Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-807/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin icraata cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.06.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1, X3 Əli oğlunun, Ərizəçinin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2020 nömrəli, 2020-ci il 11 avqust tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı 2018-ci il 23 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 2014-cü il 01 sentyabr tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı, 2018-ci il 11 oktyabr tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m. sahədən ibarət torpaq sahəsinə, ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və yeni ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.
3. İcraata cəlb edilməmiş şəxs - x həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 03 dekabr tarixli, 2-1(103)-2898/2019 saylı qərardadı ilə xnun apellyasiya şikayəti mümkün hesab edilməmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. c. birinci instansiyası məhkəməsindəki ikinci icraat
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 18 may tarixli, 2-1(82)-2796/2018 saylı qərardadı ilə x tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. 6. x həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və onun 2-1(82)-2796/2018 saylı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2020 nömrəli, 2020-ci il 11 avqust tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 18 may tarixli qərardadı ləğv edilmiş, x üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli, 2-1(82)-2796/2018 saylı qərarı ləğv edilmiş, hazırkı iddia tələbinə üçüncü şəxsin iştirakı ilə yenidən baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və xnun üçüncü şəxs qismində cəlb edilm əsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı, 2018-ci il 11 oktyabr tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 2 (iki) ildən artıq müddət keçdikdən sonra həmin iş üzrə 3-cü şəxs qismində cəlb olunmaq istəyən x ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin həmin qərarla xnun qanunla qorunan məhz hansı maraqlarına toxunduğu müəyyən edilməmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərizəçinin iddia etdiyi sahə ümumi istifadədə olan torpaq sahəsidir və həm in torpaq sahəsinə iddiaçı tərəfindən hər hansı müdaxilə mövcud deyildir. Hazırkı iddia predmetinə xnun heç bir aidiyyəti yoxdur.
10. Hazırkı işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının istinad etdiyi dəlillərin də bu işə aidiyyəti yoxdur, məhkəmə formal mülahizələrlə qərardad qəbul etmişdir ki, həmin qərar heç bir hüquqi fakta əsaslanmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
11. Üçüncü şəxs x kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının evinin həyətyanı torpaq sahəsi olmamış, həmin torpaq sahəsi digər fiziki şəxslə - xnun da ümumi istifadəsində olan torpaq sahəsi olmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarında göstərilən torpaq sahəsi həmin ünvanda - ünvan 3 “V”, “Q” tikililərinin mülkiyyətçilərinin ümumi istifadəsində olmuş torpaq sahəsidir və həmin tikililərdən “A” və “B” tikililəri xnun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən hal daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqlənir və həmin çıxarış iş materiallarına əlavə edilmişdir. Ümumi istifadə deyildikdə həm torpaq sahəsindən ümumi istifadə etmək, yəni xnun da torpaq sahəsindən istifadə etmək, habelə həmin torpaq sahəsini özəlləşdirmək kimi gözlənilən hüququnu nəzərdə tutur, lakin x məhkəmə icraatına cəlb edilmədən, bölgü sxemi olmadan, hansı meyarlarla həcminin müəyyən edilməsi və iddiaçıya aid olmasının müəyyən edilməsi qətiyyən aydın olmayaraq iddiaçının adına özəlləşdirilmişdir.
12. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, torpa q sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması xnun maraqlarına toxunmur, halbuki qeyd edilənlərə əsasən həmin qərarla xnun birbaşa torpaqdan istifadə etmək, gələcəkdə onun özəlləşdirilməsində iştirak etmək hüququna toxunulmuş və pozulmuşdur.
13. İddiaçı ilə cavabdeh inzibati orqan arasında məhkəmə mübahisəsinin yaranmasına səbəb cavabdehin imtinası əsas olmuşdur. Həmin imtinada isə mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan hissəsi ilə bağlı torpağın istifadəçiləri arasında razılaşmanın - bölgü sxeminin olmaması göstərilmişdir ki, bu da bir daha özəlləşdirilən torpaq sahəsinə habelə xnun hüququnun olmasını da göstərmişdir. Eyni zamanda texniki pasporta nəzər yetirilsə Xun mülkiyyətində olan “B” və iddiaçının mülkiyyətində olan “Q” tikilisi arasında məsafənin 10,70 metr olmalı olmasına baxmayaraq həmin məsafə hazırda 4 metrdən də azdır ki, bu da yenə də ümumi istifadədə olan torpaq sahəsinin iddiaçının adına qanunsuz özəlləşdirilməsini təsdiq edir. Belə olan halda Məhkəmədə ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsinin iddiaçının adına qeydə alınması barədə inzibati işə baxılarkən x da həmin iş üzrə üçüncü şəxs kimi işə cəlb edilməli idi ki, bu prosessual hərəkət edilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. Ərizəçi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
16. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İPM: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçün cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə tə sbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə V və Q tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarına əsasən iddia tələbi təmin edilmiş, lakin iddiaçıya verilən ******* saylı çıxarışda torpaq sahəsi 395 kv.m qeyd olunmuşdur. Həmçinin iddiaçıya verilən ******* saylı çıxarışda torpaq sahəsinin ölçüsü 0,04703 ha göstərilmişdir. Bundan əlavə cavabdehin imtinanın əsası kimi torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmaması və bölgü sxeminin tərtib edilməməsi qeyd edilmişdir.
23. Cavabdehin imtinası da, həmçinin onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan hissəsi ilə bağlı tərəflər arasında razılıq olmadığından belə bir iddia tələbi üzrə məhkəmə qərarı çıxarılan zaman xnun cəlb edilməsi zəruri olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cəlb edilməmişdir.
24. Xun hazırkı ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2796/2018 saylı, 2018-ci il 11 oktyabr tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra müraciət etdiyinə dair şikayətin dəlilinə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş mövqeyə görə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati P rosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
25. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış Xun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlı gəldiyi nəticə ilə yanaşı, həm də düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarının qəbul edilməsi və qanuni qüvvəyə minməsi icraatın iştirakçısı olmayan Xa məlum olmamış, belə bir qərarın mövcudluğundan məlumatı olduqdan sonra ərizə ilə müraciət edərək məhkəmə qərarını əldə etmiş və hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli, 2-1(103)-1387/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.