Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-810/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 ü zrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2021 nömrəli iş üzrə -ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı cavabdehin onun barəsində tərtib edilmiş 24.12.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia əri zəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddiaçı barəsində tərtib edilmiş 24.12.2018-ci il tarixli, **********3385 nömrəli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə müddətin bərpa edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli (s ədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 24.1, 24.2, 35.1, 35.3, 38.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2, 70.2-1, 70.2-1.1, 70.2-1.2, 70.2-1.3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyas iya instansiyası məhkəməsi) -ci il tarixli, 2-1(103)-403/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 24.2, 24.4, 35.1, 38.1, 38.2-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 62.1, 62.2, 62.3-cü maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, müddətin ötürülməsi səbəbindən iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı işti rakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında inzibati icraatın ümumi qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxs inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını, müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür, inzibati orqan isə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, “tərəflər elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayaraq sənədlərin elektro n göndərilməsinin digər qaydada, yəni kağız variantında yazılı şəkildə göndərilməsinə bərabər olduğuna dair öhdəlik götürmüşlər”. Lakin məhkəmə nəzərə almamışdır ki, vergi məsuliyyətinə cəlbetmə barədə qərar Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən çıxarılır və həmin qərar göndərilmə qaydası da həmin Məcəllənin 49.4-cü maddəsində qeyd olunub (49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişi məktubla alınması günündən təqdim edilmiş hesab edilir). Qeyd olunan 24.12.2018-ci i tarixli, ******** **3385 nömrəli qərar onlara 2019-cu ilin oktyabr ayında rəsmi qaydada verilmişdir.
9. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, “Əgər iddiaçı həqiqətən də bildirdiyi kimi mübahisələndirdiyi qərardan əvvəl məlumatsız olmuşdusa və hüququnun müdafiəsində maraqlı idisə, belə olduğu təqdirdə o, ləngimələrə yol vermədən hazırkı iddia ərizəsi ilə dərhal məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu qaydada davranmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı hazırda ləğvini tələb etdiyi qərarın mövcudluğundan və məzmunundan vaxtında xəbərdar olsa da, onu qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir”. Halbuki qanunvericilik birmənalı şəkildə təsbit edir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. (İnzibati Prosessual Məcəllənin 38.1. Mübahisələndirmə haqqında iddia inzibat aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elm adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.)
10. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, “İddiaçı buraxılmış prosessual müddəti n bərpa edilməsini xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməyərək, müddətin ötürülməsi səbəbindən iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə məhkəmənin iddiaçıya yardım etməsi və iddiaçının da məhkəməni məsləhətlərinə əməl etməsi nəticəsində verilmişdir. Əgər onlar həqiqətən də müddəti buraxıldığını əvvəlcədən hesab etsəydi, elə iddia ərizəsi məhkəməyə təqdim olunarkən və yaxud iş birinci instansiya məhkəməsinin icraatında olduğu bir ildən çox müddətdə həmin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni təqdim edərdirlər. Nəyə görə məhkəmə çəkişmələri, məhkəmə iclasları bir ildən çox davam edir, onlar buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmir (ona görə ki, həmin qərar rəsmi qaydada onlara təqdim edilməyib və onlar müddəti buraxdıqlarını hesab etməyiblər), amma işə nəticə verilməsi üçün onlara yardım edilir, müddətin bərpa edilməsinə dair ərizə yazılır və bundan sonra elə həmin tarixdə də iddia mümkün sayılmır. Bütün bu hallar da onlar tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsində maraqlı olmadıqlarını sübut edir. Çünki onlar müddəti ötürməyib ki, belə bir müddətin də bərpasını xahiş etsinlər.
11. Ona görə də iddiaçı tərəfindən v erilmiş iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir və mahiyyəti üzrə işə baxılması davam etdirilməlidir. Cavabdeh tərəfindən qərar rəsmi qaydada təqdim edilmədiyinə görə iddia müddətinin axımı başlamamışdır ki, hələ 30 günlük iddia müddəti də ötürülmüş olsun. Bu da iddia müddətinin ötürülmədiyini və prosessual müddətlərə əməl olunduğunu əyani şəkildə sübut edir. Yəni cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi qəbul etdiyi inzibati akt iddiaçıya rəsmi qaydada təqdim etməli idi (bu qanunvericilikdə inzibati orqanın borcu kimi göstərilmişdir).
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)-403/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə işə baxılamasının davam etditilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə işə baxılmasının davam etdirilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə işə baxılmasının davam etdirilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Orxan Heydərli məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. İddiaçı kasasiya şi kayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq no rmalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən -ci il tarixli qərardadında yazır ki, “iddiaçının hazırda ləğvini xahiş etdiyi qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının 24.12.2018-ci il tarixli **********8009700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, e-qutuda 12.01.2019-cu il tarixdə saat 23:33-də oxunmuşdur. İddiaçı mübahisələndirilən qərarların elektron qaydada ona göndərilməsini və tərəfindən qəbul edilməsini inkar etmir. İddiaçı bu formada göndərilmiş inzibati aktın rəsmi qaydada göndərilmədiyini mübahisələndirir”.
23. Daha sonra apelyasiya instansiyası məhkəməsi yazır ki, “İşin hallarından görünür ki, tərəflər aralarında elektron sənəd mübadiləsi haqqında müqavilənin olması işin mübahisələndirilməyən halıdır. Yəni tərəflər elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayaraq sənədlərin elektron göndərilməsinin digər qaydada, yəni kağız variantında yazılı şəkildə göndərilməsinə bərabər olduğuna dair öhdəlik götürmüşlər. Belə olduqda “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş “elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır” müddəası tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq olunmalıdır. Başqa sözlə, bir halda ki, mübahisələndirilən qərar 24 dekabr 2018-ci il tarixdə iddiaçıya elektron üsulla göndərilmişdir və iddiaçı da həmin qərarların göndərilmədiyini və ya qəbul edilmədiyini mübahisələndirməmişdir, belə olduğu təqdirdə, həmin inzibati aktlar yuxarıda istinad olunan normanın tələbinə əsasən qərarların göndərildiyi gündən 3 gün keçdikdən sonra, yəni artıq 27 dekabr 2018-ci il tarixdə iddiaçıya təqdim olunmuş sayılmalıdır”.
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu v axtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
25. Yuxarıda artıq göstərildiyi kimi apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sözügedən nəticəyə gələrkən “ İnzibati icraat haqqında” Qanunun 62.1, 62.2, 62.3-cü maddələrinə istinad etmiş, həmçinin cavabdehin 24.12.2018- ci il tarixli mübahisələndirilən qərarının iddiaçının elektron üsulla elektron kabinetinə göndərilməsinə və iddiaçının qərarı elektron üsulla almasına əsaslanmışdır.
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “mübahisələndirilən aktın iddiaçının elektron kabinetinə göndərilmişdir” mövqedən çıxış edərək vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması məsələsi ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun müddəaları ilə tənzimlənə bilməz, belə ki, sözügedən məsələnin həlli Vergi Məcəlləsi ilə müəyyən edilir.
27. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə Vergi Məcəlləsinin faktiki olaraq 70.2-1.3-cü maddəsini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səh və yol vermişdir ki, bu da təəcüb duğurur.
28. Belə ki, həmin maddi hüquqi norma Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir ki, məlum olduğu kimi isə tərəflər arasında sözügedən mübahisə 01 yanvar 2019-cu il tarixə qədər yaranmış (akt 24.12.2018-ci il tarixdə tərtib edilmişdir) və adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur.
29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir.
30. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqa nının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
31. Lakin cavabdeh iddiaçıya sözügedən qərarı sifarişli məktubla (poçt vasitəsi ilə) göndərdiyini bildirsə də, iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan qərarların iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə sinin həmin məsələləri araşdırmadan iddiaçının iddiası üzrə iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, bu məsələ hərtərəfli araşdırılmalı, iddiaçının poçt vasitəsi ilə sənədləri rəsmi qaydada alıb-almadığı və bundan asılı olaraq müvafiq qərar qəbul edilməlidir.
33. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının il tarixli, 21(103)-403/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.