Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-805/2019 12.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı və vəkili qızının, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qəra rından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 13.02.2018-ci il tarixdən təminat xərcliyinin 80 faizi məbləğində təyin edilmiş əlilliyə görə pensiyanın 01.10.2007-ci il tarixdən tətbiq edilməklə, təminat xərcliyinin 55 faizi ilə 80 faizi arasında olan fərqin yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona hərbi xidmət dövrü ilə əlaqədar verilmiş əlilliyə görə 2007-ci il tarixdən təminat xərcliyinin 55 faizi məbləğində pensiya təyin edilmişdir. Lakin o, Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət aldığından onun müraciəti əsasında Azərbaycan Respublikası DİN Daxil Qoşunlarınının hərbi-həkim komissiyasının 21.06.2017-ci il tarixli qərarı ilə aldığı xəsarətin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” şəhadətləndirilmiş və bundan sonra 13.02.2018-ci il tarixdə TSEK tərəfindən də onun ikinci qrup əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” qiymətləndirilmişdir. Bundan sonra onun pensiyası 18.02.2018-ci il tarixdən təminat xərcliyinin 80 faizi miqdarında hesablanmışdır. İddiaçı hesa b edir ki, 01.10.2007-ci il tarixdən etibarən pensiyalar arasındakı fərq hesablanıb ona ödənilməlidir. İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin sonradan dəyişməsinə baxmayaraq, əlilliyin yaranma əsasının eyni olduğunu nəzərə alıb, keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən 07 iyul 2018-ci il tarixli 03/19/02-535 saylı məktubla imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3960/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı (hakim-E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 01.10.2007-ci il tarixdən ödənilən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 13.02.2018-ci il tarixdən “2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əl aqədar əlillik dərəcəsi” ilə əlaqədar təyin edilmiş təminat xərcliyinin 80%-i miqdarı arasındakı fərqin 01.10.2007-ci il tarixdən tətbiq edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3960/2018 saylı, 20 se ntyabr 2018-ci il tarixli qərarı, nəticə hissəsində “fərqin” sözlərindən sonra gələn “01.10.2007-ci il” tarixi, “01.11.2007-ci il” tarixi ilə əvəz edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa verilən əlilliyin neçənci qrup olduğu, nə va xtdan təyin edildiyi və əlilliyin səbəbi TSEK müayinə aktından çıxarışında qeyd edilir və həmin çıxarış pensiya təyinatı aparan orqana göndərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.3-cü bəndinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfındən qeydiyyatdan keçirilir. İddiaçıya ilkin olaraq İİ qrup əlilliyə görə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında pensiya təyin edilmişdir. İddiaçıya növbəti dəfə 13.02.2018-ci il tarixdə ik inci qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Bundan sonra ona «Əmək pensiyaları haqqında» Qanunun 20.16.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanaraq ödənilməyə başlanılmışdır. Beləliklə, onun hüququ yarandığı gündən, yəni 13 fevral 2018-ci il tarixdən pensiyası yenidən hesablanaraq təminat xərcliyinin 55 faizindən 80 faizinə qaldırılmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş üzrə iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya əlilliyinə görə ilkin olaraq, hərbi xidmət dövrü aldığı xəsarət əsasında təyin edilən 3-cü qrup əlilliyinə görə 01.11.2007-ci il tarix dən təminat xərcliyinin 55 faizi miqdarında pensiya təyin edilmiş, lakin 18.02.2018-ci il tarixdə onun əlillyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən edildiyindən həmin tarixdən onun pensiyasının məbləği təminat xərcliyinin 80 faizinə qaldırılmış, lakin bu zaman pensiyalar arasındakı fərq ona hesablanaraq ödənilməmişdir. Apellyasiya məhkəməsi iddiaçının tələbini haqlı hesab edərək buna dair mövqeyini onunla əsaslandırmışdır ki, onun əlilliyinin səbəbi “Azərbyacan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı bir xəsarətlə” yalnız bağlı olmuşdur. Belə olan halda, 2007-ci ildə ona ilkin təyin edilmiş 3-cü qrup əlilliyinin “hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar” səbəbinin, sonradan, 2018-ci ildə 2-ci qrup əlilliyinin “Azərbyacan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi faktiki olaraq ilkin əlilliyində yol verilən yanlışlığın aradan qaldırlması anlamını verməklə, əslində xəsarətin səbəb əlaqəsinin elə əvvəlcədən məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olduğunun təsdiqidir. Odur ki, 01.11.2007-ci il tarixdə ilkin pensiya təyinatı zamanı onun pensiyası hesablanqarkən təminat xərcliyinin 55 faizi miqdarı ilə, əlilliyin səbəb əlaqəsi dəyişdirildikdən sonra təminat xərcliyinin 80 faizi arasındakı fərq hesablanıb ona verilməlidir. Əks halda, onun pensiya hüququ pozulmuş olur. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi iddianın təmin edilməli olduğuna dair nəticə ilə razılaşmır. İddiaçıya birinci dəfə əlilliyin təyin edildiyi vaxtda (2007-ci ildə) qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir) 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları:...həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;... Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. İddiaçıya ikinci dəfə əlilliyin səbəb əlaqəsi dəyişdirilməklə yenidən əlilliyin təyin edildiyi vaxtda (2018-ci ildə) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömr əli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reab ilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-invəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cə bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5 -ci bəndinə əsasən, TSEK-inqərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüv vəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən normativ aktların (istər iddiaçıya birinci dəfə əlilliyin təyin edildiyi vaxtda qüvvədə olan, istərsə də iddiaçıya ikinci dəfə əlilliyin səbəb əlaqəsi dəyişdirilməklə yenidən əlilliyin təyin edildiyi vaxtda qüvvədə olan) müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in belə qərarları inzibati aktdırlar. Çünki onlar iddiaçı üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Bu mənada, işin hallarından müəyyən edilir ki, əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə iddiaçı həmin aktlarla bağlı mübahisə açmamış, TSEK-in qərarından inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər qəbul edilmiş qərar iddiaçıya məlum olmuş, onun tərəfindən mübahisələndirilməyərək hüquqi cəhətdən qüvvədə olmaqla etibarlılıq xüsusiyyətinə malik olmuşdur. Həmin inzibati akt əlilliyin səbəbinin dəyişdirilməsi barəd ə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Kollegiya qeyd edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Çünki cavabdehin hansısa ödənişlər etmək vəzifəsi məhz TSEK-in müvafiq qərarı əsasında yaranır. Hazırkı işin mübahisələndirilməyən hallarından isə müəyyən edilir ki, TSEK-in 13.02.2018-ci il tarixxli qərarından sonra cavabdeh iddiaçının pensiyasını yenidən hesablayaraq təminat xərcliyinin 55 faizindən 80 faizinə qaldırmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin pen siyanı yenidən hesablamaq öhdəliyi TSEK-in 13.02.2018-ci il tarixli qərarından sonra yaranmış, öz növbəsində də cavabdeh qanundan irəli gələn həmin öhdəliyini yerinə yetirmişdir. Ona görə də, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilmədiyi üçün apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi isə qanuni və əsaslı olmadığı üçün təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Sədrlik edən
Məhkəmə qərarları › İş №2-1(102)-805/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-805/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver