Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-805/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil üzərində istifadə hüququ, mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyəti) qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(107)63/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE *******, FİN kod: xxxxxxx) xx xxx 1956-cı ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayır.
2. İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı atası Məmmədov Alxas Qubad oğlu 1950-ci illərin sonlarından İsmayıllı rayonunun İvanovka kəndində yaşamağa başlamışdır. Həmin vaxtlar İsmayıllı rayon keçmiş Kalinin adına kolxozda mövcud olan MTS-in işçiləri üçün tikilmiş hər biri 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən üç ədəd mənzil mövcud olmuşdur. 1960-cı illərin əvvəllərində MTS ləğv edilmiş, bir müddət sonra MTS-in yerləşdiyi ərazidə Ucar taxıl tədarük məntəqəsinin filialı açılmış, bütün MTS-ə məxsus olmuş binalar Ucar taxıl tədarük məntəqəsinin hesabına keçmişdir. Ucar taxıl tədarük məntəqəsinin 1 aprel 1965 -ci il tarixli 72 və 184 saylı əmrlərinə əsasən, müvafiq olaraq iddiaçının anası X1 və atası Məmmədov Alxas Qubad oğlu məntəqənin İsmayıllı rayonu İvanovka kəndindəki taxıl anbarlarına gözətçi təyin olunmuşlar. Valideynlərinin yaşadığı mənzil də həmin təşkilatın əmrinə əsasən onların istifadəsinə verilmişdir. Həmin vaxtdan 10 nəfərdən ibarət, yəni iki valideyn və səkkiz nəfər uşaq olmaqla, yaşadıqları darısqal bir otaqlı evdən həmin altı otaqlı mənzilə köçmüşlər. Eyni zamanda, iddiaçının valideynlərinin yaşadığı mənzil də həmin təşkilatın əmrinə əsasən valideynlərinin istifadəsinə verilmişdir. İddiaçının anası 1990-cı ilin ortalarınadək həmin işdə işləmiş və sonrakı fəaliyyəti barədə əmrlər kitabında heç nə aşkar olunmamışdır. Atası isə vəfat etdiyindən Ucar taxıl tədarükü məntəqəsinin 27 iyul 1990-cı il tarixli, 64 saylı əmri ilə əmək fəaliyyətinə xitam verilmişdir. Ucar taxıl tədarük məntəqəsinin 16 iyul 1990-cı il tarixli 184 saylı əmri ilə məntəqənin İvanovka kəndindəki taxıl anbarlarına gözətçi vəzifəsinə iddiaçının özü təyin olunmuş və ailəsi ilə sözügedən mənzildə yaşamaqda davam etmişdir. Lakin mənzilin atasına verilməsinə dair əmr, sərəncam və ya order tapılmamışdır. Ucar taxıl tədarükü məntəqəsinin İsmayıllı rayonu, İvanovka kəndindəki filialı 1997-ci ildə müstəqil İsmayıllı rayon taxıl tədarükü məntəqəsinə çevrilmiş, həmin məntəqənin 17 iyul 1997-ci il tarixli 51 saylı əmri ilə iddiaçı taxıl anbarlarında gözətçi fəaliyyətini davam etdirmişdir. Son bir neçə ildə həmin təşkilatın fəaliyyətinə xitam verilmişdir. 1960-cı ildən hal-hazıradək iddiaçı əvvəl valideynləri ilə birlikdə, onların vəfatından sonra isə özü ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. İddiaçının valideynləri və onun özü 50 il müddətində yaşadıqları mənzilin saz və təmirli vəziyyətdə qorunub saxlanmasını təmin etmişlər. Mənzil hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin dövlət mənzil fonduna keçirilmişdir.
3. İsmayıllı rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı İsmayıllı rayonu, İvanovka kəndi ərazisində dövlət mülkiyyətində olan 0.12 ha hektar həyətyanı torpaq sahəsində yerləşən, 1965-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı rayon İcra Hakimiyyətinin balansında olan mənzildən istifadə hüququ müəyyən edilmişdir. Qətnamə 24 noyabr 2015ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 8 aprel 2016-cı il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən, İsmayıllı rayon İcra Hakimiyyətinin balansında İsmayıllı rayonu, İvanovka kəndində yerləşən bina 1, mənzil 1 ünvanında yerləşən evlə bağlı İsmayıllı rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı istifadə hüququ müddətsiz olaraq dövlət qeydiyyatına alınmışdır. 5. 7 aprel 2016-cı il tarixdə tərtib edilən İsmayıllı rayonu, İvanovka kəndində yerləşən bina 1, mənzil 1 ünvanında yerləşən evə aid “Texniki pasportu”n təsdiq edilmiş surətinə əsasən, İsmayıllı rayon İcra Hakimiyyətinin balansında, İddiaçı istifadəsində olan ev 1955-ci ildə tikilmiş, ümumi sahəsi 1 79.9 kv.m, yaşayış sahəsi 63.5 kv.m olmaqla, 0.12 ha torpaq sahəsində yerləşir.
6. İsmayıllı rayon İcra Hakimiyyətinin 7 may 2021-ci il tarixli, 03/775 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı İsmayıllı rayonu, İvanovka kəndi ərazisində yerləşən dövlət mənzil fonduna aid ümumi sahəsi 179.9 kv.m, yaşayış sahəsi 63.5 kv.m olan 1 saylı binanın 1 saylı mənzilinin özəlləşdirilməsinə razılıq verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən, qəza vəziyyətində olan evlər (mənzillər), ərazinin yenidən qurulması ilə əlaqədar sökülməli evlər, yataqxanalar, qapalı hərbi şəhərciklərin evlərində mənzillər, eləcə də xidməti mənzillər özəlləşdirilmir.
7. Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 aprel 2021-ci il tarixli **********96 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və bildirilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi əsasında iddiaçının İsmayıllı rayonu, İvanovka kəndində yerləşən mənzildən istifadə hüququ müəyyən edilmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçının həmin mənzil üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçıya 8 aprel 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün dey il. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər İsmayıllı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsinə əsasən müddətsiz istifadə hüququ müəyyən olunmuş, İsmayıllı rayonu, İvanovka kəndi ərazisində dövlət mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1965-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı rayon İcra Hakimiyyətinin balansında olan 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə, çıxarışın verilməsi öhdəliyinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bundan sonra, iddiaçı iddiasını dəyişdirərək məhkəməyə yeni iddia ərizəsi göndərmiş, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini, üçüncü şəxs kimi İsmayıllı rayon İcra Hakimiyyətini göstərmiş və məhkəmədən İsmayıllı rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsinə əsasən müddətsiz istifadə hüququ müəyyən olunmuş, İsmayıllı rayonu, İvanovka kəndi ərazisində dövlət mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1965-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı rayon İcra Hakimiyyətinin balansında olan 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Məmmədov Alxas 1950-ci ildən İsmayıllı rayonu İvanovka kəndində yaşamışdır. Hazırda onun qanuni istifadəsində olan mənzil vaxtilə İsmayıllı rayon İvanovka kənd Kalinin adına kolxozda mövcud olmuş MTS işçiləri üçün inşa olunmuş yaşayış sahəsi olmuşdur. 1960-cı ildə həmin MTS ləğv edilmiş, həmin ərazidə Ucar taxıl tədarükü məntəqəsinin filialı açılmış və MTS-ə məxsus binalar Ucar taxıl tədarükü məntəqəsinin balansına keçmişdir. Ucar taxıl tədarükü məntəqəsinin müvafiq əmrlərinə əsasən, atası və anası taxıl anbarlarına gözətçi təyin olunmuş, həmin təşkilatın əmrinə əsasən orada yerləşən mənzillərin biri valideynlərinin istifadəsinə verilmişdir. Bundan sonra atasının 10 nəfərdən ibarə t ailəsi həmin mənzilə köçərək yaşamışlar. Valideynlərinin vəfatından sonra isə Ucar taxıl tədarükü məntəqəsinin 16 iyul 1990-cı il tarixli 184 saylı əmri ilə taxıl tədarükü məntəqəsinin taxıl anbarına o, özü gözətçi təyin olunmuşdur. Həmin tədarük müəssisəsinin fəaliyyətinə xitam verilənədək əmək fəaliyyətini davam etdirmişdir. Ucar taxıl tədarükü məntəqəsinin və ondan sonrakı tədarük məntəqəsinin fəaliyyətinə xitam verildikdən sonra ailəsi ilə yaşadığı mənzil İsmayıllı rayon İcra hakimiyyətinin dövlət mənzil fondunun balansına keçmişdir və ailəsi ilə bu günədək həmin mənzildə yaşayır. İsmayıllı rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(037)1003/2015 nömrəli qətnaməsinə əsasən, həmin mənzildən istifadə hüququ de-yure müəyyən olunmuş, mənzildən müddətsiz istifadə hüququ dövlət qe ydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.04.2016cı ildə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla da, qeyd edilən mənzilə dair qanuni istifadə hüququ mövcuddur. Həmin mənzilin özəlləşdirilməsinə razılıq verilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə, mənzilin özəlləşdirilməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti 7 may 2021-ci il tarixli, 03/775 nömrəli məktubla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinad edərək müraciətinin təmin olunmasından imtina etmişdir. Həmin maddədə göstərilən halların heç biri mövcud olmamışdır. Belə ki, mənzil yaşayış üçün tam yararlıdır, ərazidə yenidənqurma işləri və bununla əlaqədar sökülmə nəzərdə tutulmamışdır, həmçinin hazırda istifadə hüququ olan mənzil heç bir təşkilatın xidməti mənzili deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 aprel 2021-ci il tarixli **********96 nömrəli məktubunda isə imtinaya əsaslı səbəb göstərilməmişdir.
11. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin balansında olan mənzildən İddiaçı istifadə hüququ müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə mübahisəli mənzilin hüquqi rejimi müəyyən ed ilmişdir. Həmin qətnamə hal-hazırda qüvvədədir. Məhkəmə qətnaməsinə uyğun tərəflərindən İddiaçı həmin mənzil üzərində istifadə hüquqları dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə, vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirm ək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai m ənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim etməlidir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı Məmmədov X3 rayonu İvanovka kəndində yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş olunur.
12. Üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin 12.08.2021-ci il tarixli, 01/435 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının xidməti istifadəsinə verilmiş binanın qəza vəziyyətində olan evlər, yaxud xidməti və yaşayış mənzili olması barədə İsmayıllı rayon İcra Hakimiyyətində heç bir sənəd aşkar olunmamışdır. Odur ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq qanunamüvafiq qərarın çıxarılması xahiş olunmuşdur.
13. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-983/2021 nömrəli qərarı (hakim V.Qasımov) ilə iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə mənzil sah əsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam mövcud deyil. Belə olan halda, iddiaçının qeyd olunan mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun əsasında özəlləşdirmək hüququ yoxdur.
15. Eyni zamanda, birinci instansiya məhkəməsi işdə olan İsmayıllı rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallarla bağlı göstərmişdir ki, həmin qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi iddiaçının valideynlərinin yaşadığı mənzilin Ucar taxıl tədarükü məntəqəsinin əmrinə əsasən onların istifadəsinə verildiyi göstərilsə də, belə bir əmrin mövcud olması müəyyən edilmir. Əksinə, həmin qətnamənin özündə istinad olunan İsmayıllı rayon Dövlət A rxivinin 31.08.2015-ci il tarixli 334 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxı filialının 08.09.2015-ci il tarixli 611 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayon XDS İK-in 1960-1995-ci illərə və 1995-2006-cı illərə dair sərəncamlarında iddiaçının atası X2 İvanovka kəndindən mənzil verilməsi barədə məlumat yoxdur. Ona görə də sözügedən qətnamə İddiaçı mənzili özəlləşdirmək hüququ vermir. Həmin qətnamə ilə onun mənzildən yalnız istifadə hüququnun olması müəyyən edilmişdir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2022-ci il tarixli, 21(107)-63/202 2 nömrəli qərarı (sədrlik edən V.Məlikov, hakimlər G.Cavadova və R.Rəfiyev) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
20. İddiaçı hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı deyil. Belə ki, 01.10.2009-cu ildə qanuni qüvvəyə minmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsində qeyd edilir ki, b u Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Qanunun 146.2-ci maddəsində qeyd edilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənz il münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və əsaslarının əmələ gəlməsi əsaslarından biri də həmin Qanunun 8.0.3-cü maddəsində qeyd edilən mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarlarıdır. Tərəfindən məhkəməyə təqdim olunan İsmayıllı rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsindən, habelə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.04.2016-cı ildə RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, İsmayıllı rayon İvanovka kəndi ərazisində yerləşən, dövlət mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1965-ci ildə n hal-hazıradək ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı rayon İcra Hakimiyyətinin balansında olan mənzildən istifadə hüququ müəyyən olunmuş, mənzildən müddətsiz istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Bununla da sözügedən məhkəmə onun 1965-ci ildən yaşadığı ictimai mənzilə daimi istifadə hüququnun mövcudluğunu təsdiq etmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin müddəasını tətbiq etməli idi, lakin düzgün olmayaraq yuxarıda göstərilən maddi hüquq normalarını tətbiq etməklə iddia tələbini rədd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1, 9.2 və 9.2.1-ci maddələrinə istinad etməmişdir. Həmin maddi hüquq normalarında qeyd edildiyi kimi mənzil hüquqları nın müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir və həmin üsullardan biri də mənzil hüququnun məhkəmə qaydasında tanınmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) ko mmunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarix li Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi yi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki p asportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin ə mlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şi fahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kass asiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. İddiaçının kassasiya şikayətinin dəlilinə əsasən, onun mübahisələndirilən mənzildən müddətsiz istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsi və daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydə alındığı çıxarış olmasına baxmayaraq məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddia əsassız olaraq rədd edilmişdir.
30. Məhkəmələrin gəlmiş olduğu qənaətə görə, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam mövcud olmadığından iddiaçının qeyd olunan mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun əsasında özəlləşdirmək hüququ olmamışdır.
31. İşdə olan və iddiaçının kassasiya şikayət ində istinad etdiyi İsmayıllı rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə əlaqədar məhkəmələr qeyd etmişlər ki, həmin qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi iddiaçının valideynlərinin yaşadığı mənzilin Ucar taxıl tədarükü məntəqəsinin əmrinə əsasən onların istifadəsinə verildiyi göstərilsə də, belə bir əmrin mövcud olması müəyyən edilmir. Əksinə, həmin qətnamənin özündə istinad olunan İsmayıllı rayon Dövlət Arxivinin 31.08.2015-ci il tarixli 334 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxı filialının 08.09.2015-ci il tarixli 611 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayon XDS İK-in 1960-1995-ci illərə və 1995-2006-cı illərə dair sərəncamlarında iddiaçının atası X2 İvanovka kəndindən mənzil ve rilməsi barədə məlumat yoxdur. Ona görə də sözügedən qətnamə iddiaçıya mənzili özəlləşdirmək hüququ verməmiş, onun mənzildən yalnız istifadə hüququnun olmasını müəyyən etmişdir.
32. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün bu qərarın 23-cü bəndində qeyd edilən normada göstərilən əsaslardan hər hansı birinin olması sübuta yetirilməmiş, eləcə də, iddiaçı bu əsaslardan hər hansı birinin olmasını təsdiq edən sübutu məhkəmələrə təqdim edə bilməmişdir.
33. İddiaçının iddia ərizəsində və kassasiya şikayətində sübut kimi istinad etdiyi İsmayıllı rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli, 2(037)-1003/2015 nömrəli qətnaməsinə gəlincə isə qeyd olunmalıdır ki, adıçəkilən qətnamədə də iddiaçıya və ya onun mərhum valideynlərinə aid mübah isələndirilən evlə bağlı qanunla nəzərdə tutulmuş sənədlərin mövcud olması öz təsdiqini tapmamışdır.
34. Beləliklə də, məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir.
35. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.