Məhkəmə qərarları › İş №2-1(102)-810/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-810/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-810/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(103)-3333/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 14 noyabr 2019-cu il tarixli, **********193274 qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016xx.xx.2019 hesabat dövrləri üzrə növbəti səyyar verg i yoxlaması təyin edilmişdir. 2. 22 noyabr 2021-ci il tarixli, **********151760 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçıya münasibətdə 1.748.333,46 manat vergilərin azaldılması, 691.299 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 256.239,08 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş məsuliyyətə cəlb edilmə haqqında xx.xx.2021-ci il tarixli, **********151760 saylı qərarın bütövlükdə ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndinə əsasən yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 3.2-ci bəndində isə qeyd edilir ki, məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.11-ci və 3.4.16-cı maddələrinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) və yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməlidir. Yoxlamaların vahid məlumat reyestri ilə bağlı yuxarıdakı tələblərə Milli Gəlirlər Baş İdarəsi tərəfindən riayət edilməmiş, yoxlayıcı əlavə yoxlama tədbirlərinin keçiri lməsi haqqında qərarı reyestrdə qeydiyyatdan keçirmədən yoxlama müddətini artırmış, həmin qərar əsasında məsuliyyət tədbirləri görməyi təklif etmişdir və bu da göstərilən qanunun müddəalarının kobud pozuntusunu təşkil edir. Deməli, Qanunun yuxarıda qeyd edilən 3.2-ci bəndinə əsasən iddiaçı haqqında Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar əsassız hesab edilməli və ləğv edilməlidir. Bundan başqa, Milli Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib edilmə müddəti də əsassız və qanunsuz olaraq uzadılmışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yalnız aşağıda göstərilən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nü munə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilməsi müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Halbuki, yuxarıda sadalanan halların heç biri baş verməmiş, Milli Gəlirlər Baş İdarəsi tərəfindən bu uzadılmaya əsas kimi “yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu” göstərilmişdir

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də qarşılıqlı əməliyyatların, işlərin xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün xx.xx.2020-ci il tarixli qərarla aktın tərtibi müddəti uzadılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər. Həmçinin, məhkəmə araşdırması zamanı əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarların reyestrə daxil edilməsi barədə məlumatın məhkəməyə təqdim olunması tapşırıl mışdır. Bununla bağlı bildirilir ki, yoxlama ilə bağlı bütün qərarlar vergi ödəyicisinə vaxtında təqdim edilmiş və vergi ödəyicisi bütün qərarları rəsmi sürətdə qəbul etmişdir. Qeyd edilir ki, əlavə vergi yoxlamasının reyestrdə qeydə alınması qanunda nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin” 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

6. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-4868/2022 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli, **********151760 nömrəli qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi qərarını mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən həm qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməsi, həm də cavabdeh tərəfindən vergi qanunvericiliyinin tətbiqi ilə bağlı pozuntulara yol verməsi ilə əsaslandırmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(103)-3333/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və X4) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə tərəfindən qərarda əlavə olaraq aşağıdakılar qeyd edilmişdir. - vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə yekunlaşmışdır. Bu dövr ərzində yoxlama 10 dəfə dayandırılmış, 2 dəfə yoxlamanın müddəti uzadılmış və 2 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yox lamaların vahid məlumat reyestri”ndə qeydə alınsa da, bu dayandırmalara səbəb olan hallar cavabdeh tərəfindən araşdırılmamış, formal olaraq (bu barədə təsdiqedici sənəd olmadığı halda) iddiaçının səlahiyyətli şəxsinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi barədə müraciəti əsasında səyyar vergi yoxlaması dayandırılmış və bununla da VM-nin 38.7-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan müəyyən olunur ki, yoxlamanın müddətinin artırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir; - Mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməklə yanaşı, vergi qanunvericiliyinin tətbiqi za manı da pozuntulara yol verilmişdir. VM-nin 56.1-ci maddəsinin 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş yeni redaksiyasına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs hə min hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilmə barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir". Yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan AR Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Yoxlamanın əhatə etdiyi dövrdə və başlandığı zaman qüvvədə olan redaksiya da 3 illik müddətin hesablanmasında səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın tarixi əsas götürülmür; - “Nobel Oil”in hüquqşünas vəzifəsində çalışan işçisinin göstərdiyi xidmətlərə müxtəlif məsələlər üzrə hüquqi rəyin verilməsi, təchizatçı və sifarişçilər ilə olan münaqişələrin idarə edilməsi, səlahiyyət bölgüsü cədvəlinə uyğun olaraq bir sıra müqavilələrin tərtibi, tenderlə bağlı sənədləşmələrin hazırlanması daxildir. İş materiallarından mübahisəsiz şəkildə təsdiq olunur ki, yuxarıda sözügedən peşəkar dəstək xidmətləri bu xidmətlərin İcraçısı (Nobel Oil) tərəfindən mənfəət vergisinə və ƏDV-yə cəlb edilən gəlir kimi bəyan edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən “Nobel Oil”in fəaliyyəti üzrə kameral və səyyar qaydada vergi yoxlamaları keçirilməsinə baxmayaraq, eyni əməliy yatın iki qarşı tərəfinə müxtəlif yanaşma tətbiq edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin xidmətləri alan və xərc çəkən İddiaçı MMC üçün bu xərclər əsassız hesab olunaraq mənfəət vergisi məqsədləri üçün ləğv edilmiş, xidmətlərin icraçısı olan və gəlir əldə edən “Nobel” Oil üçün bəyan olunan gəlirlər mübahisələndirilməmiş və həmin gəlirlər mənfəət və ƏDV-nin vergitutma bazasından çıxarılmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri sadalanmışdır. Şikayətdə təkrar olaraq qeyd edilmişdir ki, məhkəmə yoxlama müddət inin artırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarların reyestrdə qeydiyyatdan keçirılməməsi səbəbindən yoxlamanın hüquqi nəticəsinin olmadığı qənaətinə gəlir. Əlavə yoxlama tədbirlərinin keçirilməsinin yeni (ilkin) yoxlama keçirilməsi kimi qiymətləndirilməsi qanunvericiliyə ziddir. Belə ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsində birbaşa qeyd olunur ki, əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərar əsasında təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir. Beləliklə də, məhkəmənin əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında qərarı yeni qərarla eyniliəşdirməsi qanunauyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunla müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alınması işin mübahisəsiz halıdır. Qanunda əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında qərarın reyestrə daxil edilməsi tələbi nəzərdə tutulmamışdır. Qanunvericilik reyestrə düşməyən yoxlamanın hüquqi qüvvəsi olmadığını bildirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin" 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hazırkı iş üzrə səyyar vergi yoxlamasının başlanması barədə qərar reyestrdə qeydiyyata alınmışdır və yoxlama bu qərar əsasında başlanmışdır. Həmçinin qeyd olunmalıdır ki, səyyar vergi yox lamasının müddətinin artırılması barədə müvafiq qərarlar reyestrdə qeydiyyatdan keçirilmişdir. Bundan başqa, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi vergi orqanının qanunla müəyyən edilmiş hüquqlarının icrasının nəticəsi olmuşdur. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üzrə müddətlərlə bağlı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə Vergi Məcəlləsinin 56-cı maddəsinə istinad edərək qanunla müəyyən edilən 3 illik müddət bitdiyindən həmin dövrlərə nə vergi, nə də maliyyə sanksiyası hesablanmalı olmadığını bildirmişdir.

14. İnzibati aktın (qərarın) tam ləğvi qənaətinə gələn məhkəmə həmin qərarın digər hissələrdə hansı səbəbdən ləğv edilməli olması ilə bağlı nə şifahi məhkəmə baxışında araşdırma apa rmamış, nə də məhkəmə qərarında qiymət verməmişdir. Belə ki, yalnız proqram təminatı və peşəkar dəstək xidmətləri ilə bağlı hesablamanı araşdırmaqla kifayətlənərək, başqa digər əsaslarla aparılmış hesablamaya nə birinci instansiya, nə də apellyasiya instansiyası qiymət verməmiş, araşdırılmayan hesablamaların hansı səbəbdən ləğv edilməli olması müəyyən edilməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkəna r ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktl arın tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasını n təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəm ələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları y etərli hesab olunur.

25. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb olunması üçün maddi və formal-hüquqi əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakılar qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151760 nömrəli qərarının ləğvinə nail olmaqdan ibarətdir. Yəni iddiaçı mübahisələndirmə növündə iddia vasitəsi ilə inzibati aktın ləğvini tələb edir. 28. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

29. Nəzərə almaq lazımdır ki, istinad olunan normaya görə, mübahisələndirmə haqqında iddianın əsaslılığı ilə bağlı məhkəmə inzibati aktın qanunauyğunluğunu iki aspektdən-formal və maddi-hüquqi aspektlərdən yoxlayır və iddiaçının hüquqlarının pozulub-pozulmaması faktını müəyyən edir. İnzibati aktın formal qanunauyğunluğunun yoxlanılması zamanı inzibati aktın səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilməsi, lazımi inzibati icraat nəticəsində qəbul edilməsi, inzibati aktın forması və inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılması, icraat pozuntuları mövcud olduğu hallarda, onların “İnzibati icraat haqqında” Qanunun 63-cü maddəsinə əsasən aradan qaldırılmasının mümkünlüyü, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin 2-ci cümləsi baxımından inzibati icraat normalarının pozulmasının inzibati orqanın qərarının mahiyyətinə təsiri müəyyən edilir.

30. Bu qərarın 16-18-ci və 28-ci bəndində istinad edilən hüquq normalarının birgə təfsiri baxımından, cavabdeh ilk nö vbədə inzibati icraat hüququnun tələblərinə cavab verən düzgün və lazımi inzibati icraat apardığını və qərarını həmin icraat nəticəsində qəbul etdiyini sübuta yetirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh bunu sübut edə bilməmişdir.

31. Belə ki, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmadığına, işin hallarına düzgün qiymət verilmədiyinə istinad edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin müəyyən etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Belə yanaşmanın məqsədi hüquqi dövl ətdə inzibati orqan tərəfindən qanunauyğun, hərtərəfli və obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə yalnız obyektiv qərarın qəbulu üç ün zərurət olduğu hallarda əlavə sənədlər və sübutlar tələb etməli, müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

33. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən müəyyən edilmişdir ki, yo xlamanın dayandırılması və müddətinin uzadılması barədə qərarlar Reyestrdə qeydiyyata alınsa da, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar həmin Reyestrdə qeydiyyatdan keçməmişdir.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən də Ali Məhkəmənin oxşar işlər üzrə qəbul edilmiş çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. (bax:2-1(102)-1958/2023)

35. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keç irilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır.

36. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri də səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır və səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir. Səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

37. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın qəbul edilməsi vergi orqanın səyyar vergi yoxla masının nəticələrinə dair tərtib etdiyi əvvəlki aktın öz əhəmiyyətini itirməsi, yenidən yoxlama keçirilməklə yeni aktın tərtib olunması və bunun üzərindən məsuliyyət qərarının qəbul edilməsi ilə nəticələnir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır və vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır.

38. Bu mənada əlavə vergi yoxlaması tədbiri vergi nəzarəti mexanizmi olaraq mahiyyət etibarı ilə səyyar vergi yoxlamasından fərqlənmir. Yəni həmin nəzarət tədbiri də vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda həmin nəzarət tədbiri vergi orqanına ilkin yoxlama zamanı verilən bütü n hüquqları verir. Odur ki, əlavə vergi yoxlaması tədbiri də yoxlamaların Reyestrində qeydə alınmalıdır. Belə yanaşma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun məqsədlərindən də irəli gəlir.

39. Qeyd olunmalıdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir.

40. Beləliklə, hazırkı mübahisəyə münasibətdə əlavə vergi yoxlaması tədbirlərinin yoxlamaların Reyestrində qeydə alınmadığı iş üzrə materiallarla təsdiq olunur. Cavabdeh özü də əlavə vergi yoxlaması tədbirlərinin qeydə alınmadığını etiraf edir. Nəzərə almaq lazımdır ki, əlavə vergi yoxlaması tədbirlərinin Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat re yestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1.5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(103)-3333/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar