Məhkəmə qərarları › İş №2-1(102)-804/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-804/2019

09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-804/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər şöbəsinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının 01.09.1975 -ci il tarixdən 22.06.1981ci il tarixədək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-584/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 01.09.1975-ci il tarixdə X7 Ordenli N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, müalicə işi ixtisası üzrə tam kursu bitirmiş və dövlət imtahan komissiyasının 22.06.1981-ci il tarixli qərarı ilə ona həkim ixtisası verilərək adına 25.06.1981-ci il tarixdə EB seriy alı 273679 nömrəli diplom hazırlanmışdır. İddiaçı təhsil müddətin nəzərə alınaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 14.05.2018-ci il tarixli məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından, iddiaçının 1975-1981-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı cavabdehə qarşı 13 iyun 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.09.1975-ci il tarixdən 22.06.1981-ci il tarix ədək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tibb institutunda təhsil almış, pensiyaya çıxdığı zaman cavabdeh onun təhsil aldığı müddəti nəzərə almamışdır. Cavabdehə bununla bağlı müraciət etsə də, sonuncu imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 21.2, 27.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddələrinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hаkim X2, 2-1(84)-1158/2018 saylı iş) 10 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə idd iaçının 01.09.1975-ci il tarixdən 22.06.1981-ci il tarixədək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani tə hsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X4, 2-1(107)-584/2018 saylı iş) 28 noyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 6 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 28 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək q ərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona pensiya təyin edilmiş, lakin əyani təhsil dövrü onun iş stajına daxil edilməmişdir. Cavabdehdən təhsil dövrünün iş stajına daxil edilməsini xahiş etmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinad edərək cavabdeh onun tələbini təmin etməmişdir. Odur ki, iddiaçı təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması xahişi ilə məhkəməyə müraciət etmiş, məhkəmələr yuxarıda qeyd edilən qərarları qəbul etmişlər. Cavabdeh hesab edir ki, iddiaçı təhsil aldığı dövrdə sosial sığorta haqqı ödəmədiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil dövrünün sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından və yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr sosial sığorta stajına aid edildiyindən məhkəmənin qərarı qanuni sayıla bilməz. Lakin nəzərə alınmalıdır ki, şəxsin pensiya hüququnun nə vaxt yaranmasından asılı olmayaraq əyani təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi hazırkı qanunun deyil, şəxsin əyani təhsil aldığı dövr qüvvədə olmuş qanunvericiliyin tələbləri əsas götürülməlidir. İddiaçıya məxsus diplomdan görünür ki, ali təhsilini 1975-1981-c i illərdə almışdır, iddiaçı bu müddətin əyanı təhsil dövrü kimi ümumi sığorta stajına aid edilməsi xahiş edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. O da vurğulanmalıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildən 2006 -cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, bəhs edilən təhsil dövrünü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegi yası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-584/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar