Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-812/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavab deh) qarşı “07.01.1997-ci il tarixdən 26.10.2004-cü il tarixədək “xxxx” ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-661/2018 saylı, 4 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx xxx-cü il tarixdə ÜNVANrayonunda anadan olmuşdur. Əmək kitabçasına əsasən o, 07.01.1997-ci il tarixdən 26.10.2004-cü il tarixədək “xxxx” ASC-də nəzarətçi işləmişdir. Həmin illərin onun sosial sığorta stajına da xil edilməsi və 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 17.05.2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının 07.01.1997-ci il tarixdən 26.10.2004-cü il tarixədək “xxxx” ASC-də nəzarətçi işləməsi müəssisənin hal-hazırda fəaliyyəti olmadığı və sənədlər mərkəzi arxivə verilmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı 2 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “07.01.1997-ci il tarixdən 26.10.2004-cü il tarixədək “xxxx” ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qə bul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşına (63 yaş 6 ay – 18.05.2018ci ildə bitib) çatmışdır, sənədlərini cavabdeh orqana versə də, cavabdeh əmək kitabçasında qeyd edilən 07.01.1997-26.10.2004-cü illərdə xxxx ASC-də nəzarətçi işləməsini qəbul etmir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hаkim X4, 2-1(84)-1094/2018 saylı iş) 17 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin üzərinə iddiaçının 07.01.1997-ci il tarixdən 26.10.2004-cü il tarixədək “xxxx” ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iş üzrə tədqiq o lunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X5 və X1, 2-1(107)-661/2018 saylı iş) 4 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 18 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 28 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. “xxxx” ASC-də iddiaçının nəzarətçi işləməsi, qeyd olunan idarənin arxiv sənədlərinin verilməməsi səbəbindən həmin müəssisədə onun işləməsi, müəssisə tərəfindən zəruri sənədlər arxivə təqdim edilmədiyi üçün aydınlaşdırıla bilməmişdir. Bu baxımdan məhkəmə işə birtərəfli yanaşmış, qərar qəbul edərkən digər mötəbər halları nəzərə almamışdır. Şəxsin işləməsi qeyd edildiyi kimi, müəssisənin aidiyyəti sənədlərində əks olunur. Bu sənədlərlə əmək kitabçası üzləşdirilir. Bundan sonra qeyd olunan əmək kitabçasındakı qeydlərin həqiqiliyi müə yyən edilir. Müəssisə bu baxımdan da qeyd etdiyi həqiqiliyi, şəxsin işlədiyi müəssisənin arxiv sənədləri naməlum səbəblərdən arxivə verilmədiyindən bu halların müəyyən edilməsi müəssisə tərəfindən nizama salına bilmir. Məhkəmə də qeyd edilən halları araşdırmamış əsassız qənaətə gələrək qaldırılan tələbi təmin etmişdir. Şikayət əsaslandırılarkən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci, İnzibati Prosessual Məcəllənin 11, 12, 13, 15-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddia çı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 1997-2004-cü illərin iş stajı nəzərə alınmaqla iddiaçıya 63 yaş 6 aydan (18 may 2018-ci il tarixdən) əmək pensiyasının təyin edilməsi barədədir. Cavabdeh imtinasında bildirmişdir ki, 1997-2004-cü illərin iş stajı arxiv sənədləri ilə təsdiq edilmədiyindən qanunvericiliyin tələbinə görə həmin dövr sığorta stajına daxil edilə bilməz. İddiaçının 1997-2004-cü illərin iş stajı əmək kitabçası ilə təsdiq edilir. Əmək kitabçasından görünür ki, həmin dövrdə o, “xxxx” ASC üzrə nəzarətçi vəzifəsində işləmişdir. 1997-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək ki tabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçini n əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı süb uta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib e dilmişdir, Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının 26 ildən çox ümumi iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imk an verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 63 yaş 6 ayı olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx xxxxxx xxx-cü ildə doğulmuşdur. Onun 63 yaşı 18 noyabr 2017-ci il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2017-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr (bu dövr daxilində iddiaçının 63 yaşı tamam olduğuna görə) üzrə 6 aylıq yaş 63 yaşa əlavə edilməklə, 63 yaş 6 aydan, yəni 18 may 2018-ci ildən iddiaçının pensiya hüququ yaranmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasi ya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-661/2018 saylı, 4 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-812/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-812/2019
09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver