Məhkəmə qərarları › İş №2-1(102)-81/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-81/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-81/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: X1 və Yevlax Bələdiyyəsi) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: X1 və Yevlax Bələdiyyəsi) qarşı “planı və ölçü sənədinin şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(107)-151/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə bi rinci instansiya məhkəməsinə müraciət edərək Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-952/2022 nömrəli qərardadı ilə X1 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 25 yanvar 2023-cü il tarixli 21(116)-80/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etm işdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Yevlax Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.R.Rəfiyev (sədrlik edən), V.İ.Məlikov və G.İ.Cavadova) 26 iyul 2023-cü il tarixli 2-1(107)-278/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev (sədrlik edən), R.S.Nəbizadə və S.Ə.Kərimov) xx.xx.2023-cü il tarixli, 21(102)-2805/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qismən, yəni Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)- 80/2023 nömrəli qərarının iddiaçının iddiasının 72 kv.m aid torpaq sahəsinə dair hissəsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) 14 iyun 2024-cü il tarixli, 2-1(107)-151/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı qismən, mübahisə predmeti olan torpaq sahəsinin 72 kv.m hissəsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhərində yerləşən 72 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstəri lən koordinatlar əsasında verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın qismən (iddia tələbinin təmin edildiyi hissə istisna olmaqla) ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

11. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikası İPM-in 98.1-ci maddəsinə əsasən mümkün hesab edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən baxılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiya da təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

15. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

16. Hazırkı işdən göründüyü kimi Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsi 26 iyul 2023-cü il tarixli 2-1(107)-278/2023 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2805/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qismən iddiaçının iddiasının 72 kv.m aid torpaq sahəsinə dair hissəsinin rədd edilməsinin d əyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Göründüyü kimi iddianın məhz 72 kv.m aid torpaq sahəsinə dair hissəsi ləğv edilərək təkrar apellyasiya baxışına qaytarılmış, iddianın rədd edilən qalan hissəsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılaraq qanuni qüvvəsini almışdır. Təkrar apellyasiya baxışı zamanı da Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(107)-151/2024 nömrəli qərarı ilə məhz torpaq sahəsinin 72 kv.m hissəsinə dair iddia tələbi təmin edilmişdir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən iddianı n təmin edilməmiş hissəsi kassasiya instansiyasının müvafiq qərarı ilə qanuni qüvvəsini almışdır.

18. Bu kontekstdə, İPM-in 98.1-ci maddəsinin Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti olması barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(107)-151/2024 nömrəli qərarından kassasiya şikayəti verə bilməz.

19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir

20. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 21(107)-151/2024 nömrəli qərarında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar