlı qəbul edilən qərar qanunsuz olmuşdur. Həmçinin, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır.

31. İddia tələbinin ikinci hissəsi - pensiyanın verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin səlahiyyətlər cavabdehin üzərinə qoyula bilməz və icrası qanunvericiliyin tələblərinə ziddir. Belə ki, yuxarıda qeyd olunduğu kimi xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmrə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən sözügedə n səlahiyyətlər artıq üçüncü şəxs tərəfindən həyata keçirilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi pensiyanın verilməsi ilə bağlı öhdəliyi cavabdehin üzərinə qoymuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqla qanunvericiliyin tələblərinə zidd olan qərar qəbul etmiş, cavabdehin üzərinə onun səlahiyyətinə aid olmayan vəzifənin icrası öhdəliyini qoymuşdur.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən, “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(107)-25/2022 nömrəli qərarı qismən - cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 7 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar