Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-802/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsilin davam etdirilməsinin təmin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təhsilin davam etdirilməsinin təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3119/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2011-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə X1 arasında 19 mart 2011-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir.
2. Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışa əsasən, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı fərq imtahanlarını vermək şərti ilə ABU-n in “ingilis dili” fakültəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu.
3. Azərbaycan Beynəlxalq Universitetinin 3/615-1 №-li, xx.xx.2008-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı İİ (ikinci) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ (üçüncü) kursa keçirilmişdir.
4. Azərbaycan Beynəlxalq Universitetinin 3/09-362 №-li, xx.xx.2009-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİİ (üçüncü) kurs tələbəsi iddiaçı İİİ (üçüncü) kursun tədris yükünü tam yerinə yet irdiyinə görə İV (dördüncü) kursa keçirilmişdir.
5. Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının xx.xx.2010-cu il tarixli arayışına əsasən, məzun tələbə iddiaçı 2006-cı ildən 2010-cu ilə qədər Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə qiymətləri almışdır.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan B8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktuba ə sasən, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan R12979/11-24 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən tə hsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3472/2021 nömrəli qərardadı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının əsaslandırması:
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. xx.xx.2007-ci ilin M/320 №li əmr ilə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının "Tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə ikinci kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə Azərbaycan Beynəlxalq Universitetinin “İngilis dili” fakültəsinin əyani şöbəsinin ikinci kursuna, sonradan isə xx.xx.2008 və xx.xx.2009-cu il tarixli müvafiq əmrlər ilə ikinci kursdan üçüncü, üçüncü kursdan dördüncü kursa k eçirilmişdir.
11. Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışından göründüyü kimi o, 2006-cı ildən 2010-cu ilə qədər xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi xarici dillər fakültəsində təhsil almışdır. O cümlədən, həmin arayışda universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq edilən tədris planının onun tərəfindən tam yerinə yetirilməsi, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə aldığı qiymətlər öz əksini tapmışdır.
12. İddiaçı xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması səbəbindən təhsilinin natamam qaldığı və diplomu ala bilm ədiyi üçün müvafiq ali təhsil müəssisəsinə təyinatının verilməsini və təhsilini tamamlamaq üçün həmin təhsil müəssisəsinin diplomunu almağında ona köməklik göstərilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Həmin məktubda təhsil almağı ilə bağlı bütün sənədlərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina məktubunda Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edildiyi, lakin həmin siyahıda onun adının aşkar edilmədiyi qeyd edilmişdir.
13. Cavabdeh qurumun imtina məktubu əsassızdır. Belə ki, Təhsil N azirliyi Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə verilmiş lisenziya müddəti bitdiyi üçün fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün bir sıra ixtisaslarla təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür'’ Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktubunda keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti nin tədris şöbəsi tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlərin təkrar araşdırıldığı, təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonra sənədləri qaydasında olanların siyahılarının yenidən tərtib edildiyi göstərilmişdir. O cümlədən, sözügedən məktubda təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrini və məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələbələrin siyahısının göndərildiyi qeyd olunmuş, Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmrinin 5-ci bəndinin icrası tapşırılmışd ır. Hal-hazırda “Təfəkkür” universiteti fəaliyyət göstərmədiyindən tapşırığın icrası iddiaçıya münasibətdə mümkün olmamışdır.
14. Həmçinin qeyd edilmişdir ki, Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzinin “Təfəkkür” Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktuba əlavə edilmiş tələbələrin siyahısında 443-cü tələbə olaraq iddiaçının adı “X1” qeyd edilmişdir. Cavabdehin etirazları:
15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2007-ci ildə Rusiya Federasiyasında yerləşən Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. İddia ərizəsinə əlavə edilən ABU-nun xx.xx.2007-ci il tarixli, M/320 saylı əmrinin məzmunundan və əmrin verilmə sinə əsas olmuş sənədlərin siyahısından və iddiaçının köçürülməsi barədə Köçürülmə Komissiyasının sədrinin təqdimatından görünür ki, Təhsil Nazirliyindən iddiaçının köçürülməsi ilə bağlı razılıq alınmamışdır.
16. Təhsil nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələrin müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılı ğı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır.
17. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndinə görə qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin k öçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin 5-ci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinin əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2002-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Təl əbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi.
18. İddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Sənədlərdən göründüyü kimi iddiaçının köçürülməsinə Təhsil Nazirliyi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı.
19. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünmüş dür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilidiyindən onun adına diplom blankı verilməmişdir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəs sisəni uğurla başa vuran məzunlara verilir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı daxil olan sənədlər:
20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 18-1859/12 nömrəli məktubda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsil müəssisələrinə göndərilmişdir. Eyni zamanda, Nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-03- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq, onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Məhkəmə qərardadına uyğun olaraq iddiaçının təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir.
21. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/90 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya aid olan sənədlər (ərizələr, əmrlər, orta təhsil haqqında attestatın əsli) Azərbaycan Respublikası Təhsil N azirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış siyahılarda iddiaçının adı qeyd edilmişdir.
22. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484A nömrəli əmrinin icrası ilə bağlı məktub Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə daxil olmamışdır.
23. Bakı Avrasiya Universiteti tərəfindən məhkəməyə ünvanlanmış T2219-01/06 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Universitetə iddiaçı haqqında hər hansı müraciət və sənəd daxil olmamışdır. Birinci instans iya məhkəməsinin gəldiyi nəticə:
24. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə iddiaçının natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz imtinasını köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməməsi ilə əsaslandırsa da, hazırkı məhkəmə icraatında bu xüsusat təkzib olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 №-li, xx.xx.2013-cü il t arixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçıya aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında attestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müə yyən edilmişdir. Bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı gətirdiyi dəlillər əsaslı sayıla bilməz.
26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-3119/2022 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Orucova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır.
29. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
30. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə dair mülahizə təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasit ələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
36. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
37. Apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, “...cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 nömrəli, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyinin məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçı (Balakişiyeva) Fidan Namiq qızına aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında attestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müəyyən edilmişdir”.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
39. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsinə Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışının surətini əlavə etmişdir ki, həmin arayışa əsasən iddiaçı 2006-2010-cu illərdə Universitetin xarici dillər fakültəsinin Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsinin əyani şöbəsində təhsil almış və Təhsil Nazirliyinin bakalavr pi lləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmişdir (iş v.10).
40. Cavabdeh də məhz həmin arayışa istinadla qeyd edir ki, “iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir.”.
41. Bundan başqa, cavabdehin əsas dəlillərindən biri ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir.
42. İş materiall arında olan təhsil nazirinin ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanladığı 8 sentyabr 2010-cu il tarixli, xx-xx-5541/17 nömrəli və 7 mart 2011-ci il tarixli, xx-xx-1712/17 nömrəli məktublara və onlara əlavə edilmiş siyahılara nəzər yetirdikdə müəyyən edilir ki, həmin məktublarda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahıları Təhsil Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. Həmin məktublarda iddiaçının ixtisası və siyahılarda iddiaçının adı qeyd olunmamışdır. İddiaçının adı fərqləndirici (qalın) şriftlə göstərilmiş siyahının isə Təhsil Nazirliyi tərəfindən tərtib edildiyi müəyyən deyil (iş v.201-218).
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin xüsusatlar araşdırılmamış, onla ra qiymət verilməmişdir.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-3119/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.