Məhkəmə qərarları › İş №2-1(102)-810/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-810/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-810/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeydiyyat vəsiqəsinin verilməsi əsaslarının araşdırılmaması; reyestr qeydinin həqiqiliyi və tamlığı prezumpsiyası; qanunsuz və əsassız aparılması güman olunan qeydiyyatların ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və X2 ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN:1KH7HH5) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Beyləqan rayon Mənzil İstismar Sahəsi, Beyləqan rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Beyləqan Ərazi şöbəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-ci il tarixli, 2-1(106)-4/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ve rilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən fəhlə yeməkxanası üzərində iddiaçının mülkiyyət hüquqları 3/2 nömrəli reyestr kitabının 4-cü səhifəsində 103 reyestr nömrəsi ilə qeydiyyata alınaraq 2005-ci il 22 mart tarixli, 103 nömrəli reyestr vəsiqəsi və texniki pasport verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 8 oktyabr 2019-cu il tarixli məktubl a müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair təqdim olunmuş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən tərtib olunmuş 22 mart 2005-ci il tarixli Qeydiyyat vəsiqəsinin hazırlanmasına əsas olmuş hər hansı bir hüquqmüəyyənedici sənəd idarənin arxiv əsaslarında aşkarlanmamışdır. Bundan başqa, müraciətdə göstərilən qeyri-yaşayış binasının Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan Ərazi şöbəsinin balansında olan dövlət əmlakına aid olduğu müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək Beyləqan rayon SMD-42 qəsəbəsində yerləşən onun adına bütövlükdə özəlləşən fəhlə y eməkxanası və onun torpaq sahəsinə cavabdeh tərəfindən dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayon SMD-42 qəsəbəsində yerləşən fəhlə yeməkxanası iddiaçıya 1992-ci ildən 2005-ci il 1 yanvar tarixinə kimi X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən icarəyə verilmişdir. 2005-ci ilin yanvar ayında SMD-42 qəsəbəsində yerləşən fəhlə yeməkxanasının özəlləşdirilməsi barədə müraciəti əsasında qeydiyyat idarəsinin mütəxəssisləri tərəfindən fəhlə yeməkxanasına və onun ərazisində olan torpaq sahəsinə baxış keçirilərək binanın və torpaq sahəsinin texniki pasportunu tərtib etmişlər. Bundan sonra 2005-ci ilin mart ayının 22-də X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən fəhlə yeməkxanası və onun torpaq sahəsi mülkiyyət hüququ əsasında sənədləşdirilərək bütövlükdə onun adına özəlləşdirilərək 2005-ci il 22 mart tarixli, 103 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Özəlləşdirilən bina və torpaq sahəsi Beyləqan rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 3/2 nömrəli reyestr kitabının 4- cü səhifəsində 103 reyestr nömrəsi ilə qeydiyyata alınaraq 103 nömrəli reyestr vəsiqəsi və texniki pasport verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək reyestrdən çıxarış verilməsini xahiş etsə də, ona çıxarışın verilməsindən imtina edilmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2-1(120)-185/2020 nömrəli qərarı ilə (hakim Z.M.Allahyarov) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə Beyləqan rayon SMD-42 qəsəbəsində yerləşən qeyri-yaşayış binasına (yeməkxanaya) iddiaçının adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 2005-ci il 22 mart tarixli qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada 2006-cı il iyulun 6-dək müv afiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində qeydiyyat vəsiqələri mülkiyyət hüququnun qeydiyyata alınması əsas hesab olunduğundan, hazırda qüvvədə olan və hər hansı qaydada ləğv olunmamış 2005-ci il 22 mart tarixli, 103 №-li qeydiyyat vəsiqəsi və 403 inventar №-li texniki pasport Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəddir. Ona görə də, iddiaçıya məxsus Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən yeməkxananın cavabdeh tərəfindən qeydiyyata alınması məqsədə müvafiqdir. Lakin iddiaçı Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasına dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2-1(106)-19/2021 nömrəli qərarı ilə (hakimlər İ.Q.Əsədov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və Z.A.Zeynalov) apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2-1(120)-185/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1271/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2-1(106)-19/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əm lakın dövlət reyestri haqqında” Qanunun müddəalarına görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (4.1-ci maddə), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.5-ci maddə). Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində qeyd olunan dövlət əmlakının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən onun icarəsinə verildiyinə və həmin əmlakı məhz həmin orqan vasitəsi ilə özəlləşdirdiyinə dair dəlillərini, habelə dövlət mülkiyyətində olan əmlakla bağlı iddiaçının hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığına, həmin əmlakın hal-hazırda da dövlət mülkiyyətində olduğuna dair cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərini nəzərə almalı, həmin dəlilləri işin digər materialları ilə birlikdə tam və hərtərəfli yoxlamalı və qiymətləndirməli idi. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi və apellyasiya instansiyası məhkəməsinin əsaslandığı qeydiyyat vəsiqəsi ilə yanaşı, həmin əmlakın dövlət mülkiyyətində olduğuna dair dövlət registrində qeyd vardır. Başqa sözlə, iddia olunan əmlaka hüquqa dair eyni vaxtda iki müxtəlif qeydiyyat sənədi olduğu halda, məhkəmə cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoya bilməzdi. Buna görə də, apellyasiya instansiyası məhkəməsi, əgər iddiaçının əsaslandığı qeydiyyat sənədinin cavabdehin və üçüncü şəxsin istinad etdikləri qeydiyyata münasibətdə üstünlüyünü qəbul edərək gəldiyi nəticənin əsası kimi həmin sənədə və onunla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinə istinad edirsə, bu halda, qeydiyyat vəsiqəsində göstərilən əmlakın iddiaçı tərəfindən “dövlət əmlakının özəlləşdirilməsi barədə” qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli dövlət orqanı vasitəsilə əldə edildiyinə (özəlləşdirildiyinə), buradan, həmin əmlak barədə qeydin hüquqmüəyyənedici sənəd əsasında aparıl dığına əmin olmalı idi. Yalnız bu halda, məhkəmə dövlətin (dövlət əmlakı barəsində idarəetməni həyata keçirən orqanının timsalında) həmin əmlaka münasibətdə subyektiv hüquqa malik olmadığı, buradan, cavabdehin və üçüncü şəxsin dövlət registrindəki qeydə istinadlarının əsassız olduğu nəticəsinə gəlmək olardı. Hazırkı halda, həmin nəticəyə gəlmək üçün əsaslar müəyyən edilməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(106)-16/2022 nömrəli qərarı ilə (hakimlər İ.H.Əhmədov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və T.X.Heydərov) Şirvan İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(120)-185/2020 nömrəli qərarı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, barəsində eyni vaxtda iki müxtəlif qeydiyyat sənədi olan ünvan 2 ünvanda yerləşən fəhlə yeməkxanasının özəlləşdirilməsi ilə əlaqədar 14 noyabr 2017-ci il tarixdə İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə Niyazi küçəsi 12 ünvanda yerləşən, Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansında olan qeyri yaşayış binasının özəlləşdirilməsi üçün əmlakın qiymətinin 10%-i olaraq 1500 manat beh ödənilmiş, həmin tarixdə İddiaçı tərəfindən hərracda iştirak üçün Əmlak Məsələləri Dövlət Komitəsinə Sifariş təqdim edilmiş, 21 noyabr 2017-ci il tarixdə DƏDRX- nin 6 saylı ərazi idarəsinin inzibati binasında hərrac keçirilmiş, obyektin ilkin hərrac və satış qiyməti 15.000 manat müəyyən edilmiş, Əmlakın alıcısı İddiaçı olmuş, o hərrac proto kolunu imzalamışdır. Sonradan o əmlakın satış qiymətindən 2500 manat ödəmiş, 12500 manatın ödənilməsini həyata keçirməmişdir. O bu məbləği uzun müddət ərzində ödəmədiyindən Əmlak Məsələləri Dövlət Komitəsi İddiaçı qarşı Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən qeyri-yaşayış binasının alqı satqısına dair müqavilənin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması barədə iddia ərizəsi ilə Beyləqan rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli, 3728 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Belə bir vəziyyətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində İ ddiaçı adına 22 mart 2005-ci il tarixdə verilmiş 103 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş heç bir hüquqi sənəd aşkar edilməmişdir. İddiaçı hal hazırda da məhkəməyə qeyd edilən qeyri yaşayış sahəsinin 2005-ci ildə alqı-satqı qaydasında özəlləşdirilməsinə dair hər hansı protokol, alqı-satqıya dair ödəniş qəbzi təqdim edə bilmir. Bütün deyilənlər o qənaətə gəlməyə əsas verir ki, 2005-ci ildə də qeyd edilən əmlakın özəlləşdirilməsi üçün müəyyən təşəbbüs göstərilmiş, İddiaçı əmlakın özəlləşdirilməsinə yönəlmiş hərəkətlər etmiş, tikilinin texniki pasportu tərtib edilmiş, dövlət reyestr kitabına qeydiyyat aparılmış İddiaçı adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, lakin bütün bunlar hər hansı alqı-satqı həyata keçirilmədiyi vəziyyətdə baş verdiyindən müvafiq ödəniş sənədləri Əmlak Mə sələləri Dövlət Komitəsinə təqdim edilmədiyindən bu işlər başa çatdırılmamış, tikiliyə dair qovluqda əmlakın İddiaçı adına hüquqi sənədlər daxil edilməmiş, qeyri yaşayış binası Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansında qalmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d. kassasiya instansiya məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci tarixli, 2-1(102)-935/2022 nömrəli qərarı ilə (hakimlər R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(106)16/2022 nömrəli qərar ı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə eyni əmlak barəsində bir-birinin mövcudluğunu və həqiqiliyini təkzib edən 2 sənəd (hal) var - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 103 nömrəli qeydiyyat vəsiqəsi (o cümlədən texniki pasport) və əmlakın dövlət mülkiyyətində olmaqla Beyləqan rayon Mənzil İstismar İdarəsinin balansında olmasına dair sənədlər. İşə baxan apellyasiya instansiya məhkəməsi əmlakın dövlət mülkiyyətində olmaqla Beyləqan rayon Mənzil İstismar İdarəsinin balansında olması nəticəsinə gəlsə də, iddiaçının təqdim etdiyi sübutun mötəbərliyini (Azərbaycan Respublikası Dövlət Tikinti və Arxi tektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 103 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport) ətraflı araşdırmamışdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması ilə bağlı təqdim edilmiş sənədlərin və bu barədə irəli sürülmüş dəlillərin mötəbərliliyi (həqiqiliyi) hərtərəfli məhkəmə araşdırılması aparılmadan təkzib edilmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin əldə edilməsi ilə bağlı müəyyən hərəkətlər edilsə də, zəruri bütün addımlar atılmamışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə, Beyləqan rayon Dövlət Arxivinə qeydiyyatın aparılmasına əsas olan hüquqmüəyyənedici sənədlərin əldə edilməsi ilə bağlı sorğular ünvanlansa da, həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. İşin 1-ci cild, 39-cu səhifəsində cavabdeh 18 noyabr 2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının adına Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən qeyriyaşayış binasının 22 mart 2005-ci il tarixli 103 nömrəli qeydiyyat vəsiqəsi və 403 nömrəli texniki pasport verilməsinə dair reyestr kitabında qeydiyyatı olsa da,...texniki pasport və hüquq müəyyənedici sənəd aşkar edilmədi. Apellyasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahəsinə dair iddiaçının adına qeydiyyat vəsiqəsi və texniki pasportun reyestr kitabında həqiqətən qeydə alınması barədə cavabdehin 18 noyabr 2019-cu il tarixli məktubuna münasibət bildirməmiş, qeydiyyat kitabına baxış keçirməmiş, həmin məlumata “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına uyğun hüquqi qiymət verməmişdir. Bundan başqa, 118 noyabr 2019-cu il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, qeyri-yaşayış sahəsinə aid 1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda onun Mənzil İstismar Sahəsinə, 2005-ci ildə tərtib edilmiş texniki pasportda isə İddiaçı (iddiaçıya) məxsus olduğu, həmçinin İnv. 403, Qeyd 103, kitab 3/2, səh. 4 olduğu qeyd edilmiş, həmin məlumatlar məhkəmə tərəfindən araşdırılmamışdır. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-4/2023 nömrəli qərarı ilə (hakimlər P.T.Əhmədov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.F.İmanov) cavabdeh Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 31 may 2020-ci il tarixli 2-1(120)-185/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübut qismində iş materiallarına əlavə edilmiş Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 21 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən mübahisəli əmlak 1992-ci ildən 2005-ci ilin yanvar ayına kimi X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən iddiaçının icarəsinə verilmiş, 2005-ci ilin mart ayından X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən Beyləqan şəhəri SMD42 qəsəbəsində yerləşən fəhlə yeməkxanası və onun torpaq sahəsi mülkiyyət hüququ əsasında bütövlükdə onun adına özəlləşdirilərək 22 mart 2005-ci il tarixli 103 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Özəlləşdirilən bina və torpaq sahəsi hal-hazıra kimi onun mülkiyyətindədir. Qeyd edilənlər həmçinin Beyləqan şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışında da öz təsdiqini tapmışdır. X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 103 nömrəli Qeydiyyat vəsiqəsi və Texniki pasportda göstərilmiş əmlakın iddiaçı tərəfindən “Dövlət əmlakının özəlləşdirilməsi barədə” qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyy ətli dövlət orqanı vasitəsilə əldə edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində apellyasiya məhkəməsi instansiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arxivi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 21 iyun 2023-cü il tarixli məktubundan o da aşkar olur ki, mübahisəli qeyri- yaşayış binası hal-hazırda mövcuddur və onun özəlləşdirilməsi ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, Milli Arxiv İdarəsinin 14 aprel 2023-cü il tarixli məktubunda vətəndaşlara aid olan daşınmaz əmlakın Qeydiyyat vəsiqələri və Texniki pasportlarının Dövlət Arxivində mühafizə olunmadığı, qeyd edilən arxiv sənədlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə arxivlərində saxlanılması qeyd edilmişdir. Apellyasiya instansiyas ı məhkəməsi iş üzrə eyni əmlak barəsində bir-birinin mövcudluğunu və həqiqiliyini təkzib edən 2 sənədin (hal) mötəbərliyinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 103 nömrəli Qeydiyyat vəsiqəsi və Texniki pasportunun mötəbərliyini nəzərə alır. Adıçəkilən əmlakın dövlət mülkiyyətində olmaqla Beyləqan rayon Mənzil İstismar İdarəsinin balansında olmasına dair hal-hazırda hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Bu hal sadəcə olaraq müvafiq arayışlarda qeyd edilir. Habelə hazırkı vaxta kimi həmin Qeydiyyat vəsiqəsi mübahisələndirilməmiş və qüvvədədir.

23. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərə uyğun hər hansı araşdırma aparmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, Ali Məhkəmə qeyd olunan qərarı ilə apellyasiya instansiya məhkəməsi qarşısında qoyulmuş gö stərişlərində iddiaçının əsaslandığı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsi tərəfindən verilmiş 2005-ci il 22 mart tarixli qeydiyyat vəsiqəsi və texniki pasportun “dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən” qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli olan orqan tərəfindən verilib-verilməməsi və iddiaçının sözügedən əmlakı qeyd olunan qanunvericiliklə nəzərdə tutulan qaydada əldə etməsinə dair hüquqmüəyyənedici sənədlərə malik olub-olmamasının araşdırılması olsa da, məhkəmə bu yöndə sadəcə formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları tədqiq etmədən həmin əmlakın qeyd olunan qurumun balansında olmaması na dair hüquqmüəyyənedici sənədin olmadığını qeyd etmişdir. Vurğulamaq lazımdır ki, Beyləqan şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətində olan mübahisə predmeti olan əmlaka dair dövlət əmlakının registrində müvafiq qeydiyyat mövcuddur. Belə olan halda mübahisəli daşınmaz əmlakın dövlətin mülkiyyətdə olmasını təsdiq edən iş üzrə mötəbər sənəd olan Dövlət əmlakının Registrindəki qeydiyyatın qüvvədə olması, həmin qeydiyyatın ləğv edilməməsi hər hansı digər şəxsin həmin əmlak üzərində mülkiyyət hüququnu istisna edir. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin 08 sentyabr 1998-ci il tarixli texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, mübahi səli qeyri yaşayış sahəsi Beyləqan şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. b. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin dəlilləri

26. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri cavabdehin dəlilləri ilə oxşarlıq təşkil edir. Belə ki, üçüncü şəxs qeyd etmişdir ki, iddiaçının adına qeydiyyat vəsiqəsi və texniki pasportun olmasına baxmayaraq, məhkəmə araşdırması nəticəsində onun əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənədə rast gəlinməmişdir. Əlavə olaraq apelyasiya məhkəməsi kollegiyası iddiaçının qeydiyyat vəsiqəsi və texniki pasportunun mötəbərliyinə dair formal mülahizələr əsasında öz qərarını qəbul etmiş, mübahisəli əmlakın dövlət balansında olmasını təsdiq edən sənədlərin hansı səbəbdən mötəbər hesab olunmamasına dair münasibət bildirməmişdir. c. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edə n aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr

29. Mülki Məcəllə Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

32. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Kassasiya şikayətlərinin dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, həmçinin Azərbaycan Respublikası Ali Məh kəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərə uyğun hər hansı araşdırma aparmamışdır.

35. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi eyni əmlak barədə bir-birinin mövcudluğunu və həqiqiliyi təsdiq edən 2 sənədin hansının mötəbər sübut kimi qəbul olunmasının aydınlaşdırılması istiqamətində aparılan araşdırmaların nəticəsi olaraq qeyd etmişdir ki, sübutların mötəbərliliyi məsələsinə qiymət verərkən işdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 103 nömrəli Qeydiyyat vəsiqəsi və Texniki pasportunun mötəbərliyini nəzərə alır. Belə ki, adıçəkilən əmlakın dövlət mülkiyyətində olmaqla Beyləqan rayon Mənzil İstismar İdarəsinin balansında olmasına da ir hal-hazırda hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Bu hal sadəcə olaraq müvafiq arayışlarda qeyd edilir. Habelə hazırkı vaxta kimi həmin qeydiyyat vəsiqəsi mübahisələndirilməmişdir və qüvvədədir. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 18 noyabr 2019-cu il tarixli məktubunda da göstərilir ki, İddiaçı adına Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən qeyri-yaşayış binasına 22 mart 2005-ci il tarixli 103 №-li Qeydiyyat vəsiqəsinin və 403 inventar nömrəli Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeydiyyat mövcuddur.

36. Buna münasibətdə kassasiya şikayətlərinin dəlillərində göstərilir ki, mübahisəli daşınmaz əmlakın dövlətin mülkiyyətdə olmasını təsdiq edən iş üzrə mötəbər sənə d olan Dövlət əmlakının Registrindəki qeydiyyatın qüvvədə olması, həmin qeydiyyatın ləğv edilməməsi hər hansı digər şəxsin həmin əmlak üzərində mülkiyyət hüququnu istisna edir. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin 08 sentyabr 1998-ci il tarixli texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, mübahisəli qeyri yaşayış sahəsi Beyləqan şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətindədir.

37. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə etməyi zəruri hesab edir ki, iddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır.

38. Kollegiya qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən qeyri-yaşayış binasına 22 mart 2005-ci il tarixli 103 №-li Qeydiyyat vəsiqəsinin və 403 inventar №-li Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeydi yyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçının adına edilmiş Reyestr kitabında İnv. 403, Qeyd 103, kitab 3/2, səh. 4-də yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Da şınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsi iddiaçının tələbini təmin etmənin qanuni əsasını təşkil edir. Həmin maddəyə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas təşkil edir.

39. Kassasiya şikayətlərinin əsas dəlilləri həm də ondan ibarətdir ki, iddiaçının adına mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyat mövcud olsa da, həmin qeydiyyatın hansı hüquq müəyyənedici sənədlər əsasında aparıldığına dair sənədlər arxivdə aşkar edilməmişdir, eləcə də iddiaçı daha sonra həmin əmlakın özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracda iştirak etmiş, hərracın nəticələrinə əsasən müəyyən məbləğdə vəsait ödəsə də, əmlakı tam mülkiyyətinə keçirmək üçün tələb olunan bütün məbləği sonradan ödəməmişdir.

40. Qeyd edilən dəlilləri kollegiya aşağıdakılara əsasən əsassız hesab edir. Yuxarıda da göstərildiyi kimi həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həm in sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. İddiaçının hərracda iştirak etməsi də, vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, qeyd edilən hərrac reyestr kitabında iddiaçının adına qeydiyyat olduğu halda aparılmışdır. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda, iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır.

41. Kollegiya hazırkı mübahisəyə münasibətdə həmçinin aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

42. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə, prinsipcə, həmin qeydiyyatın ləğvi və ya onun düzəlişlər etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan həm də, qanunvericilikdə nəzərdə tutulmuş tələbələrə və təminatlara riayət etməlidir. Həmin məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun normaları nəzərə alınmaqla həll edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar inzibati orqanların faktiki xarakterli hərəkətlərini təşkil edirlər. Odur ki, inzibati aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar müvafiq olaraq inzibati orqanların faktiki xarakterli hərəkətlərinə münasibətdə d ə eyni qaydada şamil olunmaqla tətbiq edilməlidir.

43. İnzibati orqan, reyestrdə aparılmış qeydiyyatı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində aparılmış qeydiyyatın ləğvi əsaslarının və şərtlərinin, eləcə də ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qeydiyyatı ləğv edərək həmin qeydiyyatın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsləri icraata cəlb etməyə və onların dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qeydiyyat aparmağa borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prose dur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və dəyişdirilməsi məsələsi qeydin əsasını təşkil edən hüquq müəyyənedici sənədlərin mübahisələndirilib-mübahisələndirilmədiyi də nəzərə alınmaqla “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunmalıdır. Qeydin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələyə baxarkən həm də “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrinin normaları da nəzərə alınmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-ci il tarixli, 2-1(106)-4/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar