Məhkəmə qərarları › İş №2-1(102)-81/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-81/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-81/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə (üçüncü şəxslər X4, X2 və X3) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbi üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələ nməsinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(103)-2146/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Cavabdeh 21 №li 11 oktyabr 2006-cı il tarixli qərarı ilə, X1 uzun müddət istifadə etdiyi 520 kv.m. torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciəti və torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş torpaqayırma sənədləri nəzərə alınaraq, Azərbaycan Respublikasının “Bələdiyyə əraziləri və torpaqları haqqında” 07.12.1999-cu il tarixli 771-İQ saylı Qanunun 3- cü maddəsi rəhbər tutulmaqla, əvəzi ödənilməklə (alqısatqı yolu ilə) sənədləşdirilməsi X1 mülkiyyətinə verilməsi qərara alınmış və sonuncu ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair 11.10.2006-cı il tarixli akt tərtib olunmuşdur.

2. Bundan sonra ünvan 1 ünvanda, 0.052 hektar torpaq sahəsi və üzərində yerləşən sahəsi 169,3 kv.m. olan daşınmaz əmlak X1 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 11.07.2017-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir.

3. X4 həmin daşınmaz əmlakı 20.11.2019-cu il tarixdə Əliyeva Səlimə Əvəz qızına satmış və onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində 25.11.2019-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Xnın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair qərarının etibarsız hesab edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2-1(112)-1429/2020 saylı qərardadı (N.Abıyev) ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1445/2020 saylı, 04.08.2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)-1429/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-1(102)-1992 /2020 nömrəli qərarına əsasən (sədrlik edən İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli, 2-1(103)1445/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 8. 03.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə yeni açılmış hallar üzrə ərizə ilə müraciət edərək yeni açılmış hallar üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 nömrəli 19.06.2020-ci il tarixli qərardadının ləğv edilməsini, işə yenidən baxılmasını və yeni açılmış hallar nəzərə alınmaqla Bakı şəhəri Cavabdeh 11.10.2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar ə sasında X1 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Məhəmməd adlı şəxs ona qarşı dələduzluq etmişdir. İddiaçı bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmiş, həmin məsələ istintaqda araşdırılmış və məsələnin mülki xarakterdə olduğu bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Bələdiyyəsi saxtakarlıq edərək ona məxsus həyətyanı torpaq sahəsini və onun üzərində olan evi 21 saylı 11.10.2006-cı il tarixli saxta sənədlə X2 ayrılmasına dair sənədləşdirmə aparmışdır. Bununla əlaqədar iddiaçı sorğu əsasında Sabunçu Rayon Bələdiyyəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin X1 adına sənədləşdirilməsi üçün əs as olan hallar barədə arayış təqdim edilməsini xahiş etmişdir. Sabunçu Rayon Bələdiyyəsinin 29 saylı 16.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Ünvan ünvanında 700 kvadrat metr torpaq sahəsi və 360 kvadrat metr tikinti sahəsi 2000-ci ildən Cavabdehndə İddiaçı adına vergi qeydiyyatına alınmış və 2016-cı ildəki vergilər ödənilmişdir”. X1 adına torpaq sahəsinin ayrılması barədə 11.10.2006-cı il tarixli qərar və 12.06.2017-ci il tarixli məktub Bələdiyyə tərəfindən yazılmamışdır. Əmlak Komitəsinə təqdim edilən 11.10.2006-cı il tarixli “Bələdiyyə qərarı” guya bələdiyyənin 11.10.2006-cı il tarixli 17 saylı iclas protokoluna əsasən verilib. Faktiki olaraq isə bələdiyyədə 21 saylı protokol 24.02.2006-cı ildə yazılıb. Bələdiyyə faktiki olaraq 12.06.2017-ci il tarixində 38/1 saylı yox, 61 saylı məktubu Bakı İnzibati Məhkəməsinə göndərib, 38/1 saylı məktub isə 18.04.2017-ci il tarixində göndərilib. Göründüyü kimi, sənədlərin heç birində nə qeydiyyat nömrəsi, nə də tarixlər bələdiyyə qeydiyyatı ilə uyğun gəlmir və belə sənədlər bələdiyyədə yoxdur. Həmçinin, həmin sənədlərdə bələdiyyənin möhürü və sədrin imzası saxtalaşdırılmışdır (əvvəlki beşillikdə qüvvədə olmuş möhürdən istifadə olunub). Odur ki, bələdiyyənin adından əmlak komitəsinə təqdim etmək üçün X1 adına verilmiş “sənədlər” saxtadır və heç bir hüquqi əsası yoxdur. Sabunçu Rayon Bələdiyyəsinin məktubunda göstərilən faktlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan ev 2000-ci ildən 2017-ci ilə kimi ona məxsus olmuşdur. Belə olan halda bələdiyyənin həmin evə və torpaq sahəsinə dair 2006-cı i ldən sənədləşdirilmə aparılması saxtadır və cinayətdir. Lakin ilkin məhkəmə baxışlarında göstərilən hallar nəzərə alınmamışdır. Hazırda sorğu ilə müraciət edildiyi təqdirdə göstərilən faktlar rəsmi sənədlərlə müəyyən olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərardadı ilə (hakim Nəriman Abıyev) ərizə təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, ərizədə heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamışdır. Ərizə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslar iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılarkən iddiada və yuxarı instansiya məhkəmələrinə qərardaddan verilmiş apellyasiya və kassasiya şikayətlərində qeyd olunmuş və məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət ve rilmişdir.

12. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində yeni açılmış hallarla bağlı ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinə mahiyyəti üzrə baxılaraq ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 21(103)-2146/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Həmid Həmidov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.

15. Məhkəmə qərardadı iddiaçıya 14.10.2021-ci il tarixində təqdim edilmişdir.

16. İddiaçı 25.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(103)-2146/2021 nömrəli qərardadının ləğv edilməsini və yeni açılmış hallar üzrə tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Bələdiyyəsi saxtakarlıq edərək ona məxsus həyətyanı torpaq sahəsini və onun üzərində olan evi 21 saylı 11.10.2006-cı il tarixli saxta sənədlə X2 ayrılmasına dair sənədləşdirmə aparmışdır. Bununla əlaqədar iddiaçı sorğu əsasında Sabunçu Rayon Bələdiyyəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin X1 adına sənədləşdirilməsi üçün əsas olan hallar barədə arayış təqdim edilməsini xahiş etmişdir.

18. Sabunçu Rayon Bələdiyyəsinin 29 saylı 16.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Ünvan ünvanında 700 kvadrat metr torpaq sahəsi və 360 kvadrat metr tikinti sahəsi 2000-ci ildən Cavabdehndə İddiaçı adına vergi qeydiyyatına alınmış və 2016-cı ilədək vergilər ödənilmişdir”. X1 adına torpaq sahəsinin ayrılması barədə 11.10.2006-cı il tarixli qərar və 12.06.2017-ci il tarixli məktub Bələdiyyə tərəfindən yazılmamışdır. Əmlak Komitəsinə təqdim edilən 11.10.2006-cı il tarixli “Bələdiyyə qərarı” g uya bələdiyyənin 11.10.2006-cı il tarixli 17 saylı iclas protokoluna əsasən verilib. Faktiki olaraq isə bələdiyyədə 21 saylı protokol 24.02.2006-cı ildə yazılıb.

19. Bələdiyyə faktiki olaraq 12.06.2017-ci il tarixində 38/1 saylı yox, 61 saylı məktubu Bakı İnzibati Məhkəməsinə göndərilib, 38/1 saylı məktub isə 18.04.2017-ci il tarixində göndərilib. Göründüyü kimi, sənədlərin heç birində nə qeydiyyat nömrəsi, nə də tarixlər bələdiyyə qeydiyyatı ilə uyğun gəlmir və belə sənədlər bələdiyyədə yoxdur. Həmçinin, həmin sənədlərdə bələdiyyənin möhürü və sədrin imzası saxtalaşdırılmışdır (əvvəlki beşillikdə qüvvədə olmuş möhürdən istifadə olunub). Odur ki, bələdiyyənin adından əmlak komitəsinə təqdim etmək üçün X1 adına verilmiş “sənədlər” saxtadır və heç bir hüquqi əsası yoxdur.

20. Hazırda iddiaçı sorğu ilə müraciət edildikdən sonra göstərilən faktlar rəsmi sənədlərlə müəyyən olunmuşdur. Bu hal, bu vaxta kimi keçirilmiş məhkəmə proseslərinin araşdırma predmeti olmamışdır. Qeyd edilənlər iddiaçının yeni açılmış hallarla bağlı ərizəsinin təmin edilməsi üçün əsas olsa da, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 100, 101, 102-ci maddələrinin tələblərinə əməl olunmamış, iddiaçının ərizəsi əsassız olaraq rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Üçüncü şəxs X3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən heç bir yeni sübut təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasi ya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses işt irakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizəni n rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

23. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları “A.Yəhyazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16.07.2013-cü il tarixli qərar: “Nəzərə alınmalıdır ki, ərizəçiyə məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırılmasının daha ədalətli aparılmasına xidmət etsin.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra yuxa rıda göstərilən sənədlərin əldə edilməsinə, prokurorluğun araşdırması nəticəsində müəyyən edilmiş halların yeni açılmış və iş üzrə həlledici hal hesab edilib edilməməsinə MPM-in 432.2.1-ci maddəsinin tələbləri baxımından məhkəmə tərkibi tərəfindən qiymət verilməmiş və işin bu xüsusatlarına diqqət yetirilməmişdir...” “T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21.07.2016-cı il tarixli qərar: “Göründüyü kimi, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hall ar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı...” “T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.02.2017-ci il tarixli qərarı: “Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsində nəzərdə tutulan məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi əsası isə özündə üç şərtin olmasını ehtiva edir: -yeni açılmış hallar işə əvvəllər baxılarkən mövcud olmalıdır; -həmin hallar barədə məlumat ərizəçiyə və məhkəməyə məl um olmamışdır və işin hallarına görə məlum ola bilməzdi; - həmin hallar işin həlli üçün həlledici əhəmiyyətə malik olmalıdır. İşə baxılarkən məlum olmayan həlledici materiallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar kimi qəbul olunmalıdır. Mübahisəli hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam edilməsinə hüquqi əsas verən faktlar yeni açılmış hallar hesab oluna bilər. Lakin məhkəmə araşdırmasının predmeti olan faktlar barədə yeni sübutlar yeni açılmış hal hesab edilə bilməz. Göründüyü kimi, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, b aşqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı...” “M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 02.02.2015-ci il tarixli qərarı: “M.Həsənovanın konstitusiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qətnamənin çıxarılmasına səbəb olmuş sənədin saxtalaşdırılmasına görə iş üzrə tərəf olmuş G.Həsənovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icraat başlanılmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Belə ki, şikayətçi tərəfindən yeni açılmış hal kimi qeyd olunan G.Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə barəsində başlanılan cinayət işinin icraatına xitam verilməsinin əsası kimi CM-in 15.2, 75.1.1-ci və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.3, 41, 280 və 281-ci maddələrinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi göstərilmişdir.... Bununla yanaşı qeyd edilməlidir ki, müəyyən obyektiv səbəblərdən, məsələn, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur. Lakin şahidin bilə-bilə yalan ifadələr verməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması və ya MPM-in 432.2.2-ci maddəsində nəzərdə tutulan digər hallarda cinayəti t örətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə- bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına ye nidən baxılmasına əsas ola bilər...”

24. Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarları Konvensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına yeni açılmış hallar üzrə təkrar baxılmasına prinsip etibarı ilə yol verir. Belə ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birmənalı olaraq dövlətə cinayət mühakimə üsulunun səhvlərini düzəltməyə imkan yaradır və belə səhvlərə iş üzrə əsas sübutlar haqqında məlumatlar əks olunmayan məhkəmə qərarlarını aid edir. Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəalarını həmin Konvensiyanın 6-cı maddəsi ilə qarşılıqlı əlaqədə şərh etməklə onları mülki işlərə də aid edir. Avropa Məhkəməsi belə hesab edir ki, bu cür işlərdə hüquqi müəyyənlik prinsipindən kənara çıxma əhəmiyyətli (fundamental) pozuntunun aradan qaldırılması və ya ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilmədiyi halda mümkündür. Bu zaman son məhkəmə qərarının ləğv edilməsi prosedura əvvəllər məlum olmayan və əlçatmaz olan, məhkəmə araşdırmasını başqa nəticəyə gətirib çıxara biləcək sübutların olduğunu nəzərdə tutur. Məhkəmə qərarının ləğv edilməsini tələb edən şəxs məhkəmə araşdırması başa çatana kimi onun sübutlar təqdim etməsinin mümkün olmadığını və bu dəlillərin iş üzrə əhəmiyyətli olduğunu sübut etməlidir.İşə yeni açılmış hallar üzrə yenidən baxılması prosedura ədalət mühakiməsinin həyata keçirilməsində ədalətsizliyin aradan qaldırılması məqsədinə xidmət edəcəyi dərəcədə hüquqi müəyyənlik prinsipinə zidd deyildir. Məhkəmənin vəzifəsi, proseduran “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi nin 1-ci bəndinin müddəalarına uyğun bir şəkildə həyata keçirildiyini müəyyən etməkdir (“Pravednaya Rusiya Federasiyasına qarşı” iş üzrə 18.11.2004-cü il; “Vedernikova Rusiya Federasiyasına qarşı” iş üzrə 12.07.2007-ci il; “Sutyajnik Rusiya Federasiyasına qarşı” iş üzrə 23.07.2009-cu il; “Kuznetsova Rusiyaya qarşı” iş üzrə 07.06.2007-ci il tarixli qərarlar). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

28. Belə ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normaların məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Yəni, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə o hallar əsas olur ki, onlar işə baxılarkən mövcud olmuş, lakin ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamış olsun.

29. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də iddiaçının ərizəsini təmin etməmiş və ona istinad etmişdir ki, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasın olmasını sübut etməmişdir. Lakin bu mövqe məhkəmənin hərtərəfli araşdırmasının nəticəsini əks etdirmir.

30. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəməyə 02.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar təqdim edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus evin sənədlərinin Məhəmməd adlı şəxs tərəfindən ələ keçirilərək başqa şəxsə satıldığını bildirmişdir. Həmin müraciətlə bağlı Sabunçu RPİ-də araşdırma aparılmış və 02.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (2-ci cild, iş v. 68-70).

31. Sözügedən qərarda qeyd edilmişdir ki, “araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Lakin vurulmuş maddi ziyanla bağlı mübahisələrin mülki qanunvericiliklə tənzimləndiyi nəzərə alınaraq, tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilməlidir”.

32. Göründüyü kimi, sözügedən qərar əsasında cinayət təqibinin başlanması rədd edilsə d ə, hadisə nəticəsində İddiaçı maddi ziyan vurulması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala heç bir qiymət verməmiş, həmin qərarda iddiaçıya maddi ziyan vurulmasının təsdiq olunmasının hazırkı inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas olub-olmaması istiqamətində araşdırma aparmamışdır.

33. Halbuki, istər Konstitusiya Məhkəməsi Plenumunun, istərsə də Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə (hazırkı qərarın 23-24-cü bəndləri) mübahisələndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra prokurorluğun araşdırması nəticəsində müəyyən edilmiş halların yeni açılmış və iş üzrə həlledici hal hesab edilib edilməməsinə məhkəmə tərkibi tərəfindən qiymət verilməlidir.

34. Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd edir ki, məhkəmə araşdırma sının predmeti olan faktlar barədə yeni sübutlar yeni açılmış hal hesab edilə bilməz. Lakin cinayəti törətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi yeni açılmış halın olmaması barədə nəticəyə gəlsə də, yuxarıda göstərilən halın hansı səbəbdən yeni açılmış hal hesab edilmədiyini əsaslandırmamış, iddiaçının ərizəsini rədd edərkən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” sözügedən qərarı nəzərdən keçirməmiş, həmin qərarın hazırkı inzibati işin nəticəsinə təsirini araşdırmamışdır.

36. İPM-in 12.1-ci maddəsinin tələbinə görə isə məhkəmə mübahisə nin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu vəzifəsinə əməl etməmiş, İPM-in 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdur.

37. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(103)-2146/2021 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

38. İşə təkrar baxan məhkəmə Sabunçu RPİ-nin 02.09.2021-ci il tarixli qərarını Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun araşdırmalı, material tələb edilib öyrənilməli, Sabunçu RPİ-nin qərarında nəyin əsasında İddiaçı maddi ziyan dəyməsi barədə nəticəyə gəlindiyi müəyyən edilmə li, həmin əsaslar qiymətləndirilməli, Sabunçu RPİ-nin 02.09.2021-ci il tarixli qərarının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas olub-olmadığına qiymət verməlidir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 21(103)-2146/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar