Məhkəmə qərarları › İş №2-1(102)-804/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-804/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-804/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırkı 14 saylı regional ərazi filialı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması səlahiyyəti; inzibati aktın etibarsızlığı; qanunsuz inzibati aktın ləğvi) Hakimlər: Zakir Quliyev - məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdaf iə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırkı 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(107)21/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE №********; FİN xxxxxxx) xxxx tarixində İsmayıllı rayonunda doğulmuşdur. O, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya məxsus 1 iyun 1979-cu il tarixdə tərtib edilmiş əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının 2 iyun 1980-ci il tarixdən 30 avqust 1980-ci il tarixədək İsmayıllı rayonu 12 nömrəli XRSU-da, 2 sentyabr 1980-ci il tarixdən 3 may 1989-cu il tarixədək İsmayıllı rayonu Quşencə kənd keçmiş "xxxx" adına sovxozda və 24 dekabr 1988-ci il tarixdən 13 mart 1995-ci il tarixədək İsmayıllı rayonu 3 nömrəli X1ynaqçı işləməsi qeyd olunmuşdur.

3. İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(037)-66/5014 nömrəli qətnaməsi ilə iddiaçının 24 dekabr 1988-ci il tarixindən 13 mart 1995-ci il tarixinədək İsmayıllı rayon 3 saylı X2 və 17 mart 1995-ci il tarixindən 29 mart 1999-cu il tarixinədək İsmayıllı rayon "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsində işləməsi faktı müəyyən edilmiş və həmin müddətlər onun sosial sığorta stajı daxil edilmişdir.

4. Cavabdehin 17 fevral 2014-cü il tarixli qərarının təsdiq olunmuş surətinə əsasən iddiaçıya 1 yanvar 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (iş v.32, 35)

5. Cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının təsdiq olunmuş surətinə əsasən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş. İddiaçıya 30 mart 2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Güzəştli şərtlərlə pensiyanın ləğv olunmasına əsas olaraq qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmaması göstərilmişdir (iş v.30).

6. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İsmayıllı rayon filialının iddiaçıya ünvanladığı 16 sentyab r 2020-ci il tarixli məktubunda (iş v.5-6) qeyd edilmişdir ki, araşdırma qrupu iddiaçının əmək kitabçasındakı qeydə əsasən 2 iyun 1980-ci il tarixindən 30 iyun 1988-ci il tarixinədək İsmayıllı rayon 12№-li XRSU-da, 2 sentyabr 1980-ci il tarixindən 3 may 1989-cu il tarixinədək İsmayıllı rayon Quşencə kənd inqilab adına sovxozda və 4 may 1989-cu il tarixindən 13 mart 1995-ci il tarixinədək İsmayıllı rayon 3№li X1ynaqçı vəzifəsində işlədiyi dövrlərin, qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbilə, xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanunauyğun olmaması qənaətinə gəlinmişdir. Bu səbəbdən 12 il 5 ay güzəştli sosial sı ğorta stajı olmadığı üçün araşdırma zamanı iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunsuz hesab edilmiş və pensiya təyin edən komissiyanın 9 sentyabr 2020-ci il tarixli qərarı ilə 30 mart 2020-ci il tarixindən yaşa görə aylıq 200 manat məbləğində pensiya təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 30 sentyabr 2020-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin qəbul etdiyi inzibati akt qeyri-qa nunidir, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu pozur. Belə ki, iddiaçının qaynaqçı işləməsi əmək kitabçası ilə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən də əmək pensiyasının təyin edilməsi üçün əsas verən sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir.

9. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin ödənilməsi dayandırılmamış, lakin ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və 30 mart 2020-ci il tarixindən yaşa görə pensiya təyin edilmişdir. İddiaçı cavabdehin pensiya təyin edən komissiyasının 7 sentyabr 2020-ci il tarixli qərarının ləğvi ilə bağ lı cavabdehə müraciət etməyərək 13 fevral 2021-ci il tarixinədək pensiya almağa davam etmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə müvafiq inzibati orqana – DSMF-nin İsmayıllı rayon filialına (14 saylı Rayon Ərazi Filialı) müraciət etməli, filial tərəfindən iddiaçıya imtina məktubu verildikdən sonra məhkəməyə müraciət edilməli idi. Belə olan halda iddiaçının qanunla nəzərdə tutulan hüquq və maraqlı cavabdeh tərəfindən pozulmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-263/2021 nömrəli qərardadına əsasən (hakim İlqar Cabbarov) DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçünü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. DSMF-nin 14 saylı regional ərazi filialı vəsatət təqdim edərək cavabdeh DSMF-nin 14 saylı regional ərazi f ilialının əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir.

12. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 35-ci bölməsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ var. Qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Qanu nun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 2 iyun 1980-ci il tarixindən 30 iyun 1988-ci il tarixinədək İsmayıllı rayon 12 №-li XRSU-da, 2 sentyabr 1980-ci il tarixindən 3 may 1989cu il tarixinədək İsmayıllı rayon Quşencə kənd İnqilab adına sovxozda və 4 may 1989-cu il tarixindən 13 mart 1995-ci il tarixinədək İsmayıllı rayon 3 №-li X1ynaqçı işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir.

13. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-263/2021 nömrəli qərarına əsasən (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs in İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 7 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli Əmri, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, cavabdeh 8 fevral 2019-cu il tarixinə qədər mübahisəli qərarı qəbul etmək səlahiyyətinə malik olmuşdur. Lakin həmin tarixdən sonra ondan bu səlahiyyət alınmış və üçüncü şəxsə verilmişdir. Ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur. Qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Həmçinin, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırki cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çətinlik yaratmayacaq. Hazırkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçiri lməli idi.

15. Cavabdeh apellyasiya şikayətləri verərək Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-263/2021 nömrəli qərardadının ləğv edilməsi, cavabdehin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-263/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2021-ci il tarixli 2-1(107)-342/2021 nömrəli qərardadına əsasən cavabdehin Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-263/2021 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina e dilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(107)-21/2022 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Günay Cavadova və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-263/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(107)-21/2022 nömrəli qərarın ləğv edilərək yeni qərar qəbul edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı qərar qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, ziddiyyətlər aradan qaldırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə istinad olunmalı hüquq normasına istinad etmədən qərar qəbul etmişdir. 21. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 9 iyun 2014-cü il tarixli qərarın həmin şöbənin 7 sentyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 9 iyun 2014-cü il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə, İsmayıllı rayon şöbəsinin 7 sentyabr 2020-ci il tarixli qərarı qanunidir, formal-hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir.

22. Məhkəmə qərarının nəticə hissəsində pensiyanın bərpa edilməsi öhdəliyi 14 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. Halbuki, Fondun 23 iyul 2020-ci il tarixli, **********1 n ömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi filialın səlahiyyətinə aid edilmişdir. Belə olan halda Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə uyğun olaraq məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar.

23. Məhkəmə prosesində cavabdehin əvəz olunmasına dair vəsatət təqdim edilməsinə baxmayaraq, həmin vəsatət təmin olunmamış, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial üçüncü şəxs qismində məhkəmə icraa tına cəlb olunmuşdur. Lakin qərardan da göründüyü kimi, 14 saylı regional ərazi filialının üzərinə qoyulmuş öhdəlik Filialın səlahiyyətləri xaricindədir və icrası qanunvericiliyin tələblərinə zidd olmaqla qeyrimümkündür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.

26. Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. 27. “İnzibati icraat haqqında” Qanun Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: (-) 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qə bul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüq uqi nəticələri aradan qaldırır.

28. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqla rının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96. 5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(107)-21/2022 nömrəli qərarı və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiası cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması tələblərini ehtiva edir.

32. Beləliklə, iddiaçının iddiası iki tələbdən ibarətdir. Birinci tələb cavabdeh in iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının ləğv olunması haqqında 7 sentyabr 2020-ci il tarixli qərarın ləğv olunmasıdır. İkinci tələb isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin təmin edilməsinin cavabdehə tapşırılmasıdır.

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasında irəli sürülmüş həmin tələblər əslində bir vahid tələb olmaqla, ayrılmazdır. Belə ki, pensiyanın dayandırılması barədə 7 sentyabr 2020-ci il tarixli qərar ləğv olunursa, o zaman pensiyanın ödənilməsi avtomatik olaraq davam edir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh orqanın 7 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıya 30 sentyabr 2012-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmaması səbəbilə 1 sentyabr 2020-ci il tarixindən dayandırılmış, əvəzində 30 mart 2020-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.

35. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(037)-66/2014 nömrəli qətnaməsi ilə iddiaçının 24 dekabr 1988-ci il tarixindən 13 mart 1995-ci il tarixinədək İsmayıllı rayon 3 saylı “X2 və 17 mart 1995-ci il tarixindən 29 mart 1999-cu il tarixinədək İsmayıllı rayon "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsində işləməsi faktı müəyyən edilmişdir.

36. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1 iyun 1979-cu il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının 2 iyun 1980-ci il tarixindən 30 avqust 1980-ci il tarixinədək İsmayıllı rayonu 12 nömrəli XRSU-da, 2 sentyabr 1980-ci il tarixindən 3 may 1989-cu il tarixinədək İsmayıllı rayonu Quşencə kənd keçmiş "xxxx" adına sovxozda və 24 dekabr 1988-ci il tarixindən 13 mart 1995-ci il tarixinədək isə İsmayıllı rayonu 3 nömrəli X1ynaqçı işləməsi qeyd olunmuşdur.

37. Bununla yanaşı, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 noyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubuna görə iddiaçının 12 nömrəli XRSUda, "xxxx" adına sovxozda və 3 nömrəli X1ynaqçı işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiy indən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına əsasən Fondun İsmayıllı rayon filialı tərəfindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixindən dayandırılmışdır.

38. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.

39. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 8 fevral 2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulm uş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir.

40. Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın.

41. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrində qeyd edilir ki, pensiya təyin edil miş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın.

42. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur.

43. Burada, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hətta cavabdeh kassasiya şikayətində özü göstərir ki, “Fondun 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası h üququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın səlahiyyətlərinə aid edilmişdir”.

44. Başqa sözlə, cavabdeh kassasiya şikayətində etiraf edir ki, Dövlət Sosial Müdafiə Fondunun 23 iyul 2020-ci il tarixli qərarı ilə həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin pensiya ödənişinin dayandırılmaması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın səlahiyyətlərinə aid edilmiş, yəni cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarla iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması hüququ yox idi.

45. Digər t ərəfdən, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edilməmişdən öncə “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati icraat aparılmalı və yalnız inzibati icraatın nəticələrindən asılı olaraq müvafiq qərar qəbul edilməli idi (Qanunun İV, Vİ fəsilləri). Lakin bunlar cavabdeh tərəfindən icra edilməmişdir.

46. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının ikinci tələbi, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi mümkün sayılmamalıdır.

47. Belə ki, əvvəla ikinci tələb iddianın birinci tələbindən asılıdır, yəni pensiya ödənilməsinin dayandırılması qərarı ləğv olunduğundan, ödənişlər bərpa edilməlidir. Digər tərəfdən, cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi, cavabdeh 23 iyul 2020-ci il tarixindən artıq pensiya məbləğini ödəyən təşkilat deyil, bu səlahiyyət Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala verilmişdir. Yəni, bu tələb üzrə hazırkı Cavabdehlik daşıya bilməz.

48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2-1(107)-21/2022 nömrəli qərarı qismən, yəni "birinci instansiya məhkəməsinin 18 may 2021-ci il tarixli qərarının iddia tələbinin iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması" hissəsi ləğv edilməli, qərarın həmin hissəsi üzrə yeni qərar qəbul edilməli, iddia həmin hissədə mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

49. Şərh edilənlərə və İPM-in 35, 96.9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 21(107)-21/2022 nömrəli qərarı qismən, yəni "Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-263/2021 nömrəli qərarının iddiaçının iddiasının iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilm əsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması" hissəsi ləğv edilsin. Qərarın həmin hissəsi üzrə yeni qərar qəbul edilsin. İddia həmin hissədə mümkün sayılmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 21(107)-21/2022 nömrəli qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar