Məhkəmə qərarları › İş №2-1(102)-813/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-813/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-813/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə 18 yaşına çatmamış şəxsə pensiya təyini ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlu ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 Şəxsinin X üsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X14 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(106)131/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X28 xx.xx.1979-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. X7 xx.xx.2000-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. X33 və X11 2006-cı il tarixdə rəsmi nikaha girmiş və hər biri öz pensiyalarını almqda davam etmişlər.

4. X33 vəfat etdikdən sonra X7 ailə başçısını itirməyə görə xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmişdir.

5. X34 14 aprel 2017-ci il tarixdə anadan olmuşdur. Astara Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(018)-1017/2017 saylı qətnaməsi ilə 14 aprel 2017-ci il təvəllüdlü X2 Rahilə Məmməd qızına övladlığa verilmiş və 14 aprel 2017-ci il təvəllüdlü X24 doğum haqqında şəhadətnaməsində soyadının Əsədullayeva, adının Aidə, ana qrafasında X6, ata qrafasında X9 qeyd edilməsi qət edilmişdir.

6. X12 05 fevral 2021-ci il tarixdə vəfat etmişdir.

7. Astara Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2021-ci il tarixli, 20 №-li sərəncamı ilə 14 aprel 2017-ci il təvəllüdlü X21 əmisi İddiaçı (iddiaçının) qəyyumluğuna ver ilmiş və qəyyumluğun 2021-ci ilin mart ayından qeydiyyata alınması qeyd edilmişdir.

8. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon (şəhər) şöbəsinin 04 iyun 2021ci il tarixli qərarı ilə X15 ailə başçısını itirməyə görə xx.xx.2021- xx.xx.2035-ci il tarixlərində 200 AZN pensiya təyin edilməsi qərara alınmışdır.

9. İddiaçı qəyyumluğa götürdüyü X14 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.

10. Cavabdeh 20 avqust 2021-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, X4 dövlət q ulluqçusu kimi əmək pensiyası hüququ olan X47 tərəfindən deyil, X10 tərəfindən övladlığa götürülüyündən Aidə Əsədullayevaya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X14 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiy anın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, babası X33 06 oktyabr 2006-cı il tarixdə Astara rayonu, Şahağacı kənd sakini X12 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. xx.xx.2013-cü il tarixdə babası X33 vəfat etmişdir. Bundan sonra X12 ailə başçısını itirməyə görə əri Mirzə Hüseynovun 1294 manat məbləğindəki pensiyasını almışdır. X12 əri Mirzə Hüseynovun vəfatından sonra tək yaşadığından uşaq övladlığa götürməyi qərara almış və bu səbəblə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 14 aprel 2017-ci il tarixdə anadan olmuş X3 Rahilə Məmməd qızının övladlığına verilmiş, uşağın doğum h aqqında şəhadətnaməsində soyadının Əsədullayeva, adının Aida, ana qrafasında X6, ata qrafasında isə övladlığa götürən Rahilə Əsədullayevanın deməsinə görə X9 qeyd edilməsi qət edilmişdir. Bundan sonra övladlığa götürülən X1 Rahilə Məmməd qızının vəfatına kimi sonuncu ilə birlikdə yaşamışdır. Rahilə Əsədullayevanın xx.xx.2021-ci il tarixində vəfatından sonra 2021-ci ilin aprel ayında X23 iddiaçı tərəfindən qəyyumluğa götürülmüş və sonuncuya ailə başçısını itirməyə görə Rahilə Əsədullayevanın almış olduğu 1294 manat məbləğində pensiyanın təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin müraciət təmin edilməmiş, X16 ailə başçısını itirməyə görə 200 manat məbləğində pensiya təyin edilmişdir. Özü ailəli olmaqla bir uşaq atasıdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qəyyumluğa götürdüyü X16 təyin edilmiş 200 manat pensiya ilə baxmaqda çətinlik çəkir. Uşağa 200 manat pensiyanın təyin edilməsi onun hüquqlarının pozulması deməkdir. Belə ki, Aida Əsədullayevanın anası Rahilə vəfat etdikdən sonra uşağın həyat şəraiti pisə doğru dəyişmiş və maddi ehtiyac içərisində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş qərar əsassız və qanuna uyğun deyil.

13. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-718/2022 saylı qərarı ilə (hakim X29) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, X5 dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olan X25 ailə üzvü olmamış və onun tərəfindən övladlığa götürülməmişdir. X25 vəfat etdiyi vaxtadək dövlət qulluqçusu kimi aldığı əmək pensiyasının onun vəfatından sonra rəsmi nikahda olduğu həyat yoldaşı X8 ailə başçısını itirməyə görə təyin edilməsi qanuni əsasa malik olduğu halda, bu hüququn X12 tərəfindən ərinin vəfatından 4 il sonra övladlığa götürülmüş X15 da şamil olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçı “qəyyumluğa götürdüyü X14 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı t ələb etməkdə haqlı deyildir.

15. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(106)-131/2023 nömrəli qərarı ilə (hakimlər X30 (məruzəçi), X31 və X36) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(120)-718/2022 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 16.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi X13 mərhum X33 tərəfindən övladlığa götürülmədiyini əsas götürmüş, uşağın mənafeyini nəzərə almamışdır. Lakin Azərbaycan Respublikası qanunvericiliyində, həmçinin də beynəlxalq qanunvericilikdə uşaq hüquqları ən üstün hüquqi qüvvəyə malikdir. X13 tələbatı anası Rahilə Əsədullayevanın ərinin ölümünə görə almış olduğu pensiya ilə təmin edilmişdir. Rahilə Əsədullayeva vəfat edən zaman 1294 manat pensiya alırdı, uşağa həmin məbləğin verilməməsi barədə qanunvericilikdə norma yoxdur. Həmçinin apellyasiya m əhkəməsi tərəfindən də konkret qanunvericilik normasına istinad olunmamışdır. Belə olan halda uşaq hüququ əsas götürülməli və onun maddi tələbatının anası ölməmişdən əvvəlki vəziyyətdə qalması üçün uşağa həmin məbləğdə (1294) pul ödənilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur 1.0.12. əmək pensiyasının sığorta hissəsi- fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 4.Əmək pensiyasının nö vləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir Maddə

6. Əmək pensiyası ödənişinin maliyyə mənbələri 6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun ol araq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Maddə 14.Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına ç atanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Maddə

16. Övladlığa götürənlərin və Övladlığa götürülənlərin əmək pensiyası hüququ 16.1.Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Maddə

17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi q ulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Maddə

18. Ailə ba şçısını itirməyə görə əmək pensiyasının məbləği 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.31-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiy i tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. 18.5. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. 18.6. Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə ka ssasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qəyyumluğunda ol an uşağın ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunmasına nail olmaqdır.

27. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qanunun tələblərinə zidd hesab edərək iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişlər.

28. Lakin məhkəmə kollegiyası iş materiallarını, qanunvericiliyin yuxarıda bəhs olunan normalarını nəzərə alaraq iddianın təmin edilməsini məqsədə müvafiq hesab edir.

29. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

30. İş materiallarında olan sənədlərdən görünür ki, azyaşlı X21 mərhum Rahilə Əsədullayeva tərəfindən övladlığa götürülmüşdür. Birlikdə yaşadıqları və Rahilə Əsədullayevanın vəfat etdiyi dövrədək hər ay Rahilə Əsədullayevaya ail ə başçısını itirməyə görə müəyyən məbləğdə pensiya ödənişi aparılmışdır. Aydındır ki, məhz bu ödənişlər hesabına Rahilə Əsədullayeva özü və qızı X17 zəruri ehtiyaclarla təmin etmişdir. Rəhilə Əsədullayeva vəfat etdikdən sonra qanuni əsas olmadan X18 Rəhilə Əsədullayevanın ailə başçısı itirməyə görə aldığı məbləğdən deyil, Rəhilə Əsədullayevanın 2013-cü ilin avqust ayına qədər aldığı yaşa görə pensiya məbləğindən pensiya təyin edilmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə görə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. R.Əsədullayeva əri M.Hüseynov vəfat edənə qədər yaşa görə pensiya almış, 2013-cü ilin avqust ayında ərinin vəfatından sonra ikinci pensiya hüququ, yəni ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış və h əmin vaxt onun arzusu nəzərə alınaraq yaşa görə pensiyadan imtina etmiş, ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, vəfat etdiyi 2021-ci ilin fevral ayına qədər ailə başçısını itirməyə görə pensiya almışdır. R.Əsədullayeva vəfat edərkən aldığı pensiya yaşa görə əmək pensiyası olmamışdır. Buna baxmayaraq cavabdeh haqlı olmayaraq R.Əsədullayevanın vəfatından sonra himayəsində olmuş A.X.Əsədullayevaya R.Əsədullayevanın almadığı (vaxtilə imtina etdiyi) pensiya məbləğinə görə ailə başçısını itirməyə görə pensiya təyin etmişdir.

32. Apellyasiya məhkəməsinin mövqeyinə görə M.Hüseynov vəfat edərkən A.X.Əsədullayeva onun himayəsində olmadığından, onun övladlığına verilmədiyindən və doğum şəhadətnaməsində ata qrafasında M.Hüseynov qeyd edilmədiyindən M.Hüseynov A.X.Əsədullayevanın ailə başç ısı sayıla bilməz.

33. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçı özü də A.X.Əsədullayevanın M.Hüseynovun himayəsində olmasını bildirməmişdir. Yəni qiymət verilməli hal ondan ibarətdir ki, R.Əsədullayeva vəfat edərkən aldığı məbləğ nə qədər olmuşdur (hansı növ pensiya almışdır) və R.Əsədullayeva ailə başçısı kimi vəfat edərkən ailə başçısını itirməyə görə A.X.Əsədullayevanın əmək pensiyası hüququ olan ailə üzvü olmuşdurmu. Mübahisə doğurmur ki, həm R.Əsədullayeva vəfat edənə qədər ailə başçısını itirməyə görə əmək pensiyası almışdır, həm də ailə başçısı kimi vəfat edən zaman A.X.Əsədullayeva ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur.

34. Beləliklə, R.Əsədullayeva vəfat edənə qədər ailə başçısı olmuş M.Hüsey novu itirməyə görə əmək pensiyası almış, özü ailə başçısı kimi vəfat edən zaman A.X.Əsədullayeva ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1-ci və 16-cı maddələrinin tələbi A.X.Əsədullayevaya münasibətdə mövcud olmuş, A.X.Əsədullayevanın mərhum anası R.Əsədullayeva vəfat edən vaxta qədər aldığı pensiya məbləğinə müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır.

35. Odur ki, A.X.Əsədullayevaya mərhum anasının vəfatından sonra anasının almadığı yaşa görə pensiya məbləğindən ailə başçısını itirməyə görə pensiya hesablanmalı olması barədə cavabdehin və apelyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

36. Göstərilənlərə əsasən, A.X.Əsədullayevaya təyin ediləcək pensiyanın anası R.Əsədullayev a vəfat edənə qədər aldığı pensiya məbləğinə uyğunlaşdırılmaqla ailə başçısını itirməyə görə pensiya hüququ yarandığından, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(106)-131/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X16 ailə başçısını itirməyə görə ana sı mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması” tələbinə dair iddiası təmin edilsin. X16 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X44 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar