Məhkəmə qərarları › İş №2-1(102)-813/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-813/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-813/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxslər X3, X11, X4, X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X3, X11, X4, X12) qar şı iş üzrə “çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)-347/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X8 bağ massivində bağ evi tikərək orada ailəsi ilə yaşayır.

2. İddiaçı 04.03.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək Ünvan1 ünvanında yerləşən torpaq sahələrinə dair X9, X1, X7 və X2 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini xahiş etmişdir.

3. Cavabdeh orqan 19.03.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu n 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3, X11, X12, X4 3-cü şəxs qismində işə cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş qeydiyyat nömrəli **********, 22.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 22.08.2019-cu il tarixli, **********7 qeydiyyat nömrəli, 04.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 05.09.2019-cu il tarixli çıxarışların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı İnzi bati Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı (hakim Aygün Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 3-cü şəxslərə məxsus çıxarışın qanunsuz və əsassız olduğunu iddia edərək, həmin çıxarışların ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən 3-cü şəxslərə verilmiş çıxarışla onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir.

7. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-347/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

10. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edildiyini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

11. İddiaçı 10.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021 -ci il tarixli, 2-1(103)-347/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2003-cü ildə Bakı şəhər Bağlar İdarəsi tərəfindən iddiaçının ərizəsi əsasında ona ailəsi ilə X19 bağ sahəsi ayrılmış və müvafiq bağ kitabçaları təqdim olunmuşdur. Sonradan müvafiq müqavilənin təqdim edilməsi vəd olunsa da, müqavilə verilməmiş, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ərazisi olduğu bildirilmişdir.

13. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İ ncəsənət Universitetinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyinə ünvanladığı 06.01.1992-ci il tarixli məktubun surətindən görünür ki, Universitet bağ sahələrindən imtina etmişdir. Həmin torpaq sahələri Bakı Şəhər İcra Hakimiyyəti Aparatının balansına keçdikdən sonra 3-cü şəxslərlə müqavilələr bağlanmış, lakin həmin şəxslər heç vaxt bu bağ sahələrindən istifadə etməmişlər.

14. Göründüyü kimi, torpaq sahəsinə qanuni əsas olmadan çıxarış almış şəxslər hazırda 17 ildən artıq müddətdir ki, iddiaçının istifadəsində və sahibliyinə olan torpaq sahəsinə yiyələnmək istəyirlər. Belə ki, iddiaçı 2003-cü ildən mübahisələndirilən ərazidə yaşamaqla həmin sahədən həm də təsərrüfat məqsədləri ilə istifadə etməkdədir. Bundan əlavə, iddiaçılara ayrılmış bağ sahələrinin məhz iddiaçını n uzun illərdir istifadəsində olan bağ sahəsinin ərazi hüdudları daxilinə aid edilməsi düzgün olmamışdır. Göstərilənlərə əsasən iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmaması onun hüquqlarının pozulmasına əsas olmuşdur.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” qərarının 139-cu bəndində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da “mülkiyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyə t” hesab edilməsinin qarşısını almır. Qeyd edilən qərarın mahiyyətindən aydın olur ki, hazırkı çıxarışların verilməsi iddiaçının qanunla qorunan maraqlarının pozulmasına əsas olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X3, X11, X4, X12 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildiri şində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir.

21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətləri nə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun po zulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

28. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

29. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.

30. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subye ktiv hüququnun olmasını əsaslandıra bilmədiyindən aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbi mümkün sayılmamışdır.

31. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi bağ sahəsi ilə üst-üstə düşən, 3-cü şəxslərə məxsus bağ sahələrinə dair cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsini xahiş etsə də, iş materiallarında iddiaçıya məxsus olduğu iddia edilən bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sübut aşkarlanmamışdır.

32. Odur ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırma q üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-347/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar