Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-811/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3357/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1978-xx.xx.1980-ci il tarixlərdə Neftçala rayonunun Uzunbabalı savxozunda mühasib, xx.xx.1980-xx.xx.1987-ci il tarixlərdə Yeni Bakı Neftayırma zavodunun 6 nömrəli texnoloji sexinin 65 nömrəli qurğusunda 3,4,5-ci dərəcəli operator, xx.xx.1987- xx.xx.1995ci il tarixlərdə həmin müəssisədə əmək haqqının ödənilmə şərtlərinin dəyişməsi ilə əlaqədar yeni ştat cədvəlinə uyğun olaraq 6 nömrəli texnoloji sexdə 4-cü və 5-ci dərəcəli aparatçı, xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə 6 nömrəli texnoloji sexin 65, 66-cı texnoloji qurğularında 5-ci dərəcəli operator, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə təzə ştat cədvəlinə uyğun olaraq 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65, 66 nömrəli qurğularda 5-ci dərəcəli aparatçı, xx.xx.2003-xx.xx.2022-ci il tarixlərdə təzə ştat cədvəlinə əsasən Naften tuşularının istehsalı, suyun kimyəvi təmizlənməsi və riagent təsərrüfatı üzrə 6 nömrəli sexin 65,66 nömrəli qurğularında 5-ci dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın reagent, neftin turşuları istehsalı və suyun kimyəvi təmizlənməs i üzrə 66 nömrəli qurğusunda 5-ci dərəcəli texnoloji qurğuların operatoru vəzifəsində işləyir. Əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajı 20 ildən artıqdır (26 il 5 ay 23 gün). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən, həmin vaxt qüvvədə olmuş qaydalarla hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin sonrakı illərdə indeksləşdirilməsi, 18 sentyabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edi lmiş qaydada pensiyasının yenidən hesablanması və 2020-ci ilin noyabr ayının 1-dən pensiyanın faktiki ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” kimi dəyişdirilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1961-ci ildə anadan olmuşdur. 29 avqust 1978-cü il tarixdə Neftçala rayonunun Uzunbabalı sovxozunda mühasib vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 16 dekabr 1980-ci il tarixdən başlayaraq Yeni Bakı Neftayırma zavodunda (indiki Heydər Əliyev adına X8) 6 nömrəli texnoloji sahənin 65 nömrəli texnoloji qurğusunda operator peşəsində işləməyə başlamışdır. 01 dekabr 1987-ci il tarixdən həmin işi davam etdirsə də, həmin işin adı aparatçı adlandırılmışdır. xx.xx.1995-ci il tarixdən işlədiyi peşənin adı yenidən dəyişdirilərək texnoloji qurğuların operatoru adlandırılmışdır. xx.xx.2001-ci il tarixdən peşəsinin adı yenə də aparatçı, xx.xx.2003-cü il tarixdən isə Naften turşuları istehsalı, suyun kimyəvi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65 və 66 №-li qurğuların operatoru adlandırılmışdır. Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən lərdən göründüyü kimi İddiaçı 1980ci ilin dekabr ayından cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək Heydər Əliyev adına X8 eyni sexdə, eyni qurğuda 42 il 10 ay 14 gün işləmişdir. 2 dəfə qısa müddətə, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi peşənin adı texnoloji qurğuların aparatçısı adlandırılsa da, faktiki olaraq zərərli şəraitdə olan eyni işi icra etmişdir. xx.xx.2023-cü il tarixədək zərərli iş şəraitində stajı 42 il 10 ay 14 gün, ümumi əmək stajı isə 44 il 7 ay 24 gün təşkil edir. Hazırda zərərli iş şəraitində işini davam etdirir. M.A. Hüseynovanın 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü tarixə qədər ümumi iş stajı 34 il 6 ay 13 gün, güzəştli iş sahəsində stajı isə 32 il 9 ay 3 gün təşkil ed ir. Beləliklə M.A. Hüseynova xx.xx.2013-cü il tarixdən yaşa görə güzəştli şərtlə pensiya hüququ qazanmışdır. Lakin ona yanlış izahat verildiyi üçün həmin vaxt, pensiya hüququndan istifadə etməmişdir. Hazırda o, güzəştli şərtlərlə pensiya hüququndan istifadə etmək qərarına gəlmişdir. Beləliklə M.A. Hüseynovanın 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlə yaşa görə əmək pensiyası, həmin vaxt qüvvədə olmuş qaydalarla təyin edilməlidir və sonrakı illərdə indeksləşdirməlidir. 31 oktyabr 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizəyə İddiaçı güzəştli iş sahəsində işləməsi barədə Heydər Əliyev adına X7 24 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2268/2023 nömrəli izahedici arayışı əlavə edilmişdir. Cavabdehin 30 noyabr 2023-cü il tarixli 3-17-1/2-4-28 1781/2023 nömrəli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmiş və imtina zavodun 1 iyun 2022-ci il tarixli SOCAR **********81200601B00037 nömrəli arayışı ilə əsaslandırılmışdır. Bundan sonra cavabdehə 30 dekabr 2023-cü il tarixli ərizə ilə təkrarən müraciət edərək, həmin arayışla əlaqədar bildirilmişdir ki, Heydər Əliyev adına X8 keçən il zərərli iş sahəsində işləyən bir neçə şəxsə, o cümlədən İddiaçı yanlış olaraq belə arayışlar verilmiş və onların güzəştli şərtlərlə pensiya almaq hüquqları əsassız olaraq məhdudlaşdırılmışdir. Bununla əlaqədar işçilərin narazılıqları nəzərə alınaraq 2023-cü ildən işçilərin zərərli iş sahəsində işləməsi və güzəştli şərtlərlə pensiya hüquqlarının olması barədə məsələyə zavodun texnoloqlarının, əməyin mühafizə xidməti, insan res ursları üzrə mütəxəssislərin və hüquqşünasların iştirakı ilə baxılır və onların iş şəraiti barədə obyektiv və dəqiq arayışlar verilir. Ona görə də, zavodun 24 oktyabr 2023-cü il tarixli arayışı daha dəqiq və mötəbərdir. İddiaçı zərərli iş şəraitində işləməsinin təsdiq edilməsi üçün əlavə olaraq 2020, 2022, 2023 və 2024-cü ilə aid 7 ədəd haqq-hesab vərəqəsi iddia ərizəsinə əlavə olunur. 30 dekabr 2023-cü il tarixli təkrar müraciətə zavoddan vəkil sorğusu ilə alınmış 29 dekabr 2023-cü il tarixli 4-2-27/2-2999/2023 saylı məktub da əlavə edilmişdir. Həmin məktubda zavod rəhbərliyi xx.xx.2023-cü il tarixli 14-227/2-2268/2023 nömrəli məktubda göstərilən məlumatları nəzərə alınmalı olduğu göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 317-1/2-H-41628/2024 nömrəli məktubu ilə təkrar müraciəti üzrə güzəştli şərtlərlə pensiya təyinatından yenə də imtina edilmişdir. İmtina məktubunda hətta işin faktiki halları təhrif edilmiş, guya Heydər Əliyev adına X11 tərəfindən 1 yanvar 2024-cü il tarixli birgə akta istinad edilmişdir. Halbuki belə bir akt mövcud deyildir. İmtina məktubu poçt vasitəsi ilə 28 fevral 2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Son bir ildə İddiaçı ilə eyni sexdə, eyni qurğuda, eyni peşə üzrə, eyni şəraitdə işləyən X3, X1, X2, X4 və başqa şəxslərə zərərli iş şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7768/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3357/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, C.Yusifov və G.Abbasova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası öz qərarında məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmi şdir ki, iddiaçının işlədiyi texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşələrinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalında bütün adda aparatçılar və texnoloji qurğuların operatorları peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin araşdırmaları zamanı təqdim edilmiş iddiaçının vəzifə təlimatı ilə təsdiq olunur. Odur ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək əmək şəraitinə görə 25 il 17 gün güzəştli şərtlərlə əmək stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1980-xx.xx.1987-cı illərdə 6 №-li texnoloji sexdə, 65 №-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.1987- xx.xx.1994 -cü illərdə 6 №-li texnoloji sexdə, 65 №-li qurğu, kimyəvi suyun təmizlənməsi üzrə aparatçı peşəsinin və xx.xx.1994- xx.xx.1995-cı illərdə 6 №-li istehsalat, 65 №-li qurğu, kimyəvi suyun təmizlənməsi üzrə aparatçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a10065, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.1995- xx.xx.2001-ci illərdə 6 №-li istehsalat, 65,66 №-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə **** *** a-16081, Xİİ 8. bölmənin 3-cü yarımbölməsində, xx.xx.2001-xx.xx.2003-cü illərdə 6 №-li sexdə, suyun kimyəvi təmizlənməsi üzrə 65,66 №li qurğu, aparatçı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a-10065, Xİİ bölmənin 3-cü yarımbölməsində, xx.xx.2003-ci ildən xx.xx.2006-cı il tarixədək 6 №-li sexdə, suyun kimyəvi təmizlənməsi üzrə 65,66 №-li qurğu, texnoloji qurğuların operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-ci siyahı üzrə Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuş peşələr olması məhkəmə aradırmaları ilə müəyyən edilmişdir.
9. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, SOCAR-ın “Heydər Əliyev adına X11”nun İddiaçı dair verilmiş xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1980-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulsa da, əmək funksiyası həmin siyahıda nəzərdə tutulan vəzifələrin əmək funksiyasına uyğun deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … 12. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Q anunu: Maddə 13. birinci hissə. Bənd b): əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000- ci il avqustun 1-dək hər il altı ay artırılır. 13. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir)
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab e dir.
22. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 52 yaşının tamam olması; b) iddiaçının xx.xx.2006-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; c) azı 10 il güzəştli iş stajı.
23. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
24. Eyni zamanda məhkəmə kollegiyası güzəştli stajla bağlı məhkəmələrin araşdırmalarına əsasən bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) arayışa görə, iddiaçı xx.xx.1980-ci il tarixdən hal-hazıradək (zərərli iş staj ı xx.xx.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 10 ildən çox) fasiləsiz olaraq texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) bölməsinin 10.5-ci bəndinin (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) a) fəhlələr yarımbəndində bütün adda aparatçılar və texnoloji qurğuların operatorları v əzifələri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 3-cü yarımbölməsinin (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) a) fəhlələr bəndində (2130301a) bütün adda aparatçılar (kod: 2130301a—10065) və texnoloji qurğuların operatorları (2130301a— 16081) vəzifələri əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.
25. Göründ üyü kimi iddiaçının işlədiyi texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşələrinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalında bütün adda aparatçılar və texnoloji qurğuların operatorları peşəsinə uyğun olması iş yeri tərəfindən verilən arayışda konkret olaraq göstərilmişdir.
26. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
27. Məhkəm ə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3357/2024 nömrəli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.