Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-806/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: operativ vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv e dilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(106)-202/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ərzaq satışı mağazasında malların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaim ə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
2. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçının sözügedən mağazada fəaliyyət göstərdiyi dövrdə təqdim etdiyi bəyannamələrə əsasən 4767221,7 manat dəyərində malların nəzarət-kassa aparatına daxil olunmadan və elektron qaimə-faktura təqdim olunmada n satışının müəyyən olunmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, DVX seriyalı 001053 nömrəli akt əsasında iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərar qəbul olunmuşdur.
3. Həmin qərarla elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının şikayətinə əsasən cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə 174.127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, digər hissədə, yəni 302.594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şirvan İnzibati Məhkəməsinə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020ci il tarixli, **********0686 nömrəli qərarın 302.594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmiş, əsaslandırılmamış, həmin qərarda qanunvericilikdə nəzərdə tutulmuş operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarından heç biri qeyd olunmamışdır. Bu isə, operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilməlidir. Qeyd olunan hüquqi mövqe artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin bir neçə qərarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Həmçinin vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirin in sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən, bir qayda olaraq, vergi orqanının üzərinə düşür. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən, yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da, öz növbəsində iddiaçının qanunla qo runan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə desək, əgər cavabdeh inzibati orqan satılmış malların məhz topdansatış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları cavabdeh inzibati orqana təqdim edərdi. Həmçinin operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5289821,5 manat (ƏDV-li) təqdim edilmiş mallar göstərilsə də, nəzarət-kassa aparatına 522599,7 manat mədaxil olunmuş, nəticə etibar ı ilə yaranan 4767221,7 manat dəyərində mal fərqi cavabdeh vergi orqanı tərəfindən topdansatış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır və əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olmuşdur. İddiaçının təsərrüfat subyekti “Ərzaq satışı mağazası” kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı topdansatış fəaliyyəti ilə, ümumiyyətlə, məşğul olmamış və bununla bağlı vergi orqanında hər hansı topdansatış təsərrüfat subyekti kimi qeydiyyatdan keçməmişdir. İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı da bəyan etdiyi vergilərlə nəzarət-kassa aparatına vurulan məbləğ lər arasında fərqin yaranması səbəbini yeni kassa aparatının gec quraşdırıldığı, tez-tez işıqların söndüyü üçün kassa aparatının işləmədiyi, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasını unutduğu ilə izah etmişdir, lakin buna baxmayaraq vergiləri vergi orqanına təqdim edilən bəyannamələrdə tam həcmdə bəyan edərək dövlət büdcəsinə köçürdüyünü bildirmişdir. Qanunvericiliyə əsasən pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaiməfaktura əsasında satılır. Topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotu nda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-i) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericiliyində malların hansı həddə və ya həcmdə satışının pərakəndə, hansı həddə və ya həcmdə satışının isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni sadə dildə desək, adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu, pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs müəssisədən həmin maldan sahibka rlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Satışın məhz pərakəndə satışa, yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zaman həmin malları alan şəxsdən malları hansı məqsədlər üçün aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda mall arı təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Lakin operativ vergi nəzarəti tədbirini keçirən cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçının xx.xx.2019-xx.xx.2020-ci illər üzrə təqdim etdiyi bəyannamələrdə qeyd edilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərqin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə, ümumi yyətlə, müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Bundan başqa, iddiaçı tərəfindən törədilən pozuntu müəyyən səbəblərdən (işçilərin səhlənkarlığı, nəzarətkassa aparatının vaxtında quraşdırılmaması və yaxud işləməməsi və s.) hər bir pərakəndə satış üzrə çekin nəzarət-kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Digər tərəfdən də, vergi qanunvericiliyi vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədb irini isə yoxlama kimi deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə vergi nəzarəti forması kimi təsbit etmişdir. Başqa sözlə desək, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarəti tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları başa düşülməlidir. Eyni zamanda, qanunvericilik cavabdeh vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyalarını hesablamaq və yenidən hesablamaq hüququnu yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı vermişdir. Operativ vergi nəzarəti tədbiri zamanı isə vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı ya lnız həmin anda vergi ödəyicisi barəsində keçirdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirdiyi operativ vergi nəzarəti tədbiri zamanı sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 1 il 4 aylıq dövrü üzrə bəyan edilən dövriyyəsi ilə həmin dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən məbləğ arasında olan fərqə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır və sanki operativ vergi nəzarəti tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Bununla da cavabd eh inzibati orqan vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qanunverici orqan birmənalı şəkildə iddiaçının inzibati aktı mübahisələndirməsi üçün həmin aktın onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılmasını şərt kimi tələb edir. Amma iddiaçı üzərinə düşən vəzifələrdən yayınaraq, mülahizələr əsasında inzibati aktın onun hüquqlarını pozduğunu əsaslandırmağa çalışır. Belə ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmadığını və fəaliyyətinin pərakəndə satışla bağlılığını üç istiqamətdə əsaslandırır. Qeyd olunan hər üç istiqamət isə yalnız iddiaçının özünü müdafiə məqsədi ilə verdiyi izahatla təsdiq olunur. Qeyd olunan həmin istiqamətlər aşağıdakıla rdır: nəzarət-kassa aparatının gec quraşdırılması; tez-tez işıqların sönməsi; işçilərin səhlənkarlığı. Nəzarət-kassa aparatının quraşdırılmaması aşkar olunan məbləğlərin fiksasiyasına mane olmuşsa, o zaman nə üçün nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra məbləğlərin fiksasiyası həyata keçirilməmişdir. “Operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər”. Operativ vergi nəzarəti tədbirini “yoxlama” hesab etməyə n iddiaçı iddia ərizəsinin 5-ci səhifəsinin 3-cü abzasında dəlillərini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 36.2-ci maddəsinə istinad etmişdir. Təkcə bu fakt sübut edir ki, iddia ərizəsində qeyd olunan dəlillər arasında bir-birini təkzib edən çox ciddi ziddiyyət və uyğunsuzluqlar vardır. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, operativ vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tətbiq edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Opera tiv vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin tətbiq edilməli olan maddi hüquq normalarının dairəsi konkret müəyyən olunmuş və bu barədə yuxarıda məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən maddi hüquq normaları birmənalı şəkildə yanlış təfsir və şərh edilmişdir. Digər tərəfdən, vergi qanunvericiliyində operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququnun olmaması və ya qadağan olunması və operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının yalnız həmin anda vergi ödəyicisi barəsində keçirdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilməsi nəzərdə tutulmamışdır.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 5 iyul 2022-ci il tarixli, 2-1(1 20)-206/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının (vergi ödəyicisinin) təsərrüfat subyekti pərakəndə satış mağazası kimi qeydiyyatdan keçsə də, faktiki olaraq topdansatış fəaliyyəti göstərmişdir. Başqa sözlə, vergi ödəyicisinin yoxlama dövrü ərzində malları NKA-dan istifadə etməklə təqdim etməsinə baxmayaraq, təqdim olunan malların son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün topdansatış kimi satışını həyata keçirmiş və buna dair elektron qaimə-faktura təqdim etməmişdir. Yəni vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda, malları elektron qaimə-faktura verilmədən təqdim etmi şdir. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarın qanunazidd olduğunu sübut edə və bunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(106)-202/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X2) ilə Şirvan İnzibati Məhkəməsini n 5 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020- ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: - iş üzrə cavabdeh inzibati orqanın keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksi yası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının cari fəaliyyətini deyil, əvvəlki dövr üzrə fəaliyyətini operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. - İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərq dəyərində malları topdansatış qaydasında deyil, pərakəndə satış qaydasında təqdim etdiyini qeyd edir. Fərqin yaranmasının səbəblərinə dair də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı yazılı izahat vermişdir. Belə olan halda, iddiaçı tərəfindən sözügedən dövrdə qeyd edilən fərq dəyərində malların topdansatış qaydasında təqdim edilməsini sübut etmək cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən sözügedən dövrdə qeyd edilən fərq dəyərində malların topdansatış qaydasında təqdim edilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində topdansatış müəssisələri üzrə satıcı, ekspeditor, satıcı-reklam vəzifələrinə cəlb olunmuş işçilərinin olduğunu qeyd etsə də, bununla bağlı da məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Vergi qanunvericiliyində pərakəndə və t opdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi nəzərdə tutulmamışdır və bu səbəbdən pərakəndə ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçının günlük satış dövriyyəsinin yüksək olması, eləcə də əvvəllər agent, ekspeditor vəzifəsində işçi kimi çalışmış olması özlüyündə onun topdansatış ticarət fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas vermir. Bunlar sadəcə cavabdeh inzibati orqanın şübhə və ehtimallarıdır. Həmin halları da təsdiq edəcək hər hansı mötəbər sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin 2020-ci ilin sentyabr ayında iddiaçıya məxsus sözügedən ərzaq satışı mağazasında xronometraj metodu ilə müşahidə aparmış cavabdeh inzibati orqan həmin müddətdə iddiaçının topdansatış ti carət fəaliyyəti ilə məşğul olmasını müəyyən etməmiş, yəni bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyə əsasən, vergi orqanları vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edirsə, konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad etməməlidir. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış və əlavə olar aq qeyd edilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə, həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbayca n Respublikasının Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi, Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozmalara görə məsuliyyə tə cəlb etmənin müddətini müəyyən etmişdir. Buna əsasən, vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur.
14. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda, bunu etməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qə bildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olu nan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbay can Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.... 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Op erativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə i lə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdi kdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.
17. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sah əsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışın ın (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçir ən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti mümkündür, Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayət i yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin qərarının qismən ləğv edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən o lan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləs inin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
26. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirildiyi anda deyil, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyasının hesablandığı görünür. Başqa sözlə cavabdeh iddiaçının cari fəaliyyətinin deyil, operativ vergi nəzarəti tədbirinin keçirildiyi dövrə aid olmayan müddət üzrə fəaliyyətinin yoxlanılması nəticəsində məsuliyyətə cəlbetmə qərarı qəbul etmişdir. Cavabdehin bu davranışı operativ vergi nəzarəti institutunun mahiyyətinə və məqsədlərinə zidd olan davranış kim i qiymətləndirilməlidir.
27. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh Ali Məhkəmənin bununla bağlı formalaşmış hüquqi mövqeyini nəzərə almağa və həmin mövqeyə uyğun davranmağa borcludur. Belə ki, Ali Məhkəmə tərəfindən operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul edilmiş qərarların mübahisələndirilməsinə dair analoji işlər üzrə vergi orqanlarının həmin tədbir çərçivəsində həyata keçirilən davranışlarına, iddiaçının operativ vergi nəzarəti tədbirinin keçirildiyi dövrə aid olmayan müddət üzrə fəaliyyətinin həmin tədbir çərçivəsində yoxlanılmasına vergi qanunvericiliyinin müddəaları baxımından hüquqi qiymət verilmiş və belə davranışın həmin normalara zidd olduğu ifadə olunmuşdur (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)533/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı; 2-1(102)-1065/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı).
28. Kassasiya şikayətinin məhkəmənin heç bir araşdırma aparmadan qərar qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir.
29. Bununla bağlı nəzərə almaq lazımdır ki, istinad olunan normanın müd dəalarının təfsirinə görə, qanuni qərarın qəbul edilməsi üçün tələb olunan həcmdə obyektiv və hərtərəfli araşdırmanın aparılması ilk növbədə inzibati orqanın məsuliyyət sferasına aiddir. Belə yanaşma inzibati orqanların fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən obyektiv və hərtərəfli araşdırmanın aparıldığı iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmə tərəfindən düzgün qərarın qəbulu üçün tələb olunan həcmdə araşdırma aparılması təmin olunmuşdur.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəmə sinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(106)-202/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.