Məhkəmə qərarları › İş №2-1(102)-81/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-81/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-81/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın lə ğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1354/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 06.2019-ci il tarixli, **********945600 nömrəli qərarından görünür ki, bəyannamə və hesabat təqdim edilmədiyinə görə iddiaçıya 7.560,84 manat məbləğində vergi hesablanmışdır.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarından görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat müəyyən edilən müddətdə əsas olmadan təqdim edilmədiyinə görə, ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 1 00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

3. Cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********312000 nömrəli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən 5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 7.455,55 manat vergi borcu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə, tələbkar Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-ci il tarixli, **********945600 nömrəli,xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarları xx.xx.2020-ci il tarixində icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.x x.2016-cı il tarixli, 2-1(81)4072/2016 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən 5390,84 əsas, 1964,71 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 7455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********945 600 nömrəli və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarları ilə müəyyən edilmiş tələblərin icraya yönəldilməsi barədə cavabdeh tərəfindən xx.xx.2020ci il tarixli, **********312000 saylı qərar qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Vergi Məcəlləsinin 79.3cü maddəsinə əsasən, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh tərəfindən kreditor tələblərinin qeydə alınması üçün ləğvetmə komissiyasına iddiaçının müflis elan olunduğu tarixdən əvvəlki bir il ərzində yaranmış öhdəliklərinə dair tə ləblər irəli sürülmüş və həmin tələblərin 8-ci növbə üzrə ödənilməsi müəyyən edilmişdir.

7. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Vergi orqanı "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-4072/2016 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2661/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, 24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Ali Mə hkəməsi tərəfindən kassasiya şikayəti təmin edilməmişdir. “Müflisləşmə və iflas haqqında” Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Lakin vergi orqanı tərəfindən iflas prosesində olan cəmiyyətin "xxxx" QSC-də olan hesabından 2168.54 manat məbləğində vəsait qanuna zidd olaraq silinmişdir.

8. Bununla yanaşı, vergi borcunun ödənilməsi üçün tələbin icraya yönəldilməsinə dair hərəkətlərə bugünədək son qoyulmamış və bu məqsədlə vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi məqsədilə borcluya müraciət ünvanl anmışdır. Həmin müraciətə cavab olaraq ləğvetmə komissiyası tərəfindən sığortaçının müflisləşmə ilə bağlı ləğvetmə prosesində olduğu və bu zaman vergi ilə bağlı sığortaçının qəbul etdiyi tələblərin “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən səkkizinci növbədə ödənilməli olması və yalnız məhkəmə qaydasında kreditorların reyestrinə daxil edilməklə ödənilə biləcəyi bir daha cavabdehə bildirilmişdir. Buna baxmayaraq, vergi ödəyicisinin aktivləri barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarla iddiaçıya 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin bank hesablarına qoyulmuş sərəncamın ləğv edilməsi, "xxxx" QSC-də olan hesabdan silinmiş 2.168,54 manat vəsaitin geri qaytarılması, vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilmə barədə xx.xx.2020-ci il tarixli, **********590700 saylı qərarın ləğv edilməsi barədə cavabdehə məktub ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********945600 nömrəli və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarların xx.xx.2020-ci il tarixindən icraya yönəldilməsi barədə **********312000 saylı qərar qəbul edilmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ilk növbədə vergi ödəyicisinə 2018-ci ilin əmlak vergisi üzrə xx.xx.2019-cu il tarixli, **********945600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 7560,84 manat məbləğində əlavə vergi hesablanmış və həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumat vergi orqanına təqdim edilmədiyindən, vergi ödəyicisi Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarla 100 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir.

10. Qeyd edilən qərarlar üzrə borc məbləğləri və hesablanmış faizlər tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə (5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası) xx.xx.2019-ci il tarixli, **********945600 nömrəli və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarlar “İnzib ati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci, 82-ci, “İcra haqqında” Qanunun 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən “Tələbin icraya yönəldilməsi haqqında" **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla icraya yönəldilmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” Qanunun tələbləri çərçivəsində ona verilmiş səlahiyyətlərdən istifadə edilmiş və vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə düzgün qərar çıxarılmışdır.

11. İddiaçı iddia ərizəsində “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş və tələbini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi, barəsind ə iflas proseduruna başlanılması, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən, sığortaçı ləğv edildikdə vergi ilə bağlı onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələblərinin səkkizinci növbədə ödənilməsi ilə əsaslandırmışdır.

12. Qeyd edilən qanunvericilik aktlarından başqa, vergitutma və vergi nəzarəti məsələlərinin ehtiva edə bilən digər qanunvericilik aktlarının siyahısı Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, vergitutma və vergi nəzarəti məsələləri ilə əlaqədar müflisləşmə və iflas haqqında qanunvericilikdə vergi öhdəliklərinin üstünlüyü haqqında müddəalar daxil edilə bilər. Həmin maddənin tələbindən irəli gələrək, hüquqi şəxsl ərin müflisləşmə və iflas prosesini tənzimləyən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində vergi öhdəliyinin borclunun digər öhdəliklərinə - kreditorlara, müəssisənin mülkiyyətçilərinə münasibətdə üstünlüyü müəyyən edilmişdir. Bunun əsas səbəbi isə vergilərin dövlət büdcəsinə ödənilməli olan məcburi ödəniş olmasıdır. İddiaçının iddia ərizəsində “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə istinad etməklə, vergi ödənişlərinin 8ci növbədə ödənilməli olması ilə bağlı mülahizəsinə gəldikdə isə, həmin maddə sığortaçı təşkilatın ləğvi zamanı tətbiq edilir. Hüquqi şəxsin ləğvi və müflis elan edilməsi fərqli anlayışlar olub, müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. İflas prosesində olan hüquqi şəxsin, o cümlədən sığortaçı təşkilatın borclarının ödənilməsi növbəliliyi müflis elan edilmə və iflas prosesini tənzimləyən xüsusi qanunla - “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci fəsli ilə tənzimlənir.

13. İddiaçının istinad etdiyi digər dəlil isə Vergilər Nazirliyi tərəfindən “Müflisləşmə və iflas haqqında” Qanunun 43-cü maddəsinin tələblərinin yerinə yetirilmədiyi və vergi orqanının "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsinin məhkəmə tərəfindən təmin edilməməsi ilə bağlıdır. “Müflisləşmə və iflas haqqında” Qanunun 1-ci maddəsində qeyd edilən anlayışlarda kreditor anlayışı təminatlı və təminatsız kreditor anlayışları ilə ehtiva edilmişdir. Belə ki, təminatlı kreditor - girov, ipoteka saxlayan kreditor, təminatsız kreditor isə təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditorlardır. Qeyd edilən anlayışlardan göründüyü kimi, vergilərin yığılmasına nəzarəti həyata keçirən vergi orqanı isə kreditor anlayışı ilə əhatə edilməyib, əksinə vergilərin ödənilməsi növbəliliyi müvafiq Qanunun 53-cü maddəsinə əsasən, dördüncü növbədə müəyyən edilmişdir. Yəni, “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri baxımından vergi orqanının həmin Qanunun 43-cü maddəsinə müvafiq olaraq kreditor kimi tanınması nəzərdə tutulmur və vergi öhdəliyi Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi, tam və vaxtında ödənilməlidir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4089/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbində mübahisələndirdiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərar inzibati akt hesab olunmur və qəbul edilmiş qərarla hesablanmış vergi məbləğinin tutulması ilə əlaqədardır. Belə ki, vergi ödəyicisinə 2018-ci ilin əmlak vergisi üzrə xx.xx.2019-cu il tarixli, **********945600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla əlavə vergi və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarla 100 manat məbləğində maliyyə sanksiyası hesablanmış, həmin qərar isə vergi ödəyicisi tərəfindən mübahisələndirilməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmiş dir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 15 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, İ.Ə.Kərimli və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-659/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) apellyasiya instansiyası məhkəməsinin 15 dekabr 2020ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7982/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.C.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müflis elan olunmuşdur. Bu barədə məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı həmin vaxtdan müflis elan edilməsinə baxmayaraq, cavabdeh “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkası Qanununun 18.2-ci maddəsinin tələblərinə zidd olaraq borcludan alınmalı məbləğlərin tu tulması üçün qərar qəbul etmişdir. Belə ki, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərarı qəbul edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçının cavabdeh kimi digər kreditorlar qarşındakı öhdəlikləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkasının Qanununa əsasən növbəlilik əsasında icra edilməlidir.

22. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1354/2022 nömrəli, 19 avq ust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə qeyd olunmuşdur ki, "xxxx" ASC-yə kameral vergi yoxlamasının nəticəsi ü zrə qəbul edilmiş 'Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********945600 nömrəli qərar ilə iddiaçıya 2018-ci ilin əmlak vergisi üzrə 7.560,84 manat məbləğində vergi məbləği hesablanmışdır. Həmin qərar hal-hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatın vergi orqanına təqdim edilməməsinə görə, Vergi Məcəlləsinin 89.3-cü və 57.2ci maddələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərara əsasən ona 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

27. Qeyd edilən qərarlar üzrə borc məbləğləri və he sablanmış faizlər tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə (5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası) xx.xx.2019-ci il tarixli, **********945600 nömrəli və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarlar "İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 82-ci, “İcra haqqında” Qanunun 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********312000 nömrəli qərarla icraya yönəldilmişdir.

28. Qeyd etmək lazımdır ki, “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********312000 nömrəli qərarın ləğv edilməsi iddiaçını onun üçün hüquqi nəticə yaradan və qüvvədə olan yuxarıda qeyd olun an qərarlar əsasında hesablanmış vergi məbləğini və tətbiq edilmiş maliyyə sanksiyası məbləğlərini ödəməkdən azad etmir, eyni zamanda onun şəxsi hesab vərəqəsində təsbit olunan vergi öhdəliyi yerində qalmış olur.

29. Məhkəmənin dəlili ilə razılaşmayaraq bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə Cəmiyyət müflis elan edildikdən sonra, vergi ödəyicisinə qeydiyyatda olduğu vergi orqanı tərəfindən "Vergi borcunun ödənilməsinə dair" 10 sayda, yəni xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmişdir.

30. Qeyd olunan bildirişlərin hər biri elektron qaydada ASC-yə göndərilmiş və ASC tərəfindən bütün bildirişlər oxunmuşdur. Beləliklə, əmlak inzibatçısının bildirişlər və ASCnin borcu barədə məlumatlandırıldığını nəzərə alaraq hesab edilir ki, məhkəmə tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir.

31. Məhkəmə inzibati aktın əsaslandırılmasına dair qanunvericiliyin tələbinə formal yanaşmışdır. Belə ki, mübahisənin predmeti olan “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********312000 nömrəli qərar hal-hazırda qüvvədə olan, iddiaçı üçün hüquqi nəticə yaradan və onun tərəfindən mübahisələndirilməyən inzibati aktların (qərarların) icraya yönəldilməsi ilə bağlıdır.

32. Tələbin icraya yönəldilməsi haqqında qərar şəxsə münasibətdə hər hansı hüquqi nəticə yaratmır, konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı qəbul edilir. Məhkəmə tərəfindən isə tələbin icraya yö nəldilməsi barədə qərara aidiyyəti olmayan maddələr tətbiq edilməklə işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunmuşdur.

33. Qeyd olunanlara asasan bildiririk ki, aşağı instansiya məhkəmələrində işə baxılan zaman qeyd olunan hallar nəzərə alınmamış, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə asasan “Tələbin icraya yönəldilməsi haqqında” qərarla icraya yönəldilmiş, vergi ödəyicisi üçün hüquqi nəticə yaradan inzibati aktların (qərarların) qüvvədə olması iddiaçının diqqətinə çatdırılmamış, qeyd olunan hallar müzakirə edilməmiş, hüquqi nəticə yaradan qərarların mübahisələndirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməmiş və həmin halların aradan qaldırılması üçün tədbirlər görülməmişdir. Bununla da İPM-nin 13 və 35-ci maddələrinin tələbləri pozulmuşdur.

34. Eyni zamanda, “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********312000 nömrəli qərar əsasında inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun nədən ibarət olması iş üzrə qəbul edilmiş qərarda əsaslandırılmamışdır. Beləliklə, qeyd olunan halların tam və ətraflı araşdırılmaması işin faktiki hallarına uyğun olmayan qərarın qəbul edilməsinə əsas olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan v ə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1.6. Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. Vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. Müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qayda da və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Maddə 79.1. Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) müəssisənin (təşkilatın) filiallarının, digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası (təsviyəçi, lə ğvedici) yerinə yetirir. 79.2. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. 79.3. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. 37. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətin in olmamasıdır. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. Maddə

2. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. Maddə 18.2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu mə qamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Maddə 52.1. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər: a) ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə müvafiq surətdə satmaq və satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə; b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə vermək yolu ilə. 52.2. Hər növbənin kreditorlarının tələbləri yalnı z özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir. 52.3 Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdırlar. 52.4. Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə, qanunvericiliyə müvafiq surətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur. Maddə 53.1. Borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun İX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir: a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflis olmanın kütləvi informasiya vasitələrində elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti ə mlak inzibatçısının haqqı və xərcləri, habelə müflis olma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir; b) ikinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması barəsində tələbləri ödənilir; c) üçüncü növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər ödənilir, həm də bu tələblər borclunun müflis olma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır; ç) dördüncü növbədə aşağıdakılar ödənilir: dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığor ta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir; kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin bu Qanunun qüvvəyə mindiyi tarixədək ödənilməmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri; d) beşinci növbədə təminatsız kreditorların tələbləri ödənilir; e) altıncı növbədə, borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir.

2. Bu maddənin 1-ci bəndinə müvafiq surətdə aparılmış bölgüdən qalan hər hansı aktivlər borclunun mülkiyyətinə aiddir.

38. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məh kəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyas iya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərarın qəbulu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsəl ələri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

47. Borclunun iflas prosesinə başlanması və müflis elan olunması müəyyən nəticələrə səbəb olur və kreditorlar tərəfindən borcluya qarşı pul tələbləri irəli sürülərkən həmin nəticələr nəzərə alınmalıdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş anlayışa görə, müflisləşməborclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmam asıdır. Həmin Qanunun 3-cü maddəsinə görə, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərdən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onu n icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

48. İstinad edilən Qanunun iflas prosesinə başlanılma və müflis elan olunma ilə bağlı münasibətləri tənzimləyən 17-18-ci maddələrinin məzmununa görə, bu Qanunun tələblərinə uyğun olaraq iflas prosesinə başlanması məqamından etibarən borclu öz təsərrüfat fəaliyyətini həyata keçirmək və ya öhdəliklərini yerinə yetirmək məqsədi ilə, yaxud digər məqsədlərlə öz əmlakının hər hansı hissəsi barədə sərəncam verə bilməz. Bu cür sərəncamları borclu yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının müvafiq icazəsi ilə qəbul edə bilər. Borclunun müflis elan olunması məqamından etibarən, a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər;) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla, borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.

49. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 79-cu maddəsinə görə, ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. Bu maddədə başqa hallar nəz ərdə tutulmamışdırsa, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) müəssisənin (təşkilatın) filiallarının, digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik q aydasında yerinə yetirilir.

50. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 79.3cü maddəsində göndərici (blanket) norma nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Başqa sözlə, istinad olunan normaya görə, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda, onun vergi öhdəlikləri iflas mərhələsində olan müəssisənin borc öhdəliklərinin ödənilməsi qaydasının və növbəliliyinin müəyyən olunduğu xüsusi qanun əsasında yerinə yetirilir (əks təqdirdə istinad məhz vergi qanunvericiliyinə olardı). 51. “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinə görə, səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İ nvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 52. “Sığorta fəaliyyəti haqqında” Qanunun 115.4-cü maddəsinə görə, sığortaçının müflisləşmə ilə bağlı ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Müflisləşmə və iflas haqqında” haqqında Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 118-ci maddəsi sığortaçının iflası və müflis elan edilməsi ilə bağlı xüsusiyyətləri, eləcə də iflas proseduruna başlanılması ilə bağlı əsasları tənzimləyir. Tənzimləməyə görə, sığortaçı sığorta və ya təkrar sığorta üzrə öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda, habelə ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə sığortaç ının iflas proseduruna başlanılır.

53. İstinad olunan Qanunun 119-cü maddəsi sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi ilə bağlı münasibətləri tənzimləyir. Həmin normanın 119.1.7-ci maddəsinə görə, səkkizinci növbədə vergilər, rüsumlar və sair üzrə borclar ödənilir.

54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə bu qərarın 50-53-cü bəndlərində istinad olunan normaların müddəaları və iddiaçının sığorta fəaliyyəti ilə məşğul olduğu nəzərə alındıqda, “Müflisləşmə və iflas haqqında” haqqında və “Sığorta fəaliyyəti haqqında” Qanunlar Vergi Məcəlləsinin 79.3-cü maddəsində (göndərici və ya blanket normada) nəzərdə tutulmuş həmin xüsusi qanun anlamında qəbul edilməli və baxılan mübahisəyə həmin qanunların müvafiq müddəaları tətbiq olunmalıdır.

55. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 21(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Bu barədə məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İflas prosesində olan borcluya qarşı irəli sürülmüş kreditor tələbləri qeydə alınmış və kreditor tələblərinin reyestri məhkəmə qərardadı ilə təsdiq olunmuşdur. Lakin iddiaçının müflis elan edilməsinə və iflas prosesinə məruz qalmasına rəğmən, cavabdeh tərəfindən borcludan alınmalı məbləğlərin məcburi qaydada tutulmasına yönəlmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmi şdir.

56. Yuxarıda istinad olunan normalarda kreditorların borc tələblərinin ödənilməsinin növbəliliyi müəyyən olunmuşdur və kreditor tələbləri, o cümlədən vergi borcu üzrə tələblər də həmin növbəliliyə uyğun olaraq ödənilməlidir. Həmin qayda imperativ xarakter daşıyır və cavabdehə münasibətdə hər hansı imtiyazı və ya güzəşti ehtiva etmir.

57. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən hazırkı qərarın 47-53-cu bəndlərində qeyd olunanlar nəzərə alınmalı və iflas prosesinə məruz qalmış iddiaçının vergi borcunun istinad olunan normalarda təsbit edilmiş qayda və proseduralar çərçivəsində ödənilməsi ilə bağlı tələblərə əməl olunmalıdır. Belə yanaşma həm də Vergi Məcəlləsinin 79.3-cü maddəsində təsbit olunmuş hüquqi tənzimləməyə əsaslanır.

58. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrasının ümumi qaydalarını müəyyən etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan borclunun iflas prosesinə məruz qaldığı xüsusi hallarda vergi borcunun ödənilməsi ilə bağlı həmin normanın müddəaları deyil, xüsusi qanunlarda nəzərdə tutulmuş müvafiq normalar tətbiq edilməlidir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı, xx.xx.2020-ci il tarixli qərarın qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və əsaslı hesab olunmalıdır.

60. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya ş ikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1354/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar