Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-807/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina, məhkəmə prosesi barədə məlumatlandırılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3091/2023 nömrəli, 01 noyabr 2023-cü il t arixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı 24 noyabr 2022-ci il tarixdə ona qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.
2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 16 fevral 2023-cü il tarixli, İQ-15/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı m üəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 fevral 2023-cü il tarixli İQ-15/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında müvəqqəti yaşayır. 24 noyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Bel ə ki, iddiaçı 2021-ci ilin axırlarında yaşadığı Pəncab vilayətində Əhmədiyyə təriqətinə mənsub Shazia adlı bir xanımla ailə həyatı qurmaq istəmişdir. Bu səbəblə də həmin təriqətə keçmək qərarına gəlmişdir. Lakin bu qərarını qohumlarına və əvvəl məxsus olduğu təriqətin digər üzvlərinə açıqladıqdan sonra ciddi təqiblərə məruz qalmış, hətta iddiaçının həyatı üçün də təhlükə doğurmuşdur. Bu səbəbdən iddiaçı bir dostunun məsləhəti ilə öz ölkəsində dini etiqadına görə təqibə məruz qaldığı üçün Azərbaycan Respublikasına gəlmək məcburiyyətində qalmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-1(112)-8012/2023 saylı qərarı ilə (hakim X2) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3091/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-1(112)8 012/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, işin müəyyən edilmiş halları və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. X1 Məcəllənin 15.1, 15.2, 33.1, 33.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 385, 387-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin əsassız və qanunsuz olduğu bildirilir.
12. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin nəticəsi üçün bütün faktiki halları araşdırmamış, məhkəmədə tərəflərin iştirakını təmin etməm iş, yalnız cavabdeh tərəfindən etiraz formasında təqdim edilmiş mülahizələrə əsaslanmaqla qərar çıxarmışdır.
13. Daha sonra qeyd edilir ki, birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının prosesdə iştirakını təmin etməmiş, iş materiallarında iddiaçının mobil telefonu olsa da, prosesin vaxtı və günü barədə ona məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair i şlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
31. Prosessual nümayəndəlik 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından b ütün prosessual hərəkətləri həyata keçirə bilər Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nüma yəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə
185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 185.4. Tərəflər və yaxud i ddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə i ştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində yeganə mübahisə edilən məsələ iddiaçının məhkəmə iclasının yeri v ə vaxtı barədə məlumatlandırılmaması, bununla da çəkişmə prinsipinin tələblərinin pozulmasıdır. Qeyd edilir ki, iddiaçının iş materiallarında mobil telefonu olsa da, nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi ona SMS xəbərdarlıq göndərməmiş, bununla da iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olmuşdur.
22. Məhkəmə kollegiyası iş materiallarına təhlil etməklə bu nəticəyə gəlir ki, kassasiya şikayətində göstərilmiş xüsusat həqiqəti əks etdirmir. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına istinad etməyi məqsədə müvafiq hesab edir.
23. Belə ki, iş materiallarından görünür ki, iddiaçının və onun etibarnamə üzrə nümayəndəsinin (etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir və onun vaxtından əvvəl ləğv edilməsi barədə məlumat mövcud deyildir ) iddia ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə SMS xəbərdarlıq göndərilmişdir (iş vər 13, 52).
24. Bundan əlavə məhkəmə bildirişi iddiaçının iddia ərizəsində, eləcə də apelyasiya şikayətində qeyd etdiyi ünvana göndərilmişdir. Yəni göründüyü kimi məhkəmələr iddiaçını məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında və düzgün şəkildə məlumatlandırmışlar.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə prosesində iddiaçının iştirakı məcburi xarakterə malik olmayıb, onun sərbəst iradə ifadəsini əks etdirir. Başqa sözlə məlumatlandırılmış məhkəmə prosesində iştirak edib edilməmə müstəsna olaraq iddiaçının hüququdur və o hüququnu reallaşdırmaqda sərbəstdir.
26. Eyni zamanda məh kəmə kollegiyası işin mahiyyəti ilə bağlı apelyasiya instansiyası məhkəməsinin nəticəsini də qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarını dəyişdirimədən saxlayarkən apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
27. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, hazırki məhkəmə icraatı çərçivəsində iddiaçının çəkişmə prinsipi də daxil olmaqla iddiaçının hüququ pozulmamış, məhkəmə prosesləri qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır.
28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3091/2023 saylı iş üzrə 01 noyabr 2023-cü il tarixli qər