Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-807/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinə qarşı mərhum əri X1 06.12.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək 06.12.2010-cu il tarixdən - 06.12.2016-cı i l tarixədək ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-710/2018 saylı iş üzrə 03.12.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 20 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiəsi fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçının mərhum əri X4 63 yaşı tamam olduğu 06.12.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. O vəfat etməmişdən öncə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirmiş və pensiyanın yenidən hesablanmasını tələb etmiş, lakin cavabdeh tərəfindən ona bildirilmişdir ki, onun müxtəlif dövrlərdə işlədiyi elektrik stansiyasının elektrik sexində mühəndis, elektrik montyoru, növbə rəisi, tikinti idarəsində elektrik, elektrik, elektrik stansiyasının elektrik maşınlarının təmiri sexində usta, generator və mühərriklərin təmiri sexində usta vəzifə və ya peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlə pensiya hüququ verən vəzifə və ya peşə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdır. X3 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən Z.Ağayev 10.08.1979-cu il tarixdən 01.04.1981-ci il tarixədək Elektrik stansiyasının elektrik sexində mühəndis vəzifəsində, 01.12.1981-ci il tarixdən 10.04.1984-cü il tarixədək elektrik stansiyasının elektrik sexinin növbə rəisi vəzifəsində, 12.04.1984-cü il tarixdən 16.09.1991-ci il tarixədək Tikinti İdarəsində elektrik peşəsi vəzifəsində, 01.10.1991-ci il tarixdən 01.10.1996-cı il tarixədək “Şərəf’ kooperativində elektrik peşəsi vəzifəsində, 28.09.2004-cü il tarixdən - 03.04.2006-cı il tarixədək “xxxx” MMC-də böyük usta vəzifəsində, 05.01.2009-cu il tarixdən - 07.07.2009-cu il tarixədək generator və elektrik mühərriklərinin təmiri sexində usta vəzifəsində, 07.07.2009-cu il tarixdən 05.01.2010-cu il tarixədək Generator və elektrik mühərrikləri sexinin rəisi vəzifəsində, 06.01.2010-cu il tarixdən - 29.12.2012-ci il tarixədək sex rəisi, departament rəisi vəzifələrində, 30.12.2012ci il tarixdən - 02.02.2015-ci il tarixədək bölmə rəhbəri vəzifəsində, 20.02.2015-ci il tarixdən - 26.12.2016-cı il tarixədək böyük usta vəzifəsində çalışmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (25 il) və güzəştli (12 il 06 ay il) iş stajını topladığı üçün ona həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda cava bdeh inzibati orqan bunu yerinə yetirməmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinə qarşı mərhum əri X2 06.12.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək 06.12.2010-cu il tarixdən 06.12.2016-cı il tarixədək ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 08.10.2018-ci il tarixli iş № 2-1(84)-1250/2018, (sədrlik edən hakim Kənan Vəliyev) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehin üzərinə Zafəddin Əbdülkərim oğluAğayevə təyin edilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 06.12.2013-c ü il tarixdən - 06.12.2016-cı il tarixədək olan dövr üçün iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.12.2018-ci il tarixli iş № 2-1(107)710/2018 (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Rövşən Rəfiyev) qərarı ilə cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci inst ansiya məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2-1 (84)-1250/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı mərhum əri Zafəddin Əbdülkərim oğluAğayevə 06.12.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək 06.12.2010-cu il tarixdən 06.12.2016-cı il tarixədək ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsitələbinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,işə baxan apelyasiya instansiyasıməhkəməsi Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinə, habelə İPM-nin maddələrinə düzgün riayət etməmiş, maddi hüquq normasını düzgün tətbiq etməməklə ədalətsiz və qeyri obyektiv pozuntuya yol verməklə onun Konstitusion hüquqların ı pozmuşdur. Göründüyü kimi, mərhum əri Zafəddin Ağayev ümumilikdə 35 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin təxminən 15 il 8 ayı ərzində, müxtəlif dövrlərdə işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlə pensiya hüququ verən vəzifə və ya peşə kimi nəzərdə tutulmuşdur. Buradan aydın görünür ki, mərhum ər Zafəddin Ağayevin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətin də qeyd etmişdir ki,işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinə, habelə İPM-nin maddələrinə düzgün riayət etməmiş, maddi hüquq normasını düzgün tətbiq etməməklə ədalətsiz və qeyri obyektiv pozuntuya yol verməklə mənim Konstitusion hüquqlarımı pozmuşdur. Göründüyü kimi, mərhum ərim Zafəddin Ağayevin ümumilikdə 35 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin təxminən 15 il 8 ayı ərzində, müxtəlif dövrlərdə işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlə pensiya hüququ verən vəzifə və ya peşə kimi nəzərdə tutulmuşdur. Buradan aydın görünür ki, mərhum ərim Zafəddin Ağayevin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edili r. İş materiallarından göründüyü kimi, iddiaçının mərhum ərinin işlədiyi elektrik sexində mühəndis, elektrik stansiyasının elektrik sexinin növbə rəisi, elektrik peşəsi, “Şərəf kooperativində elektrik peşəsi, “xxxx” MMC-də böyük usta, ayrı-ayrı səhmdar cəmiyyət və məhdud məsuliyyətli cəmiyyətlərdə işlədiyi generator və elektrik mühərriklərinin təmiri sexində usta, generator və elektrik mühərrikləri sexinin rəisi, sex rəisi, departament rəhbəri və böyük usta vəzifələri qeyd edilən Siyahının 24-cü bölməsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” yarım bölməsində nəzərdə tutulmuş bənddə “turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndisləri”, 24.1-ci bənddə nəzərdə tutulan “Yeraltı elektrik stansiyaları” yarım bölməsində “elektrik sexlərinin növbə rəisləri e lektrik stansiyalarının növbə rəisləri”, həmin yarımbölmədə nəzərdə tutulmuş “sahə ustaları və böyük ustalar” vəzifəsinə, həmçinin Siyahının 29-cu bəndində nəzərdə tutulmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” yarım bölməsində nəzərdə tutulmuş “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər”, “5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları”, həmçinin həmin yarımbölmədə nəzərdə tutulan “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bölməsində “yarımstansiyaların xidməti üzrə elektrik montyorları” vəzifələrinə uyğun deyil, iddiaçının işlədiyi peşə və vəzifələrə konkret olaraq uyğun olan Siyahıda sadalanan peşə və vəzifələr mövcud deyildir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlə pensiya hüququ verən vəzifə və ya peşə kimi nəzərdə tutulmasi ilə bağlı qeyd ediləniddiaçının mərhum əri Z.Ağayevin müxtəlif dövrlərdə işlədiyi elektrik stansiyasının elektrik sexində mühəndis, elektrik montyoru, növbə rəisi, tikinti idarəsində elektrik, elektrik, elektrik stansiyasının elektrik maşınlarının təmiri sexində usta, generator və mühərriklərin təmiri sexində usta vəzifə və ya peşələri ilə bağlı peşələr və vəzifələr siyahıda nəzərd ə tutulmuş peşələr və vəzifələrin icra edildiyi yer, əmək şəraiti, əmək vəzifələrinin yerinə yetirilmə funksiyaları tamamilə fərqlidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 03.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2018-ci il tarixli 2-1(107)-710/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrli
Məhkəmə qərarları › İş №2-1(102)-807/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-807/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver