Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-81/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ayrıca mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamış qərardaddan verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyü; müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi; iddianın uğurluluq ehtimalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili X2, Cavabdehin nü mayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1571/2020 nömrəli iş üzrə 2020-ci il 24 sentyabr tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 6 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 17 mart tarixli, **********198351 saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qər arının İddiaçı MMC-nin 10% dərəcə ilə 1.860.199 manat ÖMV hesablanmış və azaldılmaya görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% həcmində 930.100 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsini və ödənilmiş 30 manat məbləğində prosessual xərcin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
2. İddiaçı 2020-ci il 7 avqust tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin tələblə yanaşı cavabdehin «Səyyar vergi yoxlamasının (növbədənkənar) keçirilməsi haqqında» 2020-ci il 10 iyul tarixli **********138038 nömrəli qərarının da ləğv olunmasını xahiş etmişdir.
3. İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə müraciət edərək cavabdehin üzərinə “Səyyar vergi yoxlamasının (növbədənkənar) keçirilməsi haqqında” 2020-ci il 10 iyul tarixli, **********138038 nömrəli qərarının icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir.
4. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək vergi orqanının xx xxxx 2020-ci il tarixli **********138038 nömrəli qərarı ilə təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar olaraq məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-5384/2020 nömrəli qərardadı ilə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi rədd edilmişdir.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin təmin olunmasını xahiş etm işdir.
7. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-5384/2020 nömrəli qərardadı ilə cavabdehin “icraatın dayandırılması barədə” vəsatəti rədd edilmişdir.
8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “icraatın dayandırılması” barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1571/2020 nömrəli qərardadı ilə cavabdehin şikayəti üzrə apellyasiya mümkün sayılmamış, şikayətin icraata qəbulundan imtina edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ayrıca mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamış qərardaddan şikayət verildiyindən şikayət üzrə apellyasiya mümkün sayılmır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1571/2020 nömrəli qərardadı ilə iddiaçının şikayəti üzrə Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə təmin edilmiş, iddiaçının cavabdehə qarşı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qismən ləğv edilməsi, “Səyyar vergi yoxlamasının (növbədənkənar) keçirilməsi haqqında” qərarın ləğv olunması tələbi barədə inzibati mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də növbədənkənar yoxlama aparılması barədə qəbul edilmiş 2020-ci il 10 iyul tarixli, **********138038 nömrəli qərarın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinmə k vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisələndirilən inzibati aktın icrası dayandırılmadığı təqdirdə hazırkı iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin əhəmiyyəti və zərurəti, o cümlədən vergi ödəyicisinin əsassız vergi yoxlamasına cəlb olunmasından müdafiə olunmaq imkanı aradan qalxdığından, eyni zamanda iş üzrə aparılmış ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı nəzərə alınaraq, ərizəçinın müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməlidir.
13. Cavabdeh həmin qərardadlardan kassasiya şikayətləri verərək qərardadların ləğv edilməsini, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin təmin olun mamasını və “icraatın dayandırılması barədə” vəsatətin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri cavabdehin şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması barədə qərardada münasibətdə şikayətin dəlilləri
14. Məhkəmə qərar qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 258.2-ci maddəsinə istinad etmiş və iş üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadlarından şikayət verilə bildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 83.3-cü maddəsinə əsasən, məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməyən qərardadların siyahısı müəyyənləşdirilmişdir. Həmin siyahıda isə iş üzrə icraatın dayandırıl ması barədə vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından şikayətin verilməsinin mümkün hesab edilməməsi barədə qərardad müəyyən edilmir. Göründüyü kimi qeyd edilən qərardaddan şikayətin verilməsi məsələsi İPM ilə tənzimləndiyini nəzərə alaraq Mülki Prosessual Məcəlləyə istinad etmək düzgün deyildir
15. Vergi orqanının 2018-ci il 4 oktyabr tarixli, **********165021 nömrəli qərarı əsasında vergilər və digər məcburi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi ödəyicisinin fəaliyyətində növbəti səyyar vergi yoxlaması keçirilmiş, həmin yoxlamanın nəticəsi 2020-ci il 10 mart tarixli **********166303 nömrəli aktla rəsmiləşdirilmiş və nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə si haqqında” 2020-ci il 17 mart tarixli, **********198351 nömrəli qərar qəbul edilmişdir.
16. Bundan başqa, vergi orqanının 2020-ci il 10 iyul tarixli, **********138038 nömrəli qərarı ilə vergi ödəyicinin fəaliyyətində Vergi Məcəlləsinin 38.3.2-ci və 38.3.5ci maddələrinə əsasən vergilər və digər məcburi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
17. İddiaçının mübahisələndirdiyi vergi dövrü vergi orqanının 2020-ci il 10 iyul tarixli, **********138038 nömrəli qərarı ilə yenidən səyyar vergi yoxlaması ilə yoxlanıldığını nəzərə alaraq, cavabdeh hesab edir ki, məhkəmə mübahisəsi ilə bağlı iş üzrə icraat dayandırılmalıdır.
18. İPM-in 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamil ə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
19. Məhkəmə iş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almamaqla İPM-in göstərilən 7.1-ci maddəsinin tələbini pozmuşdur. Çünki, vergi orqanının 2020-ci il 10 iyul tarixli qərarı ilə təyin edilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə çıxarılacaq qərarın hazırkı işin nəticəsinə təsiri danılmaz faktdır.
20. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi dövr üzrə hazırda vergi orqanı tərəfindən yoxlama davam etdiyindən və yekun qərar qəbul edilmədiyindən məhkəmə tərəfindən həmin mübahisələndirilən dövr üzrə araşdırma aparılması və qərar qəbul edilməsi vergi orqanının Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarını məhdudlaşdırır. “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” qərardada münasibətdə şikayətin dəlilləri
21. Məhkəmə işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh tərəfindən qərarın inzibati akt olmadığından onun mübahisələn dirilməsinin düzgün olmadığı qənaətinə gəlməsini məhkəmə düzgün hesab etməmişdir. Bununla bağlı cavabdeh bildirir ki, məhkəmə bu mövqeyi qeyd etməklə işi düzgün araşdırmadığını və iddia tələbinə yoxsa müvəqqəti xarakterli ərizəyə baxıldığını ayırd etməmişdir.
22. Səyyar vergi yoxlamasının başlanması haqqında qərar vergi ödəyicisi üçün hər hansı öhdəlik yaratmadığı üçün inzibati akt hesab edilə bilməz və onun ləğvi tələbi ilə bağlı məhkəmədə iddia qaldırılması düzgün deyildir. Lakin məhkəmə cavabdehin iddia tələbinə olan münasibətini müvəqqəti xarakterli ərizəyə münasibət kimi qeyd etmiş və indiki halda ərizənin təmin edilməsi əsası kimi qərarın inzibati akt olduğunu və mübahisələndirilə bilməsi kimi qeyd etməklə ərizəni təmin etmişdir.
23. Bundan başqa, məhkəmə ərizənin təmin edilməsi əsas ı kimi səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarın əsasları barədə vergi orqanı tərəfindən hər hansı sübutun təqdim edilmədiyini bildirmişdir.
24. Məhkəmə düzgün olmayaraq iddia tələbinə münasibətdə bildirilməli əsasları ərizənin təmin edilməsi əsası kimi göstərmişdir. Belə ki, iddiaçı tərəf xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək müvəqqəti xarakterli ərizə ilə icrasının dayandırılmasını tələb etdiyi qərarın ləğvini istəmişdir. Məhkəmə isə hal-hazırda müvəqqəti xarakterli ərizəni təmin etməklə iddia tələbində mübahisələndirilən qərarın ləğvinə də münasibət bildirmişdir. Başqa sözlə, mübahisələndirilən qərarın ləğvi barədə qərar qəbul etmişdir.
25. Bundan başqa, məhkəmə ilkin səyyar vergi yoxlaması ilə yoxlanılan dövr ilə 2020-ci il 10 iyul tarixində çıxarılmış qərar əsasında yoxlanılmalı dövrü müqayisə etmiş və bunun Vergi Məcəlləsinin 38-ci maddəsinə zidd olduğu qənaətinə gəlinmiş və bu səbəbdən ərizənin təmin edilməsi barədə qərardad qəbul etmişdir. Lakin Vergi Məcəlləsinin 38-ci maddəsinin pozulması nəticəsinə hansı normalara əsasən gəldiyi və ümumiyyətlə bunun ərizə ilə hansı bağlılığının olmasını əsaslandırmamışdır.
26. Məhkəmə ərizəni təmin etməklə Vergi Məcəlləsinin 38.7-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, növbəti və növbədənkənar səyyar vergi yoxlaması zamanı dayandırılma əsasları qeyd edilmişdir ki, həmin əsaslara baxıldıqda məhkəmə tərəfindən yoxlamanın dayandırılması əsası qeyd edilməmişdir.
27. Vergi orqanlarının vergi ödəyicisinin fəaliyyətində səyyar vergi yoxlaması aparmaq hü ququ, bundan başqa səyyar vergi yoxlamasının növbəti və ya növbədənkənar aparılması halları və səyyar vergi yoxlaması ilə əhatə edilən vergi yoxlaması dövrləri Vergi Məcəlləsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, isə səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində isə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi halları öz əksini tapmışdır.
28. Qanunvericiliyin tələbindən də göründ üyü kimi, vergi orqanları yoxlanılan vergi dövrləri üzrə yenidən Vergi Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallara əsasən növbədənkənar səyyar vergi yoxlamasını Məcəllənin 36.3-cü maddəsində göstərilən dövrləri əhatə etməklə həyata keçirə bilər. b. Kassasiya şikayətinə etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə etiraz verərək cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1571/2020 nömrəli qərardadından verilmiş kassasiya şikayətini mümkünsüz hesab edərək baxılmamış saxlanılmasını xahiş etmişdir.
30. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin tərəfindən Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 avqust tarixli, 2-l(112 )-5384/2020 saylı qərardadından apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinin əsassız hesab edilməsi barədə onun tərəfindən ərizə verilmişdir. Belə ki, vəsatətin rədd edilməsi barədə qərardaddan İPM-ə əsasən ümumiyyətlə apellyasiya şikayəti verilə bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları
31. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətlərinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını xahiş etdilər.
32. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadlarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə...
34. İPM: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 41.2. İşin faktik i və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmə lər tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərardadlarının bütövlükdə ləğv edilməsini tələb etdi yindən, hazırkı icraat çərçivəsində məhkəmə aktlarının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Cavabdehin şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması barədə qərardaddan verilmiş şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
38. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.
39. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.
40. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər k i, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun.
41. Hazırkı halda, iş üzrə icraatın dayandırılmasından imtinaya dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünsüzlüyünə dair gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. 43. “Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” qərardaddan verilmiş şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
44. Şikayətin əsas dəlili ondan ibarətdir ki, səyyar vergi yoxlamasının başlanması haqqında qərar vergi ödəyicisi üçün hər hansı öhdəlik yaratmadığı üçün inzibati akt hesab edilə bilməz və onun ləğvi tələbi ilə bağlı məhkəmədə iddia qaldırılması düzgün deyildir.
45. Məhkəmə kollegiyası şik ayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, mübahisələndirilən qərar daxili prosedurları (səyyar vergi yoxlamasının keçirilməsinə yönələn hərəkətləri) nəzərdə tutmaqla yanaşı, həm də barəsində vergi yoxlaması aparılan vergi ödəyicisi üçün məcburi qüvvəsi həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt kimi qiymətləndirilməsinin meyarı kimi çıxış edə bilər. Çünki məhz həmin məzmunda qərarın mövcudluğunda vergi orqanı “Səyyar vergi yoxlaması”nın məqsədləri üçün vergi ödəyicisinin hüquq sferasına müdaxilə edir və icrası vergi ödəyicisi üçün məcburi olan tələblər irəli sürür.
46. Hazırkı halda, mübahisənin predmetinin həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın təşkil etdiyi (müvəqqəti müdafiə tədbir i barədə ərizə də həmin qərara qarşı yönəlmişdir), həmin növdə yoxlamanın isə qanunla imperativ olaraq müəyyən edilmiş əsasların mövcudluğunda keçirilməsinin mümkünlüyü nəzərə alındıqda, vergi ödəyicisi onun hüquq sferasına müdaxilə etməyə hüquqi imkan verən inzibati aktdan qorunmaq haqqına sahibdir.
47. İddiaçının “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın icrasına yönəlmiş tədbirlərin dayandırılmasına yönəlmişdir. Bu səbəbdən, ərizəçinin dəlilləri İPM-in 41.2-ci maddəsinin kontekstində yoxlanılmalıdır. Həmin normanın birinci cümləsinin tələbinə görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər.
48. İddianın bilavasitə uğurluluq ehtimalına gəldikdə, “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərarda həmin qərarın qəbul edilməsinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad olunsa da, həmin normaların dispozisiya şərtləri, həmin şərtlərin mövcudluğunun məhz hansı faktlarla (sübutlarla) təsdiq olunduğu bilavasitə göstərilməmiş, qərar əsaslandırılmamışdır.
49. Beləliklə, həmin qərarın Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qəbul olunduğunun özü mübahisəlidir. Buna görə də, qəbul edilmiş qərar inzibati icraa t qaydalarının tələblərinə əsasən, artıq formal-hüquqi baxımdan qüsurlu hesab edilə bilər.
50. Vergi orqanlarının vergi ödəyicisinin fəaliyyətində səyyar (növbəti və növbədənkənar) vergi yoxlaması aparmaq hüququnun Vergi Məcəlləsində təsbit olunduğuna dair şikayətin dəlilinə gəldikdə, həmin dəlil vergi orqanını ona həvalə edilmiş səlahiyyətləri qanunun tələblərinə uyğun həyata keçirmək vəzifəsindən azad etmir.
51. Apellyasiya instansiyası məhkəməsinin “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizənin təmin edilməsinə dair gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1571/2020 nömrəl i iş üzrə 2020-ci il 24 sentyabr tarixli qərardadları dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov