Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-805/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, icraatın təzələnməsi və məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ərizəçi1 və Ərizəçi2 “qərarın ləğv edilməsi, icraatın təzələnməsi və məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunma” barədə ərizəçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Ərizəçi1, Ərizəçi2 ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3641/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 749,0 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(82)1511/2017 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünva n 1 ünvanında yerləşən ümumi sahəsi 650,0 kv.m. qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********70 nömrəli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(82)1511/2017 nömrəli qərarının icra edildiyi bildirilmişdir.
4. Ərizəçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Ərizəçi1 xx.xx.2022-ci il tar ixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2- 1(82)1511/2017 saylı işə yenidən baxılması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)1511/2017 saylı qərarının ləğv olunması, Ərizəçi1 və "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri, İddiaçı iddia tələbinin rədd olunması və icraya dönüş edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1511/2017 nömrəli, 23 sentyabr 2022-ci il qərardadı ilə (sədrlik edən A.Ə.Əhədova) ərizə təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz.
7. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi üçün tələb olunan şərtlər hazırkı iş üzrə müəyyən edilmədiyindən ərizələr təmin olunmamalıdır.
8. Ərizəçilər həmin qərardaddan apellyasiya şikayə tləri verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin olunması xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3641/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Ərizəçilər həmin qərardaddan kassasiya şikayətləri verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Ərizəçilər "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Ərizəçi2 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixli **********62 saylı cavab məktubu ilə "xxxx" MMC rəhbərliyinə bildirilmişdir ki, (Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347-2348-ci məhəllədə inşa edilən "xxxx" MMC-yə məxsus) yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir.
13. Bundan əlavə bildirilir ki, sözügedən yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra mənzillərə dair "xxxx" MMC ilə vətəndaşlar arasında notaria t qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.
14. Yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347-2348-ci məhəllədə inşa edilən "xxxx" MMC-yə məxsus yaşayış binasına dair heç bir məlumat, ən əsası da həmin binanın layihəsi belə yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi də öz tərəfindən qanunu pozaraq Bakı şəhər İcra hakimiyyəti tərəfindən təsdiq olunmuş layihədə Xətai rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış binasının zirzəmisind ə bina sakinləri üçün nəzərdə tutulmuş 18 qaraj sahəsini layihədən kənara çıxıb özbaşınalıq edərək ümumi bir qeyriyaşayış sahəsi adı altında iddiaçının adına çıxarış verməklə qanun pozuntusuna yol vermişdir.
15. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixində verilən çıxarış qeyri-qanunidir.
16. Həmin çıxarış ləğv olunmayanacan "xxxx" MMC qarajları sahiblərinə təhvil verə bilmədiyinə görə MMC-yə qarşı qaraj sahibləri tərəfindən iddialar qaldırılıb qarajlar və ya qarajlara görə ödənilmiş pulu tələb edirlər ki bu da MMC-nin birbaşa maraqlarına toxunmaqla yanaşı onun işə zəruri cəlb edilməsinə dəlalət edir. İddiaçı alınan 80 000 manat təsisçi X5 t ərəfindən mənimsənilmiş, həmin məbləğin "xxxx" MMC-nin xəzinəsinə ödənilməməsi öz əksini hökmdə tapmışdır. Lakin hazir ki durumda məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş şəxs tərəfindən mənimsənilən 80 000 manata görə "xxxx" MMC nədənsə qaraj sahiblərinə yüz minlərlə pul və ya başqa yerdə inşa edərək qarajlar qaytarmalıdır. Təkcə bu fakt kifayətdir ki, "xxxx" MMC-nin işə zəruri cəlb edilməsinə dair qərardad çıxarılsın.
17. Ərizəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə apellyasiya şikayətini təmin etməmək üçün işə qərəzli yanaşaraq ünvan 5 iyun 2015-ci il tarixli hökmündə araşdırılmış və hüquqi qiymət verilmiş hallan təhrif edir. Belə ki, həmin hökmdə artıq qarajın necə alındığı və "xxxx" MMC tərəfindən Ərizəçi1 təhvil verilmədən saxta müqavilə əsasında İddiaçı sat ıldığı və sonuncunun qarajlar sahəsinə dair təhvil-təslim aktının olmaması və faktiki olaraq həmin sahəni zəbt etməsi öz əksini tapsa da məhkəmə bunu yenidən qabardaraq məlum hala əsassız əks mövqe bildirmişdir.
18. Bununla yanaşı hakim məhkəməyə tərəfimizdən təqdim olunmuş sənədlərlə ümumiyyətlə tanış olmamış vəkilin məhkəmə çıxarışlarında qabartdığı faktlara əhəmiyyət verməmişdir. Vəkil çıxışında isə göstərilmişdir ki, hələ 25 dekabr 2013-cü il tarixində 02/165 nömrəli məktubla "xxxx" MMC tərəfindən AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq X7 X8 Elxan Əbdülrəhimova ünvanlanmış cavab məktubunda mübahisəli zirzəmidə avtomobillərin saxlanılması üçün qaraj almış vətəndaşların siyahısı təqdim olunmuşdur. Həmin siyahıda adları qeyd olunan 15 qaraj sahiblərinin q arajlara dair alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və digər sənədlərinin surətləri də təqdim olunmuşdur.
19. Ən əsası da odur ki, 15 alqı-satqı müqavilələrinin surətindən Ərizəçi2 dair müqavilədə qarajın İ-ci girişdə, X2 dair müqavilədə qarajın İ-ci girişdə 06 N°li, Hüseynov Fizulinin oğluna dair xx.xx.2009-cu il tarixli müqavilədə qaraj №-si 7 (ödəniş arayışlarında isə 07 göstərilmişdir), X4ma dair iki müqavilənin birində qarajı N°-si 9 qeyd olunmuşdur, Ərizəçi1 dair müqavilədə qarajın №-si 10 göstərilmişdir ki, bunlarda mübahisəli qarajların İ girişə aid olduğu üçün 18 qaraja kimi nömrələr 1-dən başlanmışdır.
20. Bundan başqa cinayət işi materiallarında 4-cü cild səh.l72-də olan qaraj sahiblərindən X1 izahatında göstərilmişdir ki, ona satılan qaraj məhz İ-ci girişdə yerləşir. Qaraj sahibi X3 hökm səh., 56-da göstərmişdir ki, ona məxsus qaraj ikinci dəfə qanunsuz olaraq məhz İddiaçı satılmışdır. Məhkəmə Ərizəçi1 adı unudularaq və MMC-nin qanuni təmsilçilərinin 0 dövr tez-tez dəyişməsi səbəbindən buraxılan səhvlər nəticəsində göstərilməməsini əsas gətirir amma nədənsə hökmdə və hökmə əlavə olunmuş və məhkəməyə vəkil tərəfindən təqdim olunmuş sənədlərdə Ərizəçi1 adının olmasını görməzdən gəlir.
21. İş materiallarından da bəlli olmuşdur ki, İddiaçı tərəfindən qəbzlə ödənilən 80000 manat MMC-nin təsisçisi və rəhbəri olmuş X5 tərəfindən mənimsənilib və MMC-nin xəzinəsinə ödənilməyib, həmin dövr hər bir qarajın satış qiymətinin 10.000 manat məbləğində olması hökmdə və digər məhkəmə qətnamələrində öz əksini tapmışdır və 18 qarajın dəyəri 180.000 manat olduğu halda hə min sahəni İddiaçı 80.000 manata alanda belə yaxşı bilirdi ki hansı saxtakarlıq və fırıldaqçılığa əl qoyur. Məhz bu səbəbdən 0, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə saxta müqavilə əsasında müraciət etməsini hamıdan gizli saxlamağa məcbur idi. Buna görə həmin işdən heç kim vaxtında xəbər tuta bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Ərizəçi1 MMC tərəfindən ödəniş qəbzinin təqdim olunmamasının onun ərizəsinin təmin olunmamasına bir əsas kimi görür, halbuki hökmdən məlumdur ki, Ərizəçi1 "xxxx"MMC qarajı bina inşa edilməmişdən əvvəl söküntüyə məruz qalmış qaraj əvəzi verməyə boyun olmuşdur. İddiaçı isə 31 mart 201 1-ci il tarixli saxta alqı-satqı müqaviləsi və maliyyə arayışı əsasında əldə etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli qərarına əsasə n mübahisəli 18 qaraja ümumi qeyri-yaşayış sahəsi kimi çıxarış ala bilməsini bilərəkdən gizli saxlamışdır deyə ərizəçi öz hüququnun məhz həmin qərar əsasında pozulduğunu bilməkdən məhrum olmuşdur, buna görə pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələsində Ərizəçi1 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(103)- 3641/2022 saylı qərardadı ilə yuxanda sadalanan qanunların pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxs lərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbu l edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 0 1/2022 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predm etini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı işin hallarına əsasən iş üzrə üçüncü şəxs qismində cəlb edilmə üçün müraciət edən ərizəçilər Ərizəçi1, Ərizəçi2 və "xxxx" MMC-dir.
33. Qeyd edilməlidir ki, Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
34. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
35. Normaların məzmunundan göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, həmin şəxslərin məhkəmə icraatına cəlb edilməsi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə mümkündür.
36. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1511/2017 nömrəli, 16 mart 2017-ci il t arixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh həmin qərarı mübahisələndirməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilmiş, qeyri-yaşayış sahəsi iddiaçıya naturada təhvil verilmişdir.
37. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqları na toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün xüsusi diqqət yetirməlidir: qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə po zulub-pozulmamasına; inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
38. İnzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında bunu qeyd edərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi olaraq vurğulamışdır.
39. Belə ki, işin apellyasiya baxışı zamanı qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixli müqavilə əsasında sahiblik etdiyi və 2014-cü il tarixli məhkəmə hökmündə də verdiyi ifadəsində qaraj sahəsinin onun faktiki sahibliyində olduğunu bildirdiyi halda Ərizəçi1 keçən müddət ərzində, eləcə də Ərizəçi2 mülki məhkəmə icraatı zamanı da qarajın ondan alınaraq təhvil verilməsi ilə bağlı İddiaçı qarşı hər hansı tələb və etirazlarını irəli sürməmişlər.
40. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 1(101)-442/2014 nömrəli hökmünün nəticə hissəsində payçıların əmlaklarının əsil sahiblərinə qaytarılması Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və "xxxx" MMC-nin rəhbərliyinə tapşırılması hökm edilmişdir.
41. Bununla yanaşı "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı məktubda bildirilmişdir ki, ünvan 5 iyun 2015-ci il tarixli hökmünə əsasən hələlik dəqiqləşdirdikləri 7 nəfər payçılardan ibarət olan qaraj sahiblərinin adları, o cümlədən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2347-48-də yaşayan Ərizəçi1 adı çəkilsə də qeyd edilən siyahıda nə Ərizəçi1 əsl payçı olmasını təsdiq edən müqavilə sənədi əlavə edilməmiş, nə də həmin siyahıda Ərizəçi2 adı qeyd olunmamışdır.
42. Beləliklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hökmdə qaraj sahələrinin İddiaçı satıldığı qeyd edildiyi, eləcə də adları çəkilən qətnamələrlə qarajlarla bağlı ödənilmiş məbləğin geri qaytarılması barədə "xxxx" MMC-yə qarşı iddia tələbləri təmin edildiyi, beləliklə də "xxxx" MMC 2014-cü il tarixdən etibarən qaraj sahəsinin iddiaçıda olduğunu bilməməsi və ona qarşı müxtəlif məhkəmə instansiyalarında iddiaların qaldırıldığını, hazırkı icraatda tərəflərin izahatlarına əs asən binanın həyətində ofisi olan "xxxx" MMC-nin həmin binada M.Allahverdiyevin naturada təhvil aldığı qeyri-yaşayış sahəsindən faktiki istifadə etdiyini bilməməsi və İddiaçı qeyri-yaşayış sahəsinə çıxarış aldığını bilməli olmaması ağlabatan və məntiqli hesab edilmir.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin ed ilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 21(103)-3641/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.