Məhkəmə qərarları › İş №2-1(102)-809/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-809/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-809/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi məbləğinin azaldılması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(103)-2626/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş dir.

2. İddiaçı tərəfindən 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasən 74268,38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir.

3. Cavabdehin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2017-ci il üzrə 14853,67 manat mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı 19 avqust 2019-cu il tarixdə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853,67 manat əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla cəmiyyətə müraciət edilərək təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərc göstəriciləri ilə baza məlumatları arasında yaranan 74268,38 manat fərqi ilə bağlı də qiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla cavabdehə müraciət edilərək, bəyannamədə yaranan fərqin izahı verilmişdir. Belə ki, 2017-ci il ərzində bir sıra mallar cəmiyyət tərəfindən vergi orqanında vergi ödəyicisi qismində uçotda olmayan fizikişəxslərdən alınmışdır ki, bu səbəbdən, həmin xərclər barədə məlumat vergi orqanının elektron bazasında öz əksini tapmamışdır. Çünki, bilindiyi kimi vergi orqanının uçot məlumat bazasında yalnız elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmış mallar barədə məlumatlar mövcud olur. 19 iyun 2019-cu il tarixli, izahat məktubuna baxmayaraq cavabdeh vergi orqanı hər hansı əlavə araşdırma aparmadan və məktubda göstərilənləri nəzərə almadan, sadəcə ö z baza məlumatlarını əldə rəhbər tutaraq cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərara əsasən əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tər əfindən 2017-ci il ərzində vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və cəmiyyətin xeyrinə olan halları nəzərə almadan, iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir.

6. Cavabdeh iddia tələbinə yazılı etirazında və ona əlavədə göstərmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər isə 573.520,80 manat göstərilmişdir. Uçot baza məlumatlarına əsasən aparılan araşdırma zamanı bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 14853,67 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyici sinə 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər-hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Habelə, iddiaçı məhkəməyə alış aktları təqdim etmişdir. Həmin alış aktları ilə bağlı bildirilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi ol mayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam dərinin tədarükü (alışı). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədləri kimi tanınmamaqdadır. Əlavə olaraq bildirilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X1 vergi ödəyicisi olduğu (VÖEN: **********; VÖEN-nin verilmə tarixi: 23 may 2006) müəyyən edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı (hakim: A.A.Abdulla yeva) ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar ləğv edilmiş və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 13 iyun 2019-cu il tarixli uyğunsuzluq məktubu göndərildikdən sonra, iddiaçı (vergi ödəyicisi) tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilərək, yaranmış fərq məbləğinin səbəbinin malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyinin bildirilməsinə baxmayaraq, ca vabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini pozaraq, işin faktiki və hüquqi hallarını düzgün araşdırmamış, iddiaçının sənədlərinə qiymət vermədən əsassız olaraq iş üzrə mübahisəli “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” **********966600 nömrəli, 23 iyul 2019-cu il tarixli qərarı qəbul etmişdir. Cavabdehin dəlillərinə münasibət olaraq məhkəmə qeyd etmişdir ki, barəsində alış aktı tərtib edilməli olan malların siyahısı “Nağdsız hesablaşmalar haqqında” Qanunu ilə məhdudlaşdırılmış, Qanunun 3.5-ci maddəsində yalnız nağd qaydada satın alınmasına yol verilən malların dairəsi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017-ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl (30 iyul 2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30 iyul 2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir. Həmçinin malın satıcı X5 tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcı olan İddiaçı MMC A.Talıbovun özünü təqdim etməsindən asıl olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçıya iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavab deh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2183/2021 nömrəli qərarı (hakimlər: A.Ə. Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

11. Apellyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər 573520,80 manat, vergiyə cəlb olunan mənfəət 8839,64 manat göstərilməklə 1767,93 mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırmalar zaman baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə idxal edilmiş ümumi dəyəri 231307,0 manat olan mallar, depozit hesabından aparılan məxaric əməliyyatlarına əsasən müəyyən edilmiş 3961,39 manat dəyərində alınmış mallar, 2016-cı il sonuna qalıq kimi göstərilmiş 394555,67 manat dəyərin də mallar və 2017-ci ilin sonuna qalan 156627,68 manat dəyərində mallar nəzərə alındıqda vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məlumatlarında əks olunmuş 541612,6 manat malın dəyəri hissəsində xərcin təsdiq olunmadığı aşkar edilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı isə əksinə 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktubla malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim edilməsini bi ldirmişdir və hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, kollegiya qeyd etmişdir ki, 30 yanvar 2017-ci il tarixli X7 ilə 1 ədəd, 27800,00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X3 ilə 1 ədəd, 12500,00 manat dəyərində Deutz tonnajlı mühərrikin satın alınması ilə bağlı, 5 fevral 2017-ci il tarixli X6 ilə 1 ədəd, 2400,00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200,00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X4 ilə İddiaçı MMC-in direktoru X2 arasında 1 ədəd, 11500,00 manat dəyərində iki oxlu ağır tonnajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktlarının cəmi məbləği 57.400 manat təşkil edir. Qeyd olunan alış aktları sübut kimi qəbul edilsə belə, 7 4268,38 manat dəyərində xərcləri tam təsdiq edən sənəd kimi qəbul etmək olmaz. Eyni zamanda, apellyasiya şikayətinə etirazda iddiaçı göstərmişdir ki, ən yaxşı halda iddia tələbi qismən – mübahisləndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar əsasında hesablanmış 14853,67 manat əlavə vergi məbləğinin 3373,68 manat hissədə 7426857400=16868,38*20%) qüvvədə saxlanılması, qalan hissədə (11479.99 manat hissədə) ləğv edilməsi ilə nəticələnə bilərdi. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, vergi ödəyicisinin hesablamaları səhv olduğunda sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi orqanının hesablamaları səhv olduğunda sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaç ı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Beləliklə, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(102)-689/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2183/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılm ası üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsini araşdırmamışdır

15. Apellyasiya instansiyası məhkəməsi 30 yanvar 2017-ci il tarixli X7 ilə 1 ədəd, 27800,00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X3 ilə 1 ədəd, 12500,00 manat dəyərində Deutz hidrovlik mühərrikin satın alınması ilə bağlı, 05 fevral 2017-ci il tarixli X6 ilə 1 ədəd, 2400,00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200,00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X4 ilə "xxxx" MMC-in direktoru X2 arasında 1 ədəd, 11500,00 manat dəyərində iki oxlu ağır tonajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktları barədə araşdırma aparmamış, onların mötəbərliliyin müəyyən etmədən iş üzrə qərar qəbul etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(103)-2626/2022 nömrəli qərarı (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və A.P.Orucza də) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı qismən ləğv edilmiş, cavabdehin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən – iddiaçıya 2017-ci il üzrə 4800 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçıya 2017-ci il ərzində malların satın alınması bağlı vergi orqanı tərəfindən qəbul edilməyən 30 yanvar 2017-ci il, 3 fevral 2017ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktlarının mötəbərliyini müəyyən etmək üçün həmin akt ları imzalamış satıcıların məhkəmə iclaslarında şahid qismində iştirakını təmin etmək təklif edilmiş, iddiaçının vəsatəti əsasında X5 və X4 məhkəmə iclasında şahid qismində dindirilmişlər. İşdəki digər alış aktlarının mötəbərliyini təsdiq etmək üçün iddiaçı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alış aktlarının mötəbərliyini müəyyən etmək mümkün olmamışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, kassasiya instansiyası məhk əməsi də cavabdeh vergi orqanının mübahisləndirilən inzibati aktı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini qeyd etdiyi halda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan, iddiaçının qanunla qorunan hüquqlarını pozan qərar qəbul etmişdir.

20. İddiaçı məhkəmənin qərarında qeyd edilən - 4 alış aktından 2-sinin mötəbərliyi barədə iddiaçı tərəfindən sübut təqdim edildiyi halda, digər ikisi barədə hər hansı sübutun təqdim edilmədiyi barədə dəlilə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə inzibati prosessual qanunvericiliyin deyil, səhvən mülki prosessual qanunvericiliyin tələblərini tətbiq etmiş, iddiaçı tərəfindən malların alışını təsdiq edən sənəd qismində məhkəməyə təqdim edilmiş 4 ədəd alış akt ının mötəbərliyini sübut etmək vəzifəsinin iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçının vəzifəsi olmadığı halda, şəxsi təşəbbüsü əsasında 4 ədəd alış aktının 2 ədədini imzalamış fiziki şəxslərin şahid qismində məhkəmədə dindirilməsini təmin etdiyi halda, digər 2 ədəd alış aktını imzalamış şəxsləri tapa bilməmişdir. Belə ki, alış aktlarını imzalamış şəxslər iddiaçıya mütəmadi şəkildə deyil, məhz bir halda mal satmış fiziki şəxslərdir ki, həmin şəxslərin tapılması öhdəliyinin iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə qətiyyən uyğun gəlmir.

21. Hazırkı iş üzrə iddiaçı zəruri olan sübutu – vergi orqanında uçotda olmayan fiziki şəxslərdən aldığı mallar görə qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş alış aktlarını məhkəməyə təqdim etmiş və həmin sənədlərin mötəbərliyini təkzib edəcək hər hansı sübut iş materiallarında mövcud deyil. Həmçinin, alqı-satqı əməliyyatının baş tutduğu tarixdə qüvvədə olmuş qanunvericilikdə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınan mallara görə tərtib edilməli hər hansı başqa sənəd forması nəzərdə tutulmamışdır. İddiaçı, öz üzərinə düşən öhdəliyi icra edərək alış aktlarını tərtib etmiş və mal satan şəxslərə imzalatmışdır ki, iddiaçıdan 4 nəfər fiziki şəxslə aparılan əməliyyatlara görə əlavə sənədlərin və ya sübutetmə vasitələrinin tələb edilməsi tamamilə qanunsuzdur. Eyni zamanda, barələrində alış aktı tərtib edilmiş 2 nəfər fiziki şəxsin məhkəmədə şahid qismində ifadə verərək, malları faktiki olaraq satdıqlarını etiraf etməsi bir daha təsdiq edir ki, iddiaçı tərəfindən tərtib edil miş alış aktları formal xarakter daşımır və iddiaçı faktiki olaraq aldığı malları qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Kassasiya şikayətinə qarşı cavabdehin vəsatəti:

23. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

24. Vəsatət onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********021400 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərara əsasən, müvafiq dövr üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği xx.xx.2023-cü il tarixdə 4 800,0 manat azaldılmış və bununla bağlı Cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********966600 nömrəli qərar xx.xx.2023-cü il tarixli, **********021400 nömrəli qərarla ləğv olunmuş və hazırda qüvvədə deyildir. Belə olan halda, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. d) Cavabdehin vəsatətinə dair iddiaçının mülahizələri:

25. İddiaçı qeyd edir ki, hazırkı işdə cavabdehin hərəkəti, yəni mübahisələndirilən qərarı sonuncu kassasiya instansiyasında ləğv etməsi sadəcə olaraq süründürməçiliyə xidmət edən bir addımdır. Belə ki, cavabdehin məqsədi hazırkı iş üzrə icraatın xitamına nail olmaq və iddiaçının yeni qəbul edilmiş qərarı mübahisələndirmək üçün məhkəmə çəkişməsinə əvvəldən – birinci instansiyadan başlamasına nail olmaqdır. Halbuki, hər iki qərar ilə bağlı mübahisə predmeti eynidir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı tərəfindən müvafiq hesabat dövrü üzrə hər hansı vergi bəyannaməsi təqdim edilmədiyi və hesablama aparmaq üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldüyü halda, 2017ci hesabat ili üzrə kameral vergi yoxlaması həyata keçirmiş və yeni qərar qəbul etmişdir ki, bu da Vergi Məcəlləsinin 37-ci və 85.4-cü maddəsinin tələblərinin kobud pozuntusu ilə nəticələnmişdir. İnzibati orqanının məhkəmə mübahisəsi davam etdiyi dövrdə mübahisələndirilən inzibati aktı ləğv edərək yeni inzibati akt qəbul etməsi qanunsuzdur. Hazırkı iş üzrə icraata xitam o halda verilə bilərdi ki, mübahisələndirilən qərar və onun əsasında hesablanmış əlavə vergi məbləği tam silinsin və tərəflər arasında hər hansı mübahisə predmeti qalmasın.

26. İddia t ələbini qaldırarkən iddiaçının qarşıya qoyduğu məqsəd cavabdeh tərəfindən hesablanmış 14853.67 manat əlavə vergi məbləğinin silinməsinə nail olmaq olduğu halda, cavabdeh vergi orqanı həmin məbləğin cəmi 4800 manat hissəsini silmişdir ki, bu halda İPM-nin 67.3-cü maddəsinin tətbiqi üçün hər hansı əsas yaranmır. Həmçinin, cavabdeh vergi orqanı iddiaçı tərəfindən tərtib edilmiş 2 ədəd alış aktının mötəbərliyini təsdiq edərək mübahisələndirilən əlavə vergi məbləğini qismən silməklə, dolayısı ilə iddianı da etiraf etmişdir. Belə ki, cavabdeh vergi orqanının mübahisələndirilən qərarı qəbul etməsinin əsası tərtib edilmiş alış aktlarının mötəbərliyi yox, ümumiyyətlə həmin sənədləri xərc sənədi qismində qəbul etməməsi olmuşdur. Hazırkı halda cavabdehin 2 ədəd alış aktını xərc sənədi qismində qəbul edərək hesablanmış əlavə vergi məbləğini həmin hissədə silməsi, mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb olmuş əsasın da ortadan qalxdığını göstərir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya): Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlam aq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərə findən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşka r edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə

68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Maddə

71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.... Maddə

130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəliri n (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılmas ı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlamadan öncə cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatətinə qiymət verilməsini zəruri hesab edir.

32. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(103)-2626/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən, iddiaçıya 2017-ci il üzrə 4800 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən qərardan kassasiya şikayəti verilməmiş, iddiaçı da kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını qeyd edilən hissədə mübahisələndirməmişdir.

33. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(103)-2626/2022 nömrəli qərarı iddianın qismən təmin edilən hissəsində qanuni qüvvəyə minmişdir.

34. Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********021400 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğ ortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək müvafiq dövr üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği xx.xx.2023-cü il tarixdə 4 800,0 manat azaldılmış və bununla bağlı Cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir.

35. Cavabdeh hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********966600 nömrəli qərarın xx.xx.2023-cü il tarixli, **********021400 nömrəli qərarla ləğv olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (İPM 67.1); - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (İPM 67.2); - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən i ddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (İPM 67.3); - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır (İPM 67.4).

37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarının ləğv edilməsindən və həmin qərara əsasən hesablanmış ümumilikdə 1485 3.67 manat əlavə vergi məbləğinin azaldılmasından ibarətdir.

38. Cavabdehin vəsatətinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli, **********021400 nömrəli qərarından və iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya hesablanmış əlavə vergi məbləği iddia tələbində 14853.67 manat qeyd olunsa da, cavabdeh tərəfindən görülmüş yeni tədbirlər nəticəsində (qüvvəyə minmiş məhkəmə qərarı əsasında) sadəcə 4800 manat azaldılmışdır. Bu isə iddia tələbinin tam təmin edilməsi və iş üzrə mübahisənin artıq mövcud olmaması anlamına gəlməməlidir.

39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.4-cü maddəsinin tələblərinə əsasən cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti əsassızdır və təmin edilməməlidir.

40. İşin mahiy yəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(102)-689/2022 nömrəli qərarında qeyd edilən göstərişlərə qismən əməl etmiş, mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilibedilməməsi, eləcə də, iddiaçı tərəfindən təqdim edilən malların alış aktları barədə araşdırma aparmışdır. Nəticə etibarilə, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən müddət pozuntusuna yol verilmədiyi, həmçinin 3 fevral 2017-ci il tarixli X3 ilə 1 ədəd, 12500,00 manat dəyərində Deutz hidrovlik mühərrikin satın alınması ilə bağlı və 10 mart 2017-ci il tarixli X4 ilə 1 ədəd, 11 500,00 manat dəyərində iki oxlu ağır tonajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktlarının mötəbərliyi barədə yekun nəticəyə gəlmiş və iddia tələbini qeyd edilən alış aktlarına münasibətdə təmin etmişdir.

41. Həmin hallar nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarını iddianın təmin edilməyən hissəsində yoxlanılacağını qeyd edir.

42. Nəzərə alınmalıdır ki, iddia tələbinə əsasən iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarının ləğv edilməsini və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılmasını tələb edir. İddiaçı barəsin də 14853.67 manat əlavə vergi məbləğinin hesablanmasına səbəb kimi bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin təsdiqini tapmaması qeyd olunmuşdur.

43. İddia tələbinin qanuni qüvvəyə minən hissəsinə görə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarı ləğv edilmiş, cavabdeh tərəfindən təsdiqini tapmadığı göstərilən 74268,38 manat xərc məbləğinin 24.000 manat hissəsi sübuta yetirilmiş və buna müvafiq olaraq iddiaçıya hesablanmış əlavə vergi məbləği 4800 manat azaldılmışdır. Belə olan halda, hazırkı iş üzrə mübahisə predmeti təsdiqini tapmayan 50268,38 manat xərc məbləğinə görə iddiaçıya hesablanmış 10053,67 manat əlavə vergi məbləğinin azaldılması təşkil edir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə qismən əsassızdır və yalnız əsassız olan hissədə ləğv edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(102)-689/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə əsasən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017-ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır.

46. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən 4 alış aktından sadəcə ikisini mötəbər hesab etsə də (həmin alış aktlarında adları qeyd olunan şəxslər məhkəmə iclasında dindirilmişdir), digər ikisinin – 30 yanvar 2017-ci il və 5 fevral 2017-ci il tarixli alış aktlarının mötəbərliyini müəyyən etməyin mümkün olmadığını qeyd etmiş və bunu iddiaçı tərəfindən məhkəməyə sübutların təqdim edilə bilməməsi ilə əlaqələndirmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsassız və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(102)-689/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə zidd hesab edərək göstərir ki, “Malların alış aktı”nın xüsusi forması ilk dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ““Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsbit edilmiş və 11 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Yəni 11 iyul 2017-ci il tarixə qədər qanunvericiliklə “Malların alış aktı”nın xüsusi forması təsbit edilməmişdir.

48. İddiaçı Vergi Məcəlləsinin 71-ci maddəsində (Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması) nəzərdə tutulan öhdəliyini icra edərək vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən xərclərini məhkəməyə təqdim etdiyi malların alış aktları ilə sənədləşdirmişdir. Nəzərə almaq lazımdır ki, həmin alış aktları sənə dləşdirilən zaman (xx.xx.2017 və xx.xx.2017) “Malların alış aktı”nın xüsusi forması mövcud olmamış, bununla belə, iddiaçının tərtib etdiyi alış aktlarının forması və rekvizitləri 11 iyul 2017-ci il tarixdən tətbiq edilməli olan “Malların alış aktı”nın xüsusi forması və rekvizitləri ilə eynilik təşkil edir.

49. Apellyasiya instansiya məhkəməsi eyni xarakterli dörd alış aktından sadəcə ikisinin mötəbərliyini qəbul etməklə, digər ikisini isə iddiaçı tərəfindən əlavə sübutların təqdim edilməməsi səbəbi ilə mötəbər hesab etməməkdə yanlışlığa yol vermiş, gəldiyi nəticəni əsaslandıra bilməmişdir.

50. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

51. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

52. İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilən və mötəbərliyi heç bir şübhə doğurmayan alış aktlarının həqiqətə uyğun olmadığını sübuta yetirə bilməmiş, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Bununla belə, cavabdeh inzibati orqan da eyni xarakterli dörd alış aktından ikisinin mötəbərliyini qəbul etməklə iddiaçının qanunla qorunan etimad hüququnu pozmuşdur.

53. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, 30 yanvar 2017-ci il tarixli X7 ilə 1 ədəd, 27800,00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı və 5 fevral 2017-ci il tarixli X6 ilə 1 ədəd, 2400 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı iddiaçı tərəfindən tərtib olunmuş malların alış aktları qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edildiyindən və onların mötəbərliyinə dair iş üzrə hər hansı şübhələr müəyyən edilmədiyindən iddiaçının xərclərini təsdiq edən ciddi hesabat sənədi kimi qəbul edilməlidir.

54. Belə olan halda, həmin alış aktlarında qeyd edi lən ümumilikdə 33400 (27800 + 2400 + 3200) manat xərc məbləğinə görə cavabdeh tərəfindən əlavə hesablanmış 20 faiz həcmində, yəni 6680 manat məbləğində mənfəət vergisi azaldılmalıdır.

55. Bununla belə, iddiaçı cavabdeh tərəfindən xərc məbləği kimi qəbul edilməyən 74268,38 manat məbləğin 16 868,38 manat hissəsini (74268,38 – 24000 – 33400) təsdiq edəcək sənədlərini nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin hissə ilə bağlı iddiaçının xərclərinin sübuta yetirilməməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və göstərir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq xərc sənədləri ilə təsdiq edilməyən 16 868,38 manata görə 3373,67 manat əlavə mənfəət vergisinin hesablanması hissəsində iddia tələ binin dəlilləri əsassızdır.

56. Ona görə də, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – 6680 manat məbləğində əlavə mənfəət vergisinin hesablanması hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin edilməli və cavabdehin üzərinə 2017-ci il üzrə iddiaçıya hesablanmış əlavə mənfəət vergisinin 6680 manat məbləğində azaldılması öhdəliyi qoyulmalı, qərar qalan hissədə - 3373,67 manat əlavə mənfəət vergisinin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 de kabr 2022-ci il tarixli, 21(103)-2626/2022 nömrəli qərarı qismən – 6680 manat məbləğində əlavə mənfəət vergisinin hesablanması hissəsində ləğv olunsun. Həmin hissədə iddia təmin edilsin və cavabdehin üzərinə 2017-ci il üzrə iddiaçıya hesablanmış əlavə mənfəət vergisinin 6680 manat məbləğində azaldılması öhdəliyi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar