Məhkəmə qərarları › İş №2-1(102)-806/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-806/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-806/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iştirakı ilə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı), üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iştirakı ilə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1565/2020 nömrəli iş üzrə -ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ədliyyə orqanları işçilərinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16.02.1994-cü ildən 16.07.2013-cü il tarixədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləmiş, 16.07.2013cü ildə qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilmişdir. 11.09.2019-cu ildə cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək ədliyyə orqanları işçilərinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi ilə bağlı xahişini bildirmiş, lakin cavabdeh 09.10.2019-cu il tarixli məktubla onun xahişini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuzdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin -ci il ta rixli, 2-1(112)-640/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ-ci hissəsinə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 23.2, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olmuş 37.7-ci maddəsinə, həmin Qanunun 20.114, 20.19.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 14.3, 73.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğ v edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) -ci il tarixli 2-1(103)-1565/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Əmək Məcəlləsinin 154-cü maddəsini, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 3.1, 20.1.14-cü maddələrini, maddələrinə istinad etməklə belə hesab etmişdir ki, «Əmək pensiyalar ı haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiq etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, məhkəmə iclasında təqdim etdiyi sübutlar məhkəmənin diqqətindən kənarda qalmış, işə öz prizmasından yanaşaraq qanu nun tətbiqində səhvə yol vermiş, bununla da onun hüquqları kobud surətdə pozmuşdur. Qüvvədə olan qanunvericiliyə görə fəaliyyətdə olan ədliyyə orqanlarının işçisinin dövlət məvacibinin məbləği dəyişdikdə, ədliyyə orqanlarının işçisinin əmək pensiyasının məbləği müddət qoyulmadan fəaliyyətdə olan ədliyyə orqanlarının işçisinin dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq yenidən hesablanmalıdır. Odur ki, ədliyyə orqanlarının işçisinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində verilən pul təminatı, hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində verilən müavinət qanunvericiliklə ədliyyə orqanlarının işçisinin əmək haqqı məbləğinə aid edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Bundan başqa müəyyən qru p əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr isə dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində göstərilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başq a normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2-1(103)-1565/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğu n olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli, 2-1(103)-1565/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 11.08.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiya sından xahiş etmişdir.

11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

12. İddiaçı kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

13. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsas landırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91ci maddəsinə əsa sən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur.

16. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

17. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haql arı ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

18. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər

19. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus İT-1 seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 16.02.1994-cü ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qulluğa qəbul edilmiş, 16.07.2013-cü ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.12-ci maddəsinə əsasən qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

20. Həmçinin apelyasiya i nstansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş 04.09.2019-cu il tarixli 17/7-12861 №-li və 13.11.2019-cu il tarixli 17/7-16488 №-li arayışlardan görünür ki, iddiaçı həmin Xidmətin Baş İdarəsində işlədiyi dövrlərdə 2011-ci ildə 370 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3933,00 manat; 2012-ci ildə 405 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3968,00 manat; 2013-cü ildə 405 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3968,00 mana t müavinət almış, bundan əlavə 2011-ci ildə 1860,00 manat, 2012-ci ildə 2025,00 manat, 2013-cü ildə 405,00 manat olmaqla cəmi 4290,00 manat məbləğində mükafatlandırılmışdır.

21. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş 01.08.2013-cü il tarixli məlumat vərəqində ədliyyə mayoru, ƏN PX-nin Qeydiyyat şöbəsinin böyük inspektoru xx.xx.1966-cı il təvəllüdlü İddiaçı təqvim ili üzrə xidmət ili 24 il 11 ay, 09 gün, güzəştli xidmət illəri 08 il, 10 ay, 1 gün; ümumi iş stajı 33 il, 09 ay, 10 gün, ehtiyata buraxıldığı il 16.07.2013-cü il, pul təminatı; vəzifə maaşı 405 manat, rütbə maa şı 130,00 manat, xidmət illərinə görə əlavə 214 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələr “usta” məharət dərəcəsi 141,75 manat, digər növ əlavələr “ciddi rejimə” görə əlavə 0 manat, cəmi 954 manat 75 qəpik qeyd olunmuşdur. İddiaçının DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə ünvanladığı 12.08.2013-cü il tarixli ərizəsinə əsasən ona həmin departamentin 13/F109 №-li 20.08.2013-cü il tarixli qərarı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə 17.07.2013-cü il tarixdən ömürlük olaraq 849,73 manat məbləğində pensiya təyin edilmişdir.

22. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir.

23. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş ədliyyə işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) təyin edi lir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

25. Yuxarıda qeyd edilə nlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

26. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmlə ri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibi nə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayət i təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 21(103)-1565/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar