Məhkəmə qərarları › İş №2-1(102)-802/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-802/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-802/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlu ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx xxxxxx 1962) cavabdeh xxxna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2749/2023 nömrəli qərarından cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1927- xx.xx.1980-cı illərdə texniki peşə məktəbində təhsil almış, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında əksini tapmış məlumatlara əsasən iddiaçı xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasında elektrik qaz qaynaqçısı; xx.xx.1983-xx.xx.1983-cü il tarixləri arasında elektrik qaz qaynaqçısı; xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında elektrik qaz qaynaqçısı, daha sonra qəlibçi; xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasında elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. 3. "xxxx" ATSC-nin 1 saylı Xüsusi Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, iddiaçı xx.xx.1985-ci il tarixdə (Əmr №l2-k. xx.xx.1985) “Azərnəqliyyattikinti” trestinin 85 №-li İxtisaslaşmış Tikinti Quraşdırma Qatarına (1 №-li İTQQ) elektrik qaz qaynaqçısı qəbul edilmişdir. xx.xx.2005-ci ildə (Əmr Ns 29/k. xx.xx.2005) işdən azad edilmişdir. Elektrik qaz qaynaqçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarına əsasən (bölmə XXXİİİ. Ümumi peşələr. Kod 23200000 – 11620) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin, istehsalatların və göstəricilərin Siyahısı”na daxildir.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirmişdi r ki, onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı adıçəkilən müəssisədə iş həcmi olmadığına görə xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan fakt “Azərnəqliyyatyoltikinti" ASC tərəfindən 7 sentyabr 2022-ci il tarixli aktla təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dovrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (20 il 6 ay 5 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980- xx. xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985- xx.xx.2000-ci il, xx.xx.2016-xx.xx.2016-cı il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16987,83 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaç ı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006cı il tarixə ümumi stajının 25 ildən çox olduğunu nəzərə almaqla ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək olan iş stajını təsdiq edən əmək kitabçasına əsasən ümumi iş stajı 25 ildən çoxdur və bunun da 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarında nəzərdə tutulan elektrik qaz qaynaqçısı peşəsində işləmişdir (bölmə XXXİİİ. Ümumi peşələr, kod- 23200000-11620). İşlədiyi peşənin Nazirlər Kab inetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun gəlməsi işlədiyi müəssisə tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Hesab edir ki, onun konstitusion hüququ pozularaq əsassız olaraq pensiya təyin edilməyib. Səbəb kimi isə xx.xx.2000-xx.xx.2005-ci illərdə işlədiyi dövrün öz hesabına məzuniyyətdə olduğu üçün ona əmək haqqının hesablanmaması üçün iş stajı kimi götürülməsinin mümkünsüzlüyü göstərilir. Müəssisədə iş həcminin olmaması səbəbindən işçiyə əmək haqqının hesablanmamamsı işçinin təqsiri deyil. Çünki, həmin dövrdə idarənin iş fəaliyyəti olmuş, müəssisə ləğv edilməmişdir. İddiaçı hesab edir ki, həmin dövr də onun ümumi staj dövrünə daxil edilməlidir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 3545/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, 1 fevral 1999-cu il tarixdən qüvvədə olan Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə v ə ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilməlidir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. Göstərilən dəlillə bağlı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya onun təqsiri olmadan əmək haqqı hesablanmadığına baxmayaraq, onun iş yerinin (vəzifəsinin) saxlandığı mübahisə doğurmalı deyil. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin xx.xx.2006-cı ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002- ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

10. Belə olan halda iddiaçıya 57 yaşda n güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2749/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, P.Hüseynov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətini iddiaçıya pensiya təyin olunmasınan imtina məktubunun, iddiaya dair etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, iddiaçının xx.xx.2000-xx.xx.2005-ci il tarixədək əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasını, eyni zamanda 1993-cü ildən sonra həmin müəssisənin inzibati binasında məcburi köçkünlər məskunlaşdığına görə idarəyə aid arxiv sənədləri saxlanılmamasını təkrarlamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdi m edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən t am əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000- ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəll əri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya ins tansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı (20 il 6 ay 5 gün sığorta stajı müəyyən olunduğundan) olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.

31. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan ma ddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.

32. İddiaçının 57 yaşının tamam olması və 12 il 6 ay xüsusi iş stajının toplanması iş materialları ilə öz təsdiqini tapır və bu işin mübahisəsiz halını təşkil edir.

33. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir də lil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 19-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabças ı və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.

35. Cavabdeh kassasiya şikayətində iddiaçının xx.xx.2000-xx.xx.2005-ci il tarixədək əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasını və 1993-cü ildən sonra həmin müəssisənin inzibati binasında məcburi köçkünlər məskunlaşdığına görə idarəyə aid arxiv sənədləri saxlanılmamasını qeyd edir.

36. İddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.200 5-ci il tarixədək əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin halı təsdiq edən sübut kimi akt təqdim etsə də, həmin aktda qeyd edilənlər hər hansı rəsmi və ya mötəbər qəbul ediləcək sənədlə (iddiaçının məzuniyyətə buraxılması ilə bağlı əmr və s... ) təsdiq edilməmişdir. 37. 1993-cü ildən sonra həmin müəssisənin inzibati binasında məcburi köçkünlər məskunlaşdığına görə idarəyə aid arxiv sənədləri saxlanılmaması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçıya məxsus sənədlərin lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal onun ziyanına şərh edilə bilməz.

38. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin analoji faktlara əsas lanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabça sında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır (bax: Ali Məhkəmənin 21(102)1735/23, 2-1(102)2760/23, 2-1(102)1897/23, 2-1(102)558/23, 2-1(102)582/23, 21(102)919/23, 2-1(102)1960/22 nömrəli qərarları).

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Odur ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 21(103)-2749/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar