Məhkəmə qərarları › İş №2-1(102)-809/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-809/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-809/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hakimiyyəti orqanının sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron ray on İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 nömrəli sərəncamına əsasən adına ayrılmış Abşeron rayonu Novxanı Bağları ərazisində yerləşən 1200 kv.m-lik 1931 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-318/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 nömrəli sərəncamına əsasən iddiaçıya Abşeron rayonu Novxanı Bağları ərazisindən 1200 kv.m-lik 1931 saylı torpaq sah əsi bağ sahəsi kimi verilmiş və həmin torpaq sahəsi ilə bağlı Abşeron rayonu X1 planından çıxarış müvafiq qaydada təsdiqlənmişdir.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, həmçinin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 nömrəli sərəncamına əsasən adına ayrılmış Abşeron rayonu Novxanı Bağları ərazisində yerləşən 1200 kv.m-lik 1931 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 26 dekabr 2022-ci il tarixli 2-1(118)-2249/2022 nömrəli qərarı ilə id dia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 saylı sərəncamına əsasən iddiaçının adına ayrılmış Abşeron rayonu Novxanı Bağları ərazisində yerləşən 1200 kv.m-lik 1931 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 nömrəli sərəncamına əsasən iddiaçıya Abşeron rayonu Novxanı Bağları ərazisindən 1200 kv. m-lik 1931 saylı torpaq sahəsi bağ sahəsi kimi verilmişdir. Torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması işin mübahisə olunmayan hallarındandır. Eyni zamanda, həmin torpaq sahəsi ilə bağlı Abşeron ray onu X1 planından çıxarış da müvafiq qaydada təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh orqan isə qeyd edir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, həmçinin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Kollektiv Bağçılıq-Bostançılıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Lakin bu hal iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Fakti ki olaraq iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli 074 saylı sərəncamı mövcuddur. Habelə, həmin torpaq sahəsinin təyinatı müayinə aktından da göründüyü kimi, yaşayış məntəqələrinə aiddir. Torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla üzərində fərdi yaşayış evi mövcuddur. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hallar iddiaçının tələbinin əsaslı olduğunu göstərir. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, dövlət qeydiyyatı üçün əsas hesab olunur və bu hüquqlar dövlət təminatına alınmışdır Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh inzibati or qanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab etmişdir.

8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-318/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və göstərmişdir ki, cavabdeh iki əsasla - mübahisəli torpaq sahəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazin in hüdudlarından kənarda yerləşməsi və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının ərizəyə əlavə olunmaması ilə iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırda iddiaçı tələbinin əsası kimi Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli, 074 nömrəli sərəncamına istinad edərək, həmin sərəncamla ona 1200 kv.m bağ torpaq sahəsinin ayrıldığını iddia edir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli, 074 nömrəli sərəncamı təqdim edilmişdir. Həmin sərəncamın 4-cü bə ndindən görünür ki, həqiqətən də həmin aktla iddiaçıya Novxanı bağları ərazisindən 1200 kv.m-lik 1931 nömrəli torpaq sahəsi bağ sahəsi kimi verilmişdir. Həmçinin, cavabdeh inzibati orqan 23 may 2023-cü il tarixli məktubla kollegiyanın Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Bağlar Təsərrüfat İdarəsi tərəfindən Novxanı bağları ərazisində vətəndaşlara torpaq sahəsi ayrılmasına dair sənədlər toplusunun və bağların sxematik xəritəsinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq həmin torpaq sahəsinin ayrılmasına dair bağların sxematik xəritəsinin arxivdə aşkar edilmədiyini bildirmiş və sorğuya cavaba sözügedən ərazidən vətəndaşlara bağ torpaq sahələrinin ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyətinin 1998-2005-ci illər üzrə müvafiq sərəncamlarını, o cümlədən iddi açıya 1931 saylı torpaq sahəsinin ayrılmasına dair 10 aprel 2000-ci il tarixli, 074 nömrəli sərəncamını təqdim etmişdir.

11. Torpaq sahəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlili ilə əlaqədar kollegiya tərəfindən müvafiq araşdırma aparılaraq iddiaçıya ayrılmış 0.12 ha 1931 saylı torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatlarının Abşeron rayonu Novxanı kəndi ərazisindən bağçılıq bostançılıq üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə cavabdeh inzibati orqandan mütəxəssis rəyi alınmışdır. Cavabdeh tərəfindən 10 avqust 2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilən həmin mütəxəssis rəyində torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda qeyd edi lmiş koordinatların daxilində yerləşən və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının bağçılıq bostançılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi və iddia edilən torpaq sahəsinin naturada ölçülərinin 0.1213 ha olduğu qeyd edilmişdir. Həmçinin, iddiaçının faktiki istifadəsində olan 0.1213 ha torpaq sahəsi ilə bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarının əks olunduğu müqayisəli orto-foto xəritədən çıxarışda bağçılıq üçün ayrılmış sahə ilə iddia edilən torpaq sahəsinin bir-birindən aralı məsafədə yerləşdiyi göstərilmişdir. Bu məqamda, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyasında araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrindən ikisinin – **********97- 11301 və **********29-11301 reyestr nömrəli sahələrin bağ sahəsi kimi, birinin - **********76 reyestr nömrəli sahənin isə fərdi yaşayış evinin inşası üçün ayrılmış torpaq sahəsi kimi üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən dövlət reyestrindən **********97-11301 və **********29-11301 nömrəli çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 188.5 kv.m. və 195.1 kv.m. yaşayış məntəqələrinin torpaqları, eləcə də həmin torpaq sahələri üzərində yerləşən bağ evləri xüsusi mülkiyyət hüququ üzrə vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildiyi kimi, Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli, 074 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi Novxanı kəndi, Bağlar massivində yerləşən qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları dövlət reyestrində məhz bağ sahələri kimi qeydiyyata alınaraq onlara bu barədə müvafiq çıxarışlar verilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina ol unmuşdur. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Eyni zamanda inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

12. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə həmçinin, istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktika ya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasit əsi ilə yaradılır.

13. Məhkəmə kollegiyası cavabdehin 2-ci, yəni kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının ərizəyə əlavə olunmaması dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici bağ sahəsinə dair verilən icarə müqaviləsinin, sərəncamın və üzvlük kitabçasının - hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu bağ sahəsinə dair hüququn qeyd alınması üçün əsasdır. Bu mənada, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas kimi qəbul edilir. İddiaçı da hazırda bu h üququnu reallaşdırmaq niyyətindədir, hansı ki, işin müəyyən edilmiş faktiki hallarından iddiaçının, üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə müvafiq qaydada yerli icra hakimiyyəti orqanı başçısının sərəncamı əsasında ayrıldığı müəyyən edilmişdir. Sözügedən Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2000-ci il tarixli, 074 nömrəli sərəncamı iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı tərəfindən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq ver ilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Belə olan halda isə, iddiaçının hüququ dövlət qeydiyyatına alına bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və o rderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etib arsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: Bənd

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;... 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlə r üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəs i baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır....

20. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə iddiaçının müraciətindən imtinanın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtinanın və etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya icra hakimiyyəti orqanının müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. O dur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-318/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar