Məhkəmə qərarları › İş №2-1(102)-803/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-803/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-803/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil və nümayəndəsi Vəkil iştirakı ilə İddiаçı Iddiaçıcavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “onun müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 1991-1993-cü illərdə “X” Assosasiyası və Pedoqoji Elmlər İnstitutunun Neftçala Qızlar Kollecini orta ixtisas təhsilli ibtidai təhsil pedaqogikası metodikası ixtisası üzrə tam kursu bitirmiş, 25 ildir ki, Neftçala rayonu Bankə qəsəbəsi 1 saylı tam orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. 16.12.2016-cı il tarixində müəllimlərin diaqnostik qiymətləndirilməsində təqdim olunmuş siyahıda onun adı çıxmamışdır. Məsələ ilə bağlı 02.04.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı 06.04.2018-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Neftçala Qızlar Kolle ci tərəfindən onun adına yazılmış Xx seriyalı *****№-li diplom dövlət nümunəli təhsil sənədi deyildir. Cavabdehin bu hərəkətlərini qanunsuz hesab edən iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması öhdəliyinin cəvadehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2364/2018 saylı 18 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçının tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2364/2018 saylı 18 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya orta ixtisas təhsili üzrə diplom vermiş müəssisə həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun fəaliyyət göstərmədiyindən, sözügedən diplom etibarsız qiymətləndirilir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət nümunəli diplom blanklarını qanunvericiliyə uyğun fəaliyyət göstərən təhsil müəssəsələrinin məzunlarına verə bilər. Belə olan halda cavabdeh “X” Assosasiyası və Pedoqoji Elmlər İnst itutunun Neftçala Qızlar Koleci tərəfindən verilmiş Xx seriyalı *****№-li diplomun dövlət nümunəli olmaması əsası ilə iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxmamaqda haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı 25 ildən artıqdır ki müəllim kimi fəaliyyət göstərir və ixtisası üzrə işlədiyi 25 il ərzində diplomlar yığılıb cavabdeh nazirlik tərəfindən yoxlanıldığı halda, 25 il keçdikdən sonra onun dipomunun saxta olduğu müəyyənləşib. Cavabdeh tərəfindən ona ünvanlanmış məktubda diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığı qeyd edilsə də, bu sənədin qüvvədən düşmüş hesab olunması və ya etibarsız sayılmasına dair heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kassator İnzibati Prosessual Məcəlllənin 81-85-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil oğlu və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmdəən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarıilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının təhsil aldığı “X” Assosasiyası və Pedoqoji Elmlər İnstitutunun Neftçala Qızlar Kolecinin hüquqi statusunun mövcudluğu müəyyən edilmir. Başqa sözlə, sözügedən Kollec qanunvericiliyə uyğun qaydada dövlət reyestrində təsbit olunmuş qanuni fəaliyyəti mövcud olmamışdır. Belə ki, iddiaçının 1991-1993-cü illərdə sözügedən Kollecdə təhsil aldığı və həmin Kollec tərəfindən ona diplom verildiyi halda, Neftçala rayon İcra Hakimiyyəti Başıçısının həmin Kollecin qeydə alınması barədə sərəncamı 12 fevral 1993-cü il tarixdə (№489), Təhsil Nazirliyi Dövlət Ali Ekspert Komissiyası tərəfindən isə həmin Kollecin qeydə alınması haqqında qərarı yalnız 02 iyun 1993-cü il tarixdə (№14/6), qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçının təhsil müddətdə kollec özbaşına fəaliyyət göstərmişdir. Bundan əlavə, 07.10.1992-ci il tarixdən q üvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə müvafiq olaraq təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, iddiaçının təhsil aldığı müəssisə həmin sənədi özü təsdiq etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim edilməmişdir. Beləliklə apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən diplomun dövlət nümunəli sənəd olmaması əsası ilə iddiaçının diaqnostik qiymətləndirməyə buraxılmaması qanunvericiliyin tərəbləri ilə ziddiyyət təşkil etmir. Ona görə də cavabdehin qeyd olunan əsasla iddiaçının cavabdeh tərəfindən diaqnostik qiymətləndirməyə buraxılmaması onun hüquqlarının pozuntusu kimi qəbul edilə bilməz. İnzibati-Pros essual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2714/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar