Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-809/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı 01.09.1975-ci ildən 01.05.1977-ci ilədək və 01.05.1979-cu ildən 05.03.1980-ci ilədək Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta st ajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 1975-ci ildə Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumuna daxil olmuş, 02.05.1977-ci ildən 22.04.1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 1980-ci ildə həmin İnstitutu bitirərək Xx seriyalı ***** nömrəli diplom almış və Dövlət İxtisas Komissiyasının 05.03.1980-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmişdir. O, təhsil aldığı müddətin sosial sığorta müddəti kimi nəzərə alınmasını DSMF-in Mingəçevir şəhər şöbəsindən xahiş etmiş, lakin sonuncu özünün 18.07.2018-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1975-ci ildən 01.05.1977-ci ilədək və 01.05.1979-cu ildən 05.03.1980-ci ilədək Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasım ov) 20 sentyabr 2018-ci il tarixli 2-1(84)-1469/2018 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in Mingəçevir şəhər şöbəsinin üzərinə Iddiaçı in 01.09.1975-ci ildən 01.05.1977-ci ilədək və 01.05.1979-cu ildən 05.03.1980-cı ilədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Mingəçevir şəhər şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibatiİqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2-1(84)-1469/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2-1(84)-1469/2018 nömrəli qərarı dəyişdirilərək qərarın giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində iddiaçının təhsil aldığı təhsil müəssisəsinin adından “M.Əzizbəyov adına” ifadəsi çıxarılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1983-1987-ci illərdə əldə etdiyindən bu hüquq onun qazanılmış hüququdur və şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, qərarın giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində iddiaçının təhsil aldığı təhsil müəssisəsinin adı səhvən M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumu” kimi göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanu nu ilə tənzimlənir. Bu Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 407, 417.1.3, 418-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarının ləğv ediməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iş tirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı **.**.****-ci il təvəllüdlü olmaqla 01.09.1975-ci ildən 01.05.1977-ci ilədək və 01.05.1979-cu ildən 05.03.1980-ci ilədək Qırmızı Əmək Bayrağı Ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci intansiya məhkməsinin qərarı ilə iddia təmin edilmiş və apell yasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Halbuki, müvafiq illərin iş stajına daxil edilməsi ilə bağlı iddia tələblərinə baxılması zamanı ilk növbədə müvafiq iddia ilə məhkəməyə müraciət edən şəxsin pensiya hüququnun olub-olmaması və ya ona artıq pensiya təyin edilib-edilməməsi məsələsi yoxlanılmalıdır. Belə ki, sosial sığorta stajı şəxsə müvafiq pensiyanın təyin edilməsi üçün tələb olunan şərtdir və şəxsin pensiya almaq hüququ yoxdursa müvafiq dövrün (hazırkı halda təhsil aldığı illərin) onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmədiyindən bu qəbildən olan iddialar mümkün sayılmamalıdır. Başqa sözlə, müvafiq dövrün sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbləri üzrə işə baxılarkən ilk növbədə iddiaçıya artıq pensiya təyin edilib-edilməməsi yoxlanılmalı, əgər təyin edilməyibsə iddiaçının pensiya hüququnun olması müəyyən edilməli, bundan sonra müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilməlidir. Lakin iş üzrə qərar qəbul edən aşağı instansiya məhkəmələri **.**.****-ci il təvəllüdlü iddiaçıya artıq pensiya təyin edilib-edilməməsini yoxlamadan, iddiaçının pensiya hüququnun olmasını müəyyən etmədən onun təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verərək iddianı təmin etmişlər. İş materiallarından isə iddiaçının pensiya alması və ya pensiya hüququnun olması aydın deyildir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkli fləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/18 saylı 21 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-809/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-809/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver