Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-807/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2609/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, 16 fevral 2018-ci il tarixli Qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri -yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1ci bəndində qeyd olunur ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, üm umilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınsın.
3. İddiaçı söküntü ilə bağlı kompensasiya ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2 ev 10A-ya görə 307.500 manat, məhv edilmiş daşınar əşyalara görə 15.000 manat, torpaq sahəsinin istifadəsinə görə 195.000 manat, çətinliyə görə 50.250 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə 110.250 manat, hüquqi yardıma görə 210 manatın cavabdehdən tutulmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində bildirmişdir ki, Bakı şəhəri M.A.Əliyev kü çəsi dalan 2, 10A nömrəli ev iddiaçıya məxsus olmuşdur. Hazırda iddiaçı İsrail vətəndaşı olduğundan, Bakı şəhərində yaşamadığından onun xəbəri olmadan cavabdehin təşkil etdiyi komissiyanın əməkdaşları tərəfindən hər hansı bir razılıq əldə etmədən ev sökülmüşdür, evin əşyaları barədə hər hansı bir məlumat yoxdur.
6. Cavabdeh iddia ərizəsində göstərmişdir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 ünvan 1 ünvanında ikimərtəbəli 4 otaqdan ibarət olan yaşayış sahəsi 132 kv.m, köməkçi sahəsi 73 kv.m olan fərdi yaşayış evinə hüququ tanınmış, həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Lakin, həmin ünvanda tikili mövcud olmadığından sənədləşmə a parılmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və müvafiq çıxarış verilməmişdir. Beləliklə aparılmış araşdırmaların nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı X1 ünvan 3 ünvanında ikimərtəbəli 205 kv.m yaşayış və köməkçi sahədən ibarət tikilisi inventarizasiya işləri zamanı mövcud olmamış, cavabdeh tərəfindən həmin ünvanda söküntü işləri aparılmamışdır. 7. ünvan 4 may 2022-ci il tarixli qərarı ilə (hakim: H.A. Ağalarov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərlə iddia olunan tikilinin mövcud olması və cavabdeh tərəfindən sökülməsi təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi, söküntünün həyata keçirilməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna ma lik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.
9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2609/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M. Məmmədov, hakimlər: R.Ə. Qurbanov və V.Ə. Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış v ə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasız qalması işin mübahisəsiz halıdır. Qətnamənnin təsviri hissəsinə nəzər yetirdikdə sözügedən evin mövcudluğuna dair hər hansı sənədə istinad olunmamış və qeyd aparılmamış, yalnız qonşular tərəfindən tərtib edilmiş akta istinad olunmuşdur. Belə olan halda sözügedən qətnamə özlüyündə həmin fərdi yaşayış evinin mövcud olmasını təsdiq edən sübut kimi çıxış edə bilməz, həmin faktın əksini (evin mövcud olmamasını) təsdiq edən kifayət sübut vardır.
12. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının kommunal xidmətlərin ödəyicisi olmasına dair dəlilləri də əsaslı deyil. Belə ki, “Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfində n M.A.Əliyev küçəsi, dalan 2 ev 10A və 10B ünvanlarında abonent olub-olmaması və abonentlərin ödənişləri barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Yasamal Rayonu Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və kompüter məlumat bazasında qeyd olunan ünvanlar aşkar olunmamışdır; Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinin məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanlarının Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında qeydiyyatı yoxdur; "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanlarında yaşayan, xidmət göstərdikləri abonent bazada qeydiyyatda yoxdur; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 9 ünvanda X4 məx sus heç bir müqavilə və abonent kodu aşkarlanmamışdır.
13. İddiaçının məhkəməyə təqdim etdiyi 040002900T2002Q nömrəli abonent koduna dair məlumatlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli məktubuna əsasən, həmin abonent kodu M.Ə.Əliyev küçəsi T2, ev 2Q-yə aiddir və X2 adında olmuşdur. Daha sonra "xxxx" ASC-nin əməkdaşı tərəfindən qətnamədə göstərilən ünvan fərqi nəzərə alınmadan X3 adına dəyişdirilmişdir. Sistemdə aparılan dürüstləşmə ilə xətalı addəyişmə əməliyyatı keçərsiz sayılmış və nəticə etibarilə daha əvvəllər olduğu kimi hal-hazırda da X3 adına hər hansı abonent kodu mövcud olmamışdır.
14. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 22.2, 1100 və 1115-ci maddələri ilə əsaslandırmışdır.
15. Apellyasiya instansiya sı məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə qeyd edilir ki, işdə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət ehtiyacları üçün həmin ev söküntü dairəsinə düşmüş, komissiyanın əməkdaşları tərəfindən qeydlər aparılmışdır. "xxxx" ASC-nin 011203 nömrəli arayışından görünür ki, iddiaçı ödəyici kimi qeydə alınmaqla, sonuncu elektrik ödənişi xx.xx.2018-ci il tarixdə sərfiyyat üzrə edilmişdır. "Expresspay" ödəniş sistemində iddiaçı, "xxxx" ASC-də ödəyici kimi qeydə alınmışdır. "Elektron Hökümət" portalında iddiaçı işıq ödəy icisi kimi qeydə alınıb.
17. İddiaçı hüquqi mövqeyinin əsası kimi “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunun 1.1.1, 7.3.1, Mülki Məcəllənin 21.1, 246.5 və 1097.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanıımasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsullar ı Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. İnzibati İcraat haqqında Qanun Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
21. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. 26 Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ ape llyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razıla şmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, müəyyən olunur ki, iddiaçıya göstərilən ünvanda hər hansı bir ev mövcud olmamışdır.
32. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 11 ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
33. Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 52 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati ərazisində M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ün vanı mövcud olmamışdır. Vətəndaş Avşalumova (Baazova) Anara İsaakovnanın göstərilən ünvanda yaşayış yeri və qeydiyyatı olmadığı üçün, nə ev əşyası, nə də orada yaşayışı olmamışdır. M.A.Əliyev küçəsində mövcud olan evlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən sökülmüşdür.”
34. Bundan başqa iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının kommunal xidmətlərin ödəyicisi olmasına dair dəlilləri də əsaslı deyil. Belə ki, “Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən M.A.Əliyev küçəsi, dalan 2 ev 10A və 10B ünvanlarında abonent olub-olmaması və abonentlərin ödənişləri barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Yasamal Rayonu Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və kompüter məlumat bazasında qeyd olunan ünvanlar aşkar olunmamışdır. Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinin məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanlarının Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında qeydiyyatı yoxdur. "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanlarında yaşayan, xidmət göstərdikləri abonent bazada qeydiyyatda yoxdur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 9 ünvanda X4 məxsus heç bir müqavilə və abonent kodu aşkarlanmamışdır.
35. Göründüyü kimi, mübahisə predmeti əmlakın özünün mövcudluğu iş üzrə sübuta yetmədiyi üçün, cavabdeh tərəfindən həmin əmlaka müdaxilə, o cümlədən qanunsuz müdaxilə olunması faktı da iş materialları ilə təsdiqini tapmır.
36. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli ünvanda yerləşən ona məxsus tikilinin, kompensasiya verilmədən qanunsuz söküldüyünü iddia edərək ona kompensasiya ödənilməsi və həmin kompensasiya məbləğinə əlavələrin verilməsi barədə tələbləri tamamilə əsassızdır.
37. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının ona mübahisəli ünvanda yerləşən evə və əmlaklarına görə kompensasiya və ziyan tələbində haqlı olması istisna olunur.
38. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2609/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.