Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-808/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962-ci il) cavabdeh xxx qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2-1(103)-2346/2023 nömrəli qərarından cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1979-cu il tarixdə Ə.Naxçıvani adına Naxçıvan Politexnik texnikumuna daxil olmuş və 1984-cü il tarixdə həmin texnikumu bitirmişdir, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1984-cü il tarixdə “Naxçıvansutikinti” İdarəsinə keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1985-xx.xx.1986-cı illərdə “Poliv” idarəsində çilingər, mexanik vəzifəsində, xx.xx.1986-xx.xx.1988-ci illərdə “Başmeliorasiyasutikinti” İdarəsində mühəndis, xx.xx.1988-xx.xx.1990-cı illərdə briqadir vəzifəsində, xx.xx.1992- xx.xx.1996- cı il tarixlərdə “Naxçıvanbank” SKB-də xəzinədartəsərrüfat müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdə “Azərneftyanacaq” neft email zavodunda Təsərrüfat və Kommunal məişət xidməti üzrə 17 nömrəli sexin təmir qrupuna 5-ci dərəcəli çilingər (santexnik) peşəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 42 nömrəli əmrinə əsasən “Azərneftyanacaq” Neft Emalı X2 adına Bakı X3 adlandırılmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupuna 11-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə təzə ştat cədvəlinə əsasən çirkab suların bioloji təmiz lənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsinin magistral sənaye və təsərrüfat fekal kanalizasiyası üzrə xidmət sahəsinin 11-ci dərəcəli usta vəzifəsində sayılmışdır. xx.xx.2015-ci il tarixdə Heydər Əliyevadına Bakı X3nun xx.xx.2015-ci il tarixli əmrinə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X2 adına X3 adlandırılmışdır. xx.xx.2020-ci il tarixdə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyinə 12-ci dərəcəli böyük usta vəzifəsinə keçirilmişdir, hazırda da həmin vəzifədə işləyir.
3. Heydər Əliyev adına X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zavodda çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin m agistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda 11-ci dərəcəli usta, xx.xx.2020-ci il tarixdən hazıradək isə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində 12-ci dərəcəli böyük usta kimi zərərli vəzifələrdə işləmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlərdə iddiaçının xx.xx.2008-ci il tarixindən bugünədək çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı sahəsində işlədiyi qeyd olunmuş, lakin onun işlədiyi sahə sözügedən arayışda istinad edilən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu sə bəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Heydər Əliyev adına X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “zərərli iş şəraiti haqqında” arayışda çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5-ci (Neftin, qazın, qaz kondensatının em alı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinə əsasən zərərli hesab edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərarın 10.5.2-ci bölməsində “ustalar və böyük ustalar” (“b” bəndi) vəzifələri qeyd edilmişdir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək bildirmişdir ki, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2-1(112)-2621/2023 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən b ütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2-1(103)-2346/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən təqdim olunan məktuba əsasən iddiaçının işlədiyi vəzifə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin arayışa əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 18 il 2 ay 27 gün güzəştli iş stajının mövcud olduğu müəyyən olunur.
13. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 21.1, 23.2-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, apellyas iya məhkəməsi tərəfindən əsassız olaraq iddiaçının çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı sahəsində işlədiyi usta vəzifəsinin Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) ustalar, böyük ustalar vəzifəsinə uyğun olduğu qənaətinə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı sahəsində usta vəzifəsində işləmişdir. Lakin məhkəmənin iddiaçının işlədiyi vəzifənin uyğunlaşdırdığı güzəştli vəzifə Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsidir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10-cu bəndinə uyğun olması üçün iddiaçının işlədiyi sahə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmalı idi.
16. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci, İPM-in 12.1-ci maddələrin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunun tələbləri pozulmuşdur. b. Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan ların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz b enzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: təmirçi-çilingərlər; b) rəhbərlər və mütəxəssislər nəzərdə tutulmuşdur. 10.5.2. Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbə rlər, mütəxəssislər və fəhlələr sənaye çirkab sularının təmizlənməsi,...
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təq dim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundame ntal vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan kişiyə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
31. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələnd irmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
32. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
33. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericilik normalarına istinad edərək kassatorun arqumentinin əsassız olduğunu hesab edir.
34. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
35. İş materiallarına əlavə edilmiş Heydər Əliyev adına X3 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zavodda çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda 11-ci dərəcəli usta, xx.xx.2020-ci il tarixdən hazıradək isə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində 12-ci dərəcəli böyük usta kimi zərərli vəzifələrdə işləmişdir.
36. X1 adına X3 tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, iddiaçının xx.xx.2008-ci ildən magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda və ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın sahə rəhbərliyində işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası hüququ verən peşələr siyahısındadır. Sahə ustasının əsas vəzifəsi təlimatlara əsaslanaraq rəhbərlik etdiyi işin vaxtında yüksək keyfiyyətlə xidmətlərin yerinə yetirilməsini, avadanlıqların tam gücü ilə işləməsini, materialların enerjinin səmərəli istifadəsini təmin etmək. Əsas vəzifələrinə müvafiq olaraq ustaya aşağıdakı funksiyaların yerinə yetirilməsi həvalə olunur: •Sahənin istehsal fəaliyyətinin nəticələrini vaxtaşırı təhlil edir və müvafiq tədbirlərin hazırlanması, həyata keçirilməsi işini təşkil edir; •İstehsal sahələrinin lazımi miqdarda texniki, içməli və dövrü su ilə təmin olunmasını və onların düzgün, qənaətli istifadəsinin təşkili, reagent, istilik, elektrik enerjisi, işçilərin xüsusi geyimlərlə və fərdi mühafizə vasitələri ilə təmin edir; •Sahənin bütün avadanlıqların ın düzgün texniki istismarını, müasirləşdirilməsini, cari və əsaslı təmirlərinin keyfiyyətli aparılmasını, onların etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin edir; •Sahələrdən kanalizasiya sxeminə atılan çirkab suların keyfiyyət və kəmiyyət göstəricilərinə, bioloji təmizləmə qurğusunda prosesin normal aparılmasına, kanalizasiya şəbəkəsinin normal işinə gündəlik nəzarət edir; •Sahənin bütün avadanlıqlarının düzgün texniki istismarını, vaxtaşırı keyfiyyətli təmirini və müasirləşdirilməsini, əsaslı və cari təmirin təmin edilməsinə nəzarət edir; •Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə,istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına operativ nəzarəti həyata keçirir; •İstehsalı n gedişində qarşıya çıxan xətaları ardan qaldırır, qəbul hovuzlarının səviyyəsinin artmasına yol verilməməsinə nəzarəti həyata keçirir; •İstehsalın planlaşdırılması, normalaşdırmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsul və metodların yayılması işində iştirak edir; •Sahənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boş dayanma və xidmətin keyfiyyətinin aşağı düşməsi səbəblərini aşkarlayır, üzə çıxan qüsurları aradan qaldırılması üçün tədbirlərin işləməsində və tətbiqində iştirak edir. İşçi əmək funksiyasını zərərli şəraitli iş yerində icra etdiyi üçün əmək haqqına 8 faiz məbləğdə əlavə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəni z neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta vəzifəsi ilə ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində usta vəzifəsi eynilik təşkil edir.
37. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim edilən məktuba əsasən iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin ərizəyə əsasən iddiaçının xx.xx.2022-ci il tarixə 18 il 2 ay 27 gün güzəştli iş stajı mövcud olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 21(103)-2346/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.