Məhkəmə qərarları › İş №2-1(102)-811/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-811/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-811/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının çıxarılması nəticəsində maraqlarına toxunulan şəxsin icraata cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə dair icarə müqaviləsinin bağlanması tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(103)-725/2021 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbini onunla əsaslandırmışdır ki, həmin mənzilin əvvəlki icarədarı X1 olmuşdur. Mənzil Nəsimi rayon XDS-nin İcraiyyə Komitəsinin 16 may 1986-cı il tarixli 57/15 nömrəli qərarına əsasən X1ə kirayə müqaviləsi ilə ayrılmışdır. Lakin X1 2009-cu il tarixdə vəfat etmişdir. Hazırda m ənzildə heç kim qeydiyyatda deyildir, mənzilə dair mülkiyyət sənədləri yoxdur, mənzil Cavabdeh balansındadır. İddiaçı mənzildə yaşasa da, hüquqları müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmamışdır. Mənzilin icarədarı kimi onunla müqavilənin bağlanılmasına dair cavabdehə müraciət etsə də, cavabdeh hüquq müəyyənedici sənədlərin təqdim olunmadığına istinadla müraciəti təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)5243/2019 saylı (hakim – E.Q.Məmmədov) qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair İddiaçı ilə icarə müqaviləsi bağlanması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir.

4. M əhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 2009-cu il tarixindən iddiaçının fasiləsiz istifadəsindədir. Mənzildə yaşadığı vaxtdan iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Məhkəmə hesab etmişdir ki, iddiaçının göstərilən ünvana yaşayış sahəsinə icarə müqaviləsi bağlamaq hüququ olmuşdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə icarə münasibətlərindədir.

5. Məhkəmənin sözügedən qərarını tərəflər mübahisələndirməmişlər və qərar qanuni qüvvəyə minmişdir. Cavabdeh məhkəmə qərarının icra edilməsi ilə bağlı 235 saylı, 28 dekabr 2019-cu il tarixli sərəncam vermiş, sözügedən mənzilə dair icarə müqaviləsi iddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir.

6. Bundan sonra, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarının qanunla qorunan maraqlarına toxunduğu bildirmiş və buna görə də, hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırmışdır ki, o, xx xx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 21 yaşına qədər ailəliklə atası X2ə məxsus ünvan 2 ünvanında qeydiyyatda olmuş və orada yaşamışlar. 15 yanvar 1987-ci il tarixdə X3lə ailə həyatı qurmuş, sonradan o, öz ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Atası 2009-cu ildə vəfat etdikdən sonra m ənzillərində yalnız qardaşı X2 yaşamışdır. Qardaşı 06 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra qeyd olunan mənzilin yeganə vərəsəsi kimi 19 saylı Notariat Ofisinə rəsmi müraciət etmiş, lakin mənzillərinə qanunsuz müdaxilələrin olması barədə məlumat almışdır. Halbuki, həmin mənzil onun da adı yazılmış rəsmi orderlə ailəsinə, habelə İcraiyyə Komitəsinin qərarı ilə atası X1a məxsus olmuşdur. Qeyd olunan mənzilə qanunsuz müdaxilələr olunması faktına dair onun ərizəsi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsi üzrə qəbul edilmiş qərardan aydın olmuşdur ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi İddiaçı mənzilə dair iddia ərizəsi üzrə 25.12.2019-cu il tarixli, 2-1(81)5243/2019 saylı qərar qəbul etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 23 okt yabr 2020-ci il tarixli 2-1(81)-5243/2019 saylı (hakim – P.A.Hüseynov) qərardadı ilə ərizəçi tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, ərizəçi 1987-ci ildən həmin mənzildə yaşamır, həmin tarixdən qeyd olunan mənzildən qeydiyyatdan çıxmışdır və daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Bu səbəbdən də, məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur.

10. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edib üçüncü şəxs qismində cəlb edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli 21(103)-725/2021 saylı qərarı (sədrlik edə n və məruzəçi hakim – X.A.Cəmilova, hakimlər – V.M.Məmmədov və N.Ş.Cəfərov) ilə ərizəçinin apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(81)-5243/2019 saylı qərardadı ləğv edilmiş, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış ərizəçinın hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi sonuncunun işə cəlb olunması və icraatın təzələnməsi barədə ərizəsini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir.

13. İddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərardadı ləğv edib, ərizənin təm in edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətlərinin dəlilləri 14.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli mənzil Cavabdeh balansında olmuşdur. Mənzilə dair verilmiş orderdə ərizəçinın adının icarədarın ailə üzvü kimi qeyd edilməsi məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunması anlamına gəlməməlidir. Çünki o, 1987-ci ildən həmin mənzildən çıxıb getmiş və bir daha mənzilə qayıtmamışdır. 15.Həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. ərizəçinın da 30 ildən çoxdur ki, Rusiya Federasiyasına getməsi nəzərə alınarsa, o zaman onun mübahisəli mənzilə dair olan bütün hüquqlarını itirilmiş hesab etmək olar. Mənzil isə dövlət balansında olduğundan ərizəçinın üçüncü şəxs qismində işə cəlb edilməsi əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən onun üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılması nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. 16.İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, ərizəçi 30 ildən çoxdur ki, Rusiya Federasiyasına gedərək ünvan mənzilində yaşamır və onun həmin mənzilə dair heç bir subyektiv hüququ yoxdur. Lakin apelyasiya məhkəməsi əsassız olaraq mənzilə dair verilmiş ****** nömrəli 18.12.1972-ci il tarixli orderə əsasən ərizəçinin üçüncü şəxs qismində cəlb edilməli olduğu qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, A zərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Göründüyü kimi ərizəsi 30 ildən çoxdur ki, Rusiyaya getmişdir və bununla da mübahisəli mənzilə olan hüquqlarını itirmişdir. 17.Mənzil isə Cavabdeh balansında olmuşdur. Mənzilə dair verilmiş orderdə ərizəçinın adının icarədarın ailə üzvü kimi qeyd edilməsi isə məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunması anlamına gəlməməlidir. 18.İcarə müqaviləsinin bağlanması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli qərarında onun mübahisəli mənzilə dair icarə münasibətlərinin yaranması qeyd edilmişdir. Həmin dövrdə o, faktiki olaraq mübahisəli mənzildə ya şayırdı. ərizəçi isə ümumiyyətlə belə bir mənzilin mövcudluğundan xəbərsiz olmuşdur. O, yalnız qardaşı öldükdən sonra mənzilə dair məhkəmədə iddia qaldırmışdır. Bu hal da apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətlərinə qarşı ərizəçi etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə iclasında cavabdehin və iddiaçının vəkilləri özlərinin kassasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 21.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab e tmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22.1982-ci il 8 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi: Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə

85. İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. 23.“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ya və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.” 24.“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Sözügedən qərarda Konstitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “... İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəz ifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesi n bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, h üquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şə xsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. ….Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququn un təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati m əhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”. 25.İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxs lərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddət ində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ 26.Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir. 27.Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 28.Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 29.İşin hallarına və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 30.Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarına və orada əks olunmuş hüquqi mövqelərə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü ş əxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. 31.Bu mənada, ərizəçi tərəfindən verilmiş ərizəyə baxılması zamanı isə aşağıdakılar nəzərə alınmalı idi. 32.Birincisi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 21(81)-5243/2019 saylı qərarının qəbul edilməsi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyənləşdirilməli idi. Bu isə o deməkdir ki, ərizəçinin təqdim etdiyi sübutlar tam və hərtərəfli tədqiq olunmaqla onun zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, icraata cəlb edilə bilərdi. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilər ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. 33.Bununla bağlı işin hallarından görünür ki, ərizəçi özünün prosesə üçüncü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırmışdır ki, o, xx. xx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 21 yaşına qədər ailəliklə atası X2ə məxsus ünvan 2 ünvanında qeydiyyatda olmuş və orada yaşamışlar. Mübahisəli mənzilə dair atasının adına verilmiş ****** nömrəli 18.12.1972-ci il tarixli orderə onun adı da icarədarın ailə üzvü kimi göstərildiyi üçün mənzilə münasibətdə onun hüquqları da mövcuddur və həmin mənzilə dair qəbul edilmiş məhkəmə qərarı onun iş tirakı təmin edilmədən çıxarıldığı üçün onun hüquqlarının pozulmasına səbəb olmuşdur. 34.Beləliklə, müəyyən edilməli olan əsas məsələ ərizəçinin mənzilə münasibətdə hüquqlarının mövcud olub-olmadığıdır. Mənzillə bağlı iş materiallarında iki hüquq müəyyənedici sənəd vardır - ərizəçinin atasının adına yerilmiş ****** nömrəli 18.12.1972-ci il tarixli order və Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin “Mənzil kirayə müqaviləsinin X1in adına dəyişdirilməsi haqqında” 57/15 saylı, 6 may 1986-cı il tarixli qərarı. 35.Məhkəmə tərkibi qeyd edir ki, məhz mübahisəli mənzillə bağlı bu iki hüquq müəyyənedici sənədlər və onlardan irəli gələn hüquqi nəticələr nəzərə alınmaqla qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunub-toxunmaması məsələsinə qiymət verilməlidir. Apellyasiya məhk əməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə bu qaydada davranmamışdır. 36.Bu mənada, ilkin olaraq ****** nömrəli 18.12.1972-ci il tarixli orderdə ərizəçinin adının qeyd olunması onun həmin mənzilə münasibətdə hüquqlarının mövcudluğunu təsdiq edir. Lakin işin hallarından göründüyü kimi daha sonra icarədarın və arvadının vəfatı ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən “Mənzil kirayə müqaviləsinin X1in adına dəyişdirilməsi haqqında” 57/15 saylı, 6 may 1986-cı il tarixli qərar qəbul edilmişdir. Belə olan halda, apelyasiya məhkəməsi son qərarın məzmunun təhlil etməli, 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsinin müddəaları baxımından məsələyə qiymət verməli idi. 37.Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin sözügedən qərarından görünür ki, ailənin bütün yetkinlik yaşına çatmış üzvləri mənzilə dair kirayə müqaviləsinin X1in adına dəyişdirilməsinə etiraz etməmişlər. Buna görə də, mənzilin icarədarı dörd nəfər ailə üzvlərindən (özü, arvadı, oğlu və qızı) ibarət tərkibdə X1 hesab edilmişdir. Təkrar apelyasiya baxışında məhkəmə faktiki halları və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə almaqla ərizəçinin Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 57/15 saylı, 6 may 1986-cı il tarixli qərardan sonra mənzilə münasibətdə hüquqlarını itiribitirmədiyinə qiymət verməli və bu halı qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunması məsələsində nəzərə almalıdır. Bunun üçün məhkəmə ərizəçinin mənzilin kirayə müqaviləsinin qardaşının adına dəyişdirilməsinə razılıq verib-vermədiyini araşdırmalı, Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edildikdən sonra yeni icarədarın ailə üzvlərinin kimlər olduğunu dəqiqləşdirməli, onların arasında ərizəçinin olub-olmadığını müəyyən etməlidir. 38.Qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunması məsələsinə həmçinin 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinin müddəaları və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı baxımından da münasibət bildirilməlidir. Yəni, ərizəçinin 1987-ci ildən həmin mənzildə yaşamamasının onun daimi yaşayış yeri kimi başqa yeri seçməklə bağlı olub-olmamasına və bu halın da mənzilə münasibətdə hüquqlarını itirib-itirmədiyinə qiymət verilməlidir. 39.İkincisi, məhkəmə tərəfindən ərizəçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-5243/2019 saylı qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməli idi. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, yalnız müəyyən konkret müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsus i vurğu edilmişdir. Bu mənada, məhkəmələr icraata cəlb olunmamış şəxslərin icraata qoşulma barədə müraciətləri ilə bağlı məsələni həll edərkən həmin şəxslərin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı müəyyən etməli və məhz həmin andan etibarən ərizə vermə müddətinin hesablanmağa başlanıldığını nəzərə almaqla İPM-in 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətlərini tətbiq etməlidirlər. 40.Bununla bağlı olaraq təkrar apelyasiya baxışında həm də məhkəmə qərarı barədə ərizəçinin nə vaxt məlumatlı olduğu məsələsi araşdırma predmeti olmalıdır. Bunun üçün isə həm işdəki məhkəməyə ünvanlanmış ərizələr, həm ərizəçi tərəfindən ünvan 3İ-nin 19-cu PŞnə edilmiş müraciətlərlə bağlı materiallar və digər zəruri sübutlar toplanmaqla t ədqiq edilməli, nəticəsindən asılı olaraq ərizəçinin vaxtında məhkəməyə müraciət etməsi məsələsinə də qiymət verilməlidir. 41.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının və cavabdehin kasasiya şikayətləri qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli 21(103)-725/2021 saylı nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar