Məhkəmə qərarları › İş №2-1(102)-804/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-804/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-804/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1ə, Cavabdeh2 İB-yə, Cavabdeh3ASC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1ə, Cavabdeh2 İB-yə, Cavabdeh3ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2024-cü il 23 noyabr tarixli, 2-1(103)-4101/2024 nömrəli qərardadlarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətlərinin şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X5 cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq, 3.334.338 ABŞ dolların (bu məbləğin 5.970 ABŞ dollarının müştərək qaydada Cavabdeh2ndən və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla), yəni 5.668.374 manatın (bu məbləğin 10.150 manatının Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətind ən tutulmaqla) tutulması və həmin məbləğin 2/5-nin, bərabər paylarla olmaqla, İddiaçı1 və İddiaçı2, 1/5-nin, bərabər paylarla olmaqla, X3 və İddiaçı4, 1/5-nin İddiaçı3, 1/5-nin X4 ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 manat) və bundan sonra da çəkiləcək xərclərin) cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X5 xx.xx.2024-cü ildə iddianın dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh1dən 2.476.704 manat, cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğlərinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəki ləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 20 aprel tarixli qərardadı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 05 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gilan Holding (ikdiki adı"xxxx" MMC) və "xxxx" MMC-nin üçüncü şəxslər qismində cəlb edilməsil barədə iddiaçıların vəsatəti təmin edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərardadı il ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə iddiası mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaç ı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X1 cavabdeh Bakı şəhər Cavabdeh1ə qarşı 2.476.704 manat zərər məbləğinin, habelə məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) tutularaq iddiaçılara hər birinə 1/6 pay olmaqla ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2024-cü il 05 avqust tarixli, 2-1(112)66/2024 nömrəli və 2024-cü il 26 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərar və qərardadından apellyasiya şikayəti vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli, 2-1(103)-4101/2024 nömrəli qərardadları ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 avqust tarixli, 2-1(112)66/2024 nömrəli və 2024-cü il 05 avqust tarixli, 2-1(112)-66/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərardadlarından kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayə ti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya m ümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından onun verdiyi kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

15. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Odur ki, iddiaçının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.

16. Beləliklə, iddiaçının hazırkı kassasiya şikayəti verilərkən qanunvericiliyin tələblərinə (kassasiya şikay ətinin vəkil tərəfindən tərtib edilməsi, vəkil tərəfindən imzalanması və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 23 noyabr tarixli, 2-1(103)-4101/2024 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri mümkün sayılmasın və şikayətlərin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar