Məhkəmə qərarları › İş №2-1(102)-811/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-811/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-811/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1226/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1977-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1977ci ildən xx.xx.1978-ci ilədək Sünik quşçuluq zavodunda kəsimxana işçisi işləmiş, xx.xx.1978ci ildən 1981-ci ilədək Bakı Neft Texnikumda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilədək indiki "xxxx" ASC-də injener-texnoloq, mühasib vəzifələrində işləmişdir. 2. "xxxx" A SC-nin 10 avqust 2021-ci il tarixli, 30 nömrəli məktubuna əsasən, iddiaçı "xxxx" ASC-də xx.xx.1981-ci il tarixindən müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2004-cü il tarixindən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən işdən azad olunan tarixədək əmək haqqı hesablanması cədvəllərində onun adı müəyyən edilməmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək qismən ödənişli məzuniyyətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 1986-1987; 1987-1988; 1992-1993; 1993-1994; 1994-1995-ci illərin növbəti m əzuniyyətləri istisna olmaqla, xx.xx.2002-ci il tarixə kimi məzuniyyətlərdən istifadə edilmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 35 nömrəli, 27 avqust 2021-ci il tarixli məktubuna əsasən, X1 25 avqust 1978-ci il tarixində 320 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 14 may 1981-ci il tarixində “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və bu barədə BT041598 saylı diplom verilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdehin 30 aprel 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya əmək pensiyas ı təyin edilməsi üçün onun sosial sığorta stajı yetərli deyildir. Belə ki, o, "xxxx" İB-də işlədiyi zaman xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və 1995-ci il tarixdən 2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur, ona görə də həmin dövrlər sosial sığorta stajına əlavə edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 2 iyun 2021-ci il tarixdə cаvаbdеhə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sosial sığorta stajı nərəzə alınmaqla ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1978-ci ildən başlayaraq 2005-ci ilədək əmək müqaviləsi əsasında "xxxx" İB-də çalışmışdır. 14 oktyabr 2005-ci ildə əmək müq aviləsinə xitam verilərək işdən azad edilmişdir. Ümumi sosial sığorta stajı 25 ildən çox olduğu üçün cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. İmtinanı əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı bu qərarın 2-3-cü bəndlərində qeyd olunan məlumatlara istinadla imtina məktubunun dəlillərinə əsaslanan etiraz təqdim etmişdir. Etirazda iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

10. Məhkəmə iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş əmək və pensiya qanunvericiliyinə istinad edərək qeyd etmişdir ki, iş materialların a əsasən cavabdehin mübahisələndirdiyi illər üzrə sosial sığorta haqları iddiaçı tərəfindən ödənilməmiş, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə də, iddiaçı tərəfindən tələb olunan 25 il ümumi staj toplanılmamışdır, çünki iddiaçının ümumi ödənişsiz məzuniyyətlərini topladıqda müəyyən edilir ki, o, 1 yanvar 2006-cı il tarixə qədər 02 il 11 ay 08 gün ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır.

11. Beləliklə, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 26 il 05 ay 25 gün fəaliyyət dövrünün 02 il 11 ay 08 gününü n ödənişsiz məzuniyyətdə olduğu nəzərə alınarsa, onun həmin tarixədək faktiki 22 il 04 ay 17 gün iş stajı mövcud olmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş əmək və pensiya qanunvericiliyinə görə, 02 il 11 ay 08 gün ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi üçün əsas mövcud olmamışdır.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1226/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər:C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 nömrəli, 6 dekabr 2021-ci il ta rixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən (62 yaşından) yaşa görə əmək pensyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

14. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etmişdir ki, Bakı Neft Texnikumu tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli diploma, Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 35 nömrəli arayışa (məktuba), eləcə də xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçının 25 il 5 ay 6 gün ümumi iş stajı mövcuddur. Lakin cavabdeh iddiaçının 23 il 1 ay ümumi sığorta stajının mövcud olduğunu qəbul etsə də, onun qismən ödənişli və ödənişsiz məzuniyyət dövrləri üzrə 2 il 11 ay 5 gününü sığorta stajına daxil etməkdən imtina etmişdir.

15. Apellyasiya məhkəməsi iddiaçının işlədiyi vaxt qüvvədə olmuş “Əmək Qanunları Məcəlləsi”nin 70-ci maddəsinə istinadən qeyd etmişdir ki, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirahət etdiyi, o cümlədən məzuniyyətdə olduğu (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) müddətlər bütövlükdə onun əmək fəaliyyətinə aiddir.

16. Məhkəmə kollegiyası hüquqi mövqeyini əsaslandırarkən, həmçinin həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69-cu maddələrinə, eləcə də xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinadən qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən 1981-2004-cü illər üzrə əmək fəaliyyəti onun fasiləsiz ümumi iş stajı kimi nəzərə alı nmalıdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri ilə mahiyyətcə uyğunluq təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 21. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanun... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başl ayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). -23.2. 1992-ci il yanvarın 1-də k keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 22. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşki latlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə b ilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

25. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi Maddə 70. məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) işə əslində sərf olunmuş vaxt; 2) fəhlə və ya qulluqçunun əslində işləmədiyi, lakin iş yerinin (vəzifənin) və əmək haqqının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirildikdə və sonra işə bərpa edildikdə haqqı ödənilmiş məcburi proqul vaxtı); 3) işçilərin əslində işləmədiyi, lakin iş yerini (vəzifəni) saxladığı və dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt; uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) qanunvericilikdə nəzə rdə tutulmuş başqa vaxtlar. Maddə

74. Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli sməzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Maddə

185. Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir.

26. İnziba ti Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaların ı da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının "xxxx" İB-də işlədiyi xx.xx.1985-xx.xx.1986-cı, xx.xx.1987-xx.xx.1988-ci, xx.xx.1993-xx.xx.1994-cü illərdə müəyyən zaman kəsiyində (6 aya qədər) ödənişsiz məzuniyyətdə olduğu dövrlərin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Ödənişsiz məzuniyyət dövrünün iddiaçının ümumi əmək stajına daxil edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, bu məsələyə işçinin əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Yuxarıda istinad olunan normaya (Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə) görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Cavabdehin sözügedən dəlili əmək pensiyaları haqqında qanunvericiliklə də təsdiqini tapmır. Belə ki, ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil e dilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır.

36. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, “Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablan arkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır.

37. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olm adan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

38. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.”

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icra at hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Bundan əlavə, “İ nzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 39-40-cı bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə m əhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın 21-23-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından iddiaçının əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri və Bakı Neft Texnikumunda təhsil müddəti nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi, yəni onun həm 25 il 5 ay 6 gün ümumi iş stajına malik olduğu, həm də pensiya yaşına çatdığı iş üzrə materiallarla təsdiq olunur.

43. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüq uqunun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir.

44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1226/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar