Məhkəmə qərarları › İş №2-1(102)-808/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-808/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-808/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: SSRİ dövründə inşa edilmiş binanın zirzəmi və yarımzirzəmisinin dövlət əmlakı kimi qeydə alınması və özəlləşdirilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğ lundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iş üzrə “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)2725/2022 nömrəli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Arx ivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1963-cü il tarixli qərarla "xxxx" Kooperativinə ünvan 1 ünvanında bina tikintisi üçün 635 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Müvafiq registr qeydinin aparılması üçün əsas, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının C.Məmmədquluzad ə küçəsi 98 ünvanda istifadəsiz qeyri-yaşayış sahəsinə xx.xx.2017-ci il tarixli baxış aktı olmuşdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamı ilə sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirmə planları təsdiq edilmişdir.

4. Mübahisəli qeyri-yaşayış sahəsi hərracda X4 satılmış, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X8 arasında xx.xx.2017-ci il tarixdə “Müəssisənin (obyektin) alqı-satqısı” Müqaviləsi imzalanmışdır.

5. X2 qeyri-yaşayış sahəsi üzərində hüquqları xx.xx.2017-ci il tarixdə qeydə al ınmışdır. Mübahisəyə dair mülki məhkəmə icraatı:

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7, İddiaçı4, X10, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında X15 Auksion Mərkəzinə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında X15 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolu, ünvan 2 ünvanda yerləşən, sahəsi 188.3 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəss isənin (obyektin) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X3 adına ünvan 2 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3592/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il qətnaməsi ilə məhkəmə aidiyyətinin pozulmasına görə iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) bi rinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh X15 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilm iş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 2-1(1102)-7466/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

9. İddiaçılar İddiaçı9 və İddiaçı8 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyriyaşayış sahəsinin satılması ilə bağlı X15 Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın etibarsız hesab edilməsi, X8 ilə həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olu nması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 21(112)-6584/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 nömrəli və 2-1(112)-7466/2021 nömrəli inzibati işlər 2-1(112)-7466/2021 nömrəsi altında bir icraatda birləşdirilmişdir.

11. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər X15 Auksion Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: - ünvan 3 ünvanda yerləşən 188.3 kv.m. qe yri-yaşayış sahəsinə dair daşınmaz əmlakının dövlət registrinə salınması haqqında qeydin qanunsuz hesab edilməsi, - ünvan 3 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi; - cavabdeh X15 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; - ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X9 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X3 adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanında ye rləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

12. İddiaçılar işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" MİK-ə məxsusdur. Bu hal, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubda yazılanlarla da təsdiq edilir. Cavabdehlərin qanunsuz aktları və hərəkətləri nəticəsində həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar kooperativ üzvlərinin hüquqları və qanuni mənafeləri pozulmuşdur.

13. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən, mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələ rin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Beləliklə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Bundan başqa, iddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsaslanaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olduğunu iddia etmişlər. Halbuki, həmin məktubda qeyd edilənlərin əsassızlığı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubları ilə təsdiqlənir. Belə ki, həmin məktublarda "xxxx" Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər ha nsı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Əlavə olaraq, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildirlər. Belə ki, iddiaçılar iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina "xxxx" MTKya məxsus olduğundan, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan əmlakı özəlləşdirmək səlahiyyətinin olmadığını qeyd etsələr də nəzərə alınmalıdır ki, iddiaçıların hazırkı tələbi bundan əvvəl dəfələrlə məhkəmə araşdırmalarının predmeti olmuş və əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTK-ya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ya məxsus olduğunu iddia etsələr də, nə qeyd o lunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativlərin adından iddianı imzalamaq səlahiyyətinə malik olmaları müəyyən edilməmişdir. Eyni zamanda, mülki işə baxılan zaman birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından, onun adından qaldırılmış hər hansı iddia da qanuni sayıla bilməz.

14. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən yazılı etir azda göstərilmişdir ki, iddiaçıların iddia tələbi ilə bağlı İdarəyə rəsmi qaydada müraciəti olmadığından iddia tələbi mümkün sayılmamalıdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərardadı ilə iddia: cavabdeh X15 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyriyaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X9 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; X3 adına ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmla kın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən sahəsi 188.3 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair (yarımzirzəmi və zirzəmi) kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeyd (***-*******2-001 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130.4 kv.m.) və ***-*******2002 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57.9 kv.m.) aparılmış qeyd ləğv edilmiş; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncam ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130.4 kv.m. və zirzəminin bir hissəsi 57.9 kv.m., ümumi faydalı sahəsi 188.3 kv.m. hissəsində ləğv edilmiş və həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair hərəkətlər qanunsuz hesab edilmişdir.

17. Birinci instansiyası məhkəməsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdi r. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə, ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur) və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil) istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Beləliklə, mübahisəli bina Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi.

18. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə ünvan 2 ünvanında beşmərtəbəli kooperativ yaşayış binasının zirzəmi və yarızirzəmisində yerləşən, ümumi sahəsi 188.3 kv.m qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydiyyata alınması ilə bağlı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi üçün sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, kooperativ yaşayış binasının tikintisi zamanı binanın yarızirzəmi və zirzəmi sahələrinin inşası üçün dövlət tərəfindən vəsaitin ödənilməsi faktı həmin binanın layihə-smeta və digər sənədlərində öz əksini tapır. Bununla bağlı əlavə məlumat əldə etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur.

20. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1963-1970-ci illərdə kooperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi aktın olub-olmaması ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 1963-1970-ci illərdə kooperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi akt aşkar edilməmişdir.

21. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ünvan 5 ünvanında “Müəlli mlər MTK” tərəfindən tikilmiş və 1962-ci ildə istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binasının (xüsusilə də zirzəmi və yarızirzəminin) tikintisinə dövlət büdcəsindən vəsaitin ödənilməsi ilə bağlı məlumatın əldə olunması, habelə ödənilmişdirsə, bununla əlaqədar zəruri sənədlərin (o cümlədən layihə-smeta sənədlərinin) məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" MTK tərəfindən qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının tikintisində dövlət büdcəsindən vəsaitin istifadə olunması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 30 noyabr 2022-ci il tarix li, 21(103)-2725/2022 nömrəli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh işin hallarına, iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazdakı dəlillərə i stinad edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işdəki sübutları hərtərəfli qiymətləndirməmiş, işin hallarını hərtərəfli araşdırmamışdır.

26. Belə ki, məhkəmənin əsaslandığı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli və Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubları verilən zaman həmin orqanlara edilmiş müraciətlərə MTK-nın səlahiyyətini təsdiq edən sənədlərin təqdim edilib-edilməməsi və qeyd olunan hallarla bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” qanunun tələblərinə əməl olunub-olunmaması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Digər tərəfdən, qeyd olunan cavab məktubları o halda MTK-nın mövcudluğunu təsdiq edən sübut kimi qəbul oluna bilər ki, iş materiallarında kooperativin hüquqmüəyyəned ici sənədləri mövcud olsun. Nəzərə almaq lazımdır ki, iş materiallarında olan, vergi orqanı tərəfindən verilən cavab məktubunda da "xxxx" ("xxxx", "xxxx" MTK) MİK barədə hər hansı məlumatın olmadığı qeyd edilmişdir.

27. Məhkəmə araşdırması dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin dövlət əmlakının registrində qeydə alınmasının və həmin sahənin özəlləşdirilməsinin hansı qanunvericilik aktları əsasında aparılması məhkəmənin nəzərinə çatdırılsa da, Xidmətin istinad etdiyi qanunvericilik normaları təhlil edilməmiş və səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir.

28. Bunun əksinə olaraq iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTK-ya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ə məxsus olduğunu iddia etsələr də, nə qeyd olunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativlərin adından iddia qaldırmaq səlahiyyətinə malik olmaları barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə edilməmişdir. Belə ki, əvvəlki mübahisə üzrə işə məhkəmədə baxılan zaman birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidmətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş cavab məktubunda Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanında yerləşən 5 mərtəbəli bina və "xxxx" ("xxxx", "xxxx" MTK) MİK barədə milli arxiv fondunda hər hansı məlumatın olmadığı qeyd edilmişdir. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından onun adından qaldırılmış hər hansı iddia mümkün sayıla bilməz.

29. Nəzərə almaq lazımdır ki, iddiaçılar tərəfindən "xxxx" ("xxxx", "xxxx" MTK) MİKə dair müvafiq sənə dlər (kooperativin təşkil edilməsi barədə yığıncağın qərarı, nizamnamənin qəbulu, qeydə alınması, kooperativin idarə və digər orqanlarının seçilməsi barədə ümumi yığıncağın qərarı) iş materiallarına əlavə edilmədiyindən, kooperativin hazırda fəaliyyətinin qanuni əsaslarının müəyyən edilməsi, həmçinin məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlarda kooperativi təmsil etmək səlahiyyətinin kooperativin hansı orqanına məxsus olmasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi halda, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bununla bağlı hər hansı araşdırma aparılmamışdır.

30. Bundan əlavə, apellyasiya məhkəməsi müxtəlif məhkəmə sorğuları əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına inşa edilməsinə dair hər ha nsı sübutun mövcud olmadığına istinad etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sübutetmə yükü bir qayda olaraq təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Hazırkı halda məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına tikilməsi barədə sübutun təqdim edilməsini o halda tələb edə bilərdi ki, həmin tikilinin MTK üzvlərinin şəxsi vəsaiti hesabına tikilməsi iddiaçılar tərəfindən sübut edilmiş olsun.

31. Eləcə də, iddiaçılar inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. İddiaçılar tərəfindən müddətin ötürülməsi ilə bağlı qeyd olunan hallar Xidmət tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı hər hansı araşdırma aparılmamış və buna hər hansı hüquqi qiymət verilməmişdir. b) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

32. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, üçüncü şəxs qeyd edir ki, binanın tikintisinə xx.xx.1963-cü ildə torpaq ayrılmış və elə həmin tarixdə də əsaslı tikinti ilə bağlı sakinlərin köçürülməsi qərara alınmışdır. Halbuki, bu qeyri-mümkündür və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 37/1452 saylı qərarına əsasən verilmiş inşaat pasportunda aydın və birmənalı şəkildə qeyd edilir ki, tikintinin aparılması 1963 və 1964cü illərdə nəzərdə tutulur. Bundan əlavə, Oktyabr rayonu ZDS-nin İcraiyyə Komitəsinin xx.xx.1966-cı İl tarixli 37 protoko lundan da görünür ki, C.Məmmədquluzadə küçəsi 98 ünvanında yerləşən binanın tikintisi 1965-ci ilin noyabr ayında başa çatdırılmışdır. Məhkəmə sübutlara tam qiymət verməmiş, ziddiyyətli məqamları aydınlaşdırmamışdır.

33. Həmçinin, məhkəmənin qərarında qeyd edilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Halbuki, məhkəmə iclasının tarixi barədə üçüncü şəxsə və vəkilinə məlumat verilməmiş, bu barədə müvafiq məhkəmə bildirişi göndərilməmişdir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin halların ın araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayətləri vaxtında verilmiş, hər iki şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Belə ki, hazırkı iş üzrə mübahisənin predmetini ünvan 2 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən özəlləşdirilməsi və üçüncü şəxsə satılması təşkil edir. Belə ki, iddiaçılar mübahis əli qeyri-yaşayış sahəsinin "xxxx" MTK-nın, dolayısı ilə payçı kimi onların ümumi mülkiyyətində olduğunu, cavabdeh isə dövlətə məxsus olduğunu iddia edir.

40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmetini təşkil edən məsələnin həlli ilə bağlı aşağıdakı istiqamətdə hərtərəfli araşdırma aparılmalıdır. Kooperativin mövcudluğu, mübahisəli qeyri-yaşayış sahəsinin kooperativə yaxud dövlətə məxsusluğu

41. İş materiallarında olan sənədlərə əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1963-cü il tarixli qərarla "xxxx" Kooperativinə ünvan 1 ünvanında bina tikintisi üçün 635 kv.m. torpaq sahəsi ayrılmış və tikinti pasport tərtib edilmiş, eyni zamanda binanin tikintisi üçün ərazidən sakinlərin köçürülməsi nəzərdə tutulmuşdur.

42. Yuxarıda qeyd edilənlər istisna olmaqla, "xxxx" kooperativinə ayrılmış binanın tikintisi ilə əlaqədar başqa sənədlər iş materiallarında mövcud deyildir.

43. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında bina tikintisi nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçılar C.Məmmədquluzadə küçəsi 98 ünvanında yerləşən binada yaşayırlar və mübahisəli qeyri-yaşayış sahəsi də məhz həmin binada yerləşir.

44. Bundan əlavə, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən (İ cild: iş v.69) Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanında yerləşən binanın 1962-ci ildə istismara ver ildiyi qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. 1963-cü ilin yanvar ayının 12-dən sonra tikintisi başlayan binanın isə 1962-ci ildə istismara verilməsi qeyri-mümkündür. Digər tərəfdən, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 nömrəli qərarının mətnində iddiaçıların öz izahatlarında binanın 1965-ci ildə istismara verildiyini bildirdikləri qeyd edilmişdir (İİ cild: iş v.92). Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər ZDS İK-nın arxiv fondu üzrə 1962-ci ilə dair arxiv sənədləri mövcud olsa da, həmin sənədlərdə "xxxx" Mənzil Tikinti Kooperativi barədə heç bir məlumat aşkar edilməmişdir (İ cild: iş v. 147).

45. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar İPM-in 12.1-ci maddəsinin tələbi baxımından araşdırılmamış, mübahisəli qeyri-yaşayış sahəsinin aid olduğu binanın nə vaxt istismara verildiyini müəyyən etmək üçün registrdəki məlumatların əsasını təşkil edən sənədlər tələb olunub tədqiq edilməmiş, həmçinin ünvanla bağlı məsələ də dəqiqləşdirilməmişdir.

46. Bundan əlavə, iddianı təmin edən birinci instansiya məhkəməsi və onun nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiy yəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba istinad etmişlər.

47. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1253/2022 nömrəli qərarının mətnində aşağıdakılar qeyd edilmişdir: “...

32. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə, ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur.

33. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil...”

48. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə qərarlarında xx.xx.2009-cu il tarixli məktuba istinad olunsa da, həmin məktub iş materiallarında mövcud deyildir. Bununla yanaşı, sözügedən məktuba Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3592/2020 nömrəli qətnaməsində (İ cild: iş v.154), həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-856/2017 nömrəli qərardadında da istinad edilmişdir (İİ cild: iş v. 174).

49. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli binanın "xxxx" MTK-ya məxsus olması qeyd edilsə də, bu hal aşağı instansiya məhkəmələri tərəfindən ətraflı araşdırılmamış, bununla bağlı tərəflərin dəlilləri hərtərəfli qiymətləndirilməmişdir.

50. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2614/2021 nömrəli qərarının mətnində (kassasiya şikayətinin dəlilləri kimi) qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun əsassızlığı (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli binanın "xxxx" MTK-ya məxsus olması ilə bağlı qeyd edilənlər) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubları ilə sübut olunur. Belə ki, sözügedən məktublarda "xxxx" Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir (İ cild: iş v. 12). Oxşar dəlillər iddia tələbinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş yazılı etirazda da öz əksini tapmışdır (İ cild: iş v.55). İstinad olunan məktublar iş materiallarında olmasa da, işə baxan apellyasiya instansiyası məhkəməsi bu dəlillərin araşdırılması istiqamətində zəruri tədbirlər görməmiş, sənədləri tələb etməklə hərtərəfli araşdırma aparmamışdır.

51. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərən camında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışda mübahisəli qeyri-yaşayış sahəsinin 2017-ci ildə dövlət əmlakı kimi qeydiyyata alındığı göstərilsə də, eyni təşkilat (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi) tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda əmlakın dövlət balansında olmaması qeyd edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətli hala aydınlıq gətirilməmişdir.

52. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3592/2020 nömrəli qətnaməsində qeyd edilmişdir ki: “...məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən daxil olmuş məktub və ona əlavə olunmuş qoşmadan görünür k i, “Müəllim (Учитель)” MİK-nın sədri Mirzəliyev xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin müdiri E.Qasımzadəyə müraciət edərək, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 98 saylı evdə 635-ci məhəllədə yerləşən "xxxx" Kooperativinin yaşayış binasına məxsus 612 nömrəli pasportun itdiyini nəzərə alaraq onun təkrar surətinin çıxarılıb verilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş 612 nömrəli texniki pasportun əslindən görünür ki, ünvan 6 ünvanında yerləşən 635 kv.m torpaq sahəsi binanın inşa edilməsi üçün “Müəllim (Учитель)” MİK-ya verilmişdir. Həmin texniki pasport müvafiq qaydada dövlət qurumu tərəfindən təsdiq edilmişdir İddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş 612 nömrəli texniki pasportun əslindən görünür ki, ünvan 6 ünvan ında yerləşən 635 kv.m torpaq sahəsi binanın inşa edilməsi üçün “Müəllim (Учитель)” MİK-ya verilmişdir. Həmin texniki pasport müvafiq qaydada dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Bundan başqa, kollegiyanın sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-44/2017 və MXMT(81)-62/2017 saylı işlərin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli bina “Müəllim (Учитель)” MİK-ya məxsusdur. Həmin işlər üzrə iddialar cavabdehin atası, MİKin indiki sədri S.M.Ramazanov tərəfindən qaldırılmışdır. Bundan əlavə, iddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş arayışların əsillərindən görünür ki, bütün arayışlar MİK-in sədri S.M.Ramazanov tərəfindən imzalanmış və MİK-in möhürü ilə təsdiqlənmişdir. Belə olan halda birinci inst ansiya məhkəməsinin “Müəllim (Учитель)” MİK-in mövcud olmaması barədə gəldiyi nəticə düzgün deyil...”

53. Göründüyü kimi, mülki icraat zamanı kooperativin mövcudluğunun araşdırılması ilə bağlı digər məhkəmə işlərində olan sənədlərdən istifadə edilmiş, hazırkı iş üzrə isə sözügedən sənədlər tələb olunub tədqiq edilməmişdir.

54. Digər tərəfdən, iş materiallarında olan S.M.Ramazanov tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2017-ci il tarixdə verilmiş iddia ərizəsində və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə, 2006-cı il tarixli arayışda (İİ cild: iş v.9-12; 49) "xxxx" MİK-in möhürü vardır.

55. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Dövlət Vergi Xidməti, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərs alma və Arxitektura Komitəsi tərəfindən sorğulara verilmiş cavablarda «Учителя» ("xxxx") Mənzil Tikinti Kooperativi, «Учителя» ("xxxx") Mənzil İstismar Kooperativi, "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" Mənzil İstismar Kooperativinin hüquqi şəxs kimi mövcudluğu və qeydiyyatı, o cümlədən binanın tikintisində dövlətin maliyyə iştirakı ilə bağlı məlumatlar və sənədlər aşkar edilməmişdir (İ cild: 28, 58, 184,185, 216; İİ cild: iş v. 194, 207)

56. Beləliklə, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən kooperativin mövcudluğu hərtərəfli araşdırılmamışdır. İddianın mümkünlüyü: subyektiv hüquq və iddia müddəti

57. Nəzərə alınmalıdır ki, iddiaçılar binanın məhz kooperativ olması halından çıxış edərək hazırkı iddianı qaldırsalar da, işə baxan apellyasiya instansiyası məhkəməsi kooperat ivin mövcudluğu ilə bağlı hərtərəfli araşdırma aparmamaqla yanaşı, həm də iddiaçıların özlərinin iddia etdiyi kimi “kooperativin ümumi əmlakının” müdafiəsi ilə əlaqədar iddia qaldırmaq səlahiyyətlərinin mövcudluğunu araşdırmamışdır.

58. Belə ki, əgər binanın kooperativ olması təsdiqlənirsə, bu halda iddiaçıların sözügedən iddia ilə kooperativin bütün üzvlərinin adından iddia qaldırmaq səlahiyyəti yoxlanılmalı idi. İşə baxan apellyasiya instansiyasi məhkəməsi binanın kooperativ olması, mübahisəli qeyri-yaşayış sahəsinin isə kooperativin ümumi əmlakı olması qənaətinə gəlsə də, 5 mərtəbəli binanın sakinlərinin adından 9 şəxsin iddia qaldırmaq səlahiyyətinin olubolmaması məsələsinə qiymət verməmişdir.

59. Digər tərəfdən, iş materiallarında olan (İİ cild: iş v.9.-12) X11 tərəfindən ("xxxx" MTK- nın adından) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2017-ci il tarixdə verilmiş iddia ərizəsində mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi tələb edilmiş, daha sonra şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu məsələyə də hüquqi qiymət verməmişdir (hazırkı iddia verilərkən həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı). Prosessual məsələlər

60. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh X15 Auksion Mərkəzi tərəfindən tərtib e dilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 2-1(1102)7466/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

61. İddiaçılar İddiaçı9 və İddiaçı8 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnz ibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyriyaşayış sahəsinin satılması ilə bağlı X15 Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın etibarsız hesab edilməsi, X8 ilə həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3739 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasını xahiş etmişlər. İddia ərizəsi 2-1(112)-6584/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

62. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 nömr əli və 2-1(112)-7466/2021 nömrəli inzibati işlər 2-1(112)-7466/2021 nömrəsi altında bir icraatda birləşdirilmişdir.

63. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər X15 Auksion Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cii l tarixli qərardadı ilə icraata götürülmüşdür.

64. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçılardan İddiaçı6 imzası olmamış, eyni zamanda İddiaçı6 digər iddiaçılardan hər hansı birinə verdiyi etibar namə də mövcud deyildir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də İddiaçı6 hazırkı iş üzrə prosessual statusunun mövcudluğunu araşdırmamışdır.

65. Eləcə də, kassasiya icraatında iddiaçılar tərəfindən təqdim edilmiş ərizədə də İddiaçı6 və İddiaçı7 imzası yoxdur. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı6 və İddiaçı7 hazırkı iddiada maraqlarının olub-olmaması məsələsini də araşdırmalıdır.

66. Bundan əlavə, iş materiallarında X13 və X1 dair sənədlər (İ cild: iş v. 77-82; 202-207) mövcud olsa da, həmin sənədlərin hazırkı işin hallarına aidiyyəti müəyyən edilməmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayətləri qismən təmi n olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2725/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar