Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-812/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təhsil müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil illəri sığorta stajına daxil edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-222/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus diploma, hərbi biletə və əmək kitabçasına əsasən o, 1 sentyabr 1978-ci il tarixdən 22 dekabr 1980-ci il tarixədək Sumqayıt şəhərində texniki peşə məktəbində təhsil almış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 1983-cü ildə başlamışdır. Müxtəlif idarələrdə, müxtəlif işlərdə, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********0 saylı, 26.02.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi sosial sığorta stajına qarşı 19 il 3 ay 12 gün sosial sığorta stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1978ci ildən 22.12.1980-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, ona 52 yaşdan, yəni 12.10.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyətinin böyük bir hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən xüsusilə zərərli olan sahədə olmuşdur. 1 yanvar 2006-cı il tarixədək o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə 10 ildən ar tıq güzəştli iş stajına, həmçinin iş materiallarına əsasən 20 ildən artıq ümumi iş stajına malikdir. Lakin həmin qurum tərəfindən ona pensiya təyin olunmamış və imtinaya səbəb kimi təhsil müddətinin nəzərə alınması göstərilmişdir. Halbuki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü abzasının “g” bəndinə əsasən, iş stajına bunlardan başqa ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı, 30 iyul 2020-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi qismən təmin edilmiş, 1 sentyabr 1978-ci il tarixdən 22 dekabr 1980-cı il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməklə iddiaçıya 52 yaşdan (12 oktyabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin 12 fevral 2016-cı il tarixdən sonrakı dövr üzrə hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt, yəni 12 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. İddianın ikinci hissəsi - keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı isə məhkəmə bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 12 oktyabr 2014-cü il tarixdə yaransa da, onun müraciəti 12 fevral 2019-cu il tarixdə olduğundan, pensiyanın ödənilməmiş hissəsinin yalnız 12 fevral 2016-cı ildən sonrakı dövrə aid hissəsi ödənilməlidir.
11. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verməmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: R.M.Həsənov və M.A.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı, 30 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş təl əblərə müvafiq surətdə təyin edilir. İddiaçı işlədiyi peşənin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıya aid olduğunu iddia edir. 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərin pensiyaya çıxması üçün 20 il ümumi, 10 il isə güzəştli iş stajının olması və 52 yaşın tamam olması tələb edilir.
17. İddiaçının əmək kitabçasından görünür ki, o, 01 fevral 1983-cü il tarixdə əmək fəaliyyətinə başlayıb və 03 sentyabr 2001-ci il tarixədək çalışıb. Göründüyü kimi, 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi stajı 20 ildən az edir. Dolayısı ilə, ƏPQ-nin 9.8-ci maddəsinin təsir dairəsinə düşmür.
18. Digər tərəfdən, iddiaçı bu halı bildiyi üçün təhsil aldığı müddətin də əmək stajına daxil edilməli olmasını iddia edir. Belə ki, “V ətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin (ğ) bəndi təhsil müddətini əmək stajına daxil edirdi. Lakin hazırda belə bir göstəriş ƏPQ-də öz əksini tapmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəst əliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və f ərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ç alışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə o lmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir;
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İş materiallarından görünür ki, iddiaçının tələbi 2 hissədən ibarət olmuşdur: 1) 01.09.1978-ci ildən 22.12.1980-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, ona 52 yaşdan, yəni 12.10.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və 2) pensiya hüququ yaranan vaxtdan keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi.
31. Birinci instansiya məhkəməsinin qərarı ilə iddianın birinci hissəsi tam, ikinci hissəsi isə qismən təmin edilmiş, iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmiş, cavabdeh apelyasiya şikayəti verərək iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Apelyasiya instansiy ası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
32. Cavabdeh kassasiya şikayətində iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan şərtlərin ödənilmədiyinə, həmçinin 9.8-ci maddəsində nəzərdə tutulan 20 il ümumi və 10 il güzəştli stajın 01.01.2006-cı il tarixədək toplanılmadığına istinad etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iki şə rtin ödənilməsi tələb olunur: 1) 01.01.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajına malik olması və 2) bu müddətin azı 10 ilinin güzəştli iş stajı hesab edilməsi.
34. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi “Üzvi sintez” Zavodu tərəfindən verilmiş 01 avqust 2013-cü il tarixli arayışlarda iddiaçının 02 iyun 1996-cı il tarixdən 2 sentyabr 1996-cı il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun 1 saylı İst. Epixlorlidrin sexində aparatçı vəzifəsində işlədiyi, göstərilən peşənin (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etm ək hüququ verdiyi, həmçinin onun 01 fevral 1983-cü il tarixdən 01 fevral 1992-ci il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun 5 saylı İst. Kalium qələvisinin buxarlandırıcıları sexində aparatçı vəzifəsində işlədiyi, göstərilən peşənin (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verdiyi, 01 fevral 1992-ci il tarixdən 27 may 1996-cı il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun “Etimad” BDM-nin Kalium qələvisi sexində aparatçı vəzifəsində işlədiyi, göstərilən peşənin (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİ İİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verdiyi, 02 sentyabr 1996-cı il tarixdən 03 sentyabr 2001-ci il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun Epoksid qətranı poliizobutilen və lak-boya bərkidiciləri sexində aparatçı vəzifəsində işlədiyi, göstərilən peşənin (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verdiyi qeyd edilmişdir.
35. Beləliklə, iddiaçının 52 yaşının tamam olduğu 12 noyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2006-cı il 1 yanvar tari xədək azı 20 il ümumi iş stajının mövcud olduğu, bunun 10 ildən cox hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli iş stajına aid olması təsdiq olunmuşdur.
36. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
37. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi “Üzvi sintez” Zavodu tərəfindən verilmiş arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı sıyahısında nəzərdə tutulduğu göstərilmişdir.
38. İddiaçının təhsil aldığı müddətin də əsassız olaraq əmək stajına daxil edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə g əlincə, məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edir və bildirir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir.
39. Analoji olaraq, 23.09.1992-ci il tarixdə təs diq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur.
40. İddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yar anmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz.
41. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.
42. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü d ə nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək ən azı 20 il ümumi iş stajına malik olduğundan və bu iş stajının 10 ildən çox hissəsi güzəştli iş stajı hesab edildiyindən, yəni onun çalışdığı istehsalat sahəsi və peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinin dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2021 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.